Təkamül nəzəriyyəsinin süqutu

“Bilim ve Teknik”də “Quşlar dinozavrdır” doqması

“Bilim ve Teknik” jurnalının noyabr 2005-ci il tarixli sayında “Dinozavrların əhvalatında itkin halqa tamamlanırmı?” başlıqlı yazı nəşr olundu. Zuhal Özer tərəfindən müxtəlif təkamülçü qaynaqlardan toplanan yazıda, müasir zamanların əfsanəsi olaraq xarakterizə edilə biləcək “dino-quş nəzəriyyəsi” elmi görünüşdə ələ alınmağa çalışıldı. Bu iddianı dəstəklədiyi qarşıya qoyulan bəzi fosil tapıntıları sıralandı. Archaeopteryxlə əlaqədar son bir araşdırmanın detalları deyildi. Bunun yanında Çinin Liaoning bölgəsində əldə edilən Sinusauropteryx fosillərinin quşların sözdə təkamülüylə əlaqəli tüklü dinozavrlara aid olduğu qarşıya qoyuldu. Aşağıda Hörmətli Özerin “Bilim ve Teknik” səhifələrinə daşıdığı təkamülçü yanılmalar cavablandırılmaqdadır.

 

Archaeopteryx tam uçan quşdur

Archeopteryx, günümüzdən 150 milyon il əvvəl yaşamış tam uçan quşdur. Hər şeyin başında bu quş, yaşı ilə hörmətli Özerin gündəmə daşımağa çalışdığı dino-quş xurafatını çürütməkdədir. Çünki tüklü dinozavrlar olduğu irəli sürülən canlılar Archaeopteryxdən 20 milyon il daha gəncdirlər. Bu canlıların özlərindən 20 milyon il əvvəl yaşamış bir quş olan Archaeopteryxin təkamüllü atası olduğunu müdafiə edən görüşün öz iddialarıyla ziddiyyət təşkil etdiyi, bu səbəbdən nə ağıla, nə də elmlə əlaqəsinin olmadığı açıqdır. Bu, kor-koranə doqmatizmdir.

 

“Bilim ve Teknik” yazısında Archaeopteryxin uçmaq üçün lazımi əzələlərə sahib olmasına qarşı təsirli şəkildə uça bilmədiyi qarşıya qoyulmaqdadır. Halbuki bu, tamamilə səhv iddiadır. Archaeopteryxin tükləri tam şəkillənmiş vəziyyətdədir və günümüzdəki uçan quşlar ilə tamamilə bənzər xüsusiyyətdədir. Archaeopteryxin qüsursuz qanadlara, uçuş əzələlərinin yapışma yeri olan “sternum” sümüyünə, uçuşa imkan verən asimmetrik quş tükü quruluşuna sahib olduğu və eynilə günümüzdəki quşlar kimi uca bildiyi bütün avtoritetlər tərəfindən qəbul edilən bir gerçəkdir. Necə ki, “Bilim ve Teknik” yazısında xəbər verilən bir araşdırmaya görə, Archaeopteryxin günümüzdəki quşlarla bənzər beyin quruluşuna sahib olduğu və uçuş üçün lazımi neyroanatomiyaya sahib olduğu ortaya qoyulmuşdur.

 

Tüklü dinozavrlar yanılması

Keçmişdə “tüklü dinozavrlar” yaşadığı iddiası, sübut edilmiş bir məlumat deyil, üzərində çox mübahisə edilən bir fərziyyədir. Son 10 il ərzində bəzi fərqli fosil canlıların “tüklü dinozavr” olduğu iddia edilmişdir, amma bu iddiaların bəziləri tamamilə çürümüşdür, bəziləri də hələ də mübahisəlidir. İrəli “tüklü dinozavr”lardan birinin (Archaeoraptor) tamamilə bir fosil saxtakarlığı olduğu ortaya çıxmışdır. 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən Sinosauropteryx fosilinin gerçəkdə quş tükünə bənzər heç bir quruluşa sahib olmadığı isə 1997-ci ildə edilən araşdırmalarla aydın olmuşdur.1

Qarşıya qoyulan digər heç bir “tüklü dinozavr” namizədi qəti deyil. Bu canlıların qalıqlarında bəzi “tük kimi” strukturlara rast gəlinsə də, bunların gerçəkdə tükmü yoxsa klassik sürünən pulcuqlarının uzadılmalarımı olduğu qəti olaraq təyin olunmayıb. Feduccia kimi avtoritetlər bu strukturların “kollagen lifləri” olduğunu və tük olaraq qəbul edilməsinin böyük səhv olacağını müdafiə etməkdədirlər.2

 

Nəticə

Görüldüyü kimi, “Bilim ve Teknik” jurnalındakı yazı, çürüdülmüş bir sıra təkamülçü iddiaların yenidən yığılıb oxucuların qarşısına elmi gerçəklərmiş kimi gətirildiyi, konkret elmi məzmundan hamısıyla məhrum bir yazıdır. “Bilim ve Teknik” jurnalına dino-quş nəzəriyyəsinin aşılması qeyri-mümkün maneələrlə əhatə edildiyini qəbul etməsini; bunları əhəmiyyətsiz edərək kor-koranə müdafiə olunan təkamülçü iddiaları sübut edilmiş gerçəklər kimi təqdim etməkdən imtina etməsini tövsiyə edirik.

Əlaqədar yazı: QUŞLARIN TƏKAMÜLÜ İDDİASI NİYƏ ÇIXILMAZ VƏZİYYƏTDƏDİR?

 

 

1) “Plucking the Feathered Dinosaur”, “Science”, cild 278, 14 noyabr 1997, səh. 1229 .

2) Alan Feduccia, The Origin and Evolution of Birds, 2nd Ed. New Haven: Yale University Press, 1999

Paylaşın

Ən son yazılar

  • Adnan Oktar deyir ki

Cənab Adnan Oktarın 10 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 10 iyun 2017   (Qatarı təcrid edən ölkələrdən biri olan Bəhreynin Xarici İşlər… ardı >>>

8 ay öncə
  • Adnan Oktar deyir ki

Cənab Adnan Oktarın 11 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 11 iyun 2017   (PKK-lı terroristlər tərəfindən təsadüfi açılan atəş nəticəsində şəhid edilən… ardı >>>

8 ay öncə
  • Adnan Oktar deyir ki

Cənab Adnan Oktarın 12 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 12 iyun 2017   Gənc qızlara, “özünə iş tap, ər tap” təzyiq göstərilməsi… ardı >>>

8 ay öncə
  • Adnan Oktar deyir ki

Cənab Adnan Oktarın 13 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 13 iyun 2017   (Dünən Bingölün gənc mahalı Yeniyazı kəndinin çöl ərazisində terrorçuların… ardı >>>

8 ay öncə
  • Adnan Oktar deyir ki

Hörmətli Adnan Oktarın yeni izahları (2 may 2017)

ALLAH BÜTÜN DİQQƏTİN ONDA OLMASINI İSTƏYİR. EVLƏRİ, TELEVİZORLARI, KOMPYUTERLƏRİ, BÜTÜN DOSTLARIMIZI YARADAN ALLAHDIR. ƏSL SEVGİ… ardı >>>

9 ay öncə
  • Quran əxlaqı və təfəkkür

Hörmətli Adnan Oktarın yeni izahları (12 may, 2017; 16:00)

Münafiq müsəlman üçün iz sürmədə istifadə etdiyi mükəmməl itdir. İngilis Dərin Dövlətinin izini tapmaq üçün… ardı >>>

9 ay öncə