“Evrensel” qəzetinin 26 may 2005-ci il tarixli sayında “Yatan gözəl oyandı” başlıqlı yazı nəşr olundu. Yazıda, 2004-cü ildə, Çində ələ keçən və elm adamların tərəfindən “Mei long” kimi adlandırılan 140 milyon illik dinozavr fosilinin tapıntısı haqqında bəhs olunurdu. “Evrensel”, fosil skeletin duruşuna və quşlarla olan anatomik bənzərliyinə əsaslanaraq, bu fosilin, dinozavrların quşlardan təkamülləşdiyi iddialarına (dino-quş nəzəriyyəsini) dəlil gətirdiyini bildirirdilər. Aşağıda təkamülçülərin bu fosillə əlaqədar iddiaları qiymətləndirilir və bunların niyə xəyali fərziyyələrdən ibarət olduğunu ortaya qoyur.

 

Fosil skeletin duruşu, heç bir şeyin dəlili deyil

dino2Tədqiqatçılar, canlının başını, ön qollarının arasına soxduğunu və quyruğunu da, bədəninin ətrafına doladığı vaxt, birdən öldüyünü təyin etmişlər. (Baxın: şəkil) “Evrensel” qəzetində, bununla əlaqədar olaraq, dinozavrın böyük ehtimalla yatdığı bir anda öldüyü izah edilir. Sonra da, belə bir uyğunluğun, quşların uyğunlaşma tərzini xatırlatdığı ifadə edilir və canlının quşlara təkamülləşərək bir dinozavr nəslindən gəldiyi bildirilir.

Halbuki, ortada, dinozavrın həqiqətən yatarkən öldüyünü göstərən dəqiq dəlili yoxdur. “Nature” jurnalının xəbər xidmətində, bununla əlaqədar olaraq nəşr olunan bir məqalədə, tapıntını reallaşdıran adlardan, paleontoloq Mark Norell, canlının bir vulkan partlayışı nəticəsində birdən fosilləşə biləcəyini ifadə edir (Maykıl Hopkin, “Fossil dinosaur slept like a bird”, News@Nature.com, 13 oktyabr 2004). Çünki fosil şimal-şərq Çində, Liaoning Bölgəsində, vulkanik qayalar arasında tapılmışdır və qayalar arasında da, çox miqdarda kül var. Bu vəziyyətdə, dinozavrın vulkanik partlayış əsnasında, qorxub gizləndiyi bir anda bu formada durduğu kimi bir ehtimal da ağla gəlir. Bu səbəbdən bu duruş çox yaxşı, dinozavrın ümumi bir yatmış vəziyyətini deyil, ürkmə anında özünü qoruma refleksi ilə alan bir forma da ola bilər. Buna görə, skeletin duruşunun yatmaq vəziyyətini əks etdirmək iddiası, bütün ehtimallar qiymətləndirilmədən edilən və doğruluğu təsbit edilməyən fərziyyədən ibarətdir.

 

İstiqanlılıq iddiası da, fərziyyədir

“Evrensel” qəzetindəki təkamülçü xəyallarının ikincisi, bu dinozavrın istiqanlı canlı ola biləcəyi haqqındadır. “Evrensel”, canlının qollarını başına doğru bədən istiliyini mühafizə üçün düzəldilmiş hərəkət ola biləcəyini və bir sözlə fosilin, soyuqqanlı sürünənlərdən istiqanlı quşlara bir keçid mərhələsində ola biləcəyini iddia edir. “Evrensel”, bu iddianı elmi cəhətdən güclü fərziyyə kimi bəhs edir. Nə var ki, şəxsən tapıntını reallaşdıran Mark Norell, bunun birbaşa heç bir müşahidə əsasında deyil, bir fərziyyə olduğunu etiraf edir. Norell, bunu “Bir fosilin bədən istiliyini ölçə bilməzsiniz” sözləri ilə qəbul edir. (Michael Hopkin, “Fossil dinosaur slept like a bird”, News@Nature.com, 13 oktyabr 2004-cü il)

Fizioloji cəhətdən, soyuqqanlılıq və istiqanlılıq arasında aşkar fərqlər vardır. Bu ikisi arasında şüursuz təsadüf və təbiət hadisələri vəsiləsi ilə bir keçid yaşandığına dair iddia, ağla tamamilə zidd bir nağıldan ibarətdir. Çünki təkamülçülərin guya təkamülə əsas olaraq təqdim etdikləri mexanizmlərin canlıları, təkamülləşdirici heç bir rolunun olmadığı, məlum bir həqiqətdir. Mutasiyalar, orqanizmi mənfi istiqamətdə təsir edər, hətta çox vaxt şikəstlik və ölümlə nəticələndirər. Şəxsən Çarls Darvinin özü, orqanizmi inkişaf etdirən faydalı dəyişikliklər olmadan, təbii seleksiyanın heç bir təkamülləşdirici rolu ola bilməyəcəyini açıq-aşkar qəbul etmişdir. (http://www.darwinizminsonu.com/mekanizmalar.html)

 

Təkamülçülər bütün bu əhəmiyyətli elmi maneələri görməzlikdən gəlir, bir canlını yalnız qolları ilə başını örtdüyü üçün istiqanlılığın təkamülü ssenarisinə əsas göstərməklə, elmdən uzaq fikir sərgiləyirlər.

 

Anatomik bənzərliklər təkamülü sübut etməz

“Evrensel” qəzeti dinozavrlarla quşlar arasındakı anatomik bənzərliklərin, bu iki canlı arasında guya təkamül keçidi yaşandığını sübut etdiyini iddia edir. Əvvəlcə, quşlar və dinozavrlar arasındakı anatomik bənzərliklərin bu iddianı nə dərəcə dəstəklədiyi, təkamülçülər arasında müzakirə olunmalıdır. Məsələn, quşlar üzrə mütəxəssis alim Dr. Alan Fedusia, özü də, bir təkamülçü olmağına baxmayaraq, quşlar və dinozavrlar arasındakı anatomik müqayisələrin dino-quş nəzəriyyəsini dəstəklədiyinə dair iddianı bu sözlərlə qəti olaraq rədd edir:

 

 

“25 il boyunca quşların kəllə sümüklərini araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmədim. Quşların dördayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində XX əsrin ən böyük utancı olacaq.” (Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997-ci il, səh. 28)

 

Bir tərəfdən də, quşlarla dinozavrlar arasında anatomik bənzərliklər olsa da, bu, təkamül nəzəriyyəsi üçün elmi dəlil əmələ gətirməyəcək. Məsələn, bir avtomobillə bir motosikletin hərəkət və istiqamət idarə sistemləri arasında da, bir çox bənzərliklər sadalana bilər. Ancaq bu, avtomobilin motosikletdən təsadüfü bir prosesdə təkamülləşdiyini göstərməz. İstər avtomobil, istərsə də, motosiklet mühəndislər tərəfindən bir məqsəd üçün, yəni şüurlu olaraq ayrı-ayrı hazırlanmışdır.

Eyni şəkildə, quşlar və dinozavrların anatomiyalarında bəzi bənzərliklər olması da, quşların dinozavrlardan təkamülləşdiyinə dəlil gətirmir.

 

Dino-quş nəzəriyyəsi: Elmi əsası olmayan doqmadır

“Evrensel” qəzetində müdafiə olunan, quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsi, heç bir elmi əsası olmadan müdafiə olunan doqmadan ibarətdir. ABŞ-ın məşhur elmi təşkilatları Smitsonian İnstitutunda, Quşlar Bölümünün başçısı Storrs L. Olson, bunu açıqca etiraf etmiş bir təkamülçü avtoritetdir. Olson, “The Vaşinqton Times” qəzetində nəşr olunan reportajında nəzəriyyənin elmi əsası olmadığını bu qəti sözlərlə ifadə etmişdir:

 

“Quşlar dinozavrdır” fikrini dəstəkləyən insanlar, bu mübahisədə (quşların guya təkamülünün dinozavrlardan başqa bir sürünən qrupundan olduğu müzakirəsi) uzun müddət səslərini yüksəltdilər. Quşların dinozavrlara çevrildiyi fikri ilə əlaqədar çox sayda problem var. Nəzəriyyə, buna baxmayaraq məşhur mediada reklam mövzusu oldu. (Larry Witham, “Suya Makes Debut en Latest Attack of Dino-Mania”, The Vaşinqton Times, 16 iyun 2000-ci il)

 

Nəticə

Bu fosilin, obyektiv olaraq, irəli sürdüyü yeganə həqiqət, fosillərin müxtəlif şəkillərdə tapıla biləcəkləridir. “Evrensel” qəzetinin fosil tapıntısı ilə əlaqədar şərhləri və ümumiyyətlə quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsi isə, heç bir elmi əsas olmadan edilən xəyali fərziyyələrdən ibarətdir. Quşlar və dinozavrları, digər bütün canlılarla birlikdə Uca Allah yaratmışdır. “Evrensel” qəzeti rəhbərliyini, müasir elmin, yaradılışı təsdiqlədiyi həqiqətini qəbul etməyə və Darvinizmi ideoloji olaraq müdafiə etmə yanılmasını tərk etməyə dəvət edirik.