“Focus” jurnalının may 2000-ci il tarixli sayında “Gələcəyin heyvanları” adlı yazı nəşr olunmuşdur. Jurnalın “Zoologiya” səhifəsində nəşr olunan yazıda, Şotlandiyalı bir paleontoloq Doqal Diksonun “Gələcəyin zoologiyası” adlı kitabından nümunələr verilir.
“Focus” jurnalındakı yazıdan aydın olduğuna görə, bəhs olunan kitabda, dövrümüzdən 50 milyon il sonra, heyvanların hansı növ dəyişikliklərə uğrayacaqları görünüşlərinin, bəslənmə və ovlanma vərdişlərinin necə olacağı, necə bir davranışa sahib olacaqları kimi təfərrüatlı məlumatlar verilərək, sanki kahin olmuşdur. Bundan əlavə, 50 milyon il sonra var olacağı iddia edilən bu varlıqlar, bütün incəlikləri ilə təsvir edilərək mövzuya qənaətbəxş görünüş verməyə çalışılmışdır.
Elmi xüsusiyyətli bir jurnalın, yenə “zoologiya” kimi bir elm sahəsi ilə əlaqədar səhifəsində yazılan, ancaq elmlə heç bir əlaqəsi olmayan bu yazının və yazıya aid olan kitabın əsl məqsədi əlbəttə ki, təkamül təbliğatıdır. Bu və buna oxşar işlərlə əlaqədar bəzi məqamların ictimaiyyət tərəfindən tanınmalı olduğu düşüncəsindəyik.
1) Doqal Diksonun, gələcəyin heyvanları ilə əlaqədar olaraq verdiyi məlumatlar, tamamilə xəyal məhsuludur və yazıçı, elmi üsullar istifadə etmədən, gələcəklə əlaqədar kahin olmuşdur.
“Focus” jurnalında ifadə edildiyinə görə, Doqal Dikson “Gələcəyin zoologiyası” adlı kitabında dövrümüzdən 50 milyon il sonra, heyvanların təkamülləşərək böyük fərqlər göstərəcəklərini izah edir. Diksonun iddiasına görə, yarasalar, qanadlarını itirərək yerə düşəcəklər və yerdə yemək tapa bilməyincə sualtında şanslarını sınayacaqlar, timsahlar təkamülləşərək Diksonun bir də ad verdiyi “desert shark” (çöl köpəkbalığı)-na çevriləcəklər, ağaclarda yaşayan meymunlar yerə düşərək vəhşiləşəcəklər və şirlərin yerinə keçəcəklər, onlara bənzər bir görünüşə çevriləcəklər… Bunlar Diksonun xəyali heyvan siyahısından yalnız bir neçəsidir.
Dikson, gələcəkdə yaşayacağını fərz etdiyi heyvanlar ilə əlaqədar, olduqca təfərrüatlı məlumatlar vermişdir, hansı heyvanın hansı orqanının neyə çevriləcəyini izah etmişdir, davranışlarının necə təsirlənəcəyini, nə ilə bəslənib, haralarda yaşayacağını ifadə etmişdir, hətta, hər birinə də, bir ad qoymuşdur, ancaq bu dəyişikliklərin necə əmələ gələcəyinə dair heç bir elmi izahlar etməmişdir, bunu sınaqdan belə keçirməmişdir. Halbuki, bir elm adamı, gələcəklə əlaqədar bir fikri olarsa, bunu mütləq güclü və dəqiq elmi məlumatlara əsaslandırmalı, təxminlərini tamamilə elmi üsullarla təqdim etməlidir. Əks halda xurafatlarla məşğul olan “kahinlərdən və ya falçılardan heç bir fərqi olmaz.
Məsələn, bir geoloq, bir daş parçasının milyonlarla ildir nə qədər sürətlə yer dəyişdirdiyi ilə əlaqədar bütün məlumatları nəzərə alaraq, bu daş parçasının 50 milyon il sonra harada olacağı ilə əlaqədar fərziyyə edə bilər və ya bir genetik alim, genlər üzərinə aparılan bütün tədqiqatları nəzərə alaraq, yaxın gələcəkdə, genetik mənşəli hansı xəstəliklərin yer üzündən tamamilə silinə biləcəyinə dair bir təxmin və şərh etmişdir.
Diksonun fərziyyələri isə, heç bir elmi məlumata əsaslanmadığı kimi, bütünlüklə özünün xəyal gücünə əsaslanır. Necə ki, “Focus” jurnalı da, bu həqiqəti etiraf edir və Diksonun bu işi, elmdə olması lazım olduğu kimi elmi üsullarla deyil, insani bəzi xüsusiyyətlərinə məğlub olaraq xəyal gücünün təsiri altına düşərək hazırlandığı bildirir. Yazının girişindəki bu cümlələr olduqca maraqlıdır:
“Əlbəttə, elm-öz üsulları olan, eyni təcrübələrin, eyni şərtlərdə, eyni nəticələr verən bir sahədir… Bu elmi sərhədlər çərçivəsində işləyənlər, əlbəttə, bu ciddi qaydalara riayət edirlər. Amma, hərdən insan olmağın dözülməz yüngüllüyünü hiss edirlər. Bu səbəblə, xəyal güclərini məcbur edə bilirlər. Məhz “Gələcəyin zoologiyası” adlı əsərin yaradıcısı, Şotlandiyalı paleontoloq Doqal Dikson da, bunlardan biridir… Əsərində, gələcəyin heyvanlarını mütləq elmi prosesdən keçirir, özündən də bir çox şeylər qatır…”
Yalnız xəyal gücünə əsaslanaraq edilmiş və fantastik bir ssenaridən başqa məna daşımayan bu işin, “Focus” kimi elm iddiası daşıyan jurnalın “zoologiya” səhifəsində yazılması isə, olduqca yanıldıcıdır. Oxucular, belə bir xəbəri bir elm fantaziya səhifəsində və ya “fantaziyalarınız, xəyal gücünün əsərləri” kimi səhifələrdə oxunsa heç bir eybi olmaz. Ancaq, bir adamın xəyal gücünün məhsulu olan, bəzi qəribə varlıqların şəkilləri və təfərrüatlı məlumatları, elm ilə əlaqədar, bir səhifədə yazılır və istifadə edilən başlıqlarda, bu xəyali canlılarla əlaqədar fantaziyalar elmi nəticə kimi təqdim olunur. Bir sözlə, təkamül nəzəriyyəsinə kor-koranə inanan bəzi elm adamlarının “xəyal güclərini məcbur edərək” uydurduqları nağıllar, elm görünüşü altında kütlələrə təlqin edilir.
Bu üsul, əslində olduqca tanışdır. Nəzəriyyələrini elmi tapıntılara əsaslandıra bilməyən təkamülçülər tez-tez bu cür, yanıldıcı xəbərlər verir, əsla reallaşmamış ssenarilərlə əlaqədar məlumatları, məhdud kəslərə həqiqət kimi təqdim edə bilmirlər. Öz ön mühakimələrini və xəyal güclərini “elm” deyə göstərərək insanları aldatmağa çalışırlar. Fransanın yetişdirdiyi ən böyük zooloqlardan biri olan Pyer Pol Qrese, özü də bir təkamülçü olmağına baxmayaraq, təkamül nəzəriyyəsinin bu cür iddiaları üçün bu şərhi etmişdir:
“Xəyal qurmağa qarşı bir qanun yoxdur, amma elm buna daxil edilməməlidir.” (Pierre Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 103)
2) Keçmişdə təkamül yaşanmamışdır ki, gələcəkdə yaşansın.
İstər Diksonun işində, istərsə də, “Focus” jurnalının bu çalışmanın axtarışında, təkamül nəzəriyyəsi, elmi olaraq isbat edilmiş bir həqiqət kimi təqdim edilir və “keçmişdə təkamül yaşandığına görə gələcəkdə də təkamül yaşanacaq” kimi olduqca səhv bir düşüncə ilə yola çıxırlar. Halbuki, keçmişdə təkamül yaşanmadığı kimi, gələcəkdə də, təkamül yaşanmayacaq. Bu, müasir elmin tapıntıları ilə ortaya qoyulmuş bir həqiqətdir.
Təkamülçülər, on illərdir, keçmişlə əlaqədar saysız ssenari çıxarmış və istifadə etdikləri təlqin və təbliğat üsulları ilə, bu xəyali ssenariləri elmi həqiqət kimi insanlara təlqin etmişlər. Ancaq XX əsrin ikinci yarısında, yaranan elmi və texnoloji inkişaflar, təkamülçülərin bütün nizamlarını alt-üst edərək, təkamülün heç vaxt reallaşmadığını açıq və qəti surətdə ortaya qoymuşdur.
Təkamülün ən əhəmiyyətli maneələrindən biri, təkamülləşmənin hansı mexanizmlərlə reallaşdığını izah edə bilməməsidir. Məsələn, Dikson, haqqında danışılan işində, yarasaların böyük bir dəyişiklik keçirəcəklərini, əvvəl qanadlarını itirəcəklərini və ardından da sualtında yaşamağa başlayacaqlarını iddia edir və bu iddiasını da xəyali şəkillə dəstəklənilir. Bu şəkildə görünən isə, yarasaların qanadlarının yerini, iki qolun aldığıdır. Diksonun, bu iddiasının elmi bir xüsusiyyət qazana bilməsi üçün, yarasanın qanadlarının necə bir qola çevriləcəyini, uçan bir məməli olan yarasanın necə su altında yaşaya biləcək, nəfəs ala biləcək, ovlana biləcək xüsusiyyətlər qazanacağını şərh etmək lazımdır.
Diksonun bu iddiasına görə, yarasanın bir çox orqanında əhəmiyyətli dəyişikliklər olmalı və bu dəyişikliklər, olduqca şüurlu və məqsədi təqib etməlidir. Tamamilə ehtiyacdan qaynaqlanan bu dəyişikliklərin mütləq şüurlu bir mexanizm tərəfindən reallaşdırılması lazımdır. Elə şüurlu bir mexanizm olmalıdır ki, bu havada yemək ehtiyacını qarşılaya bilməyən yarasanın, əvvəl qanadlarını qola çevirib, onun quruda ovlanmasını asanlaşdırmalıdır. Yarasanın quruda da, kifayət qədər qida tapa bilmədiyini görəndə isə, yarasaya qəlsəmələr və digər təchizatını da təmin edir və yarasanı suyun altında yaşatmalıdır.
Yaxşı, amma təbiətdəki bu şüurlu, ağıllı, qabiliyyətli mexanizm nədir? Təkamülçülər, 150 ildir, təbiətdəki bu “olması vacib olan” mexanizmi mübahisə edirlər. Ancaq təbiətdə mövcud olan heç bir mexanizmin belə bir çevrilişini reallaşdıra bilməyəcəyi olduqca aydın və qətidir. Təkamülçülərin, təkamülləşdirici iki mexanizm kimi irəli sürdükləri təbii seleksiya və mutasiyaların isə, əslində belə bir prosesi reallaşdıra bilməyəcəkləri ortadadır və bunu təkamülçülər də qəbul edirlər. Təbii seleksiya və mutasiyaların yeni varlıqlar əmələ gətirə bilməyəcəkləri bu gün elm adamları tərəfindən qəbul edilmiş bir həqiqətdir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya; Təkamül aldatması, Həyatın həqiqi mənşəyi)
3) Diksonun, çalışmasının və “Focus”dakı xəbərin yeganə məqsədi “təkamül təbliğatı”dır.
Təkamül nəzəriyyəsi, bundan 2 əsr əvvəl (IX əsrdə) irəli sürülən və indiki vaxtda, elmi tapıntılarla etibarsızlığı ortaya çıxmış bir nəzəriyyədir. Çarls Darvindən bu yana, elmin hər sahəsində və texnologiyada böyük inkişaflar olmuşdur və IX əsrdə inanılan kimi görünən bir çox şeyin, əslində qeyri-mümkün olduğu aydın olmuşdur. Ancaq, bütün bunlara baxmayaraq, təkamül nəzəriyyəsi, digər köhnə nəzəriyyə və fikirlər kimi zibilə atılmamış, əksinə, böyük bir diqqətlə mühafizə edilməyə çalışılmışdır. Çünki, təkamül nəzəriyyəsi, əsrlərdir, inancsızlıqlarına, Allahı inkarlarına, başıboş və məsuliyyətsiz insan anlayışlarına, maddəyə verdikləri əhəmiyyətə, elmi örtük və insanların gözündə bir leqallıq (qanunilik) axtaran cəmiyyətə saxta da olsa, bir dəstək qazandırmışdır. Bu səbəblə, elmi üsullarla böyük ümidlər bağladıqları nəzəriyyələrini müdafiə edə bilməyən təkamülçülər, təlqin, göz boyama və təbliğat üsulları ilə, bunu təmin etməyə çalışırlar. Mövzunu ətraflı araşdırmayan insanlar isə, “elm” maskası altında gizlənən qəzet və jurnallar, kitablar və s. vasitələrlə, təkamülün həqiqət olduğuna razı salınırlar (inandırılırlar).
Məhz Diksonun, gələcəkdə təkamül nəticəsində əmələ gələcəyini iddia etdiyi elm fantastik filmlərdən çıxmış xəyali varlıqlar, bu təbliğatın bir hissəsidir. Bu, təkamülçülərin, ilk dəfə istifadə etdikləri bir üsul da deyil. Məsələn, keçən il, yenə hərarətli bir təkamül müdafiəçisi olan Riçard Davkins, “gələcəyin insanı”nı çəkmişdi. Təsiredici bir görünüş verilmək istənən bu sözdə “gələcəyin insanı” da, eyni məqsədlə ortaya atılmışdı və heç bir elmi üsul istifadə edilmədən, tamami ilə xəyal məhsulu olaraq çıxarılmışdı.
Təkamülçülərin bu cür, elmdən uzaq üsullara, sanki “uşaq aldatma” metodlarına müraciət etmələri, həqiqətdə, darvinizmin elm qarşısında uğradığı məğlubiyyətin bir nəticəsidir. Heç bir laboratoriya təcrübəsi və ya elmi müşahidə, təkamül nəzəriyyəsini dəstəkləmədiyi üçün, təkamülçü bioloqlar, “xəyal güclərini məcbur edərək” uydurma canlılar çəkmək və bunun sayəsində mövzu haqqında məlumatı olmayan insanlara təsir etməyə çalışırlar. Bunlar, darvinizmin son səyləridir. İnsanlıq, elm adına utandırıcı bir boş söz olan bu nəzəriyyədən, çox yaxında tamamilə xilas olacaqdır