“Scientific American” jurnalı, 2003-cü ilin aprel ayında nəşr etdiyi xüsusi sayını təkamül təbliğatına ayırdı. Bu nəşrində daha əvvəl nəşr olunmuş olan bəzi yazılar yer alırdı. Bunlardan biri təkamülçülərin ən məşhur təbliğat vəsaitlərindən biri olan dino-quş ssenarisi idi. Kevin Padian və Luis M. Chiappe imzalı, “The Origin of Birds and Their Flight” (Quşların və uçmanın mənşəyi) başlıqlı yazıda keçən iddialara daha əvvəl saytımızda cavab verilmişdi.

(http://www.netcevap.org/dinokus.html; http://www.netcevap.org/sciam0303.html

ayrıca baxın.

http://www.harunyahya.org/evrim/hy_hayatin_gercek_kokeni/hk5.html)

 

“Scientific American”ın xüsusi sayında yer alan və saytımızda yenə bir çox dəfə cavablandırılmış bir başqa iddia isə balinaların mənşəyi ilə əlaqədar idi. Kate Wong imzalı “The Mammals That Conquered The Seas” (Dənizləri fəth edən məməlilər) başlıqlı yazıda keçən iddiaların cavablarına burada baxa bilərsiniz.

“Scientific American”ın xüsusi sayında yer alan həqiqətdən kənar təkamülçü iddialardan ibarət olan bir başqa yazı isə, “Rulers of the Jurassic Seas” (Jurasik dənizlərin hakimləri) başlığını daşıyırdı. İlki dekabr 2000-ci il tarixində nəşr olunan Ryosuke Motani imzalı bu yazıda, gerçəkdə bir dəniz sürünəni olan Ichthyosaurlar haqqında məlumatlar verilir və xüsusilə balıq şəkilli Ichthyosaurların sözdə təkamülündən bəhs edilirdi. Aşağıda, “Scientific American” jurnalının bu yazıdakı təkamülçü yanılmalarına izahlar gətiriləcək:

 

Ichthyosaurların quru canlılarından təkamülləşdikləri iddiası əsassızdır

Yazıda, Ichthyosaurların mənşəyi haqqındakı bilinməzlərə davam etdiyi, ancaq bu canlıların quru canlılarından təkamülləşdiklərinin aydın olduğu qarşıya qoyulmaqdadır. Ancaq, bu sözdə təkamül üçün heç bir dəlil verilməməkdədir. Yalnız Ichthyosaurların quru sürünənlərinkinə bənzəyən çənə sümükləri və kəllə sümükləri ilə dörd ayaqlı olmaları nümunə verilərək, bu bənzərliyin Ichthyosaurların quru canlılarından təkamülləşdiklərinin dəlili olduğu qarşıya qoyulmaqdadır. Bu məntiqlə təkamülçülərin də aralarında təkamüllü qohumluq qurmadıqları bir çox canlı növü arasındakı bəzi bənzərliklər dəlil göstərilərək “bunlar bir-birlərindən törəmişlər” demək mümkündür. “Scientific American” jurnalının iddiasının heç bir elmi təməli yoxdur.

 

Ichthyosaurlar özlərinə xas xüsusiyyətləri olan dəniz sürünənləridir və xəyali atalarına dair heç bir iz yoxdur. Colbert və Morales, “Evolution of the Vertebrates” adlı kitablarında bu canlıların mənşəyi haqqında bunları söyləməkdədirlər:

 

Dəniz məməlilərinin bir çox istiqamətdən ən xüsusiləşmiş növü olan Ichthyosaur, erkən Triasik dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə girişləri son dərəcə ani və dramatik bir şəkildə olmuşdur; Triasik əvvəli dövrlərə aid fosil yataqlarında, Ichthyosaurların ola biləcək atalarına aid heç bir iz yoxdur… Ichthyosaur əlaqələri haqqındakı ən fundamental problem, bu sürünənləri bilinən başqa hər hansı bir sürünən dəstəsinə bağlaya biləcək heç bir nəticəyə aparıcı dəlilin tapıla bilməməsidir.

 

Ichthyosaurların xüsusi quruluşu və kompleks xüsusiyyətləri təkamülçülərin mənşə axtarışlarını çıxılmaz vəziyyətə salmaqdadır

Təxminən 200 milyon illik Ichthyosaur fosili.

ichIchthyosaurların xüsusilə okean açıqlarında və dərin sularda yaşayan növləri olduqca kompleks və xüsusi xüsusiyyətlərə malikdir. Təkamülçülər isə, quruda yaşayan bir sürünənin, təsadüflər nəticəsində açıq və dərin sularda yaşamağa adaptasiya olduğunu qarşıya qoymaqdadırlar. Bu reallaşması qeyri-mümkün bir ssenaridir. Onurğalı tarixi mütəxəssisi Romer, Ichthyosaurun özünə xas xüsusiyyətlərinin ortaya çıxması üçün çox uzun bir zaman hissəsi lazım olduğunu, bu səbəbdən bu canlıların çox qədim mənşəyə sahib olmalarının zəruri olduğunu ifadə edər və sonra bu canlıların atası olaraq qəbul edilə biləcək heç bir Permin dövrü sürünəninin bilinmədiyini qəbul edər. Romerin 60-cı illərdə təsbit etdiyi bu gerçək hələ etibarlılığını qorumaqdadır.

 

Ichthyosaurların “Scientific American”da da bəhs edilən bəzi xüsusiyyətlərini görmək, bu canlıların quru canlılarından təkamülləşmələrinin niyə qeyri-mümkün olduğunu daha da dəqiq olaraq ortaya qoyacaq.

 

  • Yazıda Ichthyosaurların açıq okeanlara adaptasiya etməsi üçün belə deyilməkdədir:

 

“İnkişaf etmiş balıq şəkilli Ichthyosaurlar yalnız suda həyat üçün deyil sahildən çox uzaqda açıq okeanlarda həyat üçün də uyğun idilər. Suda yaşamaq üçün keçirdikləri bu həddindən artıq adaptasiyalar bir çox xüsusiyyətlərini itirmələri mənasını verirdi. Məsələn qurudakı qohumlarının ayırd edici xüsusiyyəti olan bəzi əl və ayaq biləyi sümükləri kimi.”

 

“Scientific American”ın da etiraf etdiyi kimi bir quru canlısının Ichthyosaura təkamülləşə bilməsi üçün “həddindən artıq adaptasiya” keçirməlidir. Bu isə, bu canlının ortaya çıxışına qədər çox sayda “ara forma” olmasını zəruri edər. Halbuki, fosil qeydlərində bu vaxt formalardan əsər yoxdur.

– Ichthyosaurları, quru canlılarından ayıran ən diqqətə çarpan xüsusiyyətlərindən biri üzmək üçün istifadə etdikləri üzgəc bənzəri geniş və yastı ayaqlarıdır. Quru canlılarında bu cür yastı ayaq yoxdur. Bir çox sürünənin ön ayaqlarındakı incə sümüklərin əksinə, Ichthyosaurların ön ayaq sümükləri qısa və genişdir. Bundan əlavə, ayaq sümüklərinin hamısının şəkli bir-birinə bənzərdir. Digər dörd ayaqlı canlıların çoxunda biləkdəki sümüklərlə ovuc içi sümüklərini ayırd etmək olduqca asandır. Daha da əhəmiyyətlisi, Ichthyosaurların sümükləri aralarında dəri olmadan bir-birinə çox yaxın olacaq şəkildə sıxışdırılmışdır və beləcə sərt və dayanıqlı bir lövhə meydana gəlmişdir. Bütün ayaq barmaqlarının tək bir yumşaq toxuma içinə bağlanılmış olması heyvanın ayaqlarının sərtliyini artırmaqdadır. Günümüz balinaları, delfinləri, suitiləri və dəniz çanaqlı bağalarında da eyni quruluş vardır. Bu cür yumşaq toxumalar eyni zamanda üzgəc ayaqların hidrodinamik məhsuldarlığını artırmaqdadır, çünki su müqavimətini azaldacaq şəklə sahibdirlər. Əgər barmaqlar bir-birindən ayrı olsaydı bu reallaşa bilməzdi. Ichthyosaurların bu xüsusi ayaqlarının təkamüllə necə meydana gəldiyi sualı isə cavabsızdır. Nə balıqların üzgəclərindən, nə də quru sürünənlərinin ayaqlarından belə bir ayaq quruluşuna mərhələli keçid olduğunu göstərən heç bir dəlil yoxdur. Həm də “Scientific American” da bu cür bir üzgəc ayağa mərhələli və müəyyən bir sırada keçid olmadığını qəbul etməkdədir və belə deməkdədir:

 

“Əslində Ichthyosaur ayaqlarının analizləri barmaqların itdiyi, əlavə olunduğu və bölündüyü çox kompleks təkamüllü müddət ortaya qoymaqdadır.”

 

Görüldüyü kimi, Ichthyosaurların üzgəc ayaqlarının sözdə təkamüllü tarixi təkamülçülərin gözlədikləri kimi davamlılıq göstərən inkişaf göstərməməkdədir. Ancaq “Scientific American” bütün digər təkamülçülər kimi, bu vəziyyəti göz ardı etməkdə və klassik təkamülçü demaqoqluğu ilə oxucuların da göz ardı etmələrinə köməkçi olmaqda və belə deməkdədir:

 

“Söyləməyə ehtiyac yoxdur, təkamül həmişə bir xüsusiyyətdən digərinə davamlı və tək bir istiqamətə doğru yol izləməz.”

 

Məhz təkamülçülər “təkamüllü gözləmələrini” tapa bilməyincə bu cür şərhlər edərək, nəzəriyyələrini qurtarmağa çalışarlar. Halbuki, fosil qeydlərindən əldə edilən tapıntılar ortada bir təkamül olmadığını açıqca göstərməkdədir.

Digər yandan Ichthyosaurların günümüzdəki balinaları, delfinləri, suitilər kimi dəniz məməliləri ilə eyni ayaq quruluşuna sahib olması da təkamül nəzəriyyəsi üçün açıqlanması çətin vəziyyətdir. Aralarında heç bir təkamüllü əlaqə yaradılması mümkün olmayan bu canlıların ortaq bədən planına sahib olmaları, digər bir çox nümunədə olduğu kimi, təkamülçülərin “homoloji” iddiasını çürütməkdədir. Bu fərqli canlılardakı ortaq plan, ortaq dizaynın nəticəsidir.

– Sürünənlərlə Ichthyosaurlar arasındakı bir başqa fərq vücudların önündəki onurğaların sayıdır. Sürünənlərin bədənlərinin ön qismində yalnız 20 onurğa varkən, Ichthyosaullarda 40 onurğa vardır. Yəni sözdə təkamül müddətində bu canlılara isabət edən mutasiyalar digər dəyişikliklərin yanında bu canlılara 20 onurğa daha əlavə etmiş olması lazımdır. Və yenə, təxmin edilə biləcəyi kimi, onurğa sayı baxımından da ara-keçid forması meydana gətirə biləcək sürünənlərin (məsələn 25, 30 və ya 35 onurğalı canlıların) fosillərindən əsər-əlamət yoxdur.

– Açıq okeanlarda ovlanan heyvanların, çox az ov tapa bildikləri üçün enerji baxımından çox səmərəli üzmə şəklinə sahib olmalıdır. Quyruğa bənzər bir üzgəc belə bir üzmə üçün idealdır. Bu cür üzgəclər xizək kimi salınır və eyni zamanda canlının üzməsini də artırar. Ichthyosaurlarda da bu cür üzgəc var. Və yenə, bu üzgəcin qabaqcıllı sayıla biləcək heç bir bioloji quruluşa dair fosil izi yoxdur.

– Hava ilə tənəffüs edən və eyni zamanda çox dərin sularda ovlanan Ichthyosaurların, tək bir nəfəsdə yüzlərlə metr dibə dalıb, ovlanıb yuxarı çıxmaları lazımdır. Bunun içinsə bədənlərindəki oksigeni maksimum dərəcədə qorumaq kimi bir çox xüsusiyyətə sahib olmaları zəruridir. Bədənlərindəki oksigeni qorumanın ən təsirli yollarından biri üzmə əsnasında enerji istifadəsini ən aza endirməkdir. Bunun üçün Ichthyosaurlar kimi dərinə dalan canlılar üzərkən sürükləmələrini azaldacaq şəkildə hazırlanmışlar. Yaxşı bəs, bu dizayn kimə aiddir? Təkamülçülərə görə, təsadüfü mutasiyalar bu canlıları belə qüsursuz şəkildə hazırlamış və meydana gətirmişlər. Bunun çox məntiqsiz və ağılsız bir iddia olduğu açıqca ortadadır.

– Ichthyosaurarın dərin sularda ovlana bilmək üçün sahib olduqları xüsusiyyətlərdən bir başqası da gözlərinin quruluşudur. Bu canlıların göz ağlarında bir halqa olduğu təsbit edilmişdir. Bu halqa, suyun dərinliyi nə olursa olsun, üzmə əsnasında suyun qüvvətinə qarşı gözü qorumaqdadır. Göz ağı halqasının diametri, gözün f sayının yəni optik bir sistemdə parlaqlıq hesabının edilməsini təmin edər. Sayı nə qədər kiçiksə, görünüş o qədər parlaqdır və lazım olan poza müddəti o qədər azdır. İnsanın f sayı 2.1 ikən bir Ichthyosaur növü olan Ophthalmosaurusun f sayı 0.9-dur yəni dəniz dibində görməsi insana görə çox qüvvətlidir.

 

Görüldüyü kimi, balıq şəkilli Ichthyosaurlar dərin okean sularında yaşamaq üçün xüsusi olaraq hazırlanmış son dərəcə kompleks xüsusiyyətlərə sahibdirlər. Bir quru canlısının bu xüsusiyyətlərə sahib olması üçün saysız məqsədəuyğun mutasiyaya məruz qalmalıdır. Halbuki təsadüflər, bir canlının hər xüsusiyyətini, müəyyən bir mühitə uyğun olacaq şəkildə, planlı olaraq dəyişdirə bilməzlər. Təsadüflər bir quru canlısını, ayaq barmaqlarından onurğalarına gözünün quruluşundan üzmə şəklinə qədər necə dəyişdirəcəklərini, dərin sularda yaşaya biləcəyi şəkildə bu canlını necə hazırlamalarını lazım olduğunu bilə bilməzlər. Təsadüflər bunları bacara biləcək şüura və ağla sahib deyildirlər. Necə ki, fosil qeydləri də, bu canlıların pilləli təsadüfü dəyişikliklərlə deyil, bir anda, kompleks və xüsusi strukturlarıyla ortaya çıxdıqlarını göstərməkdədir. Bütün bu dəlillərin göstərdiyi nəticə isə açıqdır: Ichthyosaurlar, təkamülləşməmiş, yaradılmışlar.

 

“Scientific American”ın doqmatıq təkamülçü ifadələri

Bu yazının sətir aralarında, təkamülçü nəşrlərdə tez-tez görülən bir üsluba rast gəlinməkdədir. Yazar, əvvəl bir canlının uyğunlaşma təmin etməsi lazım olan bir şərtdən danışmaqda sonra da bu canlının “x orqanını inkişaf etdirərək bu problemini həll etdiyini” ifadə etməkdədir. Məsələn dərin sularda yaşayan heyvanların səthə sürətli çıxmaları lazım olduğundan danışılmaqda və günümüzdəki dərin su canlılarının bu “problemi sümüklərinin xarici qabığını süngərvari və daha az sıx edərək həll etdikləri” iddia edilməkdədir. Yəni dərin sulara dalanıl bir heyvan, səthə sürətlə çıxması lazım olduğunu düşünməli, bunun içinsə sürətini artıracaq bir həll axtarışlı, həll olaraq isə sümüklərinin ağırlığını azaltması lazım olduğunu tapmalıdır. Bu dəfə sümüklərinin ağırlığını necə azalda biləcəyi mövzusu üzərində düşünməli, bunun nəticəsində isə sümüklərinin xarici qisminin quruluşunu və sıxlığını dəyişdirməyə qərar verməli, bu qərarını isə tətbiqlidir! İşdə bu cümlələr bir təkamülçü “elm adamının” xəyal dünyasının yazıya tökülmüş şəklidir. Ancaq qəti olaraq elm deyil. Bu iddialarda elm, ağıl və məntiq qəti olaraq yoxdur. Gerçəkdə nə bir canlının “niyyəti” nə də ehtiyacları onun bioloji quruluşunu dəyişdirə bilməz. Dəyişiklik yalnız təsadüfi mutasiyalarla mümkün olar ki, onların da canlılara genetik məlumat əlavə edə bilməyəcəkləri və dolayısilə yeni canlılar yarada bilməyəcəkləri sübut edilmiş bir gerçəkdir.

 

Nəticə

Ichthyosaurlar, özlərinə xas xüsusiyyətlərə sahib olan dəniz sürünənləridir. Bu canlıların quru canlılarından və ya balıqlardan təkamülləşdiklərinə dair heç bir dəlil yoxdur. “Scientific American”dakı məqalə tamamilə təkamülçü ön fikirlərlə hazırlanmışdır. Balıq şəkilli Ichthyosaurlar, bütün bu xüsusiyyətləri ilə, dərin sularda yaşamağa uyğun şəkildə hazırlanmışlar. Bu qüsursuz və detallı dizaynın sahibi isə, kor təsadüflər deyil, Aləmlərin Rəbbi olan Uca Allahdır.