“National Geographic” kanalında, 12 avqust 2003-cü il tarixdə yayımlanan “Öldürməyə proqramlaşdırılanlar” adlı sənədli filmdə, ilan, Komodo əjdahası, lemur, fin quşları və adamaldadan quşlar kimi bir çox canlının ovlanma üsullarından danışılırdı. Ancaq, sənədli filmdə diqqət çəkən bir məqam, verilən məlumatların arasına atılan təkamül ifadələri idi:

 

“Kaliforniya sahillərində yaşayan zınqırovlu ilan növü çox maraqlı təkamül keçirmişdir.”

 

“Bir azdan Galapagos”dakı qana susamış quşların necə təkamül keçirib öldürməyə proqramlaşdırıldığını görəcəksiz.”

 

Halbuki, nə zınqırovlu ilanların, nə quşların, nə də, sənədli filmdə haqqında danışılan digər canlıların, təkamüllə yaradıldıqları sübut edilməmişdir. Nə biologiya, nə genetika elmi, nə də, paleontologiyada bu canlıların təkamüllə ortaya çıxdıqlarına dair heç bir sübut da yoxdur. “National Geographic” kanalı, yalnız təkamül təbliğatı aparmaq üçün həmişəki kimi maraqsız yerlərdə, heç bir dəlil vermədən və ya şərh etmədən təkamülçü ifadələrə yer verir.

Canlıların təkamüllə əmələ gəlmədiklərini, Allahın yaratdığı varlıqlar olduğunu Harun Yəhyanın Həyatın Gerçək Mənşəyi adlı kitabından elmi sübutları ilə oxuya bilərsiniz.