“Animal planet”də 2 may 2003-cü il tarixdə “Gələcəyin məxluqları-The Future is Wild” adlı sənədli film yayımlandı. Sənədli film önümüzdəki 200 milyon illik dövrdə, sözdə təkamüllə ortaya çıxacağı irəli sürülən xəyali canlı növləriylə əlaqədar idi. Kompüterdə canlandırılan qəribə görünüşlü canlılar haqqında bir-birindən maraqlı iddialar ortaya qoyulurdu: “Flish” növündə balıq ortaya çıxacaq. Uçma qabiliyyətinə sahib bu balıqlar, digər balıqları yeyərək onların nəslinin sona çatmasına səbəb olacaq”dı.

 

1905Sənədli filmdə mövzu edilən bir başqa qəribə canlı isə “crypile”dı. İddiaya görə kərtənkələ görünüşlü bu canlı, Aralıq dənizinin milyonlarla il sonra buxarlaşıb ortaya çıxaracağı duz çölündə milçək ovlayaraq bəslənəcəkdi. Ovlanma üsulu isə son dərəcə maraqlı idi: Boyunun ətrafında bir yelə kimi dayanan yapışqan orqana yapışan milçəkləri, az qala öz boyu qədər uzada bildiyi diliylə tutub yeməyi iddia edilirdi. Sənədli filmdə başqa qəribə canlılar da təsvir edilirdi… Ancaq bunların hər biri yalnız və yalnız xəyal məhsulu idi. Sənədli film “elmi fantastika” belə deyildi, yalnız “fantastika” idi.

 

Bu fantastikanı cavablayarkən əvvəlcə ifadə etmək lazımdır ki, təkamül nəzəriyyəsinin etibarsızlığı müasir elmi tapıntılarıyla dəfələrlə ortaya qoyulmuşdur. Təkamülçülər tək bir hüceyrənin özbaşına necə meydana gəlmiş ola biləcəyini də açıqlaya bilmirlər. Fosil təbəqələrində yüz əlli ildir axtardıqları itkin halqalar da tapıla bilməmişdir. Həm də biokimya və genetika elmlərinin qanunları, təkamülü qəti olaraq rədd etməkdədir.

1905 1Həm də təbiət tarixini araşdırdığımızda qarşımıza, “Animal planet” sənədli filmdə irəli sürüldüyü kimi “fərqli anatomik strukturlara təkamülləşən” canlılar deyil, əksinə eyni anatomik quruluşu yüz milyonlarla il boyunca dəyişmədən qoruyan canlılar çıxmaqdadır. Elm adamların “stasis” (sabitlik) adını verdikləri bu fakt, hər canlı növündə açıqca müşahidə edilə bilər: 400 milyon illik bir balıq qalığı (məsələn Coalecanth) ilə indiki vaxtda yaşayan nümunən bir-birindən fərqsizdir. Eyni şəkildə yüz milyonlarla il əvvəlinə aid molyusklar, soxulcanlar, böcəklər, amfibiyalar, tısbağalar və ya quşların fosilləri, günümüzdəkilərlə eyni quruluşdadırlar. Harvard Universiteti paleontoloqlarından və məşhur təkamülçü Stephen Jay Gould, bu gerçəyi belə qəbul etmişdir:

 

“Əksər növ, dünya üzərində var olduğu müddət boyunca heç bir əsaslı dəyişiklik göstərməz. Fosil qeydlərində ilk ortaya çıxdıqları andakı strukturları nədirsə, qeydlərdən yox olduqları andakı strukturları da eynidir. Morfoloji (şəkil) dəyişiklik ümumiyyətlə məhduddur və müəyyən bir istiqaməti yoxdur.”

 

Bu səbəbdən bundan 200 milyon il sonra yaşayacaq olan canlıların bugünkülərdən fərqli olacağını düşünməyimizi tələb edəcək elmi gerçək də yoxdur.

“Animal planet” sənədli filmində ortaya qoyulan bu elmdən kənar iddialar əslində “The Future his Wild” (Gələcək vəhşidir) adlı kitaba əsaslanır. Bu kitabın yazıçıları doqmatik təkamülçülərdirlər və (təkamülün elmi etibarsızlığını ortaya qoyan bütün dəlillərə gözlərini bağlayaraq) elmə zidd bu nəzəriyyəni dəstəkləməyə davam etməkdədirlər. Bu qəribə varlıqların da elmi dəlillərdən deyil, darvinist təbliğatdan doğulduğu açıq gerçəkdir.

Buna görə “Animal planet”in, bu insanların “mütəxəssis” olduqlarını tez-tez vurğulaması da bir məna ifadə etməməkdədir. Həqiqətdən kənar nağılı izah edən “mütəxəssis” də olsa, sıravi biri də olsa xəyal gücü həmişə xəyal gücüdür.

Qısacası, “Animal planet”, elmi baxımdan “gülünc” qarşılanmalı olan bir iddianı ekranlarında nümayiş etdirmiş, bir elm xurafatının təbliğatına qatılmaqda qorxu görməmişdir. “Animal planet”ə elmi mövzularda daha həqiqi və obyektiv xəbərlər nümayiş etməyə çağırırıq.

 

 

1) S. J. Gould, “Evolution”s Erratic Pace”, Natural History, cild 86, may 1977