Header

“Hürriyet Bilim” “Təkamülsüzlük” nümunəsi qarşısında niyə təəccüblənir?

Aa4a

“Hürriyet” qəzetinin həftəlik əlavəsi olan “Hürriyet Bilim” jurnalı, 2 avqust 2003-cü il tarixli sayında “Sirkə milçəkləri təkamülə qarşıdır” başlıqlı xəbər nəşr etdi. Xəbərin başlığında bunlar yazılı idi:

“Elm adamları təəccüblü bir kəşf etdi və təkamül qaydasının əksinə, bir sirkə milçəyinin gedərək artan quraqlığa uyğunlaşma təmin edə bilmədiyini gördü.”

Avstraliyalı elm adamı Ary Hoffmanın etdiyi və “Science” jurnalında nəticələrini nəşr etdiyi bu müşahidədə, Hoffman sirkə milçəklərinin iqlimdəki dəyişmələrə görə təkamülləşəcəklərini ümid etmiş, halbuki belə bir təkamül yaşanmadığını görmüş, qısacası tam bir “təkamülsüzlüklə” qarşılaşmışdı. Adaptasiya təmin etməsi ümid edilən milçəklər “30 qurşaqdan sonra belə” quraqlığa uyğunlaşma göstərməmişlərdi.

Üstəlik müşahidə edilən tək “təkamülsüzlük” nümunəsi bu da deyildi. “Hürriyet Bilim” belə davam edirdi:

“Üstəlik bu tək nümunə də deyil. Yenə “Science” jurnalındakı bir araşdırma yazısında Sakit okean sahillərində yaşayan bir xərçəng növünün də artan dəniz istiliyinə uyğunlaşma təmin etməkdə çətinlik çəkdiyindən danışılmaqda. Buradakı ən böyük problem isə heyvanların dözə biləcək istiliyin sərhədində yaşadıqları və həyat sahələrinin də get-gedə daralmasında yatır.”

Gerçəkdə bu məlumatların heç biri “təəccüblü” deyil. Fərqli iqlimlə qarşılaşan canlılar, genetik hovuzlarında bu iqlimə uyğunlaşma göstərmələrini təmin edəcək bir variasiya potensialı olmadığı üçün, “uyğunlaşmaz” qalmışlar və soylarının tükənməsi təhlükəsi isə üz-üzə gəlmişlər.

Bunu “təəccüblə” qəbul etmək üçün, əvvəl hər canlı növünün təbiətdəki dəyişikliklərə adaptasiya olmasını təmin edən sanki sehrli bir “təkamül” qabiliyyətinə sahib olduğuna inanmaq lazımdır. Heç bir elmi təməli olmayan bu inanc, “təkamül nəzəriyyəsi”nin bir parçasıdır.

Halbuki, təbiət bu inanca uyğun gəlməməkdədir. Bu səbəblə “Hürriyet Bilim” yazarlarının təbiətdəki “təkamülsüzlük” nümunələri qarşısında qarışıqlığa qapılmaqdansa, bu nümunələrin göstərdiyi gerçəyi ağıllı bir şəkildə qəbul etməsi və şərh etməsi lazımdır. O zaman bu nəticəyə gələcəklər: təbiətdə canlıları təkamülləşdirən sehrli bir güc yoxdur. Canlı növlərinin sərhədsiz dəyişmə tutumları yoxdur. Növlər, yaradılışlarında təyin olunan genetik hovuz sərhədləri içində növlərə ayrıla bilərlər. Amma yeni orqanlar, yeni xüsusiyyətlər inkişaf etdirə bilməzlər. Bundan ötəridir ki, təbiət tarixində bir “təkamül müddəti” yoxdur. Bütün kompleks və xüsusi xüsusiyyətləriylə birdən ortaya çıxan, yəni yaradılan canlı qrupları vardır.

“Hürriyet Bilim” yazıçıları əgər bir şeyə təəccüblənəcəklərsə, bu, təbiətdəki “təkamülsüzlük” dəlilləri deyil, bu dəlillərə və daha bir çox dəlilə baxmayaraq hələ necə olub darvinizmə kor-koranə inandıqları olmalıdır.

Təəccüblü olan, bu cür çürük təməllərdən yaranmış bir nəzəriyyə olan darvinizmin belə hərarətli dəstək tapmasıdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313