“Nature” jurnalının 27 mart 2003-cü il tarixli sayında “Bilinən ən qədim tac-qrupu səməndərlər (Earliest Known Crown-Group Slamenders)” başlıqlı yazı nəşr olundu. Yazıda Çində olan və Orta Yura dövrünə aid olduğu təyin olunan çox sayda səməndər fosili tapıntısı xəbər verilirdi. Araşdırmaçılar Ke-Qin Gao və Neil H. Shubin, 161 milyon il əvvəl ani vulkanik partlama nəticəsində lava örtüsü altında qalan, bu səbəbdən mükəmməl şəkildə qorunmuş müxtəlif səməndərləri tanıdırdılar.

Sürfə və balalardan meydana gələn səməndərlər o qədər yaxşı qorunmuşdu ki, göz və qəlsəmə kimi yumşaq toxumaları, hətta səməndərin mədəsindəki son yeməyi belə təsbit etmək mümkün idi.

Araşdırmaçılar minə yaxın səməndər arasında günümüzdəki səməndərlərdən bəzi fərqlərlə ayrılan yeni növlər də xəbər verməklə birlikdə bəzi nümunələrin indiki vaxtda yaşayan növlərdən “fərqsiz” olduqlarını ifadə edirdilər. Beləcə təkamülçülər təkamülə dəlil göstərəcək ara formalar axtararkən bir dəfə daha yüz milyonlarla il boyunca heç dəyişməmiş “yaşayan fosillər”lə qarşılaşırdılar.

Araşdırmaçılar tapıntıları təkamül yanlısı bir tutumla qiymətləndirməklə birlikdə səməndərlərin fosil qeydlərində göstərdiyi bu “sabitlik” qarşısındakı məyusluğunu gizləyə bilmirdilər. “Nature” jurnalındakı yazıda bu cümlələrə yer verilirdi:

 

“Bat dövrünə aid olmasına (161 milyon il yaşında olmasına) baxmayaraq, yeni gizliqəlsəməlilər (cinsi səməndər), yaşayan qohumlarına morfoloji baxımdan fövqəladə bənzərlik göstərməkdədir. Bu bənzərlik səməndərlərin anatomik təkamülündəki sabitliyin daha çox diqqətə çarpan olduğunu göstərməkdədir. Əslində, indiki vaxtda yaşamaqda olan gizliqəlsəməlilər səməndərlərin 160 milyon ildə çox az dəyişmiş olduqları nəzərə alındığında, bunların “yaşayan fosillər” olduğu deyilə bilər. Həm də Çində əldə edilən yeni vəsaitlər səməndər müxtəlifliyinin Orta Yura dövründə onsuz da başlamış olduğunu göstərməkdədir; indiki vaxtda yaşamaqda olan Küncdişlər (hynobiids) və Gizliqəlsəməliləri (cryptobranchids) əhatə edən qrup o dövrdə çoxdan ortaya çıxmışdı.”

 

“Nature” jurnalı məqaləsinin yazıçıları bu tapıntılar qarşısında da təkamül nəzəriyyəsindən imtina etməməkdə və bu tutumlarını yazı içində bəzi sətirlərdə keçirdikləri təkamül sözləriylə ortaya qoymaqdadırlar. Ancaq təkamül adına etdikləri tək izah, “bu canlıların təkamüldə çox dəyişmədiklərini” ifadə etməkdir. Gerçəkdə bu ifadə bir təkamülçünün fosil qeydlərindəki “sabitlik” qarşısında nəzəriyyənin məğlub vəziyyətə düşdüyünün üstü bağlı etirafıdır. Necə ki, səməndərlərə heç bir atasal forma təklif edə bilməməkdədirlər. Bunun obyektiv izahatı isə səməndərlərin fosil qeydlərində bir anda ortaya çıxdıqları və günümüzə qədər heç bir dəyişməyə uğramadan gəldikləridir. Sayları gedərək artan “yaşayan fosillər, təbiət tarixində təkamül deyə bir müddətin yaşanmadığını ən açıq şəkildə ortaya qoyan tapıntılardır. Bunlar təkamül nəzəriyyəsinə doğrudan bir zərbə meydana gətirməklə birlikdə, təkamülçülərin xəyal gücünü də asanlıqla aşkar etməkdədirlər.

Təkamülçülərin xəyal gücü, canavara bənzəri canlının bir gün dənizə girib əlli milyon il içində balina kimi nəhəng dəniz məməlisinə çevrildiyini qəbul edə biləcəkləri qədər genişdir. Əgər “təkamül” bu qədər qısa müddətdə canavara bənzəyən dörd ayaqlı quru canlısını balinaya çevirə bilirsə necə olar ki, 160 milyon ildə səməndər ən kiçik bir dəyişməyə belə uğradmamışdır? Təkamülçülərin buna verə bildikləri elmi cavab yoxdur. Bu mövzuda yalnız fərziyyə edə bilərlər.

 

Təkamül mövzusunda diqqət çəkici olan nöqtə budur: Fosil qeydlərində həmişə “birdən ortaya çıxış” “sabitlik” vardır. “Təkamül” isə, yalnız darvinistlərin nəzəriyyə və fərziyyələridir. Bu, təkamülün bir yanılma, yaradılışın isə bir gerçək olduğunu göstərən bir çox dəlildən yalnız biridir.

(Yaşayan fosillər siyahısında 400 milyon ildən çox müddətdir belə dəyişməyən bir çox canlı vardır. Bu mövzuda baxın. Həyatın Gerçək Mənşəyi”, Harun Yəhya, İstanbul 2000)