“New Scientist” jurnalının 22 may 2004-cü il tarixli sayında “Four-winged birds were first to take to the air (İlk olaraq dörd qanadlı quşlar uçdu)” başlıqlı xəbər nəşr olundu. Yazıda, Copenhagen Universitetindən, zooloq Pyer Xristensenin Arxeaptreks fosili üzərində apardığı bir təcrübə xəbər verilirdi. Xristensen, fosilin kürəyində, ayaq ətrafında və böyük ehtimalla boynunun başlanğıcında tük izləri kimi görünən şeylərin varlığını bildirirdi.1 “New Scientist” yazısında Kanadadakı, Calgary Universitetindən məzun olan şagird Nik Lonqriçin paralel iddiası xatırladılır,2 Lonqriç Arxeaptreks nümunəsinin arxa ayaqlarında 3.5 sm uzunluqda tüklərin tapıldığına dair iddiasına yer verilirdi.

 

Arxeaptreksin, bədəninin bu hissələrində tüklərə sahib olduğuna dair bu iki iddianın, guya uçmağın təkamüllü mənşələri ilə əlaqədar “dörd qanadlı quş” fikri ilə əlaqələndirildiyi aydındır.

Xatırlatmaq lazımdır ki, dörd qanadlı quş fikri, 2003-cü ilin yanvar ayında dünyaya bildirilən 130 milyon illik “Maykroraptor kui” fosil tapıntısına əsaslanmışdır. Bir dinozavra aid olduğu təyin olunan bu fosilin ön qollarının yanında, arxa ayaqlarında tük göstəricisi izlərə rast gəlinməsi, uçuşun ağacdan-ağaca keçə bilən dörd qanadlı quşlardan təkamülləşdiyinə aid təkamülçü fərziyyələrə gətirib çıxartmışdı. Biz, o dövrdə bu fərziyyələrin, elmi həqiqətlər qarşısında niyə bir xəyaldan ibarət olduğunu dəlilləri ilə izah etmişdik.

 

“New Scientist” indi bu iddianı gündəmə gətirir və “ilk quşların dörd qanadlı, (ağacdan-ağaca) süzülən canlılar olduqları və ancaq, daha sonralar inkişaf etmiş, qanad çırpa bilən quşlara təkamülləşdikləri” fikrinin bəhs olunan iki çalışma ilə dəstəklənildiyini irəli sürürdü.

Ancaq, “New Scientist”də yayımlanan, iki çalışma həyata keçirən tədqiqatçıların etdiyi şey, elmi tapıntılara zidd xəyala sövq edən fərziyyələr irəli sürməkdən ibarətdir. Dörd qanadlı quş fikri, böyük nağıldan başqa bir şey deyil. Həqiqətdə “Maykroraptor kui” uçmağın təkamüllə yarandığını göstərə bilən heç bir elmi əsas təqdim edə bilmir. “Maykroraptor kui”nin tanınan ən qədim quş fosili olan Arxeaptreksdən 20 milyon il daha gənc olmağı, bu fosilə ətf edilən təkamül ssenarisini əsassız qoyur. Bundan əlavə, M. kuinin anatomiyasının, güclü qanad çırpmalara əsaslanan uçuşla nəticələnər, bir təkamül yaşamasının qeyri-mümkünlüyü qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də, qəbul edilmir.

Məsələn, “Nature” jurnalının redaktoru, paleontoloq Henri Gii, “Dörd qanad (ağacdan-ağaca) süzülmək üçün mükəmməl bir tərtibdir amma, güclü, (qanadları) çırparaq uçuş üçün deyil” deyərək M. kuinin süzülmə hərəkəti ilə quş uçmağı ilə əlaqədar olduğu iddiasının qarşısında yer almaqdadır.3

 

İlk quşların dörd qanadlı quşlar olduğu iddiasından bəhs edən və M. kui ilə əlaqədar təkamülçü iddiaların önündəki maneələri gözlər önünə sərən bir yazımızı da buradan oxuya bilərsiniz.

 

 

1) Comptes Rendus Palevol, cild 3, səh. 99

2) New Scientist, 25 yanvar 2003, səh.14

3) Gee, H., “Fossil boosts trees-down start for flight”, Nature Science Update; Perspective on Ref.1, 23 yanvar 2003