Header

“TRT 1”dən qütb ayısı nağılı

Aa4a

Keçən günlərdə “TRT 1” kanalında yeni bölüm ilə “Vəhşi qarşılaşmalar” sənədli filmlərinə davam edildi. Bu bölüm, “Qütb ayısı: Buzu gözləyən heyvan” adını daşıyırdı və qütb ayılarının həyatları haqqında danışılırdı. Olduqca soyuq iqlim sahələrində, yaşaya bilən bu canlıların fiziki xüsusiyyətləri ilə yanaşı onların aralarındakı əlaqələr haqqında da bəhs edilirdi. “TRT 1”, qütblərdəki yaşayış haqqında bəzi faydalı məlumatlar verməsinə qarşı, sənədli filmin sonlarına doğru elmi yanlışlıq sərgiləyirdi.

“TRT 1”dəkı sənədli filmdə, qütb ayılarının üzmə qabiliyyətlərinin izah edildiyi hissədə bu ifadələrə yer verilirdi:

“Qütb ayılarının su yaşamı üçün təmin etdiyi möhtəşəm uyğunlaşma, onları az qala ən yeni dəniz məməliləri sinfinə daxil edəcək”.

“TRT 1”, bu iddiasında, “ən yeni dəniz məməliləri sinifi” kimi ifadələr edirdi. Bu ifadədən sanki davam edən bir təkamül prosesi varmış və sudakı qabiliyyətlərini inkişaf etdirən ayılar, yeni dəniz məməlilərinin ortaya çıxmasını təmin etmək üzrə kimi bir məna çıxır. Bilindiyi kimi, təkamül nəzəriyyəsi, balina və delfin kimi dəniz məməlilərinin guya quruda təkamülləşib, dənizlərə girərək dənizdə yaşamağa uyğunlaşan canlılardan təkamülləşdiyini qəbul edir. Məsələn, bir təkamülçüyə, balinaların mənşəyini soruşsanız “Dəniz sahilində leş yeyərək bəslənən itlər bir gün daha yaxşı qida qaynaqları tapmaq üçün dənizə girdilər, ayaqları üzgəclərə çevrildi, burun dəlikləri vaxt keçdikcə başlarının üzərinə keçdi və bu itlər müəyyən vaxtdan sonra balinalara çevrildilər” cavabını alarsız. Halbuki, bu iddia, yalnız bir nağıldır.

Daha yaxşı bəslənmə imkanları, ovçulardan qorunma, ətraf şərtləri və s. kimi faktora əsaslanan bu şablon hekayələrin heç bir elmi əsası yoxdur, çünki bu cür “təbiət şərtləri”, canlıları təkamülləşdirməz. Təkamül nəzəriyyəsi, “təbii seleksiya” və “mutasiya” adı verilən iki mexanizm ilə, canlıların təkamülləşdiyi iddiasındadır, amma bunların da, heç vaxt təkamülləşdirici bir təsirləri olduğu müşahidə edilməmişdir. Bu təfərrüata getmək istəməyən məşhur təkamülçü nəşrlər, kütlələri, əvvəl bəhs etdiyimiz təkamül nağılları ilə, razı salmağa çalışırlar. “TRT” kanalı, bu yanaşmanı, bu dəfə qütb ayısı üçün göstərir və yaxşı üzən bir başqa quru məməlisini inandığı bu nağıla adaptasiya edir. “TRT 1”, bir başqa proqramında da, begemot və ya su samuru kimi məməlilərin də, bir gün dəniz məməlilərinə çevriləcəyini deyə bilər. Bunların hamısı, elmdən uzaq bir fantaziyadan ibarət olacaq.

“TRT 1”, yayımladığı sənədli filmlərdə, bu cür darvinist nağıllar danışmaqdan qaçınmalıdır. Bunlar, elmi faktlar deyil, yalnız kor-koranə inanılan hekayələrdir. “TRT” səlahiyyətliləri, yayımladığı sənədli filmlərin elmi səviyyəsini aşağı salan bu cür təkamül nağıllarından imtina etməli, dövlət televiziyasını, darvinizmi kor-koranə müdafiə edən ehkam televiziya kanalı vəziyyətinə salmaqdan uzaq durmalıdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313