“Cumhuriyet Bilim Teknik” jurnalının 18 iyun 2005-ci il tarixli sayında, “Təkamül tapmacasına dəniz analarından çözüm” başlıqlı yazı nəşr olundu. Yazıda, bir meduza növünün göz quruluşu haqqında aparılan elmi çalışma xəbər verilir, canlının gözündə “gözlənilməz dərəcədə inkişaf etmiş” quruluşların kəşf edildiyi izah edilirdi. Bu tapıntılar, CBT yazısında bu ifadələrlə xəbər verilirdi:
“Gözlər kub formasındakı bədənin dörd tərəfində qrup halında idi. 16-sı yalnız işığa həssas dəliklərdir. Ancaq hər qrupun içində bir cüt göz, gözlənilməz dərəcədə inkişaf etmişdir. 0.1 millimetr diametrindəki bu gözlərdə inkişaf etmiş lupalar, tor qişa, qüzehli qişa və buynuzlu qişa mövcuddur.”
İnkişaf etmiş lupalar, tor qişa, qüzehli qişa və buynuzlu qişa… Hər biri kompleks olan bu quruluşların meduzanda kəşf edilməsi təkamülçülərin fikrinə görə qarışıqlıq qaynağı yaradır. Necə ki, araşdırmanı reallaşdıran qrupun başçısı Dr. Kevin J. Peterson, “New York Times” qəzetində nəşr olunan şərhində bunları bildirir:
“Böyük sürpriz budur ki, cnidarianlar (meduzanın aid olduğu növ) genetik cəhətdən hər hansı birinin daha əvvəldən təxmin edə biləcəyindən də kompleksdirlər. Bu məlumatlar, çox sayda insanın özlərini bir addım geri çəkmələrini və cnidarianlar haqqında düşündüklərinin bir çoxunun tamamilə səhv olduğunu şüuruna varmalarını təmin etdi”. (Carl Zimmer, “Plain, Simple, Primitive? Not the Jellyfish”, The New York Times, 21 iyun 2005)
Burada təkamülçülərin nöqteyi-nəzərindən gözlənilməz olan inkişaf, primitiv olaraq hesab etdikləri bir canlının, heç də zənn edildiyi kimi sadə və primitiv olmadığının başa düşülməsidir. Təbiət tarixinin ən ilkin dövrlərində yaşayan meduza, xəyali təkamül ağacının daha yüksək səviyyədə yerləşdirilən onurğalılarda olan quruluşa malikdir.
Ancaq “CBT” jurnalının, çalışmanı həyata keçirən tədqiqatçının bu şərhlərini bildirməkdən nədənsə çəkindikləri görünür. Çalışma, təkamül nəzəriyyəsi cəhətdən gözlənilməz kəşf olaraq xəbər vermir, əksinə bu görülən çalışma ilə təkamül tapmacasının həll edildiyi təəssüratı bağışlamağa çalışır.
CBT-nin təkamül nağılı
“CBT” yazısında, meduzanın göz quruluşundan təkamüllü ara forma kimi bəhs edirlər. Yazıda bununla əlaqədar olaraq, meduza gözünün sadə ilə kompleks göz formaları arasında bir aralıq nöqtəni təmsil etdiyi bildirilir və bu vəziyyətin, təkamül nəzəriyyəsi nöqteyi-nəzərdən, bir tapmacanın həll edildiyi mənasını verdiyi iddia edilir.
Burada təkamül nəzəriyyəsini dəstəkləyən bir iddia deyil, CBT-nin öz ön mühakimələrinə aid mənimsədiyi bir “şərh”dən bəhs olunur. CBT-nin, ehtiva etdiyi bəzi ortaq quruluşlar səbəbi ilə meduza gözünü, ara forma kimi xarakterizə etməsi birtərəfli yanaşmadan qaynaqlanır. Bu isə, yanıldıcı bir yanaşmadır. Aydındır ki, təbiətdəki göz növlərinin ehtiva etdikləri hissələr və ya bu hissələrin funksiyası cəhətdən “kompleks”, “daha az kompleks” şəklində sıralana bilmələri və ya bunların bəzi ortaq hissələrə sahib olmağı heç bir şəkildə bunların bir-birlərindən təkamülləşdiklərinə dair bir dəlil deyil. Bu vəziyyət, texnoloji dizayn məhsulları üçün də etibarlıdır. Məsələn, dəyişik modeldə kameralar və göstərmə sistemləri üçün də bənzər bir sıralama aparıla bilər. Ancaq əlbəttə ki, bu vəziyyət bu cihazların təsadüflərlə bir-birlərindən təkamülləşdiyini göstərməyəcək.
CBT yanılır
CBT yazısında ortaya qoyulan bir yanılma da, “tapmacanın həll edildiyi” yanılmasıdır. Bilindiyi kimi, göz, olduqca kompleks (mürəkkəb) orqandır və funksiya göstərə bilməsi üçün bu çox həssas quruluşun bütün hissələri ilə birlikdə qüsursuz şəkildə mövcud olmalıdır. Hissələrin birinin əskik və ya qüsurlu olsa digər hissələrin heç bir funksiya göstərə bilməyəcək, bu səbəbdən, göz (təkamül nəzəriyyəsinə görə) korlaşıb gedəcək.
Bu səbəbdən gözün pilləli olaraq inkişaf etdiyini iddia etmək, çox böyük səhvdir. Necə ki, Charles Darvin də, bunu başa düşmüşdür və belə demişdir:
“Gözün mərkəzini müxtəlif məsafələrə uyğunlaşdırmaq, içəri buraxılacaq işıq miqdarını nizamlaması, qlobal və rənglərin əks olunmasına düzəlişlər kimi bənzərsiz funksiyaların hamısının “Təbii seçmə” ilə əmələ gələ bildiyini düşünmək ən yüksək dərəcədə axmaqlıq olduğunu açıq ürəklə etiraf edirəm…”
CBT yazısında Darvinin bu etirafına toxunulur, ancaq indi meduzanın göz quruluşunun kəşfi ilə “tapmacanın həll edildiyi” iddia edilir.
Belə bir şərh edilməsi üçün heç olmasa, gözün hansı təkamül mexanizmlə, hansı biokimyəvi yollardan inkişaf etmiş ola biləcəyi haqqında izah verilməsi lazımdır. Halbuki, CBT, bunu edə bilmir. Ortada olan şey, kompleks və daha az kompleks quruluşda gözlərdir. Ortalama texnologiya səviyyəsindəki bir kameranın varlığı, kameraların təkamülləşərək ortaya çıxdığını göstərməyəcəyi kimi, meduza gözünün varlığı da, gözün təkamüllə ortaya çıxdığını göstərmir.
Bu səbəbdən CBT-nin “təkamül tapmacasının həll edildiyi” şərhinin ancaq “xəyalpərəst” bir şərh olduğu adlandırmaq olar. Təkamülçülər, hələ tək bir canlı hüceyrənin belə mənşəyini açıqlaya bilmirlər və göz kimi kompleks bir orqanın mənşəyi haqqında da, tam bir qaranlıq içindədirlər. Necə ki, müasir təkamülçülərin gözün təkamülü ssenarisi ilə əlaqədar şərhlərinə baxıldıqda, tapmacanın başağrıdıcı formada davam etdiyi görülə bilir. Məsələn, təkamülçü bioloq Frank Salisbari, bu haqda bunları demişdir:
“Göz qədər kompleks bir orqan, belə müxtəlif qruplarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, səkkizayaqlılarda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfə ortaya çıxışlarını açıqlamaq kifayət qədər problem yaradarkən, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə görə, müxtəlif vaxtlarda ayrı-ayrı əmələ gəldikləri düşüncəsi başımı ağrıdır.” (Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 338)
Bu çalışma, heç bir şəkildə təkamül nəzəriyyəsini dəstəkləmir, əksinə təbiətdəki kompleks dizaynın, təkamülçülərin təxmin etdiklərindən çox uzaq olduğunu bildirir. Bundan əlavə, təkamülçülərin təyin etdikləri həyat ağacının hər hansı bir etibarlılığının olmadığını, kompleks quruluşlara sahib olan canlıların ən qədim dövrlərdən bəri mövcud olduğunu göstərir. Bu da, bir təkamül prosesinin reallaşmadığının ən böyük dəlillərindəndir.
Kompleks quruluşların kəşf edilməsi, insan övladının, Allahın mükəmməl sənətini öyrənməsi yolunda atılan addımlardan biridir. Təkamülçü nəşrlərə, yaradılışı təsdiqləyən elmi tapıntıları, fəlsəfi ön fikirlər səbəbi ilə təhrif etməkdən və həvəskarca təkamül nağıllarının təbliğatını aparmaqdan imtina etmələrini tövsiyə edirik.