“Discovery Channel” 14 mart 2003-cü ildə “Kəşf gündəliyi: Hörümçəklər” adlı sənədli film yayımladı. Sənədli filmdə, müxtəlif hörümçək növlərinin ovlanma texnikalarından nümunələr verilir və hörümçək ipliyinin nə qədər üstün vəsait olduğu vurğulanırdı. Hörümçək ipliyinin poladdan da möhkəm vəsait olduğu izah edilir, bu üstün vəsaitin təqlid edilməsi vəziyyətində texnologiya və sənayedə istifadə edilə biləcəyi sahələrdən danışılırdı. Yaxın kamera çəkilişləriylə göstərilən hörümçəklər və hörümçək torları ortaya maraqlı proqram çıxarırdı. Ancaq mövzu hörümçəklərin mənşəyinə gələndə “Discovery Channel” proqramın elmdən uzaq şərh edirdi: “380 milyon illik təkamülün məhsulu olan bu vəsaiti çıxarmaq asan deyil.”
TV kanalında bu iddiaya dəlil göstərilən şey, yalnız 380 milyon illik fosilləşmiş tor məməcikləri (hörümçəyin arxa hissəsində tor çıxardığı orqan) tapan elm adamının ifadələridir. Hörümçəklərin uzaq atalarının fosillərini tapdığı irəli sürülən elm adamı, 380 milyon illik qayaları əridərək mikroskop altında araşdırdığını və içində tor məməcikləri təsbit etdiyini söyləməkdədir. Halbuki, bu məməciklərin gerçək hörümçəyə deyil də “hörümçəklərin uzaq atalarına” aid olduğunu göstərən heç bir dəlil yoxdur: Məməciklər heç bir şəkildə ara forma xüsusiyyəti göstərməməkdədir və müasir hörümçəklərin məməciklərindən bir fərqləri yoxdur.
“Discovery Channel”də bu fosilin hörümçəklərin uzaq atası olaraq göstərilməsi yalnız bir yalandır. Çünki 380 milyon illik hörümçəklərin günümüzdəki hörümçəklərdən heç bir fərqi olmadığı elm dünyasında 20 ildən çox müddətdir bilinməkdədir. “American Association for the Advancement of “Science”in (Amerikan Elmi İnkişaf Etdirmə dərnəyi) 1983-cü ildəki illik yığıncağında, bu canlılarla əlaqədar çox əhəmiyyətli qalıq tapıntıları təqdim edilmişdir. Hörümçək, gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin ən maraqlı xüsusiyyəti, yaşayan nümunələrindən fərqsiz olmasıdır. Tapıntıları araşdıran elm adamlarından biri, qalıqlar haqqında “sanki dünən ölmüş kimidirlər” şərhini etmişdir. Avstraliya Muzeyinin internet səhifəsində Attercopus fimbriungus hörümçəklərinin 380 milyon illik nümunələrinin iplik çıxaran orqanlara o dövrdə belə sahib olduğu ifadə edilməkdədir. Bu qalıqlar hörümçəklərin mənşəyini ən həqiqi şəkildə əks etdirməkdə və “Discovery Channel”in iddiasını etibarsız etməkdədir: Hörümçəklər təkamüllə deyil, birdən və qüsursuz olaraq ortaya çıxmış və yüz milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmayıblar.
Digər tərəfdən hörümçəklərin ipliyi və torunun kompleks xüsusiyyətləri də təkamülçü şərhlərin tamamilə məcburiyyət olduğunu göstərməkdədir. Məsələn, hörümçək ipliyi o qədər yüngüldür ki, 1 kg. hörümçək ipliyi dünyanın ətrafını tam üç dəfə dönə bilər. Yüngül olmasına baxmayaraq, eyni ağırlıqdakı poladdan 5 dəfə daha möhkəmdir. Elastikliyi sayəsində öz boyunun 4 misli uzana bilər. Bütün bunlar hörümçək ipliyini meydana gətirən atomların xüsusi quruluşu və düzülməsiylə mümkün ola bilməkdədir. Həm də bir hörümçək torunu meydana gətirən iplik qatı olmasına baxmayaraq, hörümçəyin bədənində maye haldadır. Havayla təmas etdiyi anda sürətli reaksiya nəticəsində qatılaşar. Bir Amerikan qəzetinin ifadəsiylə “vəsait alimləri və kimyagərləri qısqandıran” hörümçək ipliyi eyni zamanda geri çevrilməlidir. Hörümçək, öz torunu yeyərək yenidən istifadə etmək üzrə bədənində təkrar maye hala çevirər.
Hörümçək ipliyi ilə birgə torun hörülməsi də kompleks davranışdır. Çünki hörümçəyin beyni bir duz dənəsinin böyüklüyünü keçmədiyi halda torda arxitektura ilə planlama tətbiq etdiyi görülər. Olduğu yerdən aşağıya ipliyini aşağı salan hörümçək, küləklə hərəkət edən torun bir yerə yapışmasını gözləyər. Yapışan torun o biri ucunu özü apararaq uyğun bir nöqtəyə yapışdırar. Bu şəkildə bir neçə çarpazlama iplik çəkdikdən sonra aralarını dairəvi halqalarla doldurar. Bu ağa ilişən hər şey anında hərəkətsiz hala gələr. Halbuki, hörümçəyin özü bu torun yapışqanlığından təsirlənməz.
Yəni hörümçəyin təkamüllə ortaya çıxa bilməsi üçün, həm son dərəcə kompleks biokimyasal quruluşa sahib olan torun, həm də hörümçəyin bu tordan istifadə etməsini təmin edən kompleks davranışlarının, təsadüfi mutasiyalarla inkişaf etmiş olması lazımdır. Bunun mümkün olmadığı isə açıqca ortadadır. Həm də təkamülçülərin bu iddialarını dəstəkləyən heç bir təcrübə, müşahidə, fosil dəlili və s. yoxdur.
Əksinə, dəlillər təkamülə zərbə endirməkdədir: 380 milyon illik hörümçək fosillərinin günümüzdəki hörümçəklərdən fərqsiz olması və hörümçək ipliyi və torunun kompleks quruluşu təkamülçüləri çıxmaz vəziyyətə salmaqdadır. “Discovery Channel” bu çarəsizlik içində, elm adamlarının təqlid etməyə çalışdığı, bu qədər üstün xüsusiyyətlərə sahib bir vəsaiti çıxaran orqanın təsadüfi mutasiyalarla necə təkamülləşmiş ola biləcəyi mövzusunu heç açmamaqdadır. Buna görə bilinən hekayə izahatına müraciət etməkdədir. TV kanalı hekayəni hörümçəklərin yerdəki otlar arasında qurduğu və zəminə doğru qıfa bənzər yuva şəkliylə başlatmaqdadır: “Yerə yaxın qurulmuş bu qıf şəkilli yuvalar hörümçəklərin ağac üstlərinə çıxmasıyla dolanmış ipəkdən bir təbəqəyə çevrildi. Zamanla inkişaf edən təbəqə yan döndü, şəkilləndi və dairəvi tor meydana gəldi”.
“Discovery Channel”, bu hekayəylə hörümçəyin mənşəyi çıxmazını aşdığını zənn etmiş ola bilər. Halbuki, bu zənni haqlı deyil, çünki hekayəsinin başında ortaya qoyduğu tor da qüsursuz quruluşdakı hörümçək ipliyindən edilmədir. Zəminə yaxın torların təkamül olaraq köhnə, yüksəklərdəki torların isə eyni baxımdan yeni olduğunu göstərən heç bir dəlil təqdim etmədiyi halda tor nümunələrini xəyali bir sıraya qoymaqdadır.
Nəticə
“Discovery Channel”in hörümçəyin mənşəyi haqqındakı fikirləri bu mövzudakı çarəsizliyinin ifadəsindən başqa bir şey deyil. TV kanalını bu çarəsizliyə salan hörümçək və onun torunun gerçək mənşəyi, yaradılışdır. Hörümçəyi tor çıxaracaq sistemlə birlikdə yaradan və ona qüsursuz torlar hörməyi ilham edən, aləmlərin Rəbbi olan, sonsuz elm və güc sahibi Allahdır. Təkamülçülər, nə qədər səy edərlərsə etsinlər, bu çox açıq gerçəyi artıq gizlədə bilməzlər.