Keçdiyimiz günlərdə Türkiyədə və xarici mətbuatda, Pakistanda olan iki fosilin, balinaların quru canlılarından təkamülləşdiklərini sübut etdiyi xəbərləri yer aldı. “Science” və “Nature” jurnallarında eyni tarixlərdə nəşr olunan iki məqaləyə əsaslanaraq hazırlanan bu xəbərlərdə, quru canlıları ilə balinalar arasındakı itkin halqanın olduğu qarşıya qoyuldu. Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən əhəmiyyətli çıxılmaz vəziyyətlərindən biri olan dəniz məməlilərin mənşəyi mövzusunda bir çox problemin nəzərə alınmadığı bu xəbərlərdəki yanılmalar aşağıda oxucuların məlumatına təqdim edilməkdədir.

 

Balinalar və delfinlər, eynilə qurudakı məməlilər kimi doğurduqları, balalarını əmizdirdikləri, ağciyərlə nəfəs alıb bədənlərini isitdikləri üçün “dəniz məməliləri” olaraq bilinən canlı qrupunu meydana gətirərlər. Dəniz məməlilərinin mənşəyi isə, təkamülçülər tərəfindən açıqlanması ən çətin olan mövzulardan biridir. Çoxu təkamülçü qaynaqda, ataları quruda yaşayan dəniz məməlilərinin, uzun təkamül müddəti sonunda dəniz mühitinə keçid edəcək şəkildə təkamülləşdikləri qarşıya qoyular. Buna görə, sözdə ataları olan balıqların “sudan quruya keçid” müddəti yaşadığı fərz edilən dəniz məməliləri, ikinci təkamül müddətinin nəticəsi olaraq təkrar su mühitinə dönüblər. Halbuki, bu nəzəriyyə heç bir paleontoloji dəlilə əsaslanmaz və məntiqi istiqamətdən də ziddiyyətlidir.

Məməlilər təkamül pillələrinin ən üst hissəsində yer alan canlılar olaraq qəbul edilərlər. Ayrıca məməlilərin yaşadığı dövrdə, dünyadakı şərtlərin bu canlılar üçün son dərəcə uyğun hala gəldiyi qəbul edilir. Vəziyyət bu ikən, əvvəlcə bu canlıların niyə dəniz mühitinə keçdiklərinin açıqlanması çox çətindir. Bir sonrakı sual isə bu canlıların dəniz mühitinə necə olub da balıqlardan belə daha yaxşı adaptasiya olduqlarıdır: Qatil balinalar, delfinlər kimi məməli və dolayısilə ağciyərli canlılar, suda tənəffüs edən balıqlardan belə daha mükəmməl şəkildə yaşadıqları mühitə uyğunlaşma göstərməkdədirlər.

 

Dəniz məməlilərinin xəyali təkamülünün mutasiya və təbii seleksiya vasitəsilə açıqlana bilməyəcəyi son dərəcə açıqdır. GEO jurnalında nəşr olunan məqalə, dəniz məməlilərindən mavi balinanın mənşəyindən danışarkən, darvinizmin bu mövzudakı çarəsizliyini belə ifadə edir:

 

“Mavi balinalar kimi, dənizdə yaşayan digər məməli heyvanların da bədən strukturları və orqanları balıqlarınkına bənzəyir. Bunların skeletləri də balıqlarınkıyla bənzərlik göstərər. Balinalarda ayaqlar deyə biləcəyimiz arxa üzvlər tərsinə inkişaf edərək qısa qalmışdır. Ancaq bu heyvanların şəkil dəyişiklikləri haqqında əldə ən kiçik məlumat belə mövcud deyil. Dənizə geri dönüşün darvinizmin iddia etdiyi kimi uzun davamlı yavaş keçidlə deyil, anlıq sıçramalar halında olduğunu qəbul etmək məcburiyyətindəyik. Paleontoloqlar indiki vaxtda balinanın hansı məməli heyvan növündən gəldiyi mövzusunda yetərli məlumata sahib deyil.” 1

 

Quruda yaşayan bir məməli heyvanın, təkamül müddəti nəticəsində necə olub da 30 metr boyunda 60 ton ağırlığında balinaya çevrildiyini düşünmək həqiqətən də çox çətindir. Darvinistlərin bu mövzuda edə bildikləri tək şey, “National Geographic” jurnalında nəşr olunan aşağıdakı izahatda olduğu kimi, xəyal güclərini məcbur edərək ssenari çıxarmaqdır:

 

“Balinanın doğuşu, bundan 60 milyon il əvvəl, dörd ayaqlı, tüklü məməlilərin yemək axtarmaq üçün dənizə girmələriylə başladı. Çağlar keçdikcə, yavaş-yavaş dəyişikliklər meydana gəldi. Arxa ayaqlar itdi, ön ayaqlar üzgəclərə çevrildi, tüklər yox olaraq qalın, yumşaq balina dərisinə gətirib çıxardı, burun dəlikləri başın təpəsinə hərəkət etdi, quyruq genişləyərək balinanın fırça kimi quyruğuna çevrildi və bədən, suyun içində gedərək böyüyüb nəhəngləşdi.” 2

 

Səthi izah edilən pilləli təkamül ssenariləri, bu ssenarini yazanlar daxil, heç kimi təmin etməməkdədir.

 

Dəniz məməlilərinin mənşəyi mövzusunda təkamülçülərin öz aralarındakı ziddiyyətləri

Yuxarıda da ifadə edildiyi kimi, təkamülçülər dəniz məməlilərinin atalarının quruda yaşayan canlılar olduqlarını qarşıya qoyarlar, ancaq bu ataların hansı məməlilər olduğu mövzusunda ən kiçik bir fikirləri də yoxdur. “Science” və “Nature” jurnallarında nəşr olunan haqqında danışılan xəbərdə yer alan araşdırmalardan birinin əvvəlində yer alan Michigan Universitetindən paleontoloq Philip D. Gingerich, bu mövzuda aşağıdakı etirafı edir:

 

“Balinalar bütün digər məməlilərdən o qədər fərqlidirlər ki, onlarla digər canlılar arasında əlaqə qurmaq asan deyil. Bu səbəblə məməlilərin təkamülündə ayrı bir budaq olaraq təyin olunurlar.” 3

 

Dəniz məməlilərinin mənşəyi mövzusunda molekulyar biologiya, paleontologiya və anatomiya kimi fərqli sahələrdə edilən araşdırmalar tamamilə fərqli nəticələr gətirməkdədir. Haqqında danışılan xəbərlərin qaynağını meydana gətirən fosilləri tapan təkamülçü elm adamlarından, Northeastern Ohio Universiteti Anatomiya hissəsindən J. G. M. Thewissen, bu ziddiyyətli nəticələri belə dilə gətirməkdədir:

 

“Morfoloji analizlər dəniz məməlilərinin dırnaqlı heyvanlarla qohum olduqlarını göstərməkdədir. Ancaq molekulyar analizlər isə hippopotamların qardaş qrupu olduqlarını göstərməkdədir. Bizim irsi faktorlara söykənən araşdırmalarımız isə, dəniz məməlilərinin dırnaqlardakı daha çox otyeyən (mal, qoyun, maral kimi) heyvanlarla daha yaxın qohum olduqlarını ortaya qoymaqdadır.” 4

 

Burada söz edilən fərqli nəticələr, təkamülçülərin dəniz məməlilərinin mənşəyi mövzusundakı iddialarının elmi heç bir dəlilə əsaslanmadığının göstəricilərindən biridir. Hər təkamülçü öz tezisinin digərlərinə görə daha doğru olduğunu qarşıya qoymaqda, məsələn paleontoloqlar molekulyar bioloqların, molekulyar bioloqlar isə anatomiyaçıların nəticələrini şübhə ilə qarşılamaqdadırlar. Halbuki, əgər dəniz məməliləri quruda yaşayan bir məməli növündən təkamülləşmiş olsaydılar, mövzuyla əlaqədar hər araşdırma bir-biri ilə tutarlı nəticə verərdi.

 

Bu xəbərlərdə yer alan yeni fosil tapıntıları isə dəniz məməlilərinin mənşəyinin hər hansı quru canlısı olduğu iddiasına heç bir dayaq təmin etmir.

 

Tapılan fosilləri “ara-keçid forması” olaraq şərh edən təkamülçülərin qarşılaşdıqları iki problem

Tapılan fosilləri təkamülün bir dəlili olaraq şərh edənlərin qarşılaşdıqları iki problem vardır. Bunlardan birincisi, bir növün fosilinin digərinin atası olub olmadığın anlamaq mümkün deyil. “Nature” jurnalının elmi yazarı Henry Geeyə görə “fosillərin arasını ayıran zaman araları o qədər böyükdür ki, ola biləcək ata nəvə əlaqəsi haqqında qəti bir şey deyilə bilməz.” 5

Dəniz məməlilərinin atası olduğu iddia edilən fosillər arasında isə milyonlarla illik generasiya fərqi vardır. İnsanlar da eyni növdən olmalarına, ataları ilə aralarındakı zaman aralığı yalnız yüzlərlə il olmasına və əlimizdə yazılı qeydlər olmasına baxmayaraq, bir insanın nənəsinin nənəsi kim olduğunu tapa bilməsi çox çətindir və bəzən təsbit edilə bilməz. Bu səbəbdən, ara forma olduqları iddia edilən fosillərin bir-birləri ilə ata-nəvə əlaqəsi içində olduqları, ancaq bir fərziyyə ola bilər.

İkinci olaraq, növlər arasında yalnız bəzi bənzərliklərə baxaraq, aralarında ata-nəvə əlaqəsi qurmağa çalışmaqda doğru deyil. Bu gün gördüyümüz fərqli orqanizmlər arasındakı təəccüblü bənzərliklər Darvindən əvvəl də bilinirdi və bu bənzərliklər ortaq dizaynın məhsulu olaraq qəbul edilirdi. Bu səbəbdən bu bənzərliklərə baxaraq bunu təkamülün dəlili olaraq qarşıya qoymaq elmi nəticə deyil.

Ayrıca təkamülçülərin, ara-keçid forması olduğunu iddia etdikləri canlıların, necə olub da suya çox yaxşı adaptasiya ola bilmiş canlıya çevrildiyini, bunun hansı mexanizmlərlə reallaşdığını şərhləri lazımdır.

Yalnız “ön ayaqlar üzgəcə çevrildi, arxa ayaqlar itdi, bədəndəki tüklər yox oldu və bildiyimiz balinanın dərisinə çevrildi” demək kafi deyil. Ön ayaqların üzgəcə çevrilə bildiklərinə və ya bir quru canlısının sudakı həyata ən yaxşı şəkildə adaptasiya ola biləcəyi şəkildə fizioloji dəyişikliklər göstərərək bədən şəklini tamamilə dəyişdirə biləcəyinə dair günümüzdəki canlılardan əlimizdə heç bir dəlil yoxdur.

 

Təbiətdə təkamülçülərin iddia etdikləri çevrilməni reallaşdıra biləcək heç bir mexanizm yoxdur

Bir quru canlısının dənizdə yaşaya bilmək üçün ehtiyacı olan adaptasiyalar diqqətə alındığında, belə bir keçid üçün “qeyri-mümkün” sözünün belə yetərsiz qaldığı görülər. Belə bir keçiddə təkamül müddəti içində ara pillələrdən hər hansı birinin belə əskikliyi, canlının yaşamasına icazə verməyəcək və təkamül müddətini dayandıracaq.

Dəniz məməlilərinin su mühitinə keçərkən sahib olmaları lazım olan adaptasiyalar belə sıralana bilər:

 

1) Suyun qorunması: Dəniz məməliləri su mühitində yaşamalarına baxmayaraq, su ehtiyaclarını, balıqlar kimi, yəni duzlu sudan faydalanaraq aradan qaldıra bilməzlər. Yaşamaq üçün şirin suya ehtiyacları vardır. Dəniz məməlilərinin su qaynaqları çox yaxşı bilinməməsinə baxmayaraq, su ehtiyaclarının böyük hissəsini, okeandakı duz nisbətinin üçdə biri qədər duz ehtiva edən canlıları yeyərək təmin etdikləri düşünülməkdədir. Bu qədər qıt su qaynaqlarına sahib dəniz məməliləri üçün, suyun maksimum dərəcədə qorunması və qənaət edilməsi son dərəcə əhəmiyyətlidir. Məhz bu səbəblə dəniz məməliləri, dəvələrdə görülən su qoruması mexanizmlərinə malikdir. Eyni dəvələr kimi dəniz məməliləri də tərləməz. Böyrəklər, ürəyi insanlardan daha yaxşı şəkildə toplayaraq onlara su qazandırar. Beləcə su itkisi ən aza endirilmiş olar. Suya qənaət ən kiçik detallarda belə özünü göstərir. Məsələn, ana balina balasını pendir yumşaqlığında bir südlə bəsləyər. Bu süd insan südündən on dəfə daha yağlıdır. Südün bu dərəcə yağlı olmasının bəzi kimyəvi səbəbləri vardır. Yağ, bala tərəfindən bədənə alındıqdan sonra emal edilərkən yan məhsul olaraq su ortaya çıxar. Beləcə ana, ən az su itkisiylə balasının su ehtiyacını aradan qaldırmış olar.

 

2) Görmə və xəbərləşmə: Delfinlərin və balinaların gözləri fərqli görmələrə imkan verəcək şəkildədir. İnsanlardan və digər bir çox canlıdan fərqli olaraq suyun altında və üzərində eyni mükəmməllikdə görə bilərlər.

Dəniz məməlilərinin gözü ilə quru canlılarının gözü arasındakı fərqlər təəccüblü dərəcədə detallıdır. Quruda gözü gözləyən təhlükələr fiziki zərbələr və tozdur. Bu səbəblə quru heyvanlarının göz qapaqları vardır. Su mühitində isə ən böyük təhlükələr duz nisbəti, dərinlərə dalarkən meydana gələn təzyiq və dəniz axıntılarının meydana gətirdiyi zərərlərdır. Axıntılarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Ayrıca dərin dalışlarda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə vardır. Doqquz metr dərinlikdən sonra dənizin dibi qaranlıq olduğu üçün, su məməlilərinin gözü, qaranlıq mühitlərə uyğunlaşma təmin edə bilməyi təmin edən bir çox xüsusiyyətlə təchiz edilmişdir. Linza mükəmməl dairə formasındadır. İşığa həssas olan çubuq hüceyrələri, rənglərə və detallara həssas olan konus hüceyrələrindən daha çoxdur. Həm də gözlərdə xüsusi fosforlu təbəqə vardır. Bu səbəblə dəniz məməlilərinin qaranlıq mühitlərdəki görməsi qüvvətlidir.

 

Yenə də dəniz məməlilərinin ilk hissləri görmə deyil. Quru məməlilərinin əksinə, onlar üçün eşitmə daha çox əhəmiyyətlidir. Görmə işıq tələb edir, amma eşitmə üçün belə bir ehtiyac yoxdur. Bir çox balina və delfin, dəniz dibindəki qaranlıq bölgələrdə bir növ təbii “sonar” sayəsində ovlanar. Xüsusilə dişli balinalar səs dalğaları vasitəsilə “görə bilər”. Səs dalğaları, eyni görmədə olduğu kimi, fokuslanar və bir nöqtəyə göndərilər. Geriyə dönən dalğalar, heyvanın beynində analiz edilər və şərh olunar. Bu şərh, heyvana qarşısındakı cismin formasını, böyüklüyünü, sürətini və mövqeyini açıqca müəyyən edər. Bu canlılardakı sonar sistem inanılmaz dərəcədə həssasdır. Məsələn bir delfin suya atlayan adamın “içini” də qəbul edə bilər. Səs dalğaları istiqamət tapmanın yanında xəbərləşmə üçün də istifadə edilər. Bir-birindən yüzlərlə kilometr uzaqdakı iki balina səs istifadə edərək razılaşa bilər.

Bu heyvanların xəbərləşmək və istiqamət tapmaq üçün çıxardıqları səsi necə çıxardıqları sualı hələ böyük nisbətdə cavabsızdır. Ancaq bilinənlər arasında, delfinin bədənindəki çox təəccüblü bir detal diqqət çəkər: Heyvanın kəllə quruluşu, beyni belə korlayacaq qədər davamlı və şiddətli şəkildə yaydığı səs bombardmanından qorunmaq üçün səs qoruyucu sistemidir.

İndi bütün bunların üzərində düşünək. Dəniz məməlilərinin sahib olduqları bütün bu təəccüblü xüsusiyyətlər, təkamül nəzəriyyəsinin yeganə iki mexanizmi, yəni mutasiya və təbii seleksiya kanalıyla meydana gəlmiş ola bilərlərmi? Hansı mutasiya bir delfinin bədəninə sonar sistemi yerləşdirə bilər və sonra da heyvanın beynini sonardan qorumaq üçün kəllə sümüyünə səs qoruma sistemli hala gətirə bilər? Hansı mutasiya, bu canlılara qaranlıq sularda görmələrini təmin edəcək göz strukturları qazandıra bilər? Hansı mutasiya, qədimdən quruda yaşadıqları qarşıya qoyulan bu heyvanların “suya keçid”lərini təmin edə bilər? Hansı mutasiya, bu heyvanların bədənlərinə suyu ən az şəkildə istifadə etmələrini təmin edəcək həssas mexanizmləri yerləşdirə bilər?

 

Bu sualları çoxaltmaq mümkündür. Və təkamül nəzəriyyəsinin bunların heç birinə verə biləcək cavabı yoxdur. Balıqların sularda “təsadüfən” meydana gəldiklərini, sonra yenə təsadüflər köməyiylə quruya çıxıb sürünən və məməlilərə təkamülləşdiklərini, sonra da bu məməlilərin yenidən suya dönərək suda həyat üçün lazımlı olan xüsusiyyətləri yenə təsadüfən qazandıqlarını qarşıya qoyan, bütün bu fantastik hekayəni yazan təkamül nəzəriyyəsi, bu mərhələlərin hansını sübut edə bilər? Cavab hər dəfə mənfidir. Təkamül nəzəriyyəsi bu mərhələlərin reallaşdığını isbat etmək bir tərəfə, bunların reallaşmaları üçün ən kiçik ehtimalın var olduğunu belə isbat edə bilməməkdədir.

Qısacası, bütün digər təməl canlı qruplarında olduğu kimi, dəniz məməlilərində də “təkamül” iddiasını dəstəkləyə biləcək heç bir tapıntı yoxdur. Bu canlıların sözdə ataları olan quru məməlilərindən təsadüfi mutasiyalar nəticəsində təkamülləşmələri isə qəti olaraq qeyri-mümkündür.

Elmi tapıntılar, bütün canlılar kimi dəniz məməlilərin də, sahib olduqları kompleks xüsusiyyətlərlə birlikdə yaradıldıqlarını göstərməkdədir. Bu, bütün canlıları yoxdan var etmiş olan Uca Allahın yaratma sənətidir.

 

 

1) Uwe George, “Darwinismus der Irrtum des Jahrhunderts”, Geo, yanvar 1984, səh. 100-102.

2) Victor B. Scheffer, “Exploring the Lives of Whales”, “National Geographic”, cild 50, Aralık 1976, s. 752

3) Getting the Facts Straight, A Viewer”s Guide to PBS”s Evolution, Seattle Discovery Institute Press 2001, A response to “Evolution” that first aired on the PBS network, 24-27sentyabr 2001. That series was co-produced by the WGBH/NOVA “Science” Unit and Clear Blue Sky Productions.

4) J. G. M. THEWISSEN, “Skeletons of terrestrial cetaceans and the relationship of whales to artiodactyls”, “Nature”, 20 sentyabr 2001, cild 413, səh. 277-281 (2001)

5) Getting the Facts Straight, A Viewer”s Guide to PBS”s Evolution, Seattle Discovery Institute Press, 2001