İçeriğe geç

“Natural History”nin hörümçək nağılı

“Natural History” jurnalının sentyabr 2003-cü il tarixdəki sayında “Love and death-Eşq və ölüm” başlıqlı yazı nəşr olundu. Yazıda, Matthias W. Foellmer və Daphne J. Fairbaim adlı təkamül bioloqların tərəfindən edilən çalışma mövzu edilirdi. 1

 

Araşdırmaçılar, Şimali Amerikada yaşayan və elmi adı Argiope aurantia olan hörümçək növünə aid erkəklərin cütləşmə sonrasında ortalama 15 dəqiqə yaşadıqlarını, cütləşmədən sonra (dişinin heç bir müdaxiləsi olmadan) bir anda ürəklərinin dayandığını müşahidə etmişdilər.

“Natural History” bu ölümü təkamülçü dünyagörüşündən şərh edir və “Cütləşmədən dərhal sonra ölmənin nə kimi təkamüllü üstünlüyü ola bilər?” şəklində sual verirdi. Araşdırmaçılar bu suala spekulyativ cavab verir və erkəyin ölümünün, başqa erkəklərin dövrəyə girməsini maneə törədəcək şəkildə, bir növ orqanik sistem kimi funksiya gördüyünü iddia edirdilər.

Nə var ki, “Natural History”da köçürülən bu fərziyyələr təkamül nəzəriyyəsinə heç bir dəstək təmin etməməkdədir. Çünki hər hansı canlının göstərdiyi bir davranışı bir növ təkamül olaraq qəbul edərək buna dair fərziyyələr etmək, haqqında danışılan davranışın necə ortaya çıxdığına dair bir şərh gətirmiş olmaz. Necə ki, Foellmer və Fairbaim bu davranışın qazancı olaraq qəbul edilə biləcək bir faydaya işarə etməkdədir, ancaq bu davranışın ilk olaraq necə başlamış ola biləcəyinə dair izah gətirməməkdədirlər.

Bunu etmək, müəyyən marka kompüterin digər markalarda olmayan bir xüsusiyyətini təsvir etdikdən sonra bunun faydasını ifadə etməklə kifayətlənmək kimidir. Açıqdır ki, kompüterin faydalı xüsusiyyətini təsvir etdikdən sonra bunun təbii səbəblərlə ortaya çıxdığını iddia edən biri, bunun necə olmuş ola biləcəyini göstərmiş olmaz. Eyni şəkildə hörümçəyin ölümünü təkamüllü üstünlük olaraq qəbul etmək və bunun bir faydasını ifadə etmək bu davranışın ilk olaraq necə başlamış olduğunu açıqlamaz.

Üstəlik digər hörümçək növlərində bu şəkildə özbaşına bir ölüm görülməməkdədir. Bu vəziyyətdə Argiope aurantia növü hörümçəyin ölümündə təkamüllü “üstünlük” axtaran bir şərhin əsassızlığı ortaya çıxar. Çünki bir şərhin təməl şərtlərindən biri, faktlara gətirdiyi səbəb-nəticə əlaqələrinin ola bildiyi qədər geniş ölçüdə çalışa bilməsidir.

 

Halbuki, minlərlə hörümçək növü arasında yalnız bu növün erkəkləri öz-özünə ölməkdədir. Bu hörümçək növünün, həyat sahəsi və şəkli baxımından digər növlərdən fərqli istiqaməti yoxdur. Amma bu ölüm əgər bir təkamüllü üstünlükdürsə niyə başqa növlər bu üstünlüyü seçməmişdir?

Görüldüyü kimi, “Natural History” etdiyi şərhdə əslində əsas axtarmamaqda, yalnız əlindəki bəzi məlumatları bir doqma olaraq mənimsədiyi təkamülə uyduracaq hekayələrə müraciət etməkdədir. Qısacası bu hekayənin, “Natural History”in təkamülçü ön mühakimələrini göstərməkdən başqa bir dəyəri yoxdur.

“Natural History” jurnalına təkamülçü ön mühakimələrindən imtina etməsi və təbiətdəki faktların tutarlı şərhinin şüurlu dizayn olduğunu, bütün canlıları Allahın yaratmış olduğu gerçəyini qəbul etməsini tövsiyə edirik.

Əlaqədar yazı: BİR CANLI HAQQINDA TƏKAMÜL NAĞILI İZAH ETMƏK NİYƏ TƏKAMÜLƏ DƏLİL TƏMİN ETMƏZ?

 

 

1) “Spontaneous Male Death Duriing Copulation in an Orb-veawing Spider”, Proceedings of the Royal Society of London B (Suppl.) DOI 10. 108/rsbl.2003.0042, 2003

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz