“Science” jurnalının 21 fevral 2003-cü il tarixdəki sayında “Dişlərin ayrı təkamüllü mənşələri: Çənəli onurğalı fosillərindən dəlillər” (Seperate evolutionary origins of teeth from evidenece in fossil jawed vertebrates) başlıqlı məqalə nümayiş olundu. Məqalədə Devon dövrünə aid bəzi balıq fosilləri üzərində edilən analizlərə əsaslanılaraq, dişlərin təkamüllə ən az iki dəfə təkamülləşmiş ola biləcəyi irəli sürülürdü. Bu yazıda söz mövzusu təkamül iddiasının əsassız istiqamətləri gözlər önünə səriləcək.
Üz və kəllə sümüyü inkişafı araşdırmaçısı Moya Meredith Smith ilə paleontoloq Zerina Johansonun birlikdə qələmə aldıqları məqalənin başında placodermiye adı verilən balıqların təkamül nəzəriyyəsinə görə mənşəyi ələ alınmaqdadır. Placodermiye, Devon dövründə (408 ilə 360 milyon il arası dövrdə) yoxa çıxmış çənəli balıq növlərini içinə alan sinifin adıdır. Bu sinif, xəyali təkamül ağacında bütün çənəli onurğalıların atası sayılmaqdadır. Mövcud təkamülçü ədəbiyyatda bu balıqlarda dişlərin mövcud olmadığı və dişlərin ancaq çənədən sonra və dolayısilə placodermiyeden sonrakı onurğalılarda təkamülləşdiyi qəbul edilməkdədir. Ancaq “Science” jurnalındakı yazılarıyla Smith ilə Johanson, bu vəziyyəti dəyişdirən vəziyyətlə qarşılaşdıqlarını ifadə etməkdədirlər. Araşdırmaçılar placodermiye sinfinin arthrodira dəstəsindən bəzi qruplara aid fosillərdə (Eastmanosteus, Gogopiscis gracilis, Compagopiscis croucheri) dentin ehtiva edən gerçək dişlərə rast gəldiklərini ifadə etməkdədirlər. Bu isə, təkamül nəzəriyyəsi adına yeni problem ortaya çıxarmışdır: Çünki diş kimi kompleks orqanın, təkamülçülərin zənn etdiyindən daha qədim dövrdə ortaya çıxdığı aydın olmuşdur. Bu vəziyyət, dişin sözdə təkamülü üçün təkamülçülərə üzərində fərziyyə edə biləcəkləri daha az zaman hissəsi buraxmaqda və nəzəriyyəni bu istiqamətdən də çıxmaza sürüməkdədir,
Yeni tapıntının təkamül nəzəriyyəsi adına ortaya çıxardığı bir başqa problem isə, təkamülçüləri dişlərin sadəcə bir dəfə deyil, bir neçə dəfə təkamülləşdiyini irəli sürməyə məcbur etməsidir. Smith ilə Johanson, “Science”dəki yazılarında, dişlərin “üç və ya daha çox dəfə ortaya çıxdığını” iddia etməkdədirlər. Bu isə onsuz da qeyri-mümkün bir ssenarini müdafiə edən (yəni diş kimi kompleks dizaynın təsadüfi mutasiyaların əsəri olduğu kimi əsassız iddianı irəli sürən) təkamülçülərin, bu ssenarinin dəfələrlə təkrarlandığını qarşıya qoymaq məcburiyyətində qaldıqlarını göstərər.
Bu vaxt balıqların mənşəyi mövzusunda təkamülçülərin onsuz da böyük çıxılmaz vəziyyətdə olduqlarını da xatırladaq: 1999-cu ildə Çində olan Haikouichthys ercaicunensis və Myllokunmingia fengjiaoa adlı iki balıq fosilinin yaşlarının 530 milyon il olduğu hesablanmışdır. 530 milyon il, bilinən heyvan filumlarının demək olar hamısının bir anda ortaya çıxdıqları kembri dövrünün tam ortasıdır. Balıqların mənşəyinin bu qədər geriyə getməsi (bu tapıntıyla birlikdə 50 milyon il geriyə getmişdir) balıqların, sözdə ataları olan onurğasız dəniz canlıları ilə eyni dövrdə ortaya çıxdıqlarını göstərməkdədir ki, bu, “təkamül ağacı”na öldürücü zərbədir.
Qısaca, balıqların mənşəyi haqqında icra edilən qalıq araşdırmaları, təkamül nəzəriyyəsini bu mövzuda da çıxılmaz vəziyyətə sürüməkdədir. Dəlillər balıqların və bütün digər canlıların mənşəyinin təkamül deyil yaradılış olduğunu açıqca göstərməyə davam etməkdədir.