“Birgün” qəzetinin 1 noyabr 2004-cü il tarixli sayında “Delfinlər də insanlar kimi təkamülləşir” başlıqlı xəbər nəşr olundu. Yazıda, Emory Universitetindən Lori Marino və yoldaşlarının delfinlərin fosil qeydi üzərində apardıqları təcrübə xəbər verilirdi. Marino və qrupu, delfinlərin beyin həcminin son 45 illik müddətdə bədənlərinə nisbətən böyüdüyünü göstərdiyini, bu böyümə nisbətinin isə, 39 milyon və 15 milyon il əvvəl iki böyük sıçrayış etdi.

“Birgün” qəzeti, bu tapıntıya əsaslanaraq, guya delfinlərin, insanlar kimi təkamülləşdiyini iddia edirdi. Heç bir həqiqəti olmayan bu iddia, təkamüllə izah oluna bilməyən faktların, təkamülçülər tərəfindən nəzəriyyələri lehində necə təhrif edilib, şərh oluna biləcəyinə gözəl nümunə yaradır. Həqiqətdə, delfinlərin beyin-bədən nisbətlərindəki “sıçramalar” darvinizmin xəyali mexanizmləri ilə izah oluna bilməz.

Beyin, orqanizm cəhətdən olduqca vacib orqandır. Özünü əmələ gətirən hüceyrələr arasında olduqca kompleks ünsiyyət şəbəkəsinə sahib olan bu orqanın kiçik nöqtəsində də, mutasiyalar nəticəsində əmələ gələn ən kiçik dəyişikliyin təsirləri, bu nöqtə ilə məhdud qalmayacaq, bu təsir, bəhs olunan nöqtə ilə əlaqəli çox sayda başqa nöqtəyə yayıla biləcək. Orqanizm üzərində təsirli olan mutasiyaların dağıdıcı təsiri xatırlasaq və beyin üzərində belə dağıdıcı təsirin dözərək artacağı nəzərə alsaq, canlının daha kompleks beyinli canlılara təkamülləşməsi kimi bir ehtimalın mümkün olmadığını asanlıqla görərik. Necə ki, radiasiya və mutasiya mütəxəssisi olan Ceyms F. Crowun aşağıdakı sözləri bu həqiqətə işarə edir:

 

“Bir televizorun ətrafında əmələ gələn bir təsadüfi dəyişikliyin, görünüşü inkişaf etdirməyəcəyi kimi, həyatı əmələ gətirən və yüksək səviyyədə inteqrasiya olmuş kimyəvi reaksiyalar sistemində əmələ gələn dəyişikliyin də, həyatı zərərə uğradacağı dəqiqdir.”

 

Bu sözlər əsasında, delfinlərin beyin-bədən nisbətindəki bəhs olunan “sıçramaların” təkamüllə reallaşdığı iddiasının, açıq-aydın nağıldan ibarət olduğu ortadadır. Təkamülçülər, mutasiyaların dağıdıcı təsirini görməməzlikdən gələrək, mutasiyaların beyni əhəmiyyətli nisbətdə və qısa müddətdə iriləşdirdiyi nağılını izah edirlər. Bu iddiaları, televizorun təsadüfi dəyişikliklərlə pozulmaq yerinə, qüsursuz işləyən uçuş idarə etmə sisteminə təkamülləşə biləcəyini iddia etmək eyni məntiqsizlikdir.

Qaldı ki, bu hekayə delfinlərlə başlayıb və yenə delfinlərlə bitir, bu səbəbdən bunun, növlərin başqa növlərdən təkamülləşdiyini müdafiə edən darvinizmə heç bir şəkildə əsas əmələ gətirmədiyi aydındır.

Digər tərəfdən, delfinlərin beyin-bədən nisbəti artımını “ağıllı canlılar olan delfinlər də, insanlar kimi təkamülləşir” şəklində şərh etmənin elmi əsası yoxdur. Çünki beyin həcmi ilə zəka arasında hər hansı xətti əlaqə yoxdur. Məşhur dilçi David Bickerton bu vəziyyəti belə açıqlayır:

 

“İnsan beyni həcm olaraq, kobudca 1,000 ilə 2,000 cm3 arasında dəyişər və ortalama bir insan beyni 1,400 ilə 1,500 cm3 arasında həcmə malikdir. 2000 cm3 beyin həcminə sahib olan Oliver Cromwell və ya, 1000 cm3 beyin həcminə sahib olan Anatole France kimi insanlar vardır. Yaxşı Oliver, Anatoledən iki qat daha ağıllı idi? Bu sual bir məna ifadə etmir. Sxemin ən altında yer alan kəslər dili istifadə etmə hakimiyyətləri, ağıl, şüur və zəka xüsusiyyətləri cəhətdən hər hansı insandan fərqlənmirlər.”

 

Bir sözlə, delfinlərdəki beyin-bədən nisbəti artımının “təkamül” kimi adlandırılması yalnız ön mühakimələrin məhsuludur. Xəyali mutasiya mexanizminin təkamülləşdirici heç bir gücü yoxdur, bu səbəbdən delfinlərin beyin-bədən nisbətindəki sıçramalı dəyişmələrin də, “təkamül” kimi adlandırılmasının heç bir elmi əsası yoxdur.

“Birgün” qəzetini kor-koranə darvinizm təbliğatına son verməyə dəvət edirik.