9 mart 2002-ci il tarixli “Cumhuriyet Bilim Teknik” jurnalında “Quşlar dinozavr soyundandır” başlıqlı xəbər nəşr olundu. 14 fevral 2002-ci il tarixli “Nature” jurnalında nəşr olunan bir məqalə qaynaq alınaraq hazırlanan bu xəbərdə bir çox yanılma yer almaqdadır.
Xəbərdə, Çində olan 130 milyon illik “Sinovenator changii” adı verilən bu dinozavr qalığının, quşların dinozavrlardan təkamülləşdiklərinin bir dəlili olduğu qarşıya qoyulmaqdadır. Bu xəbərdəki səhvlər və yanılmalar aşağıda açıqlanmaqdadır.
“Sinovenator changii” quşların atası olaraq irəli sürülə bilməyəcək qədər gəncdir
Çində olan “Sinovenator changii” adlı dinozavr fosilini quşların atası olduğu qarşıya qoyulmaqdadır. Bu fosilin yaşının isə 130 milyon olduğu hesablanmışdır. Halbuki, bilinən ən məşhur quş olan Archaeopteryx, günümüzden150 milyon il əvvəl yaşamışdır, yəni haqqında danışılan yeni fosildən 20 milyon il daha yaşlıdır. Bu vəziyyətdə, Sinovenator changiinin quşların atası olması qeyri-mümkündür, çünki günümüz quşları ilə eyni xüsusiyyətlərə sahib quşlarla eyni dövrlərdə, hətta onlardan 20 milyon il sonra yaşamışdır.
“Sinovenator changii”nin xəyali tükləri
Xəbərdə, “Sinavenator changii”nin tüklərinin tapıla bilmədiyi, ancaq bu canlının “böyük ehtimalla tüklü olduğu” fərz edilməkdədir. Bu fərziyyəyə dayaq olaraq isə, bu fosilin tapıldığı bölgədəki digər dinozavr fosillərinin tüklü olduqları göstərilməkdədir.
Fosildə tüklərin tapılmamasına baxmayaraq, bu fosilin tükləri olduğunu fərz etmək və bundan yola çıxaraq “dinozavrlar qəti olaraq quşların atasıdır” nəticəsini çıxarmaq əlbəttə ki, elmi deyil. Həm də haqqında danışılan Yixian bölgəsində daha əvvəl olan dinozavr fosillərindəki tüklər mübahisəlidir. Bir çox elm adamı, bu dinozavrlardakı strukturların tük olmadığı fikrində birləşməkdədir.
Qarşıya qoyulan digər heç bir “tüklü dinozavr” namizədi də qəti deyil. Bu canlıların fosillərində bəzi “tük kimi” strukturlara rast gəlinsə də, bunların gerçəkdə tük yoxsa klassik sürünən pulcuqlarının çıxıntıları olduğu qəti olaraq təyin olunmayıb. Fedduccia kimi qabaqcıllar bu strukturların “kollagen lifləri” olduğunu və tük olaraq qəbul edilməsinin böyük səhv olacağını müdafiə etməkdədirlər. (Alan Feduccia, The Origin and Evolution of Birds, 2nd Et. New Haven: Yale University Press, 1999 .)
Digər yandan, “tüklü dinozavr”lara ən güclü namizəd olaraq göstərilən Archaeoraptorun isə tamamilə bir fosil saxtakarlığı olduğu ortaya çıxmışdır. 1996-cı ildə böyük bir media təbliğatı ilə gündəmə gətirilən və Yixian bölgəsində olan Sinosauropteryx qalığının gerçəkdə quş tükünə bənzər heç bir quruluşa sahib olmadığı isə 1997-ci ildə edilən araşdırmalarla aydın olmuşdur. (“Plucking the Feathered Dinosaur”, Science, cild 278, 14 noyabr 1997, səh. 1229 .)
Qaldı ki, “tüklü dinozavrlar” yaşamış olsa belə, bu dinozavr-quş təkamülü iddiasına bir dəlil meydana gətirməz. Çünki haqqında danışılan dinozavrlarda var olduğu qarşıya qoyulan “tüklər”, son dərəcə xüsusi dizayna sahib olan quş tüklərinə heç bir bənzərlik göstərməməkdədir. Quş tükləri son dərəcə xüsusi quruluşa və kompleks dizayna malikdir. Həm də quş tüklərinin biokimyəvi quruluşu da çox fərqlidir. Haqqında danışılan canlılarda isə, quş tüklərinə bənzər quruluş qəti olaraq yoxdur. Connecticut Universitetində fizioloji və neyrobiologiya professoru olan A. H. Brusha görə “quş tüklərinin zülal quruluşu digər onurğalıların heç birində görülməyən, tamamilə xüsusi” quruluşdur. (A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, cild. 9, 1996. Səh. 132)
Həm də quş tükləri son dərəcə kompleks olduğu üçün, belə bir quruluşun təkamülünü göstərən bir çox ara forma olmalıdır. Ancaq belə bir ara-keçid forması yoxdur. Bu gerçək “Nature” jurnalında belə etiraf edilməkdədir:
“Tüklər kompleks strukturlardır. Quş fosili qeydlərində birdən yaranışlarının açıqlanması çətindir, çünki fosil qeydlərində heç bir ara-keçid quruluşuna rast gəlinməmişdir.” (Xing Xu, Zhili Tang, Xiaolun Wang, “A therizinosauroid dinosaur with integumentary structures from China”, “Nature” 399, 350-354 (1999))
Bu səbəbdən tüklü dinozavr tapılsa da bu heç bir zaman quşların dinozavrlardan təkamülləşdiyinə bir dəlil sayılmaz, çünki quş tükləri tamamilə xüsusi strukturlardır və başqa bir quruluşdan təkamülləşdiklərini göstərən heç bir dəlil yoxdur.
Nəticə
CBT jurnalında yer alan xəbər tamamilə ön mühakimələrə söykənən bir təkamül təbliğatıdır. Bir dinozavr qalığı tapan təkamülçü elm adamları, olmayan tükləri “fərz etmiş” və bunun üzərinə bir ssenari hazırlamışlar. Bu xəbər, təkamülçülərin araşdırma və müşahidələrə söykənən obyektiv nəticələr çıxarmaqdan çox, ideologiyalarına uyğun xəyallar qurduqlarının bir dəlili xüsusiyyətindədir.