25 iyun 2000-ci il tarixli “Milliyyet” qəzetində, “Quşların atası quş çıxdı” başlıqlı xəbər nəşr olundu.
Bəhs olunan xəbər, Orta Asiyada yeni olan bir canlı fosili haqqında idi. “Science” və “Nature” məşhur elm jurnalları və dünya tərəfindən tanınmış “BBC” televiziyası tərəfindən yayımlanan bu kəşf belə idi:
“Orta Asiyada olan və dövrümüzdən 220 milyon il əvvəl yaşadığı aydın olan, bəhs olunan fosilin bütün bədəninin tüklərlə örtülü olduğu, quşların atası olduğu iddia edilən Arxaeptoriksda və dövrümüzdəki quşlarında olduğu kimi, bir “lades” sümüyünə sahib olduğu və tüklərində isə, içi boş sapların olduğu təsbit edildi. Bu isə, Arxaeptoriksin quşların atası olduğu iddialarını etibarsızlaşdırır. Çünki tapılan fosil Arxaeopteriksdən 75 milyon il daha yaşlıdır, yəni quşların atası olduğu iddia edilən canlıdan 75 milyon il əvvəl də bütün xüsusiyyətləri ilə tam bir quş yaşayırdı.”
Bu tapıntının əhəmiyyətinin daha yaxşı başa düşülməsi üçün, təkamülçülərin quşların təkamülü haqqındakı iddialarını yekunlaşdırmaqda fayda var.
Təkamülçülərin 100 ildir ən böyük dəlil deyə göstərdikləri iddia təkzib oldu
Təkamülçülər, təxminən 100 ildir quşların dinozavrlardan təkamülləşdiklərini bildirirlər və buna da, Arxaeopteriks adlı quşun fosilini dəlil kimi göstərərlər. Təkamülçülərin iddialarına görə, dövrümüzdən 150 milyon il əvvəl yaşayaraq soyu kəsilən Arxaeopteriks, yaxşı uça bilməyən, yarı dinozavr bir canlıdır. Halbuki təkamülçülərin dəfələrlə səhv olduğu göstərilən bu iddiaları, 1997-ci ildə tapılan yeni bir Arxaeopteriks fosili ilə birgə qəti məğlubiyyətə uğramışdır. Bu fosildə, tamami ilə quşlara xas və uçmağı təmin edən “sternum” sümüyünün tapılması, Arxaeopteriksin, təkamülçülərin iddia etdikləri kimi, yarı quş, yarı dinozavr canlı deyil, tam bir uçan quş olduğunu göstərirdi.
Orta Asiyada tapılan fosilin isə, 220 milyon illik olmağı, yəni tam bir uçan quş xüsusiyyətləri göstərməsinə baxmayaraq, guya quşların atasından 75 il daha yaşlı olmağı isə, təkamülçülərin iddialarına və “Milliyyet” qəzetinin də ifadəsi ilə “böyük zərbə endirdi”. Daha doğrusu, bu iddianı tamamilə yıxdı.
Mətbuatda, quşların atasının dinozavrlar olduğu ilə əlaqədar, yanıldıcı xəbərlərə, bu saytda dəfələrlə cavab verilmiş və elmi həqiqətlər açıqlanmışdı. Amma təkamülçülər, əllərindəki bir sözlə dəlili də sərf etmək istəmədikləri üçün, bu açıq-aşkar tapıntıları görməməzlikdən gəlirdilər. Ancaq axırıncı olan fosil ilə, artıq bu haqda daha çox təkid edə bilməyəcəklərini anlayacaqlar ki, “Milliyyet” qəzeti kimi, ölkəmizdə təkamülçü təbliğatı da, ön cərgədə yer alan qəzet də, xəbəri böyük hərflərlə verə bildi.
Biz bunun əhəmiyyətli və müsbət inkişaf olduğunu fikirləşirik. Çünki təkamül nəzəriyyəsini təkzib edən dəlillərin ardı kəsilmir. Yəni bu son fosil, təkamülçülərin iddialarını təkzib edən ilk dəlil deyil. Ancaq təkamülçülər, təkamül nəzəriyyəsini ideoloji səbəblərlə müdafiə etdikləri üçün, mümkün olduqca bu dəlilləri, ört-bas edər, xalqdan gizləyərək təkamül nəzəriyyəsini həqiqət kimi göstərməyə çalışırdılar. Ancaq, bəzi mətbuat orqanları, bu haqda daha çox müqavimət göstərmir və həqiqətləri olduğu kimi təqdim etmiş kimi görünür. Necə ki, “Milliyyet” qəzetinin bu xəbəri bu cəhətdən müsbət və ümidverici inkişafdır.
Paleontologiya tarixində bir dönüş nöqtəsi
Bir tərəfdən, Arxaeopteriksin təkamülə dəlil gətirəcək bir “ara-keçid forması” olmadığının, şəxsən təkamülçülər tərəfindən də, qəbul edilməsi, paleontologiya tarixində əhəmiyyətli dönüş nöqtəsidir. Çünki, Arxaeopteriks, 150 ildir, təkamülçülərin irəli sürə bildikləri bir neçə “ara-keçid forması” iddiası arasında, həmişə ən iddialısı olmuşdur. Təkamülçülərə, “Darvin saysız ara-keçid forması tapılması lazım olduğunu yazmışdı, halbuki 150 ildir axtardınız, bir dənə də yoxdur” deyildiyində, verdikləri cavab həmişə “Arxaeopteriks kimi bir neçə nümunə var, axtarışa davam edirik” şəklində olmuşdur. Ancaq bu qaçış yolu da, artıq bağlanmış və paleontologiya dünyası həqiqətlərlə üz-üzə gəlmişdir. Tək bir ara forma belə yoxdur.
Bunun göstərdiyi nəticə isə aydındır. “Milliyyet” də bunu qəbul etmiş və “quşların atası quş çıxdı” deyə başlıq yazmışdır. Bəli, quşların ən qədim atası da, bir quşdur. Balıqların ən qədim atası balıq, atların ən qədim atası at, kenquruların ən qədim atası kenquru və insanların ən qədim atası da, insandır. Yəni, bütün fərqli canlı təsnifatlarının, yer üzündəki bugünkü fərqli, xüsusi və qüsursuz quruluşları ilə ortaya çıxmışlar. Bir başqa sözlə desək, yaradılırlar.
Təkamülçülərin bu açıq-aşkar həqiqətə qarşı göstərdikləri mühafizəkar müqavimət, artıq son dayaqlarını da itirmişdir.