“New Scientist” jurnalının 15 mart 2003-cü il tarixli sayında, “Birlikdə daha güclüyük (Together We Ara Stronger)” başlıqlı yazı nəşr olundu. Ceyms Randerson tərəfindən hazırlanan yazı “Darvin yanılırdı? Hara baxsanız, hökm edən eqoizm deyil, əməkdaşlıqdır. Ceyms Randerson, komanda ruhunun necə təkamülləşdiyini açıqlayır”, başlığı ilə birlikdə verilirdi. Bir başqa sözlə desək, təkamül nəzəriyyəsi üçün böyük bir maneə olan bir həqiqət, nəzəriyyə lehinə bir dəlil kimi göstərilməyə çalışılırdı.

Həqiqətən də, “New Scientist”in etiraf kimi edib-etmədiyi kimi, canlılarda görünən əməkdaşlıq və fədakarlıqlar təkamül nəzəriyyəsi ilə izah olunmayan, nəzəriyyəyə əhəmiyyətli zərbə vuran faktorlardır. Randersonun, təkamül nəzəriyyəsini qurtarmaq üçün etdiyi izahları isə, əməkdaşlığın mənşəyini açıqlaya bilmir. Darvin üçün olduğu kimi, onu izləyən təkamülçülər üçün də vəziyyət eynidir. Canlılardakı əməkdaşlıq hələ təkamül nəzəriyyəsi üçün ən böyük sirlərdən birini yaratmağa davam etdirir. Randersonun izahları, “New Scientist” jurnalının iddia etdiyinin əksinə, mövzunu açıqlaya bilmir. Bu yazıda Randersonun iddialarının əsassızlıqları göstəriləcək.

Randerson, yazının əvvəlində növlər daxili və növlər arası reallaşan bəzi əməkdaşlıq nümunələri sıralanır:

 

  • İşçi qarışqaların öz artımı üçün mənfəətlərini bir tərəfə buraxıb kraliçanın xidmətində təhlükəli vəzifələrə getməyi
  • Vampir yarasaların bəzən özləri ilə birbaşa əlaqədar olmayan qonşu yarasalar üçün əmdikləri qanları çıxarmaları
  • Mərcanlarda yaşayan poliplərin, toxumalarında yaşayan fotosintetik yosunlar olmadan həyatlarını davam etdirə bilməmələri
  • Ağacların, köklərində yapışıq olan göbələklərlə qida maddələri dəyişmələri
  • Termitlərin taxta həzm qabiliyyətlərini, həzm yollarında yaşayan simbiotik mikroblara borclu olmaları
  • Şərqi Afrikada orta hesabla 80 üzvlü yeraltı koloniyalar halında yaşayan çöl kor siçanlar arasında yalnız bir cütün törəyib, digərlərinin, onların balalarına baxmaları və yuvanın müdafiə etməsinə həsr etmələri
  • Yenə Şərqi Afrikada suquzğunu (balıq yeyən növü) koloniyasındakı üzvlərin törəmək yerinə, vaxtlarını ancaq uzaqdan qohum ola biləcəkləri törəyən cüt üçün balıq ovlayaraq keçirmələri

 

Randerson bu nümunələrdən sonra bu sualları soruşur: “Baxdığınız hər yerdə əməkdaşlıq vardır, yaxşı, amma başqaları üçün işləyən bir orqanizmin genlərini bir sonrakı nəsilə keçməsinə necə kömək olar?… Əməkdaşlıq necə işlək vəziyyətə gəlmişdir?”

Randerson, soruşduğu sualda, mövzuya gətirəcəyi şərhin işarələrini verir və əməkdaşlığı “genlərin keçməsinə faydaları” çərçivəsində soruşacağının siqnallarını verir. Burada, əməkdaşlıq və genlər haqqında məlumatlar vermək faydalı olacaq. Bilindiyi kimi, əməkdaşlığında birdən çox canlının müəyyən məqsəd üçün vəzifə bölgüsünə və bu bölgüyə mütəşəkkil və itaətkarcasına davam etdirirlər.

Təbiətdəki əməkdaşlıq yüksək dərəcədə kompleksdir. Qarışqa, termit və arı kimi böcəklərə aid olanda, bu iş bölgüsü təşkili maksimum kompleks səviyyəyə çatar. Milyonlarla canlı, böyük bir uyğunlaşma və intizamla koloniyanın gündəlik həyatındakı vəzifələrini icra edərlər.

Həm də, maraqlı olan, işin ümumi gedişatı haqqında heç bir məlumatı olmayan bir üzvün, hər an, harada dayanmağı və nə etməli olduğunu bilərcəsinə düzgün hərəkət etməyidir. Məsələn, çox sayda arının pətək qurduğu vaxt kütlənin ortasında olan, pətəyin həmin an ümumi görünüşü haqqında heç bir məlumatı olmayan bir arı, inşaat qurtaranda da anormallıq yaradan heç bir səhv etməz. Arıların çox sayda olduqları və son bir planın hər mərhələsini bu cür səhv etmədən, yerinə yetirildiyini düşünəndə, hamısının ortaq mərkəzdən idarə olunmalı olduğu aydın olur. Heç bir xaos yaşanmadan intizamlı şəkildə nizamlı quruluşların meydana gətirilməsi ancaq bu təqdirdə mümkündür.

Bu mükəmməl əməkdaşlıq, Darvinin təkamül nəzəriyyəsinin “fəlsəfəsi ilə” olduqca diqqətə çarpan təzad ortaya çıxardır. Çünki, təkamül nəzəriyyəsi, həmişə təbiətdə həyatda qalma mübarizəsi olduğunu iddia edir. Belə bir mübarizə əməkdaşlığa tamami ilə ziddir. Bu mübarizədə fərdlərin, canlarını qurtarmaq üçün həmişə öz mənfəətlərini güdmələri gözləniləcək.

XX əsrdə, təkamülçülər, fərdlər arası mübarizə fikri ilə problemi aradan qaldırmanın mümkün olmadığını qəbul etmək məcburiyyətində qaldılar və əməkdaşlığı genlər səviyyəsində aid olan fikirlər inkişaf etdirdilər. Bu fikirlər, əslində qardaşların eyni ana-atadan keçən xromosom qrupuna sahib olduqları, qardaşlardan hər hansı birinin genləri, sonrakı nəsilə keçməsinin kafi olduğu fikrinə əsaslanır. Təkamülçülər, bu mənada bir fərdin özünü fəda etməsinin təkamülə zidd olaraq düşünülməməli olduğunu, özünü qardaşları üçün fəda edən bir canlının, genlərin sonrakı nəsillərə keçməsinə bir maneə yaratmadığını iddia edirlər. Genlərin nəsildən-nəsilə insan bədənlərində gəzən və özlərini qorumaqdan başqa bir şey düşünməyən eqoist varlıqlar kimi düşünülməli olduğunu irəli sürərlər.

Ancaq genlərə şüur ətf edən bu ssenari “fədakarlığı” izah edə bilməz. Çünki fədakar davranışda, qarşısındakının ehtiyaclarını bilməkdən, ona kömək etməkdən bəhs olunur. Genlərdə bu cür şüurlu, xarici dünyaya dair qərar mexanizminə aid xüsusiyyətlərin olmadığı aydındır. Genlər hansı canlının bədənində olduğunu bilə bilməzlər. Başqa canlıların bədənlərindəki genlərlə xəbərləşə bilməz, mövcud canlıya mesaj göndərərək onu intihar edərcəsinə ölümə apara bilməzlər. Genlər, düşünmə və hissetmə qabiliyyətindən məhrumdur, tamami ilə “şüursuz” molekullardan əmələ gəlir. Təkamülçülərin, fədakarlığın mərkəzinə genləri yerləşdirməsi, ancaq bir meyvə satan dəzgahında olan meyvələrin, bir alıcı tərəfindən başqa meyvələrin seçilməsinin qarşısını almaq məqsədi ilə, özünü fəda etdiyini fikirləşmək qədər məntiqsiz ola bilər. Çünki, nə genlər, nə də, meyvə, fədakarlıq hissinə və başqalarının varlığını düşünmə qabiliyyətinə malik deyildir.

“New Scientist” jurnalında əməkdaşlığı şərhdə qeyd edilən fikir, məhz haqqında bəhs etdiyimiz fikirdir. Fədakarlığın genlərə əsaslandığı fikri. Vilyam Hamilton adlı genetikə aid olan bu fikir, 1963-cü ildə, nəşr olunan kitabında bildirdiyi riyazi hesaba əsaslanır. Buna görə, canlıların fədakar olması, digər canlılarla arasında olan genetik yaxınlığa əsaslanır. Hamilton qanunu adı verilən bu iddiaya görə, bir orqanizm başqa bir orqanizmə ancaq B/C 1/r-dən daha böyükdürsə kömək etməlidir. Bu bərabərsizlikdə B, alıcının daha çox uşaq dünyaya gətirmə qabiliyyəti cəhətdən əldə etdiyi qazanc; C, köməkçinin daha çox uşaq dünyaya gətirmə qabiliyyəti cəhətdən qarşılaşacağı ziyan və “r” qazandıqları ortaq genlərin nisbətidir. (coefficient of relatedness: yaxınlıq əmsalı)

Bu hesaba görə, bir ana ilə uşaq genlərinin yarısını paylaşdıqları üçün yaxınlıq əmsalının 0.5 olduğu, əmi uşaqlarda isə, bu əmsalın orta hesabla 0.125 olduğu ifadə edilir. Beləliklə, bir anaya kömək edilməsi üçün, anaya gələn faydanın uşağa yüklənən ziyanın iki mislindən çoxdur; əmi oğlu ilə kömək edilməsi üçün, əmi oğluna gələn faydanın, adama yüklənən ziyanın səkkiz mislindən çox olmalı olduğu nümunələri verilir.

“New Scientist” jurnalında bu riyazi modelin, təbiətdəki bəzi canlı davranışları ilə uyğun olduğu ifadə edilir və Beldinq yer sincablarının yaxın qohumlarına kömək etməsi nümunə verilir. Eyni vəziyyətə, siçanlardan nümunə verilir və bir siçanın, yaxınlaşan bir çaqqalı digərlərinə xəbər vermə ehtimalının, digər siçanların yaxın qohumu olması vəziyyətində daha yüksək olduğu ifadə edilir.

Ancaq bu “elmi” görünüşlü rəqəmlərin heç bir mənası yoxdur. Burada nümunə verilən davranışların, genetik qohumluğa əsaslanan riyazi modellə izah etməyə çalışılması, təkamülçülər üçün çarəsizlik ifadəsindən başqa bir şey deyil. Diqqət yetirilsə, “New Scientist”, Hamilton modelini bildirərkən şərt olaraq istifadə edir.

“Bir orqanizm başqa bir orqanizmə ancaq B/C, 1/r deyil, daha böyükdürsə kömək etməlidir.” Bu necə ola bilər? Bir qarışqa iri bir toxumu yuvaya daşımağa çalışan qarışqanı görəndə, onun özünə genetik yaxınlığını araşdırır, qarşısındakına faydasını, özünə ziyanı hesablayır, sonra bunları bir-birinə bölür və genetik qohumluq əmsalı ilə müqayisə edir? Bu rəqəmlərin, Hamiltonun xaricində, yəni həqiqi dünyada heç bir mənası yoxdur.

Verilən nümunələrdə, siçanın yaxın qohumlarını xəbərdar etməyi, bütün bu hesablamaları etdiyini göstərir? Əlbəttə xeyr. O zaman, itlə pişiyin qaçıb-tutması da, bu riyazi tənliyin olmadığı üçün reallaşır? İt öz genlərini pişiyin genləri ilə müqayisə edib, düzgün nisbət tapmadığı üçün bu düşmənlik ortaya çıxır? “New Scientist”in iddiası bir axmaqlıqdan ibarətdir…

Bundan əlavə, “New Scientist” verdiyi nümunələrlə, bu modeli, əvvəldən özü etibarsız edir. Yazının əvvəlində, jurnaldan bəhs etdiyimiz nümunələrdə, vampir yarasaların və suquzğunu quşlarının fədakarlıq nümunələri verilir, ancaq bunun, “uzaq qohumluğa” baxmayaraq reallaşdığı xüsusi ilə vurğulanır. Bunlar göstərir ki, bəhs olunan riyazi model etibarsızdır. Adı da, Hamilton qaydası deyil, ancaq Hamilton fərziyyəsi ola bilər. Həmçinin çürük (təkzib olunan) bir fərziyyədir.

Bu zorakı fikirlərin təməlində, təkamülçülərin fədakar davranışları təkamüllə ortaya çıxmış bir instinkt kimi şərhetmə səyi dayanır. Təkamül nəzəriyyəsi, bir xüsusiyyətin təbii seleksiya ilə ələnib qorunmağı üçün, mütləq faydalı olmağını tələb edir. Amma fədakarlıq, fədakar olan fərd üçün faydalı deyil, əksinə zərərli, hətta, bəzən öldürücüdür. Buna görə, əgər təkamül deyə bir şey olsaydı, fədakarlığın çoxdan ələnilməli idi. Amma, fədakarlıq vardır, həm də, bütün təbiətdə. Məhz bu ziddiyyəti bir şəkildə uzlaşdırmaq istəyən təkamülçülər, fədakarlıq kimi görünən şeylərin də, əslində genlərə əsaslanan bir eqoizmdən qaynaqlandığını irəli sürürlər. Hamiltonun fikrində olduğu kimi. Bunun axmaq olduğu isə, çox aydındır. Nə bir canlının “daşıdığım genlərin keçməsi üçün, mənim özümü fəda etməyim riyazi olaraq daha səmərəlidir” kimi, bir hesabı ola bilər, nə də, bu canlının bədənindəki genlər, “özümüzü bir sonrakı nəsilə daha yaxşı keçirmək üçün, içində olduğumuz heyvana məcburi fədakarlıq etdirək” deyə bilərlər.

Canlılardakı fədakarlığı, bu cür təkamülçü məcburiyyəti ilə, təhrif etmədən, olduğu kimi araşdırdığımızda isə, əhəmiyyətli bir həqiqət ortaya çıxır. Canlılarda, onlara özləri üçün faydalı olmayan bəzi davranışları etdirən bir “proqram” vardır. Mənşəyi təkamüllə açıqlana bilməyən bu proqramın yeganə şərhi, yaradılışdır. Canlıları yaradan Allah, onlara fədakarlıq ehtiva edən bəzi hisslər də vermişdir. Bu hisslər, genlərdə və ya hələ təyin olunmamış bir başqa faktorda da, ola bilər. Amma hər vəziyyətdə, bunların təkamüllə açıqlanması mümkün deyil və müəyyən bir məqsəd üçün yaradıldıqları aydındır.

Elmi və ağıllı qiymətləndirmənin bizə çatdırdığı bu nəticə, Quranda xəbər verilən həqiqətlərlə də uyğun gəlir.

Allah, Quranda canlılardakı davranışların qaynağının Onun ilhamı ilə olduğunu bildirir. Bir ayədə, Allahın bal arısına insanlara faydalı olacaq şəkildə bal verməsi üçün ilham etdiyi belə xəbər verilir:

 

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yolla rahat uç get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxart. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!.” (Nəhl surəsi 68-69)

 

Nəticə

Canlılardakı əməkdaşlıq və fədakar davranışlar təkamül nəzəriyyəsinə ən böyük zərbələrdən biridir. “New Scientist”in bu vəziyyəti aradan qaldırmaq məqsədi ilə irəli sürdüyü təkamülçü fikirlərin elmi dəyəri yoxdur. Jurnal, 1960-cı illərdən qalma, dəbdən düşmüş təkamülçü fikirləri, yeni bir şey kimi gündəmə gətirərək, darvinizm təbliğatı aparır. Jurnala, bu köhnə ifadələrdən imtina etməyi və canlılardakı əməkdaşlığın təkamül nəzəriyyəsinə böyük bir zərbə endirdiyini qəbul etməyini tövsiyə edirik.