“Cumhuriyet Bilim Teknik” jurnalının 12 aprel 2003-cü il tarixli sayında “Oranqutanın ana yurdunda meymun fosili tapıldı” başlığıyla bir yazı nəşr olundu. Yazının xüsusiyyətlərindən biri təkamülçülərin xəyal gücünü əks etdirməsi, bir başqası da təkamülçülərin oranqutanların mənşəyi sahəsində yaşadıqları çarəsizliyi göstərməsi idi. CBT yenidən bir fosil tapıntısını təkamül adına sahiblənir, ancaq bu fosillə əlaqədar var olan ümumi portret qarşısında çarəsiz qalaraq ziddiyyətli izahat nümayiş etdirirdi. Bu yazıda oranqutan təkamülü müdafiəçiliyinə soyunan “Cumhuriyet Bilim Teknik”nin bu ziddiyyətli vəziyyəti ortaya qoyulacaq.
CBT-dəki yazıda Montpellier universitetindən Jean-Jacques Jaeger adlı araşdırmaçının Tailandda tapdığı bir fosil tapıntısı xəbər verilməkdədir. CBT əvvəl bu fosil tapıntısının oranqutanların bir qohumuna aid olduğunu iddia etməkdə ancaq dərhal iki cümlə sonra bu iddialı çıxışdan geri addım atıb Jaegerin əlində hələlik yalnız dişlər olduğunu ifadə etməkdədir. Jaeger, Lufengpithecus chiangmuanensis olaraq adlandırdığı məsələn, oranqutan qohumuna aid olduğunu, daha sonra “eynilə bir oranqutan kimi” 70 kilo ağırlığında olduğunu irəli sürməkdədir. Jaeger bu nəticəyə vara bilmək üçün, yalnız “dişi oranqutana bənzəyirsə kilosu da bənzəməlidir” şəklində çıxış etməkdə, CBT də bu sözdə “elmi” (!) analizi oranqutanın xəyali təkamülünə dəlil olaraq deməkdədir. Ancaq mövzu oranqutanların sözdə təkamüllü mənşəyi sahəsində bilinənlərə gəlincə CBT-nin ifadələri dəyişməkdə və belə geri addım atmaq məcburiyyətində qalmaqdadır:
“Gelgelelim, Lufengpithecusun oranqutanın atası olmadığı demək olar qətidir. Bu növün təxminən 10 milyon il əvvəl Avropadan Çinə uzanan bölgədə yaşayan bir qrup fosil meymun növüylə əlaqəli olduğu qarşıya qoyulur. Araşdırmaçılar bu növlərin bir-birləriylə necə əlaqəli olduqları mövzusunda çox şey bilmirlər.”
CBT-dəki bu paraqrafda da açıqca görüldüyü kimi, bu bənzərlik ağla ilk olaraq bu dişin soyu tükənmiş müstəqil bir meymun növünə aid olduğu ehtimalını gətirməkdədir. Bu nöqtədə daha geniş diametrli düşünüləcək və fosil qeydlərinə ümumiyyətlə baxılsa, digər növlərdə də vəziyyətin oranqutandakından fərqsiz olduğu ortaya çıxmaqdadır: fosil laylarında canlılar birdən ortaya çıxmaqda və sonra heç bir şəkildə dəyişməməkdədirlər. Əlbəttə, bu vəziyyət oranqutanların da digər növlər kimi yaradılışla ortaya çıxdıqlarını göstərməkdədir. Qısacası, oranqutan təkamülü heç bir elmi sübutu dəstəklənilməməkdə və yalnız CBT-nin öz xəyallarında yaşamaqdadır.
CBT-nin içində olduğu ziddiyyət, Jay Kelly adlı ağız və çənə mütəxəssisinin, yazının sonlarında yer verilən xəbərdarlığında da açıqca ortaya çıxmaqdadır. Kelly, dişlərin müqayisə edilməsinin heyvanlar arasındakı “əlaqələrin” təyin olunması baxımından həmişə sağlam üsul olmadığını, dişləri çox yaxın bənzərliklər daşıyan heyvanların sonradan tamamilə fərqli növlər olduqlarına tez-tez rast gəlindiyini ifadə etməkdədir.
Kellynin xəbərdarlığı həqiqətən yerində bir xəbərdarlıqdır. Xatırlanacağı kimi 1922-ci ildə ABŞ-ın Nebraska əyaləti sərhədləri içində olan bir fosil diş, təkamülçülər tərəfindən dünyaya “meymun-adam dişi” olaraq elan edilmiş və bu tapıntıya əsaslanaraq insanın sözdə təkamülünün sübut edildiyi təbliğatı yayılmışdı. Məşhur qəzetlərdə dişin sahibi olduğu iddia edilən meymun-adamı ailəsiylə birlikdə detallı şəkildə təsvir edən şəkillər nəşr olunmuşdu. Qısa bir müddət sonra dişin tapıldığı bölgədə başqa sümüklər də tapılmış və bunun təkamülçülərin iddia etdikləri kimi insan bənzəri bir canlıya deyil, bir donuza aid olduğu aydın olmuşdu. Tarixə Nebraska adamı skandalı olaraq keçən bu hadisədə açıqca görülən “təkamülçü xəyalpərəstliyin” 80 il sonra CBT səhifələrində hələ yaşadığı görülməkdədir.
CBT təkamülü kor-koranə müdafiə etmə üçün, tək bir dişi oranqutan dişinə bənzəyir deyə naməlum bir fosili oranqutanların sözdə təkamüllü qohumu olaraq göstərə bilməkdədir. Ancaq CBT-nin içində olduğu ziddiyyət ortadadır. CBT təkamül nəzəriyyəsini müdafiə etdiyi müddətcə bu ziddiyyətlərdən xilas olması da mümkün olmayacaq. Bu çox təbiidir, çünki elmi tapıntılar qarşısında etibarsızlığı aydın olmuş olan darvinizmi müdafiə etmənin, başqa bir nəticə doğurması mümkün deyil.