“Bilim ve Teknik” jurnalının aprel 2003-cü il sayı ilə 5 aprel 2003-cü il tarixdəki “Hürriyet Bilim” jurnalında, “Science” jurnalının 21 mart 2003-cü il tarixli sayında nəşr olunan bir araşdırma xəbər verildi. Xəbərlərdə həm “Bilim ve Teknik”, həm də “Hürriyet Bilim” jurnallarının darvinizm müdafiəçiliyinə bir daha girişdikləri, bunun üçün də hər vaxt olduğu kimi nağıl izahatına müraciət etdikləri görülürdü. Təkamülçülər bir daha bəzi canlıların DNT düzülmələrinə baxaraq bunları anlamaq istədikləri kimi şərh edir, ortaya yeni nağıllar çıxarırdılar. Xəbərlərin xüsusiyyəti köhnə nağılı daha da zənginləşdirmələri idi: Böcəklərin təkamülü.

 

Ancaq hər iki “elm” jurnalının oxucularına elmi gerçəklərmiş kimi təlqin etdiyi araşdırma nəticələri xəyal gücündən başqa bir şeyə əsaslanmır.

“Bilim ve Teknik” jurnalında “Böcəklərə fərqli atalar” başlığıyla verilən xəbər bu cümlələrlə başlamaqdadır:

 

“Hamısının bənzər təməl xüsusiyyətlərə sahib olmalarına qarşı böcəklər şöbəsinin tək bir ortaq atadan təkamülləşmədikləri, fərqli soylardan gəldikləri ortaya çıxdı”.

 

Bu cümlələri oxuyan bir oxucu, elm adamlarının əhəmiyyətli bir kəşf etdiyini və ortaya çıxarılan konkret tapıntılarla “böcək təkamülü”nün isbat edildiyini zənn edə bilər. Oxucu belə zənn etməsə belə, “Bilim ve Teknik” jurnalının özündən əmin üslubunun bunu məqsəd qoyduğu açıqdır: Jurnal qəti və dəqiq izahat ortaya qoymaqdadır.

“Hürriyet Bilim” də “Böcəklər iki ayrı mərhələdə quruya çıxıb” başlığıyla iddianın açıqca yanında yer aldığını göstərməkdədir.

Bu araşdırmada İtaliyadakı Siena universitetindən Francesco Nardi və yoldaşları, böcəklərin əvvəldən sanıldığı kimi tək bir atadan təkamülləşmədiyini; iki ayrı dövrdə təkamülləşərək dənizdən quruya iki fərqli qoldan çıxdıqlarını iddia etməkdədirlər. Hexapod (altı ayaqlı) deyə təyin olunan böcəklərdən bir qrupun, o biri böcəklərdən çox əvvəl dənizlərdə yaşayan molyusklardan təkamülləşdiklərini irəli sürməkdədirlər. Nardi və yoldaşları; fərqli atalardan təkamülləşdiklərini müdafiə etdikləri böcəklərin anatomiyasında görülən, üç vücud hissəsi, altı ayaq, göz və ayaqların quruluşu kimi ortaq xüsusiyyətlərin ortaq atadan deyil, eyni mühitə uyğunlaşma zərurətindən qaynaqlandığını irəli sürməkdədirlər.

Burada tünd formada verdiyimiz bir neçə söz gerçəkdə çox böyük nağılın yekunlaşdırılmış halıdır. Bu böyük nağılın adı “konvergent təkamül”dür (Convergent Evolution). Təkamülçülər bənzər strukturlara sahib olduqları halda ortaq ataya sahib olduqları iddia edilə bilməyəcək canlıların “konvergent təkamül”lə təkamülləşdiklərini müdafiə edərlər. Buna görə, yuxarıdakı nağıldan nümunə verəcək olsaq, sözdə fərqli atalardan təkamülləşən böcəklər yüz milyonlarla il sonra bənzər bədən quruluşuna sahib ola bilməkdədirlər. Sözdə bənzər ətraf şərtləri iki uzaq qrup böcəyi bənzər şəkillərə sahib olacaq şəkildə təkamülləşdirməkdədir. Sözdə bir qrup böcəkdə eyni “təsadüfi” mutasiyalar “təsadüfən” eyni sırada meydana gəlməkdə, sözdə bir başqa qrupda da tamamilə eyni “təsadüflər” reallaşaraq bir-birinə paralel müddətlərdə bənzər böcəklər təkamülləşməkdədir.

Mutasiyaların dağıdıcı təsiri bir an üçün nəzərə alınmasa belə bu ehtimalların reallaşma ehtimalı yox deyiləcək qədər azdır. Bu ehtimal dünyanın iki fərqli bölgəsində yüz milyon dəfə atılacaq bir cüt pərdənin tamamilə eyni sırayla, eyni nəticələri verməsi ehtimalından belə kiçikdir. Nə var ki, təkamülçülər bu imkansıza “inanmaqdadırlar”.

 

“Hürriyet Bilim” və “Bilim ve Teknik” jurnallarının müdafiə etdiyi doqma, daha doğrusu inandığı nağıl ortadadır. Jurnalların bu nağılları elmi gerçəklər kimi təlqin etmələrinin altında darvinizmə bağlılıqdan başqa bir səbəbi yoxdur. Darvinizmə olan kor-koranə bağlılıqlarının bu iki jurnalı, orijinal qaynağında belə “mübahisə edilən” olduğu ifadə edilən bir iddianı, yuxarıda ifadə etdiyimiz kimi, son dərəcə qəti olaraq izahatla təlqin etməyə yönəltdiyi görülməkdədir. Bir başqa məşhur elm jurnalı “Nature” də, təkamülçü olmasına baxmayaraq, Nardinin iddiasının mübahisəli olduğunu qəbul etməkdə və Amerikan Təbiət Tarixi Muzeyində böcəklər mövzusunda mütəxəssis olan Cyrille D”Haesenin bu şərhinə yer verməkdədir:

 

“Mən bunu həqiqətən, almayım”.

 

Görüldüyü kimi, iki jurnal imkansızlar zəncirini darvinizm adına müdafiə etməkdə, təkamülçülər arasında belə mübahisəli olan fikirləri öz oxucularına elmi gerçəklər kimi təlqin edirlər. Bu jurnallara tövsiyəmiz, əgər təkamülü müdafiə etməkdə təkid edirlərsə, növlər arasındakı xəyali əlaqələr quran çalışmaları “təkamül dəlili” deyə təlqin etməyi tərk edib, təsadüfi mutasiyalarla bir kiçik böcəyin necə meydana gələ biləcəyini açıqlamaq üçün məşğul olmalarıdır. Əgər bunu əsaslı tezislə ortaya qoysalar, o zaman təkamül nəzəriyyəsinin iddialarına dəstəkləri olacaq. Çünki indiyə qədər nəzəriyyənin əsaslandığı təsadüfi mutasiyaların bir canlının DNT-sinə məlumat əlavə edərək ona faydalı quruluş və ya xüsusiyyətlər qazandırdığı tək vəziyyət belə müşahidə edilməmişdir. Əgər nəzəriyyəni çürük təməllərə əsaslanan nağıl görünüşündən qurtarmaq istəyirlərsə (heç bir ehtimal olmamasına baxmayaraq) heç olmasa bunu bir daha təcrübədən keçirməlidirlər. Ancaq bunu edərkən nə qədər cəhd edirlərsə etsinlər müvəffəq ola bilməyəcəklərini bilməlidirlər.

Allah, Quranda inkar edənlərlə əlaqədar belə buyurur:

 

“De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!” (Yunis surəsi, 34)