8 fevral 2006-cı il “HaberTürk” saytında “Timsah yeyən qurbağalar Avstraliyanı işğal etdi…” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, 1935-ci ildə zərərli böcəklərlə mübarizə proqramı daxilində Avstraliyaya salınan bir qurbağa növünün “sürətlənərək və böyüyərək” yayıldığı izah edilirdi. Bufo marinus növünə aid qurbağaların yayılmasını araşdıran elm adamları, 5 qram ağırlığında vericilər yerləşdirdikləri qurbağaların sürət və ayaq uzunluqları arasındakı əlaqəni araşdırmışdılar.

Elm adamları, təəccüblü olmayan bir şəkildə, uzun ayaqlı qurbağaların ən sürətli yayıldıqlarını, qısa ayaqlıların isə bu yayılmağı geridən izlədiklərini tapmışdılar. “HaberTurk.com”, qurbağaların, Avstraliyaya ilk gətirilən nümunələrinə görə 5 misli daha sürətli yayıldıqlarını yazır, bunu bir təkamülləşmə faktı imiş kimi təhrif edirdi. Aşağıda qurbağaların haqqında danışılan sürətlənməsinin niyə bir “təkamülləşmə” mənasını vermədiyi açıqlanmaqda, “HaberTurk”ün söz oyunlarıyla göz boyama təkamül təbliğatı cavablandırılmaqdadır.

Qurbağalarda görülən sürətlənmə, sürətli variasiyaların nisbətinin populyasiya içindəki nisbətinin artımından qaynaqlanmaqdadır. Variasiya, növlərə ayrılma mənasını verməkdədir və müəyyən bir xüsusiyyət, məsələn ayaq uzunluğu baxımından fərqlilik göstərən fərdləri təsvir etməkdədir. Buna görə, ayaq uzunluğuna nəzarət edən genin müəyyən variasiyası yayılma sürəti baxımından orqanizmə üstünlük qazandırdığı üçün seçilməkdə, daha sürətli yayılan fərdlər daha çox törəyib çoxalma imkanı tapmaqdadırlar. Bunun nəticəsində qurbağalar, zamanla daha sürətli irəliləyən fərdlərdən meydana gəlməkdədir.

Burada qarşımıza bu suallar çıxmaqdadır: “Qurbağaların sürəti zaman içində artdığına görə bu dəyişikliyin bir sərhədi vardır? Və ya bu vəziyyət onları başqa canlılara çevirər?”.

Yuxarıdakı suallara dair məlumatlar, süni seleksiya yoluyla heyvan islahından və də təkamülçü elm adamlarıyla edilən sahə müşahidələrindən gəlməkdədir. Göyərçin, inək, it kimi evcil heyvanların müəyyən variasiyalarını əsrlər boyunca uyğunlaşdırıb balalar əldə edən yetişdiricilər, əldə etmək istədikləri xüsusiyyətlərin inkişafının daim məhdud olduğunu, müşahidə etdikləri dəyişmənin müəyyən bir nöqtədən sonra dayanıb geriləməyə başladığını tapmışlar. Beləcə canlı növləri arasında aşılmaz divarlar olduğu aydın olmuşdur. “Darvin Retried” adlı kitabın müəllifi Norman Macbeth bu mövzuda belə deməkdədir:

 

Problem canlıların həqiqətən də, sərhədsiz şəkildə variasiya göstərib göstərmədikləridir… Növlər həmişə sabitdirlər. Yetişdiricilərin yetişdirdikləri dəyişik bitki və heyvan cinslərinin müəyyən bir nöqtədən irəli getmədiyini, hətta həmişə orijinal formalarına geri döndüyünü bilərik. (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, səh. 33.)

 

Təbii populyasiyaları illər boyu müşahidə edib bunların müəyyən variasiyalarının nisbətini qeyd edən alimlər də eyni şəkildə məhdud dəyişmə müşahidə etmişlər, daha əvvəldən populyasiyada var olmayan, “yeni” bir xüsusiyyətin ortaya çıxdığına əsla şahid olmamışlar. Məşhur bir təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyi baş paleontoloqu Colin Patterson, bu gerçəyi belə qəbul etməkdədir:

 

Heç kim təbii seleksiya mexanizmləriylə yeni bir növ çıxara bilməmişdir. Heç kim belə bir şeyin yaxınına belə yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur. (Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 mart 1982, BBC)

 

“HaberTurk.com”un təkamül təbliğatının elmi olaraq heç bir həqiqəti olmadığı da bu nöqtədə ortaya çıxmaqdadır. Qurbağa populyasiyaları, yeni xüsusiyyətlər qazanmış deyildirlər. Uzun ayaq çıxaran gen variasiyası, növün gen hovuzunda, yəni genlərinin cəmində, onsuz da əvvəldən mövcuddur. “HaberTurk.com”, qurbağaların yeni genetik məlumat qazanma yoluyla sürətləndiklərinə dair tək bir məlumat ortaya qoymamaqdadır. Bu səbəbdən qurbağaların daha uzun ayaqlı fərdlərdən meydana gəlməsi və zaman içində sürətlənməsini “təkamülləşmə” olaraq önə sürmə səyi tamamilə əsassız təbliğatdan ibarətdir. Elmi məlumat, qurbağalardakı bu dəyişmənin sərhədləri olduğunu göstərməkdədir. Bu səbəbdən bu məhdud dəyişikliyi Darvinin ümumi təkamül nəzəriyyəsi, yəni sürünənlərin quşlara çevrildiyi istiqamətindəki köklü (və tamamilə xəyali) dəyişmələr üçün dəlilmiş kimi təqdim etmək; elmi məlumat təcrübəsi yox sayılaraq, kor-koranə təkamül təbliğatı uğuruna çarəsiz səydən ibarətdir.

Bunu da əlavə etmək lazımdır ki, “HaberTurk.com”un izah etdiyi qurbağaların təkamülü nağıllarının fosil qeydlərində heç bir izi yoxdur. Qurbağalar amfibiya qrupuna aid canlılardır. Təkamül nəzəriyyəsinə görə amfibiyaların atası olan balıqlarla amfibiyaları bir-birinə bağlayacaq heç bir ara forma yoxdur. “Vertebrate Paleontology and Evolution” kitabının müəllifi Robert L. Carroll, bu gerçəyi “erkən amfibiyalarla balıqlar arasında ara forma fosillərinə sahib deyilik” deyərək istəmədən də olsa ifadə etməkdədir. (R. L. Carroll. Vertebrate Paleontology and Evolution, W. H. Freeman and Co., New York, 1988. Səh. 4)

 

“HaberTurk.com” saytına, bundan belə təkamül xəbərlərini daha dəqiq araşdırmalarını, əsassız darvinizm təbliğatına son vermələrini tövsiyə edirik.