“Hürriyet Bilim” jurnalının 22 mart 2003-cü il tarixdəki sayında “Ağcaqanadlar necə uçar?” başlıqlı yazı nəşr olundu. Yazıda ağcaqanadların göstərdiyi üstün manevr qabiliyyətləri izah edilir, yeni uçan maşınlar kəşf etmə çalışmaları ağcaqanadların təqlid edilməyə çalışdığı xəbər verilirdi. “Hürriyet Bilim” jurnalı, ağcaqanad uçuşunun nə qədər kompleks olduğunu və ən inkişaf etmiş texnologiyaların da, ağcaqanad kimi manevrlər edə bilən maşın kəşf etmək üçün yetərsiz qaldığını izah edir; ağcaqanad uçuşuna təriflər yağdırırdı. Ancaq yazının sonlarında əhəmiyyətli ziddiyyət ortaya qoyulurdu: insan texnologiyasından daha çox inkişaf etmiş uçuşa sahib olan və sanki uçmaq üçün hazırlanmış bir robot olan bu canlıların kor təsadüflərə əsaslanan təkamüllə ortaya çıxdığı irəli sürülürdü. “Hürriyet Bilim” jurnalı fosil qeydlərini və uçuşun kompleks quruluşunu tamamilə əhəmiyyət vermədən darvinist ssenari müdafiə edirdi. Bu yazıda ağcaqanadların gerçək mənşəyi ortaya qoyulacaq və “Hürriyet Bilim” jurnalının darvinist yanılmaları gözlər önünə səriləcək.

 

Ağcaqanad uçuşunun texnologiya inkişaf etdirmə çalışmalarında nə üçün bu qədər əhəmiyyətli yer tutduğunu anlamaq üçün əvvəlcə ağcaqanad uçuşu haqqında bəzi məlumatları ələ ala bilərik. “Hürriyet Bilim” ağcaqanad uçuşunun kompleksliyi haqqında bu məlumatları verir:

 

  • Bir meyvə ağcaqanadı tək bir saniyədə qanadlarını tam 200 dəfə çırpa bilir,
  • Bir ağcaqanad döyüş təyyarəsindən daha sürətli manevrlər edə bilər,
  • Tavanda başıaşağı dura bilər,
  • Mükəmməl bir şəkildə yana sürüşər, geri və irəli hərəkət edər və dayandığı yerdə geri dönə bilər,
  • Ağcaqanadların elm adamlarını ən çox çaşdıran xüsusiyyətlərindən biri… bütün bu kompleks hərəkətləri son dərəcə az sayda neyrondan meydana gələn sinir sistemiylə idarə etmələridir. Bu mövzuda “Hürriyet Bilim”də xəbər verilən araşdırmanı icra edən bioloq Michael Dickinson təəccübünü belə ifadə etməkdədir: “Hər təcrübə etdiyimizdə, küncüt böyüklüyündəki sinir sisteminin, bütün bunları necə edə bildiklərini düşünürük.”

 

Ağcaqanad uçuşunda mükəmməl çalışan mexanizm xüsusiyyətinə sahib sinir sistemi haqqında isə bunlar ifadə edilməkdədir:

 

“Bir ağcaqanad, neyronlarının çoxunu hissedici məlumat yığmaq üçün istifadə edər; məsələn gözləriylə işığı, qoxuya həssas tükləriylə qoxuları alar və qanadlarının arxasındakı uzun çubuq şəklindəki jiroskoplarıyla (təyyarələrdə istifadə edilən və təyyarənin üfüq xəttinə görə mövqeyini göstərən cihaz) tarazlığı təmin edər. Bu siqnallar sinir sistemindən keçər və buradan da qanadlara əmr göndərilər. Əmrlər son dərəcə sadə və dəqiq olmalıdır, çünki iki qanad çırpınışı arasındakı müddət, saniyənin bir neçə mində biri qədərdir.”

 

Elm adamları ağcaqanad uçuşunu təqlid edən robot ağcaqanadlar təkmilləşdirə bilmək üçün ağcaqanad uçuşunun detalları üzərində hələ də çalışmalar icra etməkdədir. Bunun üçün qanadlardakı qüvvətin meydana gəlməsinin və böyüklüyünün ölçülməsi şərtdir. Ancaq bu kompleks hərəkətlərin ölçümü, ağcaqanadın sürəti səbəbiylə demək olar ki qeyri-mümkündür. “Hürriyet Bilim”də bu çətinlik belə ifadə edilməkdədir: “Ancaq, bu günə qədər heç kim ağcaqanadların yaratdığı yüksəlmənin yarısını belə hesablamanı bacara bilmədi. Dickinsona görə, “Dünyadakı heç bir kompüter, bizə bu qüvvətin nə olduğunu söyləyə bilməz

 

Ağcaqanad və təyyarə

Yazıda ağcaqanadlar təyyarələrlə müqayisə edilməkdə və ağcaqanad uçuşunun üstün istiqamətləri ifadə edilməkdədir:

 

“Bir pilota görə, dik bucaqdakı qanadları əymək çox təhlükəlidir. Təyyarə havalandıqca, qanadın üzərində hərəkət edən hava axınının, qanadın kənarına yapışması da çətinləşər. Axın tamamilə getdikdə isə təyyarə yüksəkliyini itirər və səndələyər. Digər yandan, ağcaqanad təyyarəyə görə üstündür, çünki qanadlarını tək bir mövqedə tutmaq məcburiyyətində deyil. Ağcaqanad qanadlarını elə tez çırpar ki, qanadın uçuşu istiqamətləndirən ucunun hava axınıyla əlaqəsi kəsilənə qədər bir hərəkət daha reallaşar. Hər hərəkətin sonunda ağcaqanad, qanadlarını öz ətrafında çevirərək, qanadların tərs istiqamətdə çırpılmasını təmin edər. Bu yeni girdab meydana gətirər və heç bir səndələmə reallaşmaz.”

 

Ağcaqanad uçuşu haqqındakı bu detalların açıqca göstərdiyi gerçək budur: Ağcaqanad uçuşu 21-ci əsrin inkişaf etmiş texnoloji imkanlarına və mühəndislik sahəsindəki məlumat təcrübəsinə baxmayaraq, köçürülə bilməyəcək qədər kompleks hərəkətdir. Ağcaqanadlarda bu hərəkəti mümkün edən dizayn tam bir texnologiya möcüzəsidir. Bu baxımdan ağcaqanadlar, uçmaq üçün hazırlanmış robotlar kimidirlər. Dickinson ağcaqanadları maşına bənzətməkdə və bunları söyləməkdədir: “Ağcaqanadlar xariqüladə canlılardır. Bir insan gündə mütləq bir ağcaqanad görür, ancaq onların fərqinə belə varmırıq. Burunlarımızın kənarında bu qeyri-adi, kiçik maşınlar gəzişir.”

 

“Hürriyet Bilim”in ağcaqanad təkamülü mənasız sözü

“Hürriyet Bilim” jurnalı ağcaqanadlardakı dizaynın mükəmməlliyi və bu dizaynın texnologiyadan nə qədər üstün olduğunu göstərən məlumatlar verdikdən sonra “Ağcaqanadlar necə təkamülləşdi” başlığında qısa bir hissəyə yer verməkdədir. Jurnalda bu mövzuda heç bir elmi dəlil göstərilmədən bu iddiaya yer verilməkdədir: “Böcəklərin qanadları 300 milyon il əvvəl böyük ehtimalla bədən qabıqlarından inkişaf etdirdi”.

“Hürriyet Bilim” bu mövzuya dəlil göstərə bilməz. Çünki dəlil yoxdur. Əksinə dəlillər belə bir təkamülün yaşanmadığını göstərməkdədir. Böcəklər fosil qeydlərində birdən ortaya çıxmışdır. Maraqlı olan isə qanadlı və qanadsız böcəklərin mərhələli bir şəkildə deyil, eyni dövrdə ortaya çıxdıqlarının başa düşülməsidir. Qanadsız böcəklə qanadlı böcək arasında qanad kimi bir quruluşun ara mərhələsini göstərən heç bir fosil yoxdur. Əksinə üç yüz əlli milyon illik qüsursuz ağcaqanad fosilləri, özlərindən əvvəl heç bir bənzərləri olmadığı üçün, böcək uçuşunun təkamüllə ortaya çıxmadığını isbat etməkdədir. Bu qalıqlar meyvə ağcaqanadından daha da mükəmməl bir uçuşa sahib olan cırcırama böcəyinə aiddir. Fosillər, ölçüləri xaricində günümüz cırcıramalarından fərqsizdir və sanki “yaşayan fosillərdir. Daş kömür dövrünə aid Meganeura Monyi növü bu qədim cırcırama böcəklərinin fosili sanki “dünən” ölmüş cırcıramaya bənzəyir.

Digər tərəfdən belə kompleks dizaynın kor təsadüflərlə ortaya çıxdığını müdafiə edəcək qədər darvinizmə bağlı olması jurnalın bu mövzuda tutarlı qiymətləndirmə edə bilmədiyini gözlər önünə sərməkdədir. Tamamilə təsadüfə əsaslanan mutasiyaların bir ağcaqanadın qanadlarını, gözlərini, əzələlərini, sinir sistemini və daha bir çox başqa sistemi; ayaqlarını, tənəffüs sistemini, həzm sistemini, antenalarını və s. meydana gətirməsi qəti olaraq mümkün deyil. Həm də təsirli olduqları zaman, mutasiyalar canlılar üzərində daim dağıdıcı olmuşdur. Laboratoriyalarda icra edilən mutasiya təcrübələrinin böyük hissəsi “Hürriyet Bilim”də nümunə verilən meyvə ağcaqanadları üzərində edilmişdir.

Mutasiyalar meyvə ağcaqanadlarını əsla daha mükəmməl canlılar etməmiş, əksinə şikəst strukturlar təkmilləşdirmələrinə səbəb olmuşdur.

Tamamilə təsadüflərlə ortaya çıxan və təsirli olduqlarında həmişə dağıdıcı nəticələr doğuran mutasiyaların ağcaqanad kimi kompleks canlı meydana gətirdiyinə “inanmaq” mənasız sözdür. “Hürriyet Bilim”in ağcaqanadların təkamülünə inanması da, zibilxanaya düşəcək təsadüfü ildırımların ortaya elektronika sistemlərlə təchiz edilmiş son texnologiya məhsulu reaktiv təyyarəni yarada biləcəyinə inanmaq qədər ağıdan kənardır.

 

Jurnalın bu ağılsız davranışdan imtina etməsini və hər canlının mənşəyini və xüsusiyyətlərini, gözübağlı şəkildə təkamüllə uyğunlaşdırmağı bir kənara buraxmasını tövsiyə edirik.