“Hürriyet Bilim” jurnalının 5 fevral 2005-ci il tarixli sayında “Balina və begemot qohum çıxdı” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Kaliforniya Universitetindən Cin-Renaud Boisserie adlı araşdırmaçının hazırladığı çalışmanın nəticələri eşitdirilirdi. Təkamülçü Boisserie, “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan işində, begemotun təkamüllü ataları olduğunu iddia etdiyi canlılarla, balinalar arasında qohumluq əlaqəsi olduğunu iddia edirdi. Tədqiqatçı, həm də, dövrümüzün begemotunun molekulyar olaraq, guya bu təkamüllü əlaqəni təsdiqlədiyini iddia edirdi.

Ancaq bu çalışma, təkamül nəzəriyyəsinə heç bir elmi dəlil yaratmır. Təkamülçülər, canlılar arasındakı anatomik və molekulyar bənzərlikləri, öz nəzəriyyələrinə görə ön mühakiməli formada şərh edir və bunları, guya elmi dəlil kimi təqdim edirlər. Halbuki, bunun elmi dəlil əmələ gətirməyəcəyi olduqca aydındır. Necə ki, fərqli kompüter modelləri arasındakı bənzərliklər, bunların maddənin təkamülləşməsi ilə ortaq atadan yarandıqları sübut etməzsə, canlılar arasındakı bənzərliklər də, təkamül nəzəriyyəsini sübut etməz.

Digər tərəfdən, sistematik adı verilən və canlıları bənzərliklərinə görə təsnif etməyi məqsəd qoyan çalışma sahəsi, təkamülçülərin ön fikirlərinin heç bir elmi dəlil əmələ gətirmədiyinin gözəl nümunələrini verir.

Molekulyar biologiyanın səhnəyə gəlməmişdən əvvəl, təkamülçülər, canlıları yalnız anatomik bənzərliklərinə görə təsnif edərlər və bu bənzərliklərə görə xəyali soy ağacları çıxarardılar. Molekulyar biologiyanın gəlişi ilə yanaşı, müxtəlif molekulların canlılarda araşdırılması və bunların anatomik bənzərliklərə görə yaradılan soy ağacını test etməsi gündəmə gəldi. Nəzəriyyələrini bir ehkam kimi mənimsəyən təkamülçülər, molekulyar bənzərliklərin anatomik bənzərlikləri təsdiqləyəcəyini ümid edirdilər. Halbuki, bu ümidləri boşa çıxdı. Heç gözləmədikləri bir şəkildə, molekulyar bənzərliklər, anatomik bənzərliklərə görə yaradılan soy ağaclarını darmadağın etdi.

 

Elmin inkişafı ilə yanaşı inkişaf edən bu intizam, təkamülçüləri, çox böyük ziddiyyətin ortasında çarəsiz buraxdı. Təkamülçülər üçün, meydana gətirdikləri soy ağaclarının heç bir etibarlılığı qalmadı. Bir genetik, müəyyən canlılar arasında, DNT bənzərliklərinə görə çıxardığı soy ağaclarının doğruluğuna inanarkən, bir anatomiyaçı tamami ilə, eyni canlılar üçün tamamilə fərqli bir soy ağaclarını çıxarıb buna inanırdı. Beləcə, xarici görünüşə görə, təsnif edənlərlə, molekulyar bənzərliklərə görə, təsnif edənlər arasında şiddətli mübahisələr başladı, hər bir tərəf qarşı tərəfin işlərini yox saydı. İndi “Hürriyet ve Bilim”-də yayımlanan təkamülçü iddiada da, belə bir ziddiyyətin izləri görünür. “Begemotlar, xarici görünüşcə daha çox donuz və ya atlarla qohum ola bilər. Lakin molekulyar cəhətdən balinalara daha yaxındırlar” sətirləri diqqət çəkicidir.

Təkamülçülər, yüz ildən çoxdur ki, canlılar arasındakı bənzərliklərdən xəyali soy ağacı hiyləsi qurduqlarına baxmayaraq, hələ də üzərində uyğun bir soy ağacı tapılmamışdır. Sonu gəlməyən müzakirələrdə, üzərində uyğun gələn yeganə mövzu, təkamülün ehkam olaraq mənimsənməsidir. Bu cür ön mühakiməyə əsaslanan və ortaya dəqiq nəticələr çıxarda bilməyən iş sisteminə, elmi cəhətdən etibar edilməyəcəyi aydındır. “Hürriyet Bilim” jurnalına xəyal gücü ilə yaradılan soy ağacına görə canlıları, təkamüllü qohum elan etmə səhvini tərk etməsini tövsiyə edirik.

Qeyd: Bu yazı, eyni zamanda, “Vatan” qəzetinin 26 yanvar 2005-ci il tarixli sayında, eyni başlıqla nəşr olunan xəbərə də, cavabımızdır.

Əlaqədar yazı: “Vatan, Milliyyet və Hürriyet” qəzetlərinin genetik bənzərlik yanılması.