“National Geographic TV”, “Discovery channel”, “History Channel” kimi sənədli film yayımlayan kanallar, darvinizm yönlü olmalarıyla bilinməkdədirlər. Bu TV kanalları, canlılıq və növlərdən söhbət gedəndə araya təkamülçü terminlər “soxuşdurmaqla” tanınarlar. İzah edilən canlı haqqında, “milyonlarla il sonunda təkamüllə ortaya çıxdı”, “həyatda qalma mübarizəsində təkamülləşməsi qaçınılmaz idi” ya da “təkamülün hədiyyəsi olan kamuflyajlar inkişaf etdirdi” kimi şərhlər edər; mövzunu tamaşaçıya bir mənada təkamüllə “etiketləyərək” təlqin edirlər. Bu şərhlər elmi dayaqdan məhrumdur və təkamül nəzəriyyəsini dəstək olmaq məqsədiylə istifadə edilən bir kütləvi təlqin üsulundan başqa bir şey deyil.

 

Martın sonu və aprelin əvvəli arasındakı dövrə baxıldığında belə bir izahat üsuluna ən sıx şəkildə müraciət edən TV kanalının, “Discovery channel” olduğu görülməkdədir. “Discovery channel”in bu sənədli filmlərdə ortaya qoyduğu təkamül nağılları, kanalın xəyalpərəstlik səviyyəsində diqqətə çarpan bir yüksəlişi işarə etməkdədir. Bu yazıda “Discovery channel”in bu dövrdə nəşr etdiyi üç sənədli filmdəki Darvinizm təbliğatı göstəriləcək:

 

  • 25 mart 2003 “Elektrikli su ilanları”
  • 28 art 2003 “Balinaların təkamülü”
  • 1 aprel 2003 “Vəhşi qəribəliklər”

 

Sənədli filmlərdə izah edilən mövzular bir-birindən fərqli olsa da, təkamül təbliğatında müraciət edilən üsul baxımından demək olar fərqsizdir: Hamısı nağıl izahatına əsaslanır.

 

Elektrikli su ilanlarının dizaynı və təkamül nağıllarının səthiliyi

Elektrikli su ilanlarının izah edildiyi proqramda, Amazon çayında yaşayan anqvil balıqlarının bədənlərində elektrik çıxarma qabiliyyətləri və balıqların həyatları ələ alınmaqdadır. Elektrikli anqvil balıqları, bədənlərində çıxardıqları elektriki ovlanmada, düşmənlərindən qorunmada və bir-birləriylə xəbərləşmədə istifadə edə bilməkdədirlər. Boyları bəzən iki metrə çata bilən elektrikli anqvillərin çıxardıqları elektrikin şiddəti, uzunluqlarına paralel xüsusiyyət göstərməkdədir. Buna görə bir elektrikli anqvil bədəninin hər bir metrlik hissəsi üçün 300 volt şiddətində elektrik çıxara bilməkdədir. Balıqların təəccüblü bir xüsusiyyəti, bədənlərinin bir mübarizə əsnasında qopan bir qisminin, sümüklü qisimləri də daxil olmaq üzrə, yenilənə bilməsidir. Balığın quyruq hissəsi kərtənkələnin quyruğu kimi yenidən uzana bilir. Sümüklərin belə yeniləndiyi bu mükəmməl sistemin necə çalışdığı elm adamları üçün sirr olmağı davam etdirməkdədir. Balığın ağız içi toxuması bir ağciyər kimi çalışmaqda və anqvil balığı ağzından aldığı sudakı oksigeni filtrləyərək qan dövranına qazandıra bilməkdədir. Beləcə elektrikli anqvil qəlsəmə ilə tənəffüs edən digər balıqlardan ayrılmaqdadır. Elektriki çıxaran üç orqan təyin olunmuş olmasına baxmayaraq, bunların necə çalışdığı haqqında demək olar heç bir məlumat yoxdur.

Sənədli filmin sonunda isə “Discovery channel”, hələ necə çalışdığını da bilmədiyi bir orqanın təkamüllə ortaya çıxdığını iddia etməkdədir. Bu nağıl belə izah edilməkdədir:

 

“Necə təkamül keçirib elektrik çıxaran hala gəlmiş, elm bunu hələ kəşf etmiş deyil. Başlanğıcda Amazonlarda palçıqlı sularda yol tapmaq zəif bir elektrik çıxarmağa başlamış sonra yavaş-yavaş düşmənlərindən qorunmağa və ovlanmağa çatacaq qədər şiddətli elektrik cərəyanı yaymağa başlamışlar”.

 

Görüldüyü kimi, TV kanalı nə elektrik çıxaran orqanın təkamüllü mərhələlərini tutarlı bir tezislə şərhi, nə də orqanın necə çalışdığını belə bilməməkdədir. Amma necə təkamülləşdiyini bilərcəsinə hekayələr izah edə bilməkdədir! Elektrikin varlığından belə xəbərsiz bir balıq, həqiqətən palçıqlı sularda önündəkiləri qəbul etməsini təmin edəcək orqanlar çıxara bilərmi? Sonra bu elektrik sistemindən məmnun qalıb axın şiddətini 300 volta qədər artırmış ola bilərmi? Normal bir balığın DNT-sində meydana gələcək təsadüfi mutasiyalarla bu qədər kompleks və xüsusiləşmiş orqanlar meydana gəlməsi mümkün müdir? Bütün bunların cavabı “xeyr”dir. Çünki bu sistem məlumata söykənəndir və heç bir kor təsadüf, balığın genlərində belə kompleks bir sistemi meydana gətirə bilməz. “Discovery channel” bu çıxılmaz vəziyyəti bildiyi üçün mövzunu nağıl izah edərək nəzərə almamaqdadır.

 

Balinaların mənşəyi və “Discovery”in təkamül əleyhinə dəlillərdən təkamül nağılı çıxarma cəhdi

“Balinaların təkamülü” sənədli filmində də təkamül nağılları izah edilməkdədir. Balinalarda da anqvil balığındakı “necə olubsa təkamülləşib” izahatı gözə dəyməkdədir. Heç bir elmi dəlil göstərilmədən günümüzdəki balinaların xəyali təkamülünə dair nağıllar izah edilməkdədir.

“Discovery channel”, təlqinə, dənizlərdə davamlı təkamül müddətinin varlığını xatırladan belə bir sual soruşaraq başlamaqdadır: “Balinaların dənizlərə hakim olduğu, təkamülün heç bir sərhəd tanımadığı dənizlərdə həyat necə idi?”

Dənizlərdə təkamül olduğu iddiası tamamilə həqiqətdən kənardır. Kembri dövründə canlı növlərində yaşanan partlama, bu dövrdə yaşamış onurğasız dəniz canlılarının kompleks bədən dizaynlarıyla birdən ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərməkdədir. Bu dövrdə ortaya çıxan 100-ə yaxın fərqli heyvan filumuna (təməl kateqoriyasına) aid canlılar qan dövranı kimi kompleks fizioloji sistemlər və mürəkkəb göz kimi kompleks orqanlara sahibdirlər. Bunlar təkamül nəzəriyyəsinə böyük zərbədir, çünki bu dövrdən əvvəl, tək hüceyrəlilər xaricində heç bir filum yaşamamışdır. Yəni fosil qeydlərində Kembri dövrü canlılarının atası olaraq göstərilə biləcək heç bir canlı yoxdur. İlk balıqlar da yenə Kembri dövründə, birdən-birə, heç bir ataları olmadan ortaya çıxmışdır. Kembridən sonrakı dövrlərdə yaşamış dəniz canlılarının da birdən-birə ortaya çıxdıqları görülməkdədir. Latimera chalumnae növü balığın fosil qeydlərində 410 milyon il əvvəl ortaya çıxdığı görülməkdədir və günümüzdəkiylə fosil halı arasında heç bir fərq yoxdur. Beləliklə, dənizlərdə “təkamülün sərhəd tanımadığı” ifadəsinin bir yalandan ibarət olduğu ortaya çıxmaqdadır: “Discovery channel” həqiqətdən kənar nağıllar izah etməkdədir.

TV kanalı balinaların xəyali təkamülü mövzusunda isə bu nağılı təlqin etməkdədir:

 

“Şirin suda yaşayan sürünənə bənzəyən bir balina təkamül dramında baş rol oynayırdı. Ortachantus adı verilən bu varlıq Perm dövrü bataqlıqlarında terror əsdirirdi… Toplu yox olma dənizlərdəki təkamülün yolunu dəyişdirərkən balinalar şirin suda yaşamağa başladı. Orthacantus təxminən iki yüz milyon il boyunca çay ağızlarında yaşadı. İncə uzun bədəniylə anqvil balığına bənzəyirdi. Cüt sıra dişləri və qüvvətli çənəsi vardı”.

 

Görüldüyü kimi, Orthacantusun balinanın atası olduğu iddiası yalnız əfsanəvi bir izahatda ortaya qoyulmaqdadır. Nə Orthacanthusun təkamüllə necə ortaya çıxmış ola biləcəyi, nə də günümüzdəki balinaların Orthacantusdan necə təkamülləşmiş ola biləcəyinə dair heç bir elmi dəlil ortaya qoyulmamaqdadır. Hətta “Discovery channel” keçid forması ola biləcək bir fosildə də göstərə bilməkdədir. Tamaşaçılara heç bir konkret dəlil təqdim edilmədən bu nağıla inanmalarını gözləməkdədir.

Orthacantusdan daha əvvəlki dövrlərdə yaşamış və elm adamların tərəfindən “balina” olaraq təsnif edilmiş canlıların fosilləri, “Discovery channel”in təkamül iddiasını etibarsız etməkdədir. Antarktikada olan balina dişlərinin 382 milyon illik olduqları təyin olunmuşdur. Kanadadakı New Brunswick muzeyində nümayiş etdirilən balina fosili isə tam 430 milyon illikdir. Skeleti üçdə bir nisbətində qorunmuş olan fosil, bilinən ən qədim balina fosili olma xüsusiyyətindədir . Balinaların atası olaraq göstərilən bir canlıdan yüz milyonlarla il əvvəlinə aid balina fosili tapılması mərhələli təkamülü etibarsız edərək yaradılışı təsdiqləməkdədir.

Maraqlı bir şəkildə, “Discovery channel” izah etdiyi nağılların etibarsızlığını özü ortaya qoymaqdadır. Sənədli filmdə bir mütəxəssisin balinaların müxtəlifliyi haqqında söylədikləri, TV kanalının iddialarının yalnız fərziyyəyə əsaslandığını ortaya qoymaqdadır:

 

“Gördüyüm müxtəliflik haqqında bəzən çox təəccüblənirəm. Xüsusilə Paleozoy dövrdə yaşayan balinaların nəinki yaşayan, fosil qohumlarının belə olduğunu görmürük.”

 

Fosil qeydlərində çox müxtəlif xüsusiyyətlərdə balina tapılması, ancaq bunlar arasında təkamüllü qohum ola biləcək hər hansı bir balinanın fosilinin tapılmaması, canlıların birdən ortaya çıxdıqlarını müdafiə edən yaradılışı dəstəkləməkdədir. “Discovery channel”in təkamül əleyhinə bir dəlili belə təkamülçü üslubla tamaşaçılarına təqdim etməsi isə, təəccüblü bir mövhumatın göstəricisidir.

Proqramın diqqət çəkici bir istiqaməti də adıyla məzmunu arasında ortaya çıxan ziddiyyətdir. Sənədli filmdə balinaların xəyali təkamülünə dair ortaya qoyulanlar, Orthacantus balığının anatomiyası haqqında verilən qısa məlumatlar və bir iki bərpa şəkillə məhduddur. Bu mövzuda izah edilənlər 2, bəlkə də 3 dəqiqəni keçməməkdədir. 1 saatlıq proqramın adını “Balinaların təkamülü” olaraq adlandıran TV kanalı bu mövzuya iki dəqiqə ayırmaqda bunda da yalnız nağıl izah etməkdədir. “Discovery channel”in etdiyi yalan ortadadır: fosil qeydlərində olan bir balığı heç bir dəlili olmadan “balinanın atası”’ olaraq göstərmək və bunu bir nağılla tamaşaçılara nümayiş etdirmək.

 

Vəhşi qəribəliklər və kompleks dizaynları təkamüllə şərh etmə yanılması

Aprelin əvvəlində təkamül nağıllarının bolca izah edildiyi bir başqa “Discovery channel” sənədli filmi də “vəhşi qəribəliklər” olmuşdur. İngiliscə adı “Wild, Weird Curiosities” olan sənədli filmdə təsadüflərlə reallaşmış olması qeyri-mümkün olan kamuflyaj və müdafiə sistemləri “təkamül oyununda uyğunlaşma strategiyaların əsəri” kimi göstərilməkdədir. Ələ alınan bioloji strukturların kompleksliyi düşünüldüyündə bunları kor təsadüflərlə şərh etməyə çalışan “Discovery channel”in ifadələrinin tamamilə ağılsız olduğu ortaya çıxmaqdadır.

Əqrəb böcəyi, burnunun ucundakı bir silah sayəsində düşmənlərinə zəhər ata bilməkdədir. Bu silah eyni zamanda bir xortum funksiyası yerinə yetirməkdə, böcək bu orqanı istifadə edərək başqa böcəklərin bədənlərindəki mayeləri içə bilməkdədir. Bir ilanla qarşılaşdığında isə bunu ilana istiqamətləndirərək 30 santimetrə qədər zəhərini püskürtməkdə və özündən dəfələrlə böyük ilanı qaçırmaqdadır. Kor təsadüflər böcək üçün tam da lazımlı olan bölgədə, başının qarşısında; lazımlı şəkildə, incə və uzun bir orqan necə meydana gətirərlər? İlanı təsir edəcək zəhərin kimyəvi qarışığı yüz minlərlə ehtimal içindən necə olub da doğru qarışıqla çıxarıla bilməkdədir? Kor təsadüflər bu zəhərin kimyəvi düsturunu təyin edib bunu çıxaracaq, üstəlik böcəyin özünü öldürməyəcək bir orqan necə meydana gətirə bilər? Bunların kor təsadüflərə əsaslanan mutasiyalarla meydana gələ bilməyəcəyi açıqdır.

Bunlar canlıların öz səylərinin də məhsulu ola bilməz. Ətraflarına uyğunlaşmaq üçün strategiyalar planlayıb bu strategiyalar istiqamətində bunları öz bədənlərində inkişaf etdirə bilməzlər. Belə kompleks sistemlərin uyğunlaşma strategiyasının nəticəsi olduğu iddiası bir aldatma taktikasından başqa bir şey deyil. Təkamül nəzəriyyəsi yeni orqanları izah edərkən təsadüfi mutasiyalara əsaslanar. Bu mutasiyalar canlının hüceyrələrindəki DNT-də meydana gəlir. DNT molekullarının çöldəki ətraf şərtlərindən xəbərdar olub özlərini buna görə dəyişdirəcək mutasiyaya uğramayacaqları açıqdır. “Discovery” aparıcısı Kurt Muendl tamaşaçını təsir etmək üçün əksinə istiqamətdə hekayələr izah etməkdədir, amma elmi gerçəkləri bilən heç kim bu səthi təbliğata etibar etməyəcək. Təkamül nağıllarıyla açıqlanmağa çalışılan bir başqa nümunə, səhləb çiçəyiylə mükəmməl kamuflyaj təmin edən mantis böcəyi ilə əlaqədardır. Dəvədəlləyi böcəyi səhləbin ağ rəngini daşımaqdadır. Həm də çiçəyin mərkəzində xüsusi bir şəkildə mövqe alaraq çiçəyin orqanlarını mükəmməl bir şəkildə təqlid edə bilməkdədir. Beləliklə çiçəyə qoyulan böcəkləri asanlıqla tutub bəslənə bilməkdədir.

 

“Discovery channel” səhləb üçün “təbiətin əsas dizaynlarındandır” təyin etməkdə, dəvədəlləyi kamuflyajı üçün də bu cür şərh etməkdədir:

 

“Növlərin təkamülü haqqında danışılanda belə kamuflyajların ortaya çıxması normaldır”.

 

Halbuki səhləb çiçəyindəki estetikanın kor təsadüflər nəticəsində ortaya çıxdığının müdafiə olunması tamamilə məntiqsizdir. Estetik strukturlar bir sənətçinin varlığını xəbər verərlər və təsadüfi hadisələrlə açıqlanmaları mümkün deyil. Məsələn, ABŞ prezidentlərinin üzlərinin yonulduğu Rushmore təpəsinə baxdığımızda bunun şüurlu şəkildə heykəltəraşlar tərəfindən edildiyini dərhal anlayarıq. Səhləb çiçəyinin yarpaq dizaynı və göz alıcı rəngləri haqqında dansıdıqda vəziyyət eynidir: Ancaq şüurlu dizaynla açıqlana bilərlər. Səhləb çiçəyinin kor təsadüflərlə ortaya çıxdığını qəbul etmək, Mona Lisa portretinin təsadüfən tökülən boyalarla ortaya çıxdığını qəbul etməyə bənzər. Dəvədəlləyi böcəyinin də tamamilə eyni tonda rəngə sahib olması, üstəlik səhləbin orqanlarını təqlid edəcək bədən dizaynına sahib olması, kor təsadüflərin bənzər görünüşü iki dəfə ortaya çıxardığını qəbul etməyi tələb edir ki bu, məntiqə tamamilə ziddir.

 

Nəticə

“Discovery channel”in bu üç sənədli filmində “təkamül” sözü olduqca sıx tələffüz edilməsinə baxmayaraq, bu sözdə “təkamüllərin” hansı mərhələlərlə reallaşmış ola biləcəyi haqqında ən kiçik bir şərh gətirilmədiyi, yalnız “Discovery” aparıcılarının gördükləri hər şeyi təkamül nağıllarıyla izah etməyə çalışdıqları görülməkdədir. Əslində “Discovery channel”in yayım siyasəti ümumiyyətlə qiymətləndirildiyində heç bir proqramda elmi dəlil göstərmədiyi, daha doğrusu belə bir narahatlıq daşımadığı görülməkdədir. Çünki TV kanalının darvinizmə elmi deyil ideoloji bağlılığı vardır və elmi ideologiyasını yaymada yalnız bir vasitə olaraq istifadə etməkdədir. Ancaq “Discovery channel” bilməlidir ki, bu kor-koranə təbliğat bir işə yaramayacaq, darvinizmi çökməkdən qurtara bilməyəcək.