Ötən günlərdə “National Geographic TV”-də “Dinosaur Dealers” adlı iki sənədli film yayımlandı. Sənədli filmlərdə fosil ticarəti və fosil qaçaqmalçılıq ələ alınır, oğurlanmış ya da qaçaqmalçılıqla Avstraliyadan kənara çıxarılmış bəzi fosillərin izini izləyən bir fosil alimin macəraları izah edilirdi. Proqramlarda fosil alimlə birlikdə bir deduktiv kimi iz axtarılır, fosil qaçaqmalçılarını tələyə salmaq üçün edilən bazarlıqlar göstərilirdi. “National Geographic TV” sanki fosil qaçaqmalçılığının izini buraxmayan, bu qanunsuz bazarı çökdürmək üçün var gücüylə çalışan idealist quruluş görünüşü verirdi. Ancaq TV kanalı, hələ bir neçə il əvvəl məşhur Archeoraptor fosilinin qaçaqmalçılığına (və də saxtakarlığına) şəxsən qarışdığını heç bildirmir və bu mövzuda tək bir söz də etmirdi.
İndi bu qaçaqmalçılığı qısaca xatırlayaq.
Archaeoraptor liaoningensis, saxta bir dino-quş fosili idi. Dinozavrlar ilə quşlar arasındakı təkamüllü bağ olduğu iddia edilən canlının fosilləri Çinin Liaoning əyalətində çıxarılmış və “National Geographic” jurnalının noyabr 1999–cu il tarixli sayında elan edilmişdi.
Amerikalı muzey rəhbəri olan Stephen Czerkas fosili 80.000$ qarşılığında Çinlilərdən almış, daha sonra təmas qurduğu iki elm adamına göstərmişdi. Gözlədiyi təsdiqi alınca fosil haqqında bir hesabat yazdı. Halbuki, Czerkas elmi çalışması ya da doktoranturası olmayan biri idi. Müraciət etdiyi iki məşhur jurnal, “Nature” və “Science”, fosil elm təşkilatlarında ön araşdırmağa tabe edilmədən hesabatı nəşr edə bilməyəcəklərini ifadə etdilər.
Bu fantastik tapıntını yayınlatmağa qərarlı olan Czerkas, bu dəfə təkamül nəzəriyyəsinə təmin etdiyi dəstəklə bilinən “National Geographic”in qapısını döydü.
Çin qanunlarına görə ölkə daxilində çıxarılan fosillərin xaricə çıxarılması qəti olaraq qadağan idi və fosil qaçaqmalçılığı ağır şəkildə hətta bəzən edamla cəzalandırılırdı. “National Geographic” bunları çox yaxşı bilməsinə baxmayaraq, Çindən qaçaq yollarla çıxarılan bu fosili qəbul etdi. 1999-cu ilin oktyabr ayında “National Geographic” dərnəyinin mərkəzində edilən bir mətbuat şərhiylə fosil mediaya tanıdıldı. Şəkilli bir dinozavr-quş nağılının izah edildiyi 7 səhifəlik xəbər, “National Geographic” jurnalının noyabr sayında ön cilddə verildi. Ayrıca “National Geographic” muzeyində nümayiş etdirildi. Fosil milyonlarla adama təkamülün qəti dəlili kimi təqdim edildi.
Mart 2001-ci ildə gerçək ortaya çıxdı: Archaeoraptor deyə bir ara növ heç yaşamamışdı. Fosil üzərində edilən kompüterli tomoqrafiya daramalarında ən az iki fərqli növ canlıdan parçalar təsbit edildi. Archaeoraptor, taxtından endirildi və tarixdəki digər təkamül saxtakarlıqları arasında yerini aldı. İddiaları yüz əlli ildir dəlil tapa bilməyən darvinizm bir daha xüsusi olaraq çıxarılmış saxta fosillərlə birlikdə xatırlanmış olurdu.
Görüldüyü kimi “National Geographic TV”, qarşısında göründüyü fosil qaçaqmalçılığının eyni dövr içində yer almışdır. Əlbəttə, son proqramlarda fosil qaçaqmalçılığını su üzünə çıxaran sənədli filmlərə yer verməsi bir daha belə səhvlərə yer verməyəcəyinin müsbət işarəsi sayıla bilər. Ancaq TV kanalı fosil qaçaqmalçılığını həqiqətən qarşısında yer alırsa, Archeoraptor kimi məşhur bir fosil qaçaqmalçılığını da proqramlarında izah etməlidir. Bu davranış kanalın darvinist yayım siyasətinə hər nə qədər zidd görünsə də, etiraf etmək və gerçəklərin yanında yer almaq bütün tamaşaçılar nəzdində təqdir ediləcək bir davranış olacaq.