“Hürriyet Bilim” jurnalının 9 avqust 2003-cü il tarixli sayında “Kərtənkələnin sürpriz sürətli inkişafı” başlıqlı yazı nəşr olundu. Yazıda, Vaşinqton Universitetinin tələbələrindən, Riçard Qlorun, Karib adalarına aid Anolis kərtənkələləri ilə əlaqədar bir kəşfi xəbər verilirdi. Kərtənkələ növlərinin DNT müqayisə etmələrini edən Qlor, gözlədiyindən də böyük müxtəlifliklə qarşılaşdığını ifadə edirdi.

“Hürriyet Bilim”isə Qlorun tapıntılarını səhv formada təkamüllə uyğunlaşdırırdı:

 

“Eyni növdə çox böyük genetik fərqlər müəyyən olunması ilə, kərtənkələlər arasında görünməmiş sürətli təkamül olduğu müəyyən olundu.”

 

Halbuki burada bir “təkamül”dən bəhs olunmur. Bəzi növlərə aid fərdlər arasında genetik müxtəliflik çox, bəzi növlərə aid fərdlər arasındakı genetik müxtəliflik az ola bilər. Məsələn çitalarda çox azdır. Bu kərtənkələ növündə isə, çox olduğu deyilir. Ancaq bu müxtəliflik daim növ daxilində variasiyalarla əlaqədardır. Çitanın həmişə çita doğduğu kimi, Alonis kərtənkələsi də həmişə Alonis kərtənkələsi doğacaq.

“Hürriyet Bilim” jurnalının, genetik müxtəlifliyin ətrafa uyğunlaşmadakı rolu ilə əlaqədar bir səhv şərhi görünür. Genetik müxtəliflik çox olanda fərdlər dəyişən ətraf şərtlərinə daha geniş miqyasda uyğunlaşma potensialına sahib olarlar. Ancaq bu vəziyyət, mövcud olan genetik məlumat sayəsində reallaşan adaptasiya ilə əlaqədardır. Ortada canlıya yeni xüsusiyyətlər qazandıran yeni genetik məlumatlar yoxdur. Buna görə, “təkamül”dən danışmaq düz deyil. “Hürriyet Bilim”ə Qlorun tapıntıları ilə əlaqədar mənfəətlərini nəzərdən keçirməyə və adaptasiyanı yalnız təkamüllə şərh etmək səhvinə son qoymağa dəvət edirik.