“National Geographic” jurnalınının may 2003-cü il tarixli sayında Christopher P. Sloan tərəfindən qələmə alınan və “Qanadların əfəndisi” başlığını daşıyan qısa bir yazı nəşr olundu. Yazıda 2003-cü ilin yanvar ayında dünyaya elan edilən 130 milyon illik Microraptor gui tapıntısı mövzu edilirdi. O dövrdə bu fosilin, dörd-qanadlı və ağacdan-ağaca süzülən bir dinozavra aid olduğu irəli sürülmüş, bu tapıntının “quşların dinozavrlardan təkamülləşdiyi” nəzəriyyəsinə dəlil olduğu iddia edilmişdi.

 

Ancaq biz bu iddialar qarşısında hələ şərh etmənin erkən olduğunu ifadə etmiş, təkamülçülərin xəyali dino-quş nəzəriyyəsini çıxmaza soxan elmi tapıntıları sıralamışdıq. Nəticə olaraq Microraptor gui üzərində edilən bu fərziyyələrin dino-quş nəzəriyyəsini içində olduğu çıxılmaz vəziyyətdən çıxarmağa çatmayacağını söyləmişdik. (Bu yazımızı buradan oxuya bilərsiniz)

İndi Sloanın məqaləsində ortaya qoyulanlar, bizim o dövrdə yazdıqlarımızı təsdiqləməkdədir. Sloan, Microraptor guinin təkamülçülər baxımından baş qarışdırmağa davam etdiyini, bir çox elm adamının bu canlının uça bilməyəcəyi istiqamətində şərhlər etdiyini ifadə etməkdədir. Sloan bu mövzuda aşağıdakıları söyləməkdədir:

 

“Ancaq elm adamları M.guinin havalanacaq qədər sürətli qaçdığını düşünmür. Ayrıca necə bir maneəli qaçışçı uzun ətək geyib qaçmağa çalışsa yıxılarsa, ayaq tükləri M. guini də eyni şəkildə yıxmış ola bilər. Elm adamlarına görə bu çoxlu tüklər bəlkə də uçan sincablarda olduğu kimi paraşüt təsiri yaradırdı.

Başqa elm adamları bu yeni fosildən tam olaraq hansı nəticə çıxarmalı olduğunu bilmir, ancaq bu heyvanların ağacdan-ağaca süzülərkən uçmağa başladığı fərziyyəsinə də etiraz edirlər: Daha asanı varkən qanadlarınızı çırpıb niyə enerji sərf edəsiniz ki? Həm də bəzi araşdırmaçılar M.guinin ayaq tüklərinin süzülərək belə olsa uçmağa əlverişli olmadığını qarşıya qoyur”.

 

Qısacası, dino-quş nəzəriyyəsi yalnız təbliğat və ön mühakiməylə davam etdirilən bir doqmadır. Microraptor gui nümunəsində də görüldüyü kimi, bu istiqamətdə edilən hər fərziyyə zamanla çürüyüb tərk edilməyə məhkumdur. Çünki quşlar, təkamüllə açıqlana bilməyən sadələşdirilə bilməz kompleks strukturlara sahibdirlər. Bu xüsusiyyətləriylə “təsadüf” ehtimalını qəti və dəqiq olaraq sıfıra sadələşdirməkdədirlər. Quşların və digər bütün canlıların gerçək mənşəyi “yaradılışdır”. Canlılar dəyişmə keçirməmiş, Allahın “Ol” əmriylə birdən və qüsursuz olaraq yaradılmışlar.