“Hürriyet” qəzetinin 21 oktyabr 1999-cu il tarixdəki sayında “Meduzalar təkamül möcüzəsidir” başlıqlı xəbər nəşr olundu. Xəbər, təkamül nəzəriyyəsini kor-koranə də olsa israrla müdafiə etməyə qərarlı olan media seqmentlərinin, artıq hər cür elmi qayğını bir kənara buraxıb, tamamilə təbliğata müraciət etdiklərinin bir isbatı idi.
Çünki xəbərdə “meduzalar təkamül müddətinin ən müvəffəqiyyətli nümunələrindən biridir” deyilirdi, amma bu iddianı dəstəkləyə biləcək tək bir tapıntıdan belə danışılmamışdı. Xəbəri yazanlar, bir yerdə şəklini görüb bəyəndikləri bu canlıyla əlaqədar məlumatların yanına, “təkamül” sözünü sıxışdırmaqdan başqa bir şey etməmişdilər.
Həqiqətdə isə meduzalar təkamül nəzəriyyəsinin lehində deyil, əleyhində bir dəlildir. Çünki təkamül nəzəriyyəsi nə bu canlıların mənşəyini, nə də necə olub da 600 milyon il boyunca heç dəyişmədən bu günə qədər gələ bildiklərini açıqlaya bilməkdədir.
Əvvəl birinci mövzunu, yəni bu canlıların mənşəyini ələ alaq. Meduzaları, digər bir çox fərqli onurğasız dəniz canlısı növü kimi, 600 milyon il qədər əvvəlinə uzanan Kembri dövrdə ortaya çıxmışdır. Kembri dövründən əvvəl fosil laylarında isə, tək hüceyrəli bakteriyalar xaricində heç bir canlı növü yoxdur. Yəni meduzalar və digər onurğasızlar “birdən” ortaya çıxmışlar. Bu o qədər açıq bir gerçəkdir, təkamül nəzəriyyəsinin məşhur müdafiəçisi Richard Dawkins belə, “The Blind Watchmaker” adlı kitabında “(Kembri canlıları), ilk olaraq ortaya çıxdıqları hallarıyla, olduqca təkamülləşmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan, o halda, orada yaranıbmış kimidirlər” demək məcburiyyətində qalar. (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229)
Canlıların bir anda, heç bir ataları olmadan ortaya çıxmaları isə, təkamülün deyil, yaradılışın dəlilidir.
İkinci mövzu isə, bu canlıların ortaya çıxdıqları dövrdən etibarən heç bir “təkamül” keçirməmiş olduqlarıdır. Ən qədim meduza fosilləri ilə günümüzdəkilər arasında fərq yoxdur. ABŞ-dakı Northwest State College universitetindən məşhur bioloq Jerry Bergman, bir məqaləsində meduzaları və digər növlər üçün etibarlı olan bu “dəyişməzlik” vəziyyətini belə açıqlayar:
“İndi yaşayan əksər bakteriya növü, böcəklər, meduzalar, sürünənlər ya da balıqlar, fosil qeydlərində olan ən qədim atalarına çox bənzəyirlər.” (Jerry Bergman, Some Biological Problems With The Natural Selection Theory, CRS Quarterly, cild 29, sayı 3, dekabr 1992)
Əlbəttə, bir canlının 600 milyon il boyunca dəyişiklik keçirməməsi, təkamülün deyil, yaradılışın dəlilidir.
Qısacası, paleontoloji tapıntılar, meduzalarının təkamüllə ortaya çıxmadıqlarını, əksinə yaradıldıqlarını isbat etməkdədir. Bu canlıların “Hürriyet” qəzetində də qısaca toxunulmuş olan kompleks strukturları isə, bu canlıların şüurlu dizaynın məhsulu olduqlarını, yəni yaradıldıqlarını bir daha göstərir.
Maraqlı olan, “Hürriyet”dəki “Meduzaların təkamül möcüzəsi” başlıqlı yazını qələmə alanların, təkamül nəzəriyyəsini açıq şəkildə etibarsız edən bir dəlili belə “təkamül dəlili” sanmalarıdır. Bu, təkamülçülərdə məşhur olan doqmatiq dünyagörüşünün yaxşı nümunəsidir. Bu dünyagörüşü, əsrin məşhur elm fəlsəfəçisi Karl Popper tərəfindən də yoxlanılmışdır. Popperin ifadə etdiyinə görə, darvinistlər, təbiətlə əlaqədar gördükləri hər şeyi “təkamülün dəlili” hesab edən və bu səbəblə də elmi düşüncədən məhrum olan kəslərdir.
Çox təəssüf ki, Türkiyənin böyük qəzeti olan “Hürriyet”də də eyni elmdən kənar zehniyyət “elmi” görünüşü altında ifadə tapmaqdadır. Bir insan, bu səhv dünyagörüşü ilə gördüyü hər şeyi təkamülə dəlil sana bilər. “Quşlara baxın, nə gözəl uçurlar, tam bir təkamül dəlilidir” deyə düşünə bilər. Ya da “balıqların rəngləri nə qədər gözəldir, təkamülün açıq dəlilidir” deyə də təsəlli tapa bilər. Halbuki, gerçəkdə təkamülə dəlil sandığı bu canlılar, təkamülə deyil, yaradılışa dəlildirlər. Çünki fosil qeydlərindəki birdən ortaya çıxmaqdadırlar və heç bir təsadüfi müddətlə açıqlana bilməyəcək dizaynlara sahibdirlər.
“Hürriyet” qəzeti və təkamülü müdafiə etmə səyi içindəki digər media quruluşları, bu elmi gerçəkləri artıq görməli və özlərini gülməli vəziyyətə salan bu səydən imtina etməlidirlər.