“Cumhuriyet Bilim Teknik”’-in (CBT), 4 oktyabr 2003-cü il tarixli sayının, “Maraqlı suallar” hissəsində “Qırxayaqların təkamülü” başlıqlı qısa bir sual-cavab yazısı var idi. Yazıda “Qırxayaqların niyə bu qədər çox ayağı var? Bu ayaqların necə üstünlükləri var?” suallarına təkamülçü nöqteyi-nəzərdən cavab verilir və qırxayaqlar haqqında təkamülçülərin tez-tez müraciət etməkdən çəkinmədiyi “bax belə bir hekayə (just-so story)” danışılırdı. CBT, qırxayaqların torpağın içində tunellər açdıqlarını və qısa ayaqlara sahib olduqlarını izah etdikdən sonra, bunları diplopodlarlarla müqayisə edirdi. Diplopodlar daha uzun ayaqlar sayəsində meşə zəminində yarpaq və budaqlar üzərində yeridiklərini yazan CBT, təkamül nağılına müraciət edir və iki canlının “fərqli təkamül proseslərinin sonunda bir-birlərindən fərqli yollara ayrılmağa başladıqlarını” iddia edirdi.

CBT-nin bu nağılları, yalnız xəyal gücünə əsaslanan və elmdən uzaq bir hekayədən ibarətdir. Çünki, bir izahatın elmi şərhi olması üçün, dəlilə əsaslanan və tutarlı olması lazımdır. Halbuki, CBT-nin bu iddiası, nə bir dəlilə əsaslanır, nə də, tutarlıdır. Bundan əlavə, bu cür izah edilən hekayələrin sonu yoxdur. Buna görə, bir başqa “Maraqlı suallar” adlı qısa məqalədə, kərtənkələ və ilanlar müqayisə edilib “fərqli təkamül prosesində fərqli hərəkət şəkilləri qazandılar”, ya da quşlarla çitalar müqayisə edilib “fərqli təkamül prosesində, sıra ilə havada və quruda hərəkət edəcək şəkildə inkişaf etdilər” nağılı izah edilə bilər. Ancaq, bu nağılların heç biri, əsl tənqidi suala yəni, bu canlıların hərəkətlərində rol oynayan orqanların necə təkamülləşdiyi sualına cavab vermiş sayılmır.

Qırxayaqlar, ayaqlarını olduqca sinxron şəkildə istifadə edərlər. Bu qədər çox ayağın canlının, qarışıq salaraq büdrəmədən, normal bir şəkildə irəli itələməsi (hərəkət etdirməsi) ancaq kompleks sinir-əzələ sistemi sayəsində mümkündür. CBT isə qırxayaqların bu sistemi təkamüllə necə qazandıqları sualına yaxınlaşmırlar belə. Edilən şey yalnız, bənzər bir canlını (diplopodlar) izah edərək “ikisi fərqli proseslərdə təkamülləşdilər” nağılı ilə, qırxayaqların ayaqlarını necə qazandıqları sualını gözdən qaçırmağa çalışmaqdır.

CBT-in bu tutumu, bir avtomobilin hərəkət sistemini araşdıran bir mühəndisin “bunların mənşəyi nədir?” sualına, “cip avtomobildən fərqlidir, ciplərdə 4×4 sistem olur, avtomobil və cip müxtəlif proseslərdə, təbii səbəblərlə, bu hərəkət formalarını əldə etmişlər” kimi bir cavab verməsinə bənzəyir. CBT-in təkamül nağılında bir də, gizlilik görünür. İndi bu gizlilikdən bəhs edək.

CBT-in nağılına görə, qırxayaqlar böyük ehtimalla daha az hissəli və bir sözlə daha az sayda ayağı olan bir atadan (nəsildən) əmələ gəlmişdi. CBT, bu xəyali təkamüldə, çoxhissəli və çoxayaqlı olmaq üçün, hissələrin sayını təyin edən, gendəki kiçik bir dəyişikliyin kafi olacağını iddia edirdi.

CBT, burada qırxayaqların sayının ayaqlı bir atadan (nəsildən) təkamülləşərək artdığını izah edir. Halbuki, bu sual, yuxarıda ifadə etdiyimiz və CBT-nin əsl cavablandırmalı olan “ayaqlar təkamüllə necə ortaya çıxmışdır?” sualının bir cavabı deyil. Çünki CBT, hekayəsinə ayaqlı bir atadan başlamaqla əsl problemi hələ gözdən qaçırır. CBT-yə soruşulacaq sual bu vəziyyətdə “Ayaqlı atanın ayaqları təkamüllə necə ortaya çıxmışdır?” şəklini alır, ayaqların guya təkamül mənşəyi yenə izah tələb edir. Qısası CBT şərh etdiyi göründüyü halda, əslində sualdan qaçaraq, əsas suala cavab vermir.

Yaxşı, amma bir elm jurnalı olma iddiasındakı CBT niyə bir oxucusunun soruşduğu suala cavab verməkdən qaçır? Bunun səbəbi, darvinistlərin düşdüyü çarəsizlikdir. CBT-nin ayaq kimi bir orqanın təkamüllə necə ortaya çıxdığını izah etməsi mümkün deyil. Çünki bunu təmin edəcək bir genetik mexanizm yoxdur.

Ayağın genetik məlumatı, bu xəyali təkamüldə yeni genetik məlumat tələb edən bir quruluşdur. Təkamül nəzəriyyəsinin guya genetik təkamülü təmin etdiyi bildirilən xəyali mexanizmi mutasiyalardır. Mutasiyaların isə, canlıların DNT-sinə yeni genetik məlumat əlavə etmədiyi məlumdur. Aparılan saysız təcrübə və müşahidə, təsirli mutasiyaların canlıya yeni genetik məlumat əlavə etmədikləri, əksinə mövcud olan genetik məlumata zərər verdiklərini ortaya qoymuşdur.

Qısaca, CBT-nin qırxayaqlarla əlaqədar cavabı, elmi dəlillərə deyil, təkamülçü ön mühakimələrə əsaslanır. CBT, mənimsədiyi materialist düşüncə ilə şərhlər edir, bunları da, oxucularına elmi cavablar kimi təqdim edir. CBT-yə elmlə nağılın fərqli şeylər olduğunu görməyə və canlılığın həqiqi mənşəyinin şüurlu dizayn olduğunu, bütün canlıları Allahın yaratdığı həqiqətini qəbul etməyə çağırırıq.