“Bilim ve Teknik” jurnalının fevral 2006-cı il tarixli sayında “Ağciyərli balıqlar” başlıqlı yazı nəşr olundu. Bülent Gözcelioğlunun müxtəlif təkamülçü nəşrlərdən yığdığı yazıda, ağciyərli balıqlar tanıdılırdı. Gözcelioğlu, haqqında danışılan yazısında ağciyərli balıqlarla əlaqədar təkamül nağıllarına müraciət edir, bu balıqların sudan quruya keçən ilk onurğalılar olduqlarını bildirirdi. Ancaq, istər sudan quruya keçid iddiası, istərsə də ağciyərli balıqların bu ssenaridə oynadıqları fərz edilən rol, yalnız təkamül nəzəriyyəsinə kor-koranə bağlılığa görə mənimsənən qəbullardan ibarətdir. Təkamülçülər bu iddialarını dəstəkləyən heç bir konkret dəlil göstərə bilmirlər. Necə ki, “Bilim ve Teknik” yazısına baxanda bu vəziyyət aydın görünür. Gözcelioğlu, balıqların havadakı oksigendən faydalanmaq üçün guya ağciyərlər inkişaf etdirdiyi, üzgəclərin isə quruda getməyi təmin etmək üçün ayaqlara çevrildiyi şəklində nağıllar danışır, ancaq bu iddialarına dair heç bir fosil dəlil göstərə bilmir. Bunun səbəbi də, açıqdır. Belə bir keçid tamamilə xəyal məhsuludur və bunu dəstəkləyə bilən heç bir elmi dəlil yoxdur.
Tam əksinə, elmi dəlillər, Gözcelioğlunun izah etdiyi nağılları yalanlayır. Ağciyərli balıqlarla əlaqədar təkamülçü nağılların zəifliyi təkamülçü ədəbiyyatda belə aydın və tez-tez dilə gətirilən bir həqiqətdir.
Ağciyərli balıqlar, hava ilə tənəffüs edə bilən və quraqlıq dövründə heyrətverici bir metabolik tənzimləmə və üsul sayəsində həyatda qala bilən canlılardır. Ortalama iyirmi dəqiqədə bir səthə çıxıb hava almaq məcburiyyətində olan bu balıqlar, quraq mövsümdə suların quruması ilə yanaşı, özlərini palçıqdan bir barama içinə basdırar və bir növ “yaz yuxusuna” gedərlər (aestivation). Maddələr mübadilələrisinin olduqca yavaşladığı bu dövr, yağışlar təkrar başlayana qədər aylar, hətta bəzən illər boyu sürər.
Bu canlılar bəzi təkamülçülər tərəfindən sudan quruya guya keçid dövründən qalmış, yaşayan ara formalar kimi müdafiə olunur. Tamamilə xəyal gücünə əsaslanan bu təkamül nağılına görə, bəhs olunan balıqlar, Devon dövründə, təxminən 300 milyon il qədər əvvəl ortaya çıxan quraqlıq üzündən, çox kiçik su hovuzlarında qalmış və bir hovuzdan bir başqasına getməyi öyrənmişlər. Bəzi təkamülçülər amfibiyaların (və dörd ayaqlıların) ağciyərli balıqları guya atası kimi göstərir. Ancaq bu göz boyayıcı nağılın elmi tapıntılar qarşısında heç bir dəyəri yoxdur.
“Amfibiyalarla, ataları olduqları irəli sürülən ağciyərli balıqlar arasında həm skelet, həm də, daxili orqanlar cəhətdən böyük fərqliliklər mövcuddur. Marshall C. və Skultze H. P adlı tədqiqatçılar, “Journal of Molecular Evolution” adlı jurnalında nəşr olunan məqalələrində, “ağciyərli balıqların (və Coelacanthın) morfoloji analizlərinin, dördayaqlıların (tetrapodların) ola biləcək təkamüllərini yalnız qarışıqlığa aparadığını” yazmışlar. (Marshall C. and Schultze HP. Journal of Molecular Evolution 35 (2): 93-101, 1992.)”
“Proceedings of the Linnean Society” jurnalında nəşr olunan bir yazıda isə, ağciyərli balıqların (möhkəm dayaqlara sahib olduğu kimi əks etdirilən) guya təkamüllü mənşələrində olduğu problemlər (maneələr) belə etiraf edilmişdir:
“Ağciyərli balıqların təkamül mənşəyi, bildiyim digər bütün ana balıq qruplarda olduğu kimi, heç bir şeyə əsaslanmışdır.” (E. White, “Presidential Address: A Little on Lungfishes,” Proceedings of the Linnean Society ,177 (1966), səh. 8)
Molekulyar bioloq Maykl Denton, “Təkamül: Böhran içində bir nəzəriyyə” adlı kitabında ağciyərli balıqların təkamülçülər tərəfindən, balıqdan amfibiyaya bir keçid forması kimi təqdim edildiyini, amma ağciyərli balıqların fərdi xarakteristikalarının “iki növ arasında heç bir cəhətdən həqiqi keçid əmələ gətirmədiklərini” yazmışdır. (“Evolution: A Theory en Crisis”, Michael Denton, Adler and Adler: Bethesda, Maryland, 3-cü nəşr, 1986, səh. 109)
Fosil qeydlərinin də, ağciyərli balıqlarla əlaqədar təkamülçü ssenarilərə zərbəsi ağırdır. Ağciyərli balıqlar, yüz milyonlarla ildir, heç bir dəyişiklik göstərməmişdir və bu canlılara aid fosillər, indiki vaxtda yaşayan nümunələrindən fərqlənmir. Bu balıqlarda ağciyərlərin pilləli inkişaf etdiyi iddiasına əsas göstərilə biləcək heç bir fosil yoxdur. Bu vəziyyət bizə, ağciyərli balıqların təkamül deyil, təkamülsüzlük dəlili ola biləcəyini göstərir. Yuxarıdakı həqiqətlərə əsaslanaraq, ağciyərli balığın təkamül mərhələni təmsil etdiyi iddiasının, yalnız bir nağıldan ibarət olduğu ortadadır.
Ağciyərli balıqlarla əlaqədar təkamülçü ssenariləri, elmi həqiqətlər kimi yaymağa çalışmaq, amma bu ssenari əleyhində ədəbiyyatda asanlıqla tapıla bilən etirafları göz ardı etmək… “Bilim ve Teknik” jurnalının, bu yazıda tam olaraq, kor-koranə darvinizm təbliğatını elmdən uzaq nağıllarla yaymağa səy göstərmişdir.
Ağciyərli balıqlar, digər bütün canlılar kimi, ən inkişaf etmiş texnologiyalarla da, nail olunmayacaq dərəcədə kompleksliklər sərgiləyirlər və digər bütün canlılar kimi onlar da, qüsursuz yaradılış dəlilləridir. Balıqların bir gün sudan quruya keçib, kor təsadüflərin köməyi ilə ağciyərlər və ayaqlar inkişaf etdirdiyi (çıxartdığı) iddiası bir xəyaldan ibarətdir. Həqiqət isə, bu canlıları Uca Allahın qüsursuzca yaratmağıdır.
“Bilim ve Teknik” səlahiyyətlilərinə, müasir elmin təsdiqlədiyi bu həqiqəti qəbul etmələrini, köhnə təkamül nəzəriyyəsini kor-koranə müdafiə etmələrinə son qoymağı tövsiyə edirik.