“Discovery Channel”də 7 aprel 2003-cü il tarixində “Fillər” adlı sənədli film yayımlandı. Proqramda, bu nəhəng canlıların Afrikanın düzənliklərindəki həyatları son dərəcə təsiredici təsvirlərlə göstərilir, fillər haqqında çox təəccüblü məlumatlar verilirdi.

 

Üstün yaddaş qabiliyyətləri, bir-birlərinə olan sədaqətləri, tonlarla ağırlıqlarını mükəmməl şəkildə qaldıran skelet sistemləri və çox güclü olmanın yanında ən kiçik cisimləri belə asanlıqla qavraya bilən xortumları, bu canlıları son dərəcə maraqlı edirdi. Ancaq “Discovery Channel” fillərin təkamüllə ortaya çıxdıqlarını irəli sürür, bu iddiasını da təkamül mövzusunda hər vaxt etdiyi kimi, yəni heç bir dəlil təqdim etmədən, yalnız bir təkamül nağılı şəklində izləyənlərə təlqin edirdi. “Discovery Channel”in fillərin təkamülü nağılını inandırıcı etmək üçün xüsusi üç ölçülü kompüter animasiyaları hazırlatdığı, filin xəyali təkamülünü mərhələ-mərhələ bu animasiyalarda canlandırdığı da görülürdü. İşin maraqlı tərəfi, “Discovery Channel”in tamamilə xəyal gücünə əsaslanan bu nağılı sözdə elmi iddia, hətta gerçək havasında təsvir etməsi idi. Bu nağılda fillərə maraqlı bir ata da təyin olunmuşdu: Donuz bənzəri bir canlı! “Discovery Channel”in təkamül hekayələrində klassiklər arasındakı yerini alan bu nağılda bu ifadələrə yer verilirdi:

 

“Fil xortumunun təkamülü 55 milyon il əvvəl ilk atalarla başladı. Bu primitiv varlıq qısa ayaqlı idi və təxminən bir donuz böyüklüyündə idi. Böyük ehtimalla yemək toplamaq üçün istifadə etdikləri üst dodaq və burun hərəkətli bir xortum halına gəlmişdi. Sonra nəsildən nəsilə dramatik şəkildə böyüdü. Boyları uzandıqca alt çənələri də uzanmağa davam edərək bəslənmək üçün yerlə əlaqə təmin etdi. Bu vaxt artıq bir az xortuma bənzəyən uzadılma daha da uzanmağa başladı. Daha böyük dişlərlə bəzəkli başları daha da ağırlaşdı. Bu ağırlığı daşımaq üçün boyunları qısalıb qalınlaşdı. Bu meyl on milyonlarla il boyunca sürdü. Heyvanlar böyüdükcə çənə və xortum da uzanmağa davam etdi. 20 milyon il əvvəl alt çənə kiçilməyə başladı, amma xortum hələ yerə təmas edirdi. Bunun nəticəsində müasir filin istifadə etdiyi uzadılma oldu”.

 

Burada deyilən yalan, bəzi orqanların müəyyən məqsədlərə görə inkişaf etdiyi iddiasının sanki sübut edilmiş tarixi inkişaf kimi göstərilməsidir. Halbuki, belə bir dəlil olmadığı kimi, belə bir müddətin yaşanmış olması da qeyri-mümkündür: Hər hansı bir canlı nə qədər istəsə istəsin bədənində yeni strukturlar inkişaf etdirə bilməz. Məsələn, bir insan uçmağı nə qədər çox istəsə də, gündə 10 saat özünü uca biləcəyi fikrinə adaptasiya etsə də, bütün gününü ayıraraq uçmaq üçün çalışsa da nəticə dəyişməyəcək. Hətta eyni şəkildə öz uşaqları, nəvələri və 80 nəsil boyunca nəvələrinin nəvələri də bu əməliyyatları davam etdirsə də heç bir şəkildə bu insanların qolları qanadlara çevrilməyəcək. Əskiksiz bir qanad bir tərəfə dursun, qolda “tək bir” quş tükü də çıxmayacaq.

Belə bir çevrilmə bioloji baxımdan mümkün deyil; canlıların ehtiyacları, onlarda yeni orqanlar inkişaf etdirməz. Bu səbəbdən sənədli filmdə iddia edildiyi kimi fillərin məqsədə istiqamətli dəyişikliklər keçirdiyi iddiası da ancaq Pinokkio nağılında kuklanın yalan danışdıqca burnunun uzanması qədər elmidir.

“Discovery Channel”in fillərlə əlaqədar izah etdiyi bir başqa nağıl da qulaqlarla əlaqədardır. Fillərin qulaqları bir avtomobilin radiatoru kimi vəzifə yerinə yetirər: Bir fil isti Afrika günəşi altında çox istilənər. Bədən istiliyini qan dövranı yoluyla qulaqlara daşıyan damarlar, burada olan kağız kimi incə qulaq toxuması sayəsində hava ilə yaxın təmas edər və istiliyi havaya verər. Bu dövranın davamlı olması fildə davamlı sərinləmə meydana gətirər. Filin bədənindəki 450 litrlik qanın hamısının, bu radiator sistemindən bir dəfə keçirilib sərinlədilməsi yalnız 20 dəqiqə çəkər.

“Discovery Channel” bu mövzuda da təkamül yalanını ortaya qoymaqda, bu kompleks sistemi filin özünün inkişaf etdirdiyini irəli sürməkdədir. Sənədli filmdəki ifadə belədir:

 

“Fillər bədənlərini sərin tutmaq üçün bəzi mexanizmlər inkişaf etdirmişlər”.

 

“Discovery Channel” burada içində olduğu əsassızlığı aşkar etməkdə və sistemi avtomobil radiatoruna bənzətməkdə, sonra bunun fil tərəfindən inkişaf etdirildiyini irəli sürməkdədir. Halbuki bir avtomobil radiatoru görən heç bir ağıllı insan, bunun təsadüflərlə avtomobilin uyğun yerində, uyğun vəsaitdən edilmiş şəkildə və uyğun dizaynda meydana gəldiyini müdafiə edə bilməz. “Bir avtomobil öz radiatorunu inkişaf etdirdi” izahatı nə qədər əsassız isə fillər bədənlərini sərinlədəcək mexanizmlər inkişaf etdirdi” izahatı da o qədər əsassızdır.

Əslində avtomobil və fil qulağı eyni məqsədlər istiqamətində və bənzər sistemlərlə çalışan ancaq yalnız fərqli vəsaitlərdən edilmiş dizaynlardır.

Qulaq toxumasının incəliyi, damarların qulaq üzərində idarəli olaraq açılıb bağlana bilməsi, qulaqların bir yelpik kimi bədəni sərinlədəcək şəkildə hərəkət etdirilə bilməsi, qan damarları, ürək və daha bir çox faktor bu sistemin açarlarını meydana gətirməkdədir. Bütün bunların müəyyən bir vəzifəni yerinə yetirəcək şəkildə və bir-birləriylə uyğun şəkildə bir yerə gətirildikləri yəni dizayn edildikləri açıqdır. Hər dizaynın bir dizayneri olduğu; məsələn bir avtomobil radiatorunun bir mühəndis tərəfindən hazırlandığı kimi, fildəki dizaynın da Yaradıcısı vardır. Bu üstün Yaradıcı uca Allahdır.

“Discovery Channel”in bu açıq gerçəyi görməzlikdən gələrək haqqında danışılan dizaynı kor təsadüflərə əsaslamasının altındakı məqsəd açıqdır: Bu cür nağıllarla izləyənlərin zehninə təkamül nəzəriyyəsini ola bildiyi qədər çox yerləşdirməyə çalışmaq. Elmi örtükdə verilən təkamül nağılları və göz boyama ilə üç ölçülü animasiyalar da bu səyin bir məhsuludurlar. Ancaq “Discovery Channel” nə qədər çox nağıl izah etsə də elmin göstərdiyi gerçəkləri örtə bilməyəcək: Təsadüfi mutasiyalar nəyinki donuzu filə çevirmək, bir orqanizmi üstünlüklü hala gətirəcək ən kiçik bir fayda da verə bilməmişdir.

“Discovery Channel”ə tövsiyəmiz təkamül nağıllarını bir tərəfə buraxıb canlıların şüurlu bir şəkildə dizayn edildikləri, yəni yaradıldıqları gerçəyini qəbul etməsidir.