Avstraliyada yaşayan heyvanların izah edildiyi sənədli filmdə maraqlı bir iddia edildi. Şose kənarında yük maşınlarının qəza törətməsi nəticəsində ölən kenqurular niyə özlərini qoruya bilmirdilər? Bu suala son dərəcə məcburi bir şəkildə, təkamül ilə cavab vermək seçildi. Və bir daha heç bir dəlili olmayan, tamamilə xəyal məhsulu olan bir ssenari, sanki elmi həqiqət kimi təlqin edildi: Buna görə, “Kenqurular yük maşınlarına qarşı bir müdafiə mexanizmi inkişaf etdirmək üçün yetərli müddətə sahib deyildirlər”. Yəni kenquruların problemi vaxtlarının olmaması idi.

Bu kimi iddialar, daha əvvəl də bu saytda dəfələrlə açıqladığımız kimi, elmi təməldən tamamilə uzaq uşaq nağıllarıdır. Təkamülçülər, nəzəriyyəyə kor-koranə inandıqları üçün, təbiətdəki hər bioloji fakta təkamülə görə bir nağıl uyduraraq “şərh” gətirərlər. Əgər kenqurular yük maşınlarından müvəffəqiyyətli şəkildə qaçsaydılar, o zaman da “təkamül müddətində kenquruların bu refleksi çox yaxşı qazandıqları”ndan danışacaqdılar. Bu kimi yazılarda və sənədli filmlərdə təkamülçülərin istifadə etdikləri əmin üslub kimsəni yanıltmamalıdır, çünki bu özündən əminliyin tək səbəbi doqmatizmdir. Gerçəkdə isə nə kenquruların, nə də başqa bir növün təkamüllə ortaya çıxdığına dair heç bir dəlil yoxdur.