Arxeaptreksin beyin bərpaetmə işində aparılan elmi araşdırma, bu canlının, beyin quruluşunun, dövrümüzdəki quşların beyin quruluşundan fərqlənmədiyini və uçma qabiliyyəti üçün lazımlı quruluşa və nevroloji təchizata sahib olduğunu üzə çıxartdı. Bəhs olunan çalışma, Londondakı Təbiət Tarixi Muzeyindən, paleontoloq Anjela Milnerin başçılığındakı beynəlxalq mütəxəssislər qrup tərəfindən reallaşdırıldı və İngilis elm jurnalı “Nature”də nəşr olundu.

Elm adamları, Arxeaptreks fosilinin beyin quruluşunun bərpaetmə modelini düzəltdilər və bunu Austındakı, Teksas Universitetinin müasir X-şüalı (şəklini çəkən) cihazları ilə araşdırdılar. Bunun nəticəsində, Arxeaptreksin, üstün düşüncə ilə, olduqca inkişaf etmiş qəbuletmə qabiliyyətləri ilə yanaşı, bunları koordinasiyalı şəkildə idarə edə bilən vasitələrə sahib olduğu ortaya çıxdı. Qulaq içində olan və tarazlığı nizamlayan funksiyasını yerinə yetirən yarımdairəvi kanalları araşdıran elm adamları, Arxeaptreksin, uçmaq üçün lazımlı quruluşa və nevroloji uyğunluğa sahib olduğu nəticəsinə gəldilər.

Arxeaptreks, təkamülçülərin ara-keçid forması kimi təqdim etdiyi fosillərin əvvəlində gəlir. Dərs kitablarında, təkamül dəlili kimi göstərilən ikonaların, bəlkə də, ən geniş şəkildə tanınanıdır. Ancaq Arxeaptreksin, bu simvolik statusu, elmi tapıntılara baxmayaraq davam etdirilən əsassız təbliğata əsaslanır.

Bu canlıya aid ilk qalıq, 1861-ci ildə, Çarls Darvinin, “Növlərin mənşəyi” adlı kitabını nəşr etməsindən, iki il sonra ələ keçəriləndə, təkamülün dəlili kimi qarşılanmışdı. Bundan təxminən 150 milyon il əvvəl yaşadığı təyin olunan canlı, bədənində saxladığı diş, sümüklü quyruq və qanadlarında pəncələr ilə, sürünənlərdən quşlara bir ara-keçid forması və dövrümüzdəki quşların atası kimi irəli sürülürdü. (Halbuki pəncələr, indiki zamanda da yaşayan bəzi quşlarda, dişlər isə, qədim dövrlərdə yaşamış başqa quş növlərində mövcuddur və bir sözlə, bunların Arxeaptreksdə mövcud olması, sürünənlərdən təkamül iddiasına dəlil gətirmir)

Arxeaptreksin, təkamülçülər tərəfindən ara-keçid forması kimi qəbul edilməsinin əhəmiyyətli səbəblərindən biri, bu canlının, quş uçmağı üçün kritik funksiyaya sahib olan sinə sümüyünün tapılmaması idi. Ancaq, elmi tapıntılar təkamülçülərin bu qəbulunun tələsik şərhlərdən ibarət olduğunu ortaya qoydu. 1992-ci ildə, ələ keçirilən yeddinci Arxeaptreks fosilində, bu canlının bəhs olunan sümüyə sahib olduğu təyin olundu.* Bundan əlavə, Arxeaptreks, bütün uçan quşların sahib olduğu asimmetrik tük quruluşuna da sahib idi və bunların forması dövrümüzdəki quşlardakı tüklərin formasından fərqlənmir. Bir başqa sözlə desək,150 milyon illik Arxeaptreks tüklərində tam bir “təkamülsüzlük” müşahidə edilirdi.

Beləliklə Arxeaptreksin uça bilmədiyinə aid iddiaların etibarsız olduğu aydın oldu. Qısacası, Arxeaptreks, uçma qabiliyyəti olmayan bir ara-keçid forması deyil, uçma qabiliyyətinə sahib olan, nəsli kəsilmiş bir quş növü idi.

Yaxşı bəs, bu son çalışma, Arxeaptrekslə əlaqədar təkamülçü ssenari üçün hansı nəticələri təqdim etmişdir? Bu çalışma, təkamülçüləri iki cəhətdən çıxılmaz vəziyyət salır. Birincisi, Arxeaptreksin uçma qabiliyyəti, sinə sümüyündən sonra, beyin axtarışından gələn tapıntılarla güclənir. İkincisi isə, Arxeaptreksin beyin quruluşu, sürünənlərin beyin quruluşuna heç oxşamır. Milner, təkamülçülərin ümid etdiklərinin tam əks nəticələrə gələn bu vəziyyəti belə ifadə edir:

 

“Tamamilə dinozavrlara xas bir beyin ilə, qarşılaşmağı ümid edirdik. Onun yerinə, tamamilə quşlara xas bir beyin çıxdı. Arxeaptreksin beyni yaşayan bir sürünənin beyninə heç oxşamır.”

 

Yəni təkamülçülər, Arxeaptreksin, sürünənlərdən hələ ayrılmış olaraq ilk uçan quş və dövrümüzdəki quşların atası olduğunu müdafiə edirlər, amma elmi tapıntılar bunu yalan hesab edir. Uçmaq kimi sadələşdirilə bilməz komplekslikdə bir qabiliyyət üçün, lazımlı təchizat və tənzimləmələrin, dövrümüzdən yüz əlli milyon il əvvəl Arxeaptreksin bədənində qüsursuz şəkildə tapıldığı aydın olur.

Beləliklə Arxeaptrekslə yanaşı bütün quşların mənşəyinin yaradılış olduğu, elmi tapıntılarla bir daha təsdiqlənir. Bir quş üçün uçmağa imkan verən birtərəfli tənəffüs sistemi, aerodinamik dizayn, tüklər arasındakı qarmaqlar, içi boş sümüklər və bir çox bioloji quruluş, açıq-aşkar dizaynın varlığını bildirir. Bir quşun uçarkən reallaşdırdığı manevrlər, dövrümüzün inkişaf etmiş texnologiyası ilə düzəldilən heç bir maşın (texnika) ilə həyata keçirilə bilmir. Beləliklə üstün komplekslik ortaya qoyan bu dizayn, Allahın yaratmağının qəti dəlilidir.

 

 

* Sinə sümüyü, uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi sinə qəfəsinin altında olan sümükdür. İndiki vaxtda uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox fərqli bir nəslə aid olan, uça bilən məməli yarasalarda da, bu sinə sümüyü vardır.