Header

BBC-nin “Azalan tikanların təkamülü” yanılması

Aa4a

“BBC Online”-də, 15 aprel 2004-cü il tarixli və “Genoma reveals limb number recipe: Genomda uzadılma sayı tərifi ortaya çıxarıldı” başlıqlı xəbər nəşr olundu. “BBC” elm yazıçısı Paul Rincon tərəfindən hazırlanan yazıda, “Nature” jurnalında nəşr olunan və tikanlı balıqlarda tikanları çıxaran genetik mexanizmlə əlaqədar bir araşdırmaya1 yer verilirdi. Tikanlı balıqlar, kürəklərindən tikanlar çıxan və bu yolla düşmənlərindən qorunmağa çalışan balıqlardır. Bunların duzlu suda yaşayanları tikanlı olmağına baxmayaraq şirin suda yaşayan tikansız nümunələri də vardır.

“BBC” xəbərinə görə, elm adamları, bu balıqların tikanlı və tikansız növlərinin gen xəritələrini müqayisə etmişlər və tikanlarının yaranmasının “Pitx1” adlı genlə əlaqədar olduğunu təyin etmişdilər. Bu gen üzərində aparılan təcrübələr, tikanlarının boyunun genin fəaliyyətlərinə bağlı olaraq kiçilə bildiyini göstərmişdilər. Ancaq genin düzülüşü cəhətdən, tikanlı və tikansız növlər arasında heç bir fərq tapılmamışdır, genin ifadə edildiyi bədən bölgələri ilə əlaqədar fərqlər müəyyən olunmuşdu. Kürəklərində bu tikanlara sahib olan balıqların sürfələrində, “Pitx1” geninin, kürək bölgəsi də daxil olmaqla müxtəlif bölgələrdə ifadə edildiyi, buna qarşılıq tikansız balıqlarda tikanın normal halda böyüdüyü bölgədə ifadə edilmədiyi müəyyən olunmuşdu.

Nəticələri təkamülçü prizmasından şərh edən tədqiqatçılar, “BBC”-də yazılan sözlərində, çalışmalarının, heyvan növlərinin guya təkamül prosesində sürətli dəyişikliklərinin necə əmələ gələcəyinə dair əhəmiyyətli işarələr təqdim etdiyini irəli sürürdülər. Bəhs olunan elm adamları, ilanların və balinaların guya təkamül prosesində ayaqlarını buna bənzər genetik mexanizmlə itirdiklərinə aid inanclarını dilə gətirirdilər.

Ancaq bu araşdırmanın təkamül nəzəriyyəsinə dəlil kimi təqdim edilməsi yalnız ön mühakimələrlə əlaqədardır. Araşdırmada əldə edilən tapıntıların, müşahidə edilən faktın çərçivəsindən çıxılaraq, doqma kimi mənimsənmiş, geniş miqyaslı fərziyyələrlə (balinaların təkamülü kimi) uydurulduğu görünür. Aşağıda “BBC”-də xəbər verilən tapıntının təkamül dəlili kimi şərh olunmasındakı səhv izah olunur.

“BBC”-də balinaların xəyali təkamülündən elmi həqiqət kimi danışıldığı görünür. Balinaların təkamülü ssenarisi, dəniz kənarında, quruda yaşayan itə bənzər məməlinin dənizdə yaşamağa başladığını və bir sıra adaptasiya nəticəsində balinaya çevrildiyini fərz edir. Olduqca kompleks və geniş miqyaslı bir transformasiya (dəyişmə) iddiasında olan bu ssenari, bir o qədər də xəyalidir. Təkamülçülərin bu xəyali ssenarini dəstəkləmək üçün istifadə etdiyi arqumentlər də, olduqca az sayda fosil üzərində aparılan məcburi şərhlərlə məhduddur. (Bu mövzudakı bir yazımızı buradan oxuya bilərsiniz.

Həm də, dəniz məməliləri, quru məməlilərində olmayan xüsusi xüsusiyyətlərə (suyun saxlanması, görmə və xəbərləşməklə əlaqədar xüsusi fizioloji xüsusiyyətlərə) malikdir. Bunların qurudakı məməlilərindən təkamülləşdikləri iddiasını müdafiə edənlərə, bu xüsusi xüsusiyyətlərə aid yeni genetik məlumatın necə yarana biləcəyini göstərmə öhdəçiliyi qazandırır. Müdafiə olunan təkamül ssenarisinə görə, bu xüsusi xüsusiyyətlər, qurudakı məməlinin DNT-nə müəyyən müddət ərzində yeni genetik məlumatların əlavə olunması ilə yaranmalıdır. Ancaq təkamülçülər, bu xəyali prosesdə, balinanın yeni genetik məlumatı necə qazana biləcəyini göstərmək üçün tamamilə çarəsiz qalırlar. Çünki, buna dair heç bir elmi tapıntı mövcud deyil. Genetika sahəsində yüz ildən çox müddətdir davam etdirilən təcrübə və işlər, təkamülçülərin buna dair önə sürə biləcəkləri heç bir tapıntı ortaya qoyulmamışdır. Bu sahədəki saysız iş göstərmişdir ki, mutasiyalar heç vaxt yeni genetik məlumat təmin etməmiş, ortaya yeni növlər, ya da, xüsusiyyətlər çıxartmamışdır.

Məşhur təkamülçü genetik Prof. R. Goldschmidt, bu həqiqəti 1952-ci ildə belə etiraf etmişdir:

“İndiyə qədər, heç kimin makro mutasiyalar yolu ilə yeni bir növ, ya da cins çıxara bilmədiyi bir həqiqətdir. Seçilmiş mikro mutasiyalar yolu ilə də, heç bir növ belə yaradıla bilmədiyi də doğrudur. Ən yaxşı tanınan “Drosophila” (meyvə ağcaqanadı) kimi orqanizmlərdə belə saysız mutasiya məlumdur. Əgər hər hansı bir orqanizm üzərində, minlərlə mutasiyanın bir kombinasiyasını düzəldə bilsəydik, yenə də, təbiətdə olan hər hansı bir növlə bənzərlik göstərən bir növ yarada bilməzdik.” 2

2003-cü ildə isə, təkamülçü elm jurnalı “New Scientist”-də nəşr olunan, “Yeni növlər necə meydana gəlir?” başlıqlı məqalədə bioloq Corc Turner belə etiraf etmişdir:

“Çox deyil, yaxın keçmişdə, növlərin necə əmələ gəldiyini bildiyimizi sanırdıq. Prosesin dərhal, həmişə populyasiyaların (tozlanmanın, döllənmənin, cütləşmənin) tamamilə təcrid olmaları ilə başladığına inanırdıq. Ümumiyyətlə populyasiyanın ciddi “genetik darboğaz”-dan keçməsindən sonra əmələ gəlirdi. Məsələn, hamilə bir dişinin uzaq adaya aparılması və onun balalarının bir-birləri ilə cütləşməsindən sonra ola biləcəyi kimi. Bu “qurucu təsir”-in gözəlliyi, laboratoriyada test oluna bilməsi ilə idi. Həqiqətdə isə tutmadı. Bioloqların bütün səylərinə baxmayaraq, heç kim, qurucu populyasiyadan (döllənməkdən) yeni növ yaratmanın yanına belə yaxınlaşa bilmədi. Həm də, bildiyimiz qədəri ilə, insanların az sayda orqanizmi, xarici mühitlərə salmaları nəticəsində heç bir yeni növ əmələ gəlmədi.” 3

Görüldüyü kimi laboratoriya işlərindəki bütün səylərə baxmayaraq, balinaların təkamülü kimi makro təkamül ssenarilərə dəlil gətirə biləcək heç bir nəticəyə gəlinəməmişdir. “BBC”-də xəbər verilən araşdırma da, təkamülçüləri bu mövzudakı çarəsizliklərindən xilas etmiş araşdırma deyil. Çünki bu çalışmada, balıqların DNT-nə hər hansı şəkildə yeni genetik məlumat əlavə olunması mümkün olmamışdır və haqqında danışılan genetik mexanizm, mövcud genetik məlumata görə işləyir.

Nəticə

Haqqında danışılan çalışmanın, balinaların təkamülü ssenarisinə dəlil kimi təqdim edilməsi, BBC-nin təkamül nəzəriyyəsini əvvəldən doqma kimi mənimsədiyindən qaynaqlanır. Haqqında danışılan tapıntılar, obyektiv cəhətdən qiymətləndirilsə bunların, xəyali makro təkamül ssenariləri heç bir şəkildə dəstəkləmədiyi görünür. BBC-ə elmi araşdırmaları eşitdirmədə obyektiv həqiqətləri məhdudlaşdırmağa fikir verməyi tövsiyə edir, elmdən uzaq ssenariləri, darvinizm uğuruna dəstəkləməyə son verməsinə çağırırıq.

1) Shapiro et al., “Genetic and developmental basis of evolutionary pelvic reduction en threespine sticklebacks,” Nature 428, 15 aprel 2004, səh. 717-723

2) Richard B. Goldschmidt, “Evolution, As viewed by Ona Geneticist”, American Scientist, cild 40 (yanvar 1952), səh. 94

3) George Turner, “How Ara New Species Formed?”, New Scientist, iyun 14, 2003, səh. 36

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313