Ötən “Science” jurnalının 17 yanvar 2003-cü il tariixdəki nəşrində, “Qanad dəstəkli yamac qaçışı və uçuşun təkamülü” başlığıyla nümayiş olunan yazı, dino-quş əfsanəsini bir daha gündəmə gətirdi.1
Montana Universitetindən Kenneth Dial adlı bioloq, quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinə fərqli izah gətirirdi. Dialın iddiası dünya mətbuatında geniş miqyasda eşitdirildi. Halbuki Dial, quşların həqiqətən dinozavrlardan təkamülləşdiyini göstərən tək bir konkret, elmi dəlil göstərmirdi. Dialın iddiası quşlardakı kompleks dizaynı şərhin yanına belə yaxınlaşa bilmir, dino-quş əfsanəsinə yeni bir hekayə qazandırmaqdan başqa bir şey edə bilmirdi.
Bu iddia yerli mediada da əks-səda tapdı:
“Milliyet” qəzeti, xəbəri “Kiçik dinozavrlar qaçarkən uçdu” başlığıyla verdi. (18 yanvar 2003)
Xəbər portalı www.ntvmsnbc.com isə “Qanadların təkamülündə, ön ayaqlar əhəmiyyətli rol oynadı” başlığından istifadə etdi. (17 yanvar 2003)
Halbuki bu xəbərlər və qaynaq olaraq istifadə etdikləri “Science” məqaləsi, yanılmalarla dolu idi.
Bu yazımızda quşların uçma şəklinin əsaslandığı kompleks dizayn və fosil tapıntıları gözlər önünə sərilərək Kenneth Dialın təkamülçü iddialarındakı elmi yanılmalar ortaya qoyulacaq.
Dialın araşdırması
Dialın iddiası, Alectoris chukar növünə aid kəkliklər üzərində etdiyi bəzi müşahidələrə əsaslanır. Bu kəkliklərin xüsusiyyəti, bir yamac və ya dik bir ağac gövdəsinə dırmaşarkən uçmaq yerinə qaçmağı seçmələridir. Kəkliklər bir tərəfdən qaçarkən bir tərəfdən də sürətlərini artırmaq üçün qanadlarını çırpmaqdadırlar. Qısa məsafələrdə reallaşan bu qaçışa “Qanad dəstəkli yamac qaçışı” (QDYQ) adı verilmişdir.
QDYQ əsnasında kəkliklər yamacda yuxarı qaçarkən, ayaqlarının yanında qanadlarını çırpmaqda, beləliklə cazibənin təsirini azaltmaqdadırlar. Ayaqları, yeri qavrayacaq şəkildə hazırlanmış olan bu canlının qanadları da bir yarış avtomobilindəki küləklik funksiyası yerinə yetirər. Kenneth Dial araşdırmaları nəticəsində, bala quşların da təxminən yetkinlər qədər QDYQ qabiliyyətinə sahib olduqlarını müşahidə etmişdir. Yumurtadan çıxan kəkliklərin 4-cü gündə 450-lik yamaclara bu şəkildə dırmaşa bildiyini, hələ böyüməkdə olan qanadlarının da bu qaçışda aerodinamika təsiri meydana gətirdiyini izah etmişdir.
İnkişaf etməkdə olan bu qanadlar üzərində bəzi təcrübələr etmiş, tüklərini qısaltdığı quşların qanadlarında aerodinamika təsirin azaldığını, bu quşların tükləri qısaldılmamış quşlar qədər yaxşı dırmaşa bilmədiyini görmüşdür.
Bir təkamülçü olan Dial, quşların mənşəyinin theropod alt dəstəsinə bağlı dinozavrlara əsaslandığını müdafiə etməkdədir. Dinozavrları quşların atası olaraq mənimsəyən Dial, kəkliklərin yamac qaçışı ilə əlaqədar müşahidələrini, xəyali dinozavr-quş təkamülündə bir yerə yerləşdirməyə çalışmışdır. Meydana gətirdiyi ssenariyə görə, ovçulardan qaçan dinozavrlar, çaxnaşma içində yamaclara yönəldiklərində ön qollarını sürət qazanmaq məqsədiylə çırpmış, beləcə ön qollar zaman içində qanadlara çevrilmişdir. Hər hansı bir elmi dayağı olmayan bu ssenarini isə, dinozavrdan quşa keçid nağıllarına dəlil olaraq göstərmək istəmişdir.
Dialın bu iddiasının yalnız təxəyyülünə söykənən olduğu açıqdır. Quşların tüklərini qısaldaraq aerodinamika təsirin azaldığını göstərmək, dinozavrların sözdə uçuşunu göstərmə mövzusuna heç bir elmi şərh gətirməməkdədir. Bu daha çox da təkamülçünün, xəyali dino-quş modelini zehinlərə yerləşdirə bilmək üçün ortaya atdığı bir göz boyamadan başqa bir şey deyil.
Belə bir iddianın bir elm adamına aid olması və bir elm jurnalında nümayiş olunmuş olması bəzi insanları, bu cür hekayələrin elmi təməli olduğu yanılmasına sürüyə bilməkdədir. Halbuki elmi araşdırmalar, indiyə qədər heç bir elmi dəlil gətirilə bilməmiş olan dinozavr-quş nəzəriyyəsini etibarsız etməkdədir. Xüsusilə paleontologiya, inkişafyönümlü biologiya, fizioloji və anatomiya sahələrindəki elmi tapıntılar, Dialın iddiasının bir nağıldan fərqli olmadığını açıqca göstərməkdədir. Bütün bunların xaricində, texnologiya sahəsində yaşanan bəzi inkişaflar da uçan canlıların və uçuşun xüsusi olaraq hazırlanmış olduqlarını göstərməkdədir. Bu gerçək təkamülçülərin, canlıların bir sıra təsadüflər nəticəsində inkişaf edərək təkamülləşdikləri kimi əsassız və dayaqsız iddialarını da ortadan qaldırmaqdadır.
Paleontologiya
Dino-quş nəzəriyyəsini müdafiə edənlər, quşların sözdə atasının kiçik və ətyeyən dinozavr növü olan theropodlar olduğunu qəbul edirlər. Xüsusilə Çinin Liaoning bölgəsində olan bəzi fosil növlərini təkamüllü ata olaraq göstərən təkamülçülər əhəmiyyətli həqiqəti nəzərdən qaçırırlar: Hələ quşların atası olaraq göstərdikləri theropod növü dinozavrlar ortaya çıxmamışkən düz şəkildə uça bilən quşlar yer üzündə tapılmaqdadırlar. 150 milyon il əvvəl yaşamış qədim quş növü olan Archaeopteryx, theropod növü dinozavrlardan milyonlarla il daha yaşlıdır. Məşhur ornitoloq Dr. Alan Feduccia, bir təkamülçü olmasına qarşı dino-quş nəzəriyyəsinin önündəki elmi açılmaz vəziyyətləri dilə gətirməsiylə tanınmaqdadır. Feduccia, Archaeopteryxin təkamül baxımından “öhdəsindən gəlinə bilməz problem” olduğunu ifadə etmişdir:
“Bu nəzəriyyə haqqında öhdəsindən gəlinə bilməz problemlər var… Bizim bildirdiklərimizdən başqa, quş-bənzəri dinozavrların 150 milyon yaşındakı bilinən ən erkən quşdan 25 milyon ilə 80 milyon il sonra ortaya çıxmasıyla əlaqədar bir zaman problemi var.”2
Bir canlının atasından 25 milyon daha əvvəl ortaya çıxması darvinistlər baxımından müdafiə oluna bilməz vəziyyətdir. Archaeoptreyx fosilinin varlığı tək başına dino-quş nəzəriyyəsini etibarsız etməkdədir. Canlıların inkişafı araşdıran inkişafyönümlü biologiya sahəsində edilən tapıntılar da dino-quş nəzəriyyəsinin etibarsızlığını vurğulamaqdadır.
İnkişafyönümlü biologiya
Cornell universitetindən Dr. Alan Feduccia və Julie Nowickinin birlikdə etdiyi son araşdırmada dəvəquşu yumurtalarının inkişafı araşdırıldı. Dəvəquşu embrionlarının barmaq sıralarını theropod növü dinozavrlarla müqayisə edən Feduccia quşlar və theropod növü dinozavrların fərqli barmaq sırasına sahib olduğunu ortaya qoydu. Amerikan Elmi İnkişaf etdirmə Dərnəyinin xəbər saytında yer alan araşdırmayla əlaqədar bunlar yazılırdı:
Şimali Carolina universiteti qədimi biologiya kürsüsü başçısı professor Feduccia, “Quşların atası hər nə isə, bunun theropod dinozavrlarının üç barmaqlı əlləri yerinə beş barmağı olmalıdır” dedi… “Elm adamları dinozavrların bir, iki və üç barmaqlı “əllər” inkişaf etdirdikləri mövzusunda həmfikirdirlər… Bizim dəvəquşu yumurtaları üzərində etdiyimiz araşdırmalar isə nəticədə quşlarda insanlardakı orta və üzük barmaqlarına ekvivalent yalnız iki, üç və dörd barmaq inkişaf etdiyini göstərdi, ayrıca bunu isbat edəcək şəkillərimiz də var” dedi. “Bu, dinozavrların müasir quşların atası olduğunu iddia edənlər üçün yeni bir problem meydana gətirir. Məsələn iki, üç və dörd barmaqlı bir quş əli necə olar da tək bir, iki və üç barmaqlı dinozavr əlinə təkamülləşər? Bu demək olar qeyri-mümkündür.”3
Dinozavr-quş nəzəriyyəsinin qarşısında yer alan bir başqa məşhur quş alimi, Kanzas universitetindən Larry Martindır. Martin bu nəzəriyyənin müdafiə olunacaq tutarlı bir istiqaməti olmadığını belə ifadə etməkdədir:
“Doğrusunu söyləmək lazımdırsa, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə edər olsaydım, bunun haqqında hər dəfə qalxıb danışmaq məcburiyyətində utanacaqdım.”4
Fizioloji
Dinozavrlar sürünənlər sinifindəndirlər. Quşlarla dinozavrların aid olduğu sürünənlər sinfini araşdırıldığında çox fərqli fiziologiyaya sahib olduqları görülər. Əvvəlcə quşlar istiqanlı olduğu halda sürünənlər soyuqqanlıdır. Soyuqqanlı sürünənlərin maddələr mübadilələri isə yavaş işləyər. Quşlar isə uçma kimi yorucu bir hərəkət üçün çox enerji istehlak edərlər. Maddələr mübadilələri sürünənlərinkindən daha sürətlidir. Quşlarda hüceyrələrə oksigenin çatdırılması çox tez reallaşmalıdır. Bunun üçün xüsusi tənəffüs sistemiylə təchiz edilmişlər. Ağciyərlərdə hava tək istiqamətdə irəliləyərək orqanizmin oksigen qazanmasını gecikdirməz. Sürünənlərdə isə alınan hava eyni kanallardan təkrar geri göndərilməlidir. Tək istiqamətli hava kanalı yalnız quş ağciyərində olan, xüsusi dizayndır. Belə kompleks quruluşun mərhələlərlə ortaya çıxması mümkün deyil. Çünki canlının həyatda qalması üçün bu tək istiqamətli hava kanalı sistemi və ağciyərlər qüsursuz şəkildə və hər an var olmalıdır. Darvinizmə gətirdiyi tənqidlərlə tanınan molekulyar bioloq Michael Denton bu mövzuda aşağıdakıları söyləməkdədir:
“Belə xüsusi tənəffüs sisteminin təkamülünün, onurğalılardakı standart dizayndan mərhələlərlə və müəyyən istiqamət olmadan necə reallaşmış ola biləcəyini zehində canlandırmaq; xüsusilə tənəffüsün orqanizmin həyatda qalmasında boynuna götürdüyü kritik rol nəzərə alındığında, çox çətindir.”5
Anatomiya
Quşlar, uçmalarını təmin edən xüsusi anatomiyaya sahibdirlər. Uçuş baxımından sümüklər əhəmiyyətli rol oynayır. Həm möhkəm, həm yüngül olmalıdırlar. Quşlarda sümüklərin içi boşdur, amma skelet bədəni bir yerdə tutacaq şəkildə olduqca möhkəmdir. Sürünənlərdə isə sümüklər içi dolu və ağırdırlar.
Dr. Feduccia, dinozavr və quş arasındakı anatomik fərqliliklər haqqında bunları söyləmişdir:
“25 il boyunca quşların kəllə sümükləri araşdırdım və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dörd ayaqlılardan təkamülləşdiyi nəzəriyyəsi, paleontologiya sahəsində 20-ci əsrin ən böyük utancı olacaq”.6
Sümüklərin yanında, quşların qanadları heç bir canlıda olmayan, xüsusi dizayna malikdir. Yüngül sümüklərin yanında tüklər qanadların aerodinamika təsirində əhəmiyyətli rol oynayar. Leeds universitetində müəllim və aerodinamika elmində mütəxəssis olan araşdırmaçı Dr. Andy McIntosh, özüylə edilən bir reportajda tüklərdəki üstün dizaynı belə izah edir:
“Quş uçuşu möcüzəvi bir şeydir; tükləri düşünün. Əgər bir tükə mikroskop altında baxsanız, ana gövdəni və bundan sola və sağa doğru çıxan tükləri, bu tüklərdən yenə sola və sağa çıxan daha da kiçik tükcükləri görərsiniz. Burada maraqlı olan, sol əlli olanların qarmaqlara, sağ əlli olanların qabartmalara sahib olmasıdır. Tük çox yüngül quruluşdur və elə hazırlanmışdır ki, əgər onu büksəniz onunla birlikdə hər şey bükülər. Beləliklə qarmaqlar qabartmalara yapışar və qabartmalar üzərində sürüşərlər. Belə yüngül və rahat strukturlar bir maşın mühəndisinin xəyalıdır. Əgər siz belə sürüşkən bir oynağa sahib olsanız, oynaq mütləq yağlama da tələb edəcək. Quş isə, bunu edə bilmək üçün, başını boyunun ətrafında 1800-ə qədər çevirər və dimdiyini onurğasının tam kürəyində olan kiçik yağ bezinə salar. Daha sonra dimdiyinə bulaşdırdığı yağı bütün tüklərinə yayaraq onlara qulluq edər. Əlaqə yerlərini yağlamış olar və beləcə tüklər mükəmməl şəkildə birləşə bilərlər. Bu bir mühəndislik möcüzəsidir…”
Dr. McIntosh, belə üstün dizayna sahib tüklərin təkamülləşdiyi yəni şüurlu olaraq yaradılmadığı fikrini elmi görməməkdədir:
“Bir kitabda Honkonqa enən bir təyyarəni və tam da o anda yerə qonmaq üzrə olan bir şahinin şəkilini görmüşdüm. İndi, quşlar və təyyarələri birlikdə ələ aldığınızda, birinin dizayn edilmiş olduğunu, amma digərinin olmadığını söyləyirsiniz? Mən bunu söyləməyi elmi baxımdan uyğunsuz görürəm.” 7
Quşların qanadlarındakı sadələşdirilə bilməz xüsusiyyət mərhələli təkamülü rədd etməkdədir
Bütün bu elmi gerçəklər dinozavr-quş təkamülü ssenarilərini etibarsız etməkdədir. Quş qanadlarındakı kompleks dizayn ələ alındığında uçuşun təsadüfi təkamüllə açıqlanmasının qeyri-mümkün olduğu bir daha ortaya çıxar. Bunu göstərən ən əhəmiyyətli gerçək, bu mükəmməl dizayndakı sadələşdirilə bilməz komplekslikdir. Uçuşun təkamülləşdiyini fərz etmək, müəyyən mərhələlərdə qanadların yetərsiz olduğunu qəbul etməyi tələb edir. Ancaq “yetərsiz qanad” uçmaq üçün kafi deyil. Uçuşun reallaşa bilməsi üçün, canlıda qanadların əskiksiz və qüsursuz olması lazımdır. Bu vəziyyəti təkamülçü bioloq Engin Korur belə etiraf edir:
“Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə inkişaf etmiş olduqları təqdirdə vəzifələrini yerinə gətirə bilmələridir. Başqa bir deyişlə, əskik gözlə görülməz, yarım qanadla uçulmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ yaxşı işıqlanmamış sirlərindən biri olaraq qalmışdır.” 8
Kenneth Dialın ortaya atdığı və QDYQ-nın uçuşun təkamülünü açıqladığı tezisi də bu gerçəklər qarşısında etibarsızdır. Bu xəyali ssenariyə görə, dinozavrların ön qolları sözdə təkamülün bir çox mərhələsində qeyri-kafi qalacaq və uçuş reallaşa bilməyəcək. Bir quşun mərhələlərlə inkişaf etdiyini qəbul etmək, yuxarıda da izah edilən bütün kompleks quruluş və sistemlərin; tək istiqamətli ağciyər dizaynının, içi boş sümüklərin, tüklərdəki qarmaq və qabartıların, yüngül amma elastik quruluşun, quşun isti qanlı maddələr mübadiləlisinin və bu mükəmməl dizaynı gözlər önünə sərən bir çox detalın mərhələlərlə inkişaf etdiyini qəbul etmək olacaq. Əlbəttə, bu orqan və sistemlərə əskik hallarıyla sahib olan bir canlının həyatda qalması mümkün deyil.
Canlılardakı mükəmməl uçuş sistemləri və texnologiya
Quşlardakı dizayn və bu dizayna əsaslanan uçuş hərəkətinin təkamüllə açıqlanması qeyri-mümkündür. Gərək quşlarda, gərəksə milçəklərdə, uçuş çox kompleks aerodinamikaya malikdir. Quşlarda və milçəklərdə uçuşun nəzarət edilməsi canlının əzələlərini qüsursuz olaraq idarə edə bilən sinir sisteminin varlığını tələb edir. Neyro-əzələ idarə adı verilən bu sistemdə sinir hüceyrələriylə əzələ hüceyrələri hər an xəbərləşmə halındadırlar. Əzələlər sinir hüceyrələrindən aldıqları əmrlə sıxıldıqdan sonra geri siqnalla sıxılma mövqelərini bildirərlər. Bir quş yüksəldiyi, süzüldüyü ya da eniş etməkdə olduğu anda bu sistem lazımi aerodinamikanı meydana gətirmək üzrə dövrədədir.
Quşlarda və milçəklərdəki mükəmməl uçuş sistemləri mühəndislərə ilham qaynağı olmaqdadır. Ən uyğun vəsait və ən aşağı xərclərlə ən səmərəli dizaynları hazırlamağa çalışan mühəndislər təbiətdəki bu üstün dizaynı təqlid etməyə başlamışlar. Məsələn,
- Təyyarə qanadlarının içi quş sümüklərində olduğu kimi boşdur. Sümüklərdə dayanıqlığı qorumaq üçün sümüyün daxili çəpərində qarşılıqlı səthlər arasında uzanan incə tirlər var. Təyyarə mühəndisliyində eyni növ tirlər qanadın daxili hissəsində qanadı şiddətli və dəyişən hava axınlarına qarşı bir yerdə tutan skelet funksiyası yerinə yetirər. Warren tirləri olaraq bilinən bu tirlər quşlardakı sümüklərdən köçürülmüşdür.9
- Bir təyyarənin qanadında yerləşən və təyyarənin səviyyəsini nəzarət etmədə istifadə edilən qapaqlar, eynilə quşun yerə qonma əsnasında etdiyi qanad hərəkətlərini təqlid edəcək şəkildə təşkil edilmişdir.
- Həm təyyarələr həm də quşlar havanın müqavimətini qıracaq burun şəklinə malikdir.
İndiki vaxtda təyyarələrin havada ani manevr qabiliyyəti quşlarınkindən çox geridədir. Daha üstün manevr qabiliyyətinə sahib təyyarələrin kəşf edilməsi quşların havadakı aerodinamika sistemlərinin başa düşülməsi ön plana çıxmaqdadır. Necə ki, Kenneth Dialın yuxarıda köçürülən araşdırmasının gördüyü fond dəstəyinin arxasında da bu məqsəd yatmaqdadır. Araşdırmaya maliyyə təmin edən Amerikan Milli Elm Təşkilatından William Zamer, “Bu araşdırma insanlara gələcəkdə bir gün daha yaxşı quru və hava nəqliyyatı təmin edəcək nəqliyyat vasitələr kəşf etdirmədə kömək ola bilər” deməkdədir.10 Bu da kəkliklərdəki aerodinamika idarə qabiliyyətinin nə qədər üstün olduğunu ortaya qoyar.
Quşlardan daha kiçik olmalarına baxmayaraq, milçəklərin uçuşları da eyni şəkildə mühəndislərin maraq mərkəzi olmuşdur. Bir milçək saniyədə ortalama 500 dəfə qanad çırpa bilər və istiqamətini birdən dəyişdirə bilər. Amerikan Scorsky vertolyotlarının hazırlanmasında havada asılı qala bilən ya da sürətlə getdiyi istiqamətdə birdən tərs istiqamətə dönə bilən cırcırama böcəyindəki üstün dizayn təqlid edilmişdir.11
Böcək uçuşunu təqlid etməyə çalışan mühəndislər bunda əhəmiyyətli çətinliklə qarşı-qarşıyadırlar. Milçək qanadları havada səkkiz şəkli çəkərək hərəkət edər. Dövrün yarısında üstdə qalan qanad səthi sonrakı yarısında alta baxar hala gələr. Belə bir uçuşu təqlid edə bilmək üçün təyyarəyə oynaqdan hərəkətli dönən qanadlar yapışdırılmalıdır. Bundan daha da çətin olan, bu qanadların sürətli və idarəli hərəkətini təmin edəcək kompüter sistemidir. Belə bir sistemin qurulması günümüzdəki texnologiya ilə xəyal belə edilə bilməməkdədir. Böcək uçuşunu təqlid edən mühəndislərin ən böyük xəyalı, bir binanın dar koridorlarında və otaqlarında uçuşu idarə edilə bilən robot böcəklər kəşf edə bilməkdir. Amerikada yüksək texnologiyaya sahib institutlarda çalışan mütəxəssislər, böcək uçuşunu təqliddə, özlərini Wright qardaşların 1903-cü ildə olduğu səviyyədə gördüklərini ifadə etməkdədirlər.12
Nəticə: Uçuş Allahın yaratdığı kompleks hərəkətdir
Elmi tapıntıların uçuşun təkamülü ssenarilərini etibarsız etməsi, uçan orqanizmlərdəki sadələşdirilə bilməz kompleks sistemlərin varlığı və son olaraq bu canlılardakı dizaynın insan oğlunun tutduğu texnologiya səviyyəsinin çox üstündə olması uçuşun təsadüflərlə deyil şüurlu yaradılışla ortaya çıxdığını açıq və qəti şəkildə sübut etməkdədir. Təkamüllə əlaqədar ssenarilərin təkidlə gündəmdə tutulması, gözlərinin önündəki yaradılış gerçəyini qəbul etmək istəməyən, kor-koranə darvinizmə bağlanmış insanların ümidsiz səylərindən başqa bir şey deyil.
Darvinistlərin ortaya atdıqları heç bir təkamül ssenarisi üçün elmi dayaq və şərh tapa bilməmiş, hətta elmi tapıntılar təkamül iddialarını çıxmaza soxmuşdur. Bütün elmi tapıntılar, uçuşun xüsusi olaraq yaradıldığını açıqca göstərər. Bu üstün yaradılış Uca Allahın əsəridir. Bir milçək uçuşunun texnoloji olaraq köçürə bilməməsi də Onun ayələrindəndir:
“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)”
1) Kenneth P. Dial, “Wing Assisted Incline Running and Origin of Flight”, Science, cild 299, sayı 5605, 17 yanvar 2003, səh. 402-404.
2) David Williamson, “Scientist Says Ostrich Study Confirms Bird “Hands” Unlike Those Of Dinosaurs”, EurekAlert, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php
3) David Williamson, “Scientist Says Ostrich Study Confirms Bird “Hands” Unlike Those Of Dinosaurs”, EurekAlert, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php
4) Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28
5) Michael J. Denton, Nature”s Destiny, Free Press, New York, 1998, səh. 361.
6) Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 28
7) “Flying High”, An interview with Dr. Andy McIntosh,
http://www.answersingenesis.org/home/area/magazines/docs/v20n2_mcintosh.asp
8) Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, oktyabr 1984, sayı 203, səh. 25.
9) “Flying High”, An interview with Dr. Andy McIntosh,
http://www.answersingenesis.org/home/area/magazines/docs/v20n2_mcintosh.asp
10) “Study: Frantic Flapping May Have Led to Flight”, ABCNews, 16 yanvar 2003, http://abcnews.go.com/wire/SciTech/reuters20030116_443.html
11) “Doğadaki Tasarım”, Harun Yahya, http://www.harunyahya.org/html/bilim/hy_dogadaki_tasarim/tasarim01.html
12) “Robotic Insect Takes to the Air”, Dr.Chris Riley, BBCNews, 11 aprel 2001,