“Hürriyet Bilim” və “Evrensel” qəzetində, Çində tapılan və 23 yanvar cümə axşamı günü, “Nature” jurnalında elan edilən bir tapıntıya əsaslanan xəbərlər nəşr olundu. Mövzu “Maykroraptor kui” adı verilən və bəzi təkamülçü paleontoloqlar tərəfindən uçmağın guya təkamülünə dəlil olaraq göstərilən bir fosil idi. Bu fosil ətrafında gəzən mübahisələri “Axırıncı dino-quş ziddiyyəti və həqiqətlər” başlıqlı yazımızda bəhs olunan və 150 milyon illik Arxeaptreks quşunun, haqqında irəli sürülən təkamül iddialarını etibarsız etdiyini ifadə etmişdik. (Yazı üçün baxın: http://www.netcevap.org/dinokus.html) Bu yazıda isə, təkrar olaraq eyni təfərrüatlara girmir, yalnız hər ikisi də, xarici yayımlardan tərcümə edilərək hazırlanmış “Evrensel” və “Hürriyet” xəbərlərinin bəzi əsassız istiqamətlərini göstəririk.

 

“Evrensel”in “sürü” yanılması

“Evrensel” qəzetində verilən xəbər “New York Times”da nəşr olunan bir yazının tərcüməsi idi və “Dörd qanadlı quşun izah etdikləri” başlığını daşıyırdı. 26 yanvar tarixli yazıda, bəzi xəyali dino-quş şəkilləri verilmişdi. Bu şəkillərin birində verilən dinozavr, xəbərə səbəb olan “Maykroraptor kui”dən tamami ilə fərqli idi və daha çox “Sinbad” filmlərindəki uçan əjdahalara bənzəyirdi.

Uçuşla əlaqədar xəyali təkamül ssenarilərinə yer verilən yazıda “Görəsən bir sürünən sürüsü daha sürətli qaça bilmək üçün tüklü ön ayaqlarını davamlı yelləyərək və beləliklə uçma qabiliyyəti qazandı?” şəklində bir cümlə keçirdi. Tərcüməni edən yazıçı, dino-quş hekayəsinin də, təsiri ilə, bir tərcümə səhvi etmiş və “uçan sürünən sürüsü” kimi gülünc bir ifadə işlətmişdi (orijinal yazıda, növlərin təsniflənməsində istifadə edilən “phylum” sözünü sürü kimi tərcümə etmişdi. Sözün düzgün tərcüməsi “filumdur” və heyvanlar arasındakı ən böyük qrupları ifadə edən bioloji termindir).

“Evrensel” qəzetindəki bir başqa səhv isə Stefan Kzerkas adlı muzey müdirinin şərhlərinə yer verilməsi idi. Bu, bir yanılma idi, çünki Kzerkas elmi mövzuda avtoritet olaraq qəbul olunmamışdır. O, elm tarixinin ən böyük saxtakarlıqlarından biri olan Arxeoraptor qalmaqalın əsas qurucularından biridir. Bir iş adamından aldığı 80.000$ qarşılığında fosili satın almış, qaçaq yollarla Çin sərhədləri xaricinə çıxartmış və ciddi şəkildə araşdırmadan “National Geographic” jurnalında guya “quşların təkamülünü sübut edən fosil” kimi yayınlatdırmışdır. Dino-quş nəzəriyyəsini sübut etdiyi irəli sürülən və başlıq olan fosilin saxta olduğu isə, daha sonra aydın olmuşdur. Kzerkasın akademik karyerası da yoxdur. Fantastik maket dinozavrlar hazırlatdırıb muzeyində sərgiləyən bir iş adamıdır. “Evrensel”in təkamül ssenarilərini obyektivlikdən bu cür uzaq bir ada istinad etməsi diqqət çəkicidir.

 

“Hürriyet Bilim”in Arxeaptreks yanılması

“Hürriyet Bilim” jurnalında nəşr olunan dino-quş xəbəri isə, 1 fevral 2003-cü il tarixli və “Böyük kəşf: Dörd qanadlı uçan dinozavr” başlığı ilə verilən yazıdır. “News week” jurnalında nəşr olunmuş xəbərin tərcüməsi olan yazıda, dino-quş nağılı halına gəlmiş izahatı görünür. Yazıda, “Elm adamlarının bir çoxu, onsuz da, quşların dinozavrlardan törədikləri fikri ilə razılaşır və Xunun tapıntıları fikrinin konkret bir dəlilini göstərir” deyilir. Halbuki, bu doğru deyil. Bu gün, elm dünyasında bir çox şəxsin çoxu təkamülçü olmağına baxmayaraq, quşların dinozavrlardan təkamülləşdiyi iddiasına qarşı çıxır, bunun səthi bir iddia olduğunu, elmi həqiqətlər tərəfindən təkzib olduğunu müdafiə edirlər. Məsələn, dünyada quşlar sahəsində iki məşhur olan alim, Kanzas Universitetindən Leri Martin və Şimal Karolina Universitetindən Alan Feduçia elmi tapıntıların dino-quş nəzəriyyəsini etibarsız etdiyini ifadə edir və nəzəriyyənin açıq-aydın əleyhinə çıxırlar.

Leri Martin: “Doğrusunu demək lazımdırsa, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə danışmaq məcburiyyətində qalmaqdan utanacaqdım1 deyərkən Dr. Alan Feduçiya isə, nəzəriyyəni əsrin utancı olaraq müəyyən edir:

 

“25 il boyunca quşların kəllə sümüklərini araşdırıram və dinozavrlarla aralarında heç bir oxşarlıq görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində XX əsrin ən böyük utancı olacaq.” 2

 

“Hürriyüt Bilim” jurnalında ən əhəmiyyətli yanılmalardan biri isə, Arxeaptreksdən “quşa bənzəyən sürünən” kimi bəhs edilməsidir. Bu fosil haqqında məlumat sahibi olan hər kəs, bunun tamami ilə həqiqətdən uzaq bir iddia olduğunu görə bilər. Arxeaptreksin, dövrümüzdəki quşlardan fərqli olmayan bir skelet və tük quruluşuna, uçuş əzələlərinə sahib olduğu və müvəffəqiyyətli bir şəkildə uçduğu, bu gün elm dünyasının ortaq qəbuludur. Xüsusi ilə 1992-ci ildə tapılan yeddinci Arxeaptreks fosili, bu mövzunu dəqiqləşdirmiş, əvvəl də, təkamülçülər tərəfindən ortaya atılan “sürünən bənzərliyi” iddialarını təkzib etmişdir. Arxeaptrekslə əlaqədar bu elmi həqiqətləri də “Axırıncı dino-quş ziddiyyəti və həqiqətlər” başlıqlı yazımızdan oxuya bilərsiniz. (Yazı üçün baxın: http://www.netcevap.org/dinokus.html)

 

“Hürriyet Bilim” və “Evrensel” qəzetlərinə, təkamül nəzəriyyəsi üçün təbliğat dəstəyinin kafi olmayacağını və həmişə elmi təbliğatın öndə olacağı həqiqətini bir dəfə də xatırladırıq.

 

 

  • Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28

Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28