“Hürriyet Bilim” jurnalının 14 yanvar 2006-cı il tarixli sayında “Elmə damğa vuran 35 hadisə və görüş” başlıqlı yazı nəşr olundu. 2005-ci ilin əhəmiyyətli elmi tapıntılarını yekunlaşdıran yazının 29 maddəsində, Stanford Universitetindən Devid Kingsleyin tikanlı balıqlarla (stickleback) əlaqədar tapıntılarına yer verilirdi. Bunlardan birincisi, “Science” jurnalının 25 mart 2005-ci il tarixdə nəşr olunan bir çalışma1, digəri isə bir əvvəlki il “Nature” jurnalının 14 aprel 2004-cü il tarixli sayında nəşr olunan çalışma idi. 2

 

“Balığı tək nəsildə dəyişdirən gen” başlığı altında verilən şərhlərdə, balığın duzlu suda yaşayan nümunələri və şirin suda yaşayan nümunələri arasındakı fərqlərin tək bir genə aid olduğu izah edilirdi. Kinqsley, “Science” jurnalında nəşr olunan işində, duzlu suda yaşayan balıqların, şirin suya keçdikdən sonra, bədənlərini örtən zirehli quruluşdan xilas olub, daha yüngül və hərəkətli canlılara çevrildiklərini təyin etmişdi. Bunun genetik infrastrukturunu araşdıran elm adamı, “Eda” adlı gendəki bir mutasiyanın, bundan məsul olduğunu kəşf etmişdi.

“Nature” jurnalındakı çalışma da, eyni formada, duzlu sudan şirin suya keçən balıqlarda yalnız tək nəsil sonra burğulu onurğa quruluşunun yox olduğunu bildirən bir çalışma idi. “Hürriyet Bilim” xəbərində bu işlərə əsaslanaraq, elm adamlarının təkamül haqqındakı fikrilərinin dəyişdiyi, təkamül üçün çox uzun prosesin lazım olmadığının aydın olduğu bildirilirdi. (Biz, “Nature”-də nəşr olunan bu araşdırmanı əvvəl də analiz etmiş, bununla əlaqədar təkamülçü iddianı təkzib etmişdik. Cavabımızı buradan oxuya bilərsiniz.)

 

Ancaq Kingsley və “Hürriyet Bilim” jurnalının bu tapıntılarla əlaqədar təkamülçü şərhləri, əhəmiyyətli məntiq pozuqluğuna əsaslanır. Bu tapıntılar, əslində təkamül nəzəriyyəsini dəstəkləmir, mutasiyaların ancaq anormallıq əmələ gətirdiyini bildirir. Bu vəziyyət, Kingsleyin “Eda” geni ilə əlaqədar dəyişiklik haqqındakı ssenarisinə baxanda asanlıqla görünə bilinir.

 

“Böyük ehtimalla, digərlərindən təcrid olan bir qrup tikanlı balığın “Eda” geninin mutasiyalı surətinə sahib idi. Bu balıqlar öz aralarında törəməyə başlayınca, balaların bəziləri “Eda” geninin hər ikisi də, mutasiyalı olan surətlərinə sahib oldu. Beləliklə, balanın bədənində zireh yaratmağı məhdudlaşdırıldı. Bu balalar şirin su mühitində törədikcə daha zirehsiz populyasiyaların yayılmasına gətirib çıxartdılar”.

 

Göründüyü kimi “Eda” geninin mutasiyalı halı, zirehin istehsalı ilə əlaqədar inkişaf edən yollara maneə törədir, bunun nəticəsində balalar zirehsiz doğulurlar. Buradakı vəziyyəti “təkamül” kimi qələmə vermək, ciddi məntiqsizlikdir. Çünki ortada yeni genetik məlumata əsaslanan yeni quruluşun qazanılmasından bəhs olunmur. Mövcud quruluşun itirilməsi vəziyyətindən bəhs olunur. Bu vəziyyətin, balıqların zamanla quruya çıxıb amfibiyalara, amfibiyaların sürünənlərə, sürünənlərin də quşlara və məməlilərə təkamülləşdiyini iddia edən təkamül nəzəriyyəsinə heç bir dəstək təmin etmədiyi aydındır. Çünki iddia edilən böyük çevrilmələr, canlıların əvvəldən heç sahib olmadığı bioloji quruluşların təkamülləşməsini tələb edir. Kingsleyin işində əldə etdiyi tapıntıların isə, buna dair bir millimetr də olsa inkişaf etdiyi müdafiə oluna bilməz.

Kingsleyin təkamül hekayələrini təkamül nəzəriyyəsinə elmi dəstək təmin etmiş kimi göstərən “Hürriyet Bilim” işçilərinə bu cür təhriflərə son qoymağı tövsiyə edirik.

 

 

1) Colosimo, P. F., K. E. Hosemann, et al. (2005). “Widespread parallel evolution en sticklebacks by repeated fixation of ectodysplasin alleles.” Science: 307:1928-1933.

2) Shapiro, M. D., M. E. Marks, et al. (2004). “Genetic and developmental basis of evolutionary pelvic reduction en threespine sticklebacks.” Nature 428: 679-782.