“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 6 mart 2004-cü il tarixdəki sayında “Böcəklər necə qanadlandı?” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Rhyniognatha hirsti növünə aid 400 milyon illik bir böcək fosiliylə əlaqədar təkamülçü iddialara yer verilirdi. CBT, bu böcəyin quruluşunun “böcəklərin niyə uçmağı öyrəndiyi” sualına cavablar təqdim etdiyini iddia edir, bu böcəyi qanadlı böcəklərin sözdə təkamülünə dayaq olaraq göstərirdi. Ancaq haqqında danışılan böcək gerçəkdə təkamül nəzəriyyəsinə heç bir dayaq yaratmır. Həm də bu xəbər, təkamül nəzəriyyəsinə heç bir dəstək verməyən bir tapıntının nəzəriyyəyə necə uyğunlaşdırıldığını göstərməkdədir.
Yazıda, Rhyniognathanın “həqiqi böcəyin bütün diqqətə çarpan xüsusiyyətlərini daşıdığı” və “son dərəcə funksional çənəyə” sahib olduğu ifadə edilməkdədir. İndi düşünək.
Bu tapıntı bizə obyektiv olaraq nə söyləməkdədir? Bunun cavabı sadədir: Həqiqi böcəyin diqqətə çarpan bütün xüsusiyyətlərini göstərən bir canlı, böcəkdir! Bu tapıntı bizə, günümüzdəki böcəklərlə tam 400 milyon il əvvəl yaşamış böcəklərin eyni dizayna sahib olduqlarını, bədən planlarında hər hansı dəyişiklik yaşamadıqlarını göstərməkdədir. CBT-də bu fosilin təkamülçü dünyagörüşündən şərh olunması, məntiqdən tamamilə məhrum davranışdır, çünki ortada təkamülə dayaq göstərilə biləcək ən kiçik dəyişiklik də mövcud deyil.
“Son dərəcə funksional” bir çənə də, böcəklərin yüz milyonlarla il əvvəl, eynilə bu gün sahib olduqları kompleks quruluşda olduqlarını göstərər. Təkamülçülər, canlılığın sadədən kompleksə doğru inkişaf etdiyini iddia etdikləri halda, yüz milyonlarla il əvvəl, heç bir atasal forması olmadan ortaya çıxmış bir böcək, onsuz da “mürəkkəb” quruluşdadır.
Hekayənin beləsi
Təkamülçülər canlılardakı kompleks strukturların hansı məqsədlə sözdə təkamülləşmiş ola biləcəyi mövzusunda tamamilə təxəyyülünə əsaslanan nağıllar uydurmada və bunu elmi izah olaraq təqdim etmədəki xəyal qurmaqlarıyla bilinərlər. Həqiqətə uyğun olmayan hekayələr dediyimiz bu cür nağıllar heç bir müşahidə və ya təcrübəyə əsaslanmayan, elmdən kənar xəyallardan ibarətdir.
CBT-nin bu xəbərində təlqin edilən bir iddia, təkamülçülərin xəyalpərəstlikdə bir dönüş nöqtəsində olduqlarını göstərməkdədir. Buna görə, böcəklərin sözdə təkamülləşərək qanadlanmasının səbəbi, boyu birdən uzanmağa başlayan otlardır. Qanadsız böcəklər, otlarla örtülü ərazilərdə yaşayarkən ətrafı görə bilmək üçün guya qanadlanmışlar! Həqiqətən də bu, böyük bir nağıldır.
Təkamülçülərin, dörd ayaqlı meymunun savannalarda irəlini görmək üçün dikəlib insana çevrildiyi nağılı xatırlandığında vəziyyət bir az daha maraqlı bir hal alır. Nəticədə, təkamülçülər, öz xəyallarında çevrilmə yaşayan canlıları izah edərkən, otları əhəmiyyətli bir faktor olaraq görməkdədir. Bir canlının təkamül inancına görə dikəlməsi açıqlanmalıdır? Otlar bu işi həll edər. Qanadsız bir canlı təkamül inancına görə qanadlanıb uçmalıdır? Otlar bu işi həll edər… Təkamülçülərin zehinləri belə işləməkdədir. Ən başdan inanılan bir ssenari, elmi tapıntıların ortaya qoyduğu bütün imkansızlara baxmayaraq , qəti həqiqət kimi qəbul edilir, bunun sözdə elmi şərhi də bir nağılla ötürülər.
Nəticə
Darvinizm bir əfsanədir. CBT səlahiyyətlilərini bu əfsanəyə olan inanclarını müasir elmin tapıntıları işığında nəzərdən keçirməyə və ancaq uşaqların nağıl kitablarında rast gəlinəcək növdən hekayələri cəmiyyətə “elm” olaraq təqdim etməkdən imtina etməyə dəvət edirik.
Böcəklərin təkamülü iddialarının etibarsızlığı haqqında əlaqədar daha detallı məlumat üçün baxın: Böcəklərin mənşəyi.