5 may 2000-ci il tarixində, “Hürriyet” qəzetinin 30-cu səhifəsində, “İlk quru onurğalısı” başlıqlı xəbər nəşr olundu. Təxminən yarım səhifədə yazılan xəbərə görə, “sudan quruya uzanan həyat zəncirinin itən halqası” tapılmışdı….
Bu xəbərin, bir çox elmi həqiqətlər əhəmiyyətsiz edilərək, yalnız sadə bir “təkamül təbliğatı” aparmaq məqsədi ilə hazırlandığı aydındır. Təkamülçü fosillər üzrə alimlər, əvvəllər, min dəfə etdikləri kimi, əllərinə keçən kiçik sümük parçalarından qaynaqlanaraq, tamamilə xəyali və elmi təməli olmayan şərhlər etmişlər və bu da, ictimaiyyətə “təkamül adına əhəmiyyətli yanaşma” kimi göstərilmişdir.
Bəhs olunan yazıda, 1953 və 1964-cü illərində müxtəlif olan iki çənə parçasından danışılır. 11 il ara ilə tapılan bu iki parçanın, 50 il əvvəl Litvalı bir paleontoloq tərəfindən təsadüfən tapıldığı və o zamandan bəri də, Rusiyada bir kolleksiyada saxlandığı xəbər verilir. Əhəmiyyətli olan məqam isə, bu iki çənə sümük parçasının, bütün onurğalı quru canlılarının guya atası olan yarı balıq, yarı sürünən bir canlıya aid olduğunun iddia edilməsidir.
Ancaq bu iddianın tamamilə fərziyyədən, yəni elmi əsası olmayan bir fərziyyədən ibarət olduğu aydındır. Nəsli kəsilmiş bir canlının yalnız çənə sümüklərindən faydalanaraq, canlı ilə əlaqədar, olduqca ətraflı bir ssenari yazılmışdır. Canlının qəlsəmələrə, balıq quyruğuna, həm üzgəc, həm ayaq funksiyası yerinə yetirən 4 üzvə sahib olan, timsaha bənzəyən bir onurğalı olduğu irəli sürülmüşdür.
Əslində iki müxtəlif tarixdə, iki parça halında tapılmış bir çənə parçasından bu qədər detallı məlumat əldə edilməyəcəyi aydındır. Bu, təkamülçülərin tez-tez müraciət etdikləri və yalnız öz-özlərini və tərəfdarlarını ovutmaq üçün istifadə etdikləri elmdən uzaq bir fərziyyə qabiliyyətindən başqa bir şey deyil.
Necə ki, şəxsən bəzi təkamülçü elm adamları da, tapılan bu kimi sümük parçalarının, təkamülçü həmkarları tərəfindən çox vaxt səhv şərh olunduqlarını ifadə etmişlər. Məsələn, dünyada məşhur fosil alimləri, Riçard Likey və elm yazıçısı Roqer Levin, qeyri-kafi fosil parçalarından qəti bir nəticə əldə edilə bilməyəcəyini belə açıqlamışlar:
“… Fosil tapıntıları çox yetərsiz olduğuna görə, müxtəlif şərhlər edə bilmək üçün zəmin çox uyğundur. Problemi daha da çətinləşdirən bir ünsür də, hər heyvan növündə, təbii görünüşün bir az fərqli olmasıdır. Canlı bir nümunə olaraq, ətrafımızdakı həmcinslərimizə baxmanız kifayətdir.
Əgər nəsli kəsilmiş canlılarda bu cür böyük dəyişiklik varsa, geridə buraxdıqları sümüklərdəki fərq elə böyük ola bilər ki, elm adamları əslində ortada tək bir növ varkən, bir neçə müxtəlif növ olduğunu düşünərək yanıla bilərlər… Buna görə, əgər altı tədqiqatçıdan, fosilləri uyğun hesab etdikləri kimi təsnif etmələrini istəsəydik, hər birinin, seçiminin dəyişik olma ehtimalı bizi təəcübləndirməməlidir. Şübhəsiz, bəzi kəslər, müəyyən bir fosil parçasının hansı qrupa daxil ediləcəyinə aid razılığa gəlməyəcəklər. (Richard Leakey – Roger Lewin, “Göl İnsanları – Evrim Sürecinden Bir Kesit”, TÜBİTAK, 2-ci nəşr, Ankara, səh. 36)
Berkeley-Kaliforniya Universitetindən təkamülçü antropoloq Dr. Tim Vayt isə, sümük parçaları haqqındakı təxminlərin necə yanıldıcı ola biləcəyini belə bir misalla açıqlayır:
“İnsana xas bir canlının körpücük sümüyü olduğu düşünülən 5 milyon illik bir sümük parçasının, əslində bir delfinin qabırğa sümüyünün bir parçası olduğu aydın oldu.” (Dr. Tim White, New Scientist, 28 aprel 1983, səh. 199)
Təkamülçülərin sümük qalıqlarından faydalanaraq həm özlərini, həm də, elm dünyasını aldatdıqlarına dair daha bir çox nümunə vardır:
1922-ci ildə tapılan bir çöl donuzu dişi, illərlə elm dünyasına “Nebraska Adamı” kimi tanıdılmışdır…
“Coelacanth” sinfinə aid balıqlar, 1938-ci ildə ilk canlı nümunələri tapılana qədər, “sudan quruya keçən ara forma” kimi tanıdılmış, amma canlı nümunələri tapılanda balığın heç bir ara forma xüsusiyyəti daşımadığı görünmüşdür…
“Ramapithecus” uzun illər boyunca insan ilə guya meymunabənzər ataları arasındakı ən əhəmiyyətli ara forma kimi göstərilmişdir, amma 1980-ci illərdəki yeni tapıntılardan sonra təkamülçülər, bu canlının dövrümüzdəki meymunlara çox bənzəyən və insanla heç əlaqəsi olmayan bir meymun növü olduğunu qəbul etmişdir…
“Hürriyet”dəkı xəbərdə, haqqında danışılan çənə sümükləri haqqında edilən təkamülçü şərhlər də, üstdəki təkamülçü yanılmalar kimi əsassız və xəyalidir. Təkamülçü elm adamları, özlərini nəzəriyyələrinə kor-koranə inandırdıqları üçün, rast gəldikləri ən kiçik bir fosil parçasından cəsarət taparaq, tamamilə xəyali ssenarilər yazır, bəzi media qurumları da, bunları dünyaya “təkamülün yeni dəlili tapıldı” kimi, tamamilə hiyləli üslubla təqdim edirlər.
Halbuki həqiqət, bu cür yalanlarla gizlənə bilməyəcək qədər aydındır. Darvinin “əgər nəzəriyyəm doğrudursa saysız ara forma tapılmalıdır” deyərək bəhs etdiyi ara formalardan əsər-əlamət yoxdur. Yəni Darvinin nəzəriyyəsi tamamilə səhvdir. Canlılar, təkamülləşərək ortaya çıxmamışlar, Allah qüsursuzca yaratmışdır.