İçeriğe geç

“Yarın” qəzetində filin ataları nağılları

“Yarın” qəzetinin 20 avqust 2003-cü il tarixli sayında, “10 milyon illik mamont fosili” başlıqlı xəbər nəşr olundu. Xəbərdə Ürgüpdə olan bəzi fosillərdən danışılırdı. Buna görə, Ürgüpə bağlı Taşkın Paşa kəndi ətrafında tapılan fosillərin, aparılan ön araşdırma nəticəsi, bir mamonta aid olduğu müəyyən olunmuşdu. Nevşehir Muzey müdiri Arxeoloq Halis Yenipınar, bu tapıntılara əsaslanaraq, 8-10 milyon il əvvəlki “Üst Miosen” dövründə Anadoluda mamutların yaşadıqlarını deyirdi.

Bunlar, Anadolunun təbii həyat tarixində hansı canlılara sahib olduğunu bilmək baxımından maraqlı kəşflər idi. Ancaq daha maraqlı bir vəziyyət, “Yarın” qəzetinin bu tapıntılarla əlaqədar bir iddiasında ortaya çıxırdı. “Yarın” qəzeti, mamontları təmsil edən bir şəkillə, bu canlılardan “Fillərin ataları” olaraq danışırdı. Heç bir elmi dəlilə əsaslanmayan bu xəbərə yer verməklə, “Yarın” qəzetinin darvinizm təbliğatına başladığı üzə çıxırdı.

“Yarın” qəzetinin, bu iddialarının elmi cəhətdən heç bir dəyəri yoxdur. Edilən şey yalnız, fil ilə mamontun bənzər olmasından qaynaqlanaraq, mamont fosilinin yaşca da, böyük (qədim) olmağını istifadə edərək, filin, mamontlardan təkamülləşdiyi kimi bir nəticəyə gəlirdi. Halbuki bu nəticə tələsik və qeyri-peşəkardır.

Təbiətdə, bir-birinə oxşar canlıların olmağı təkamülün dəlili deyil. Təkamül nəzəriyyəsi, yavaş və pilləli dəyişmə iddiasında olduğuna görə, növlər arasında saysız keçid forması tapılmalıdır. Halbuki yüz iyirmi ildən çox paleontoloji qazıntılar, təkamülçülərin intizarını boşa çıxartmışdır.

Oklahoma Universiteti, Geologiya və Geofizik hissəsindən Devid B. Kits, bu vəziyyəti belə qəbul edir:

 

“Təkamül, növlər arasında ara-keçid formaları tələb edir, ancaq paleontologiya, bunları təmin etməmişdir (verməmişdir).” 1

 

Fosil qeydlərində keçid formalarından əsər-əlamət yoxdur. Bundan əlavə, canlılar, fosil qeydlərində birdən və qüsursuz bədən quruluşları ilə ortaya çıxarlar. Oksford Universiteti zoologiya kolleksiyalar rəhbəri Tom Kemp, “Fosillər və təkamül” adlı 1999-cu ildə çap olan kitabında bu vəziyyəti belə qəbul edir:

 

“Yeni canlı kateqoriyaları, demək olar ki, bütün hallarda fosil təbəqələrində, təyinedici xarakteristikaları onsuz da, mövcud olaraq və tanınan ata (nəsil) qrupları olmadan ortaya çıxır.” 2

 

Bütün xüsusiyyətləri mövcud olan, yəni qüsursuz şəkildə, anidən ortaya çıxışı yalnız yaradılışla izah edilə biləcək bir faktdır. “Yarın” qəzetinin “mamontlar filin atalarıdır” iddiası isə həqiqətdən uzaqdır. “Yarın” qəzetinə təkamül nəzəriyyəsinin etibarsızlığını qəbul etməyini və həvəskar cəhdlərlə, kor-koranə davam etdirdiyi təkamül təbliğatından imtina etməyini tövsiyə edirik.

 

 

1) David B. Kitts (School of Geology and Geophysics, University of Oklahoma), “Paleontology and Evolutionary Theory,” Evolution, cild. 28, sentyabr 1974, səh. 467

2) Fossils and Evolution, Dr TS Kemp – Curator of Zoological Collections, Oxford University, Oxford Press, səh 246, 1999

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz