“TRT 1” kanalı, keçən günlərdə yayımladığı “Fatihler” (The Conquerers) adlı sənədli film ilə “Təkamülləşən həyat” serialına davam etdi. Filmdə, buğumayaqlılar haqqında danışılır, bu canlıların guya dənizdən quruya keçən və sonra da qanadlanıb uçmağa başlayan bir kateqoriyanı əmələ gətirdikləri irəli sürülürdü.
Elmi tədqiqat və tapıntılarla etibarsızlıqları dəfələrlə üzə çıxan təkamül ssenariləri, heç bir dəlil göstərilmədən yeni görünüşlərlə təkrarlanırdı. Bu yazıda, “TRT” kanalında davam etdirilən təkamül təbliğatı gözlər önünə səriləcək və buğumayaqlılarla əlaqədar təkamül təsirləri (problemləri) bir sözlə ortaya qoyulacaq.
“TRT”-dəki Kembri təhlükəsi
Filmin əvvəlində, dövrümüzdən təxminən 500 milyon il əvvəl yaşamış canlılar haqqındadır. Bu dövr Kembri dövrü kimi tanınan və yer üzündə kompleks bədən quruluşuna sahib orqanizmlərin birdən ortaya çıxdığı dövrdür. Heyvanların ən fundamental kateqoriyaları “filumlardır”. Çox maraqlı şəkildə, yer üzündə yaşamış filumlarının hamısı Kembri dövründə ortaya çıxmışdır. Bu dövrün əvvəlində təsbit edilən, yalnız bir neçə filum var ikən, fosil qeydlərində bu dövrdə ortaya çıxan filum sayının 100-ə yaxın olduğu hesablanır. Bu dövrdə canlı növlərində yaşanan sıçrama o qədər çox olmuşdur ki, elm ədəbiyyatında bu hadisəyə “Kembri partlayışı” adı verilmişdir.
Təkamül ədəbiyyatının məşhur nəşrlərindən “Earth Sciences” jurnalının redaktoru Richard Monestarsky, Kembri partlayışı haqqında bu məlumatları verir:
“Bu gün gördüyünüz, olduqca kompleks heyvan formaları birdən ortaya çıxmışdır. Hal-hazırda, Kembri dövrünün əvvəlinə uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks varlıqlarla dolması bu partlayışla başlamışdır. İndiki vaxtda, dünyanın hər tərəfinə yayılan, onurğasız növləri, ilk Kembri dövründə onsuz da, var idi və bu gün də, olduğu kimi bir-birlərindən çox fərqlidirlər.” (Richard Monestarsky, “Mysteries of the Orient”, Discover, aprel 1993, səh. 40)
Kembri partlayışında ortaya çıxan canlılar üçün təkamülçülərin “ata” olaraq təklif edə biləcəyi heç bir bənzər orqanizm yoxdur. Kembri dövründəki canlılar qüsursuz quruşları ilə birdən yaranmışlar. Əlbəttə bu vəziyyət, Kembri partlayışının mənşəyində yaradılış olduğunu göstərir. Darvinizmin dünya səviyyəsindəki ən qabaqcıl müdafiəçilərindən biri olan, İngilis zooloq Richard Dawkins, Kembri canlıları haqqında belə etiraf etmişdir:
“…Kembri təbəqələri, başlıca onurğasız qruplarını tapdığımız ən qədim təbəqələridir… Sanki heç bir təkamül tarixinə sahib olmadan, o vəziyyətdə, orada meydana gəlmiş kimidirlər.” (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229)
Kembri dövrü partlayışının təkamülü təkzib edən bir başqa cəhəti də, indiki dövrdə olan növlərin bu partlayışla ortaya çıxan növləri ilə nisbətən olduqca az olmağıdır. Təkamül nəzəriyyəsinin iddialarına görə, canlı kateqoriyalarında müəyyən müddət ərzində artmalı idi. Halbuki fosil qeydlərində vəziyyət bunun tam əksidir.
Darvinizmin dünya səviyyəsindəki ən əhəmiyyətli tənqidçilərindən biri olan Berkeley Universitetinin professoru Philip Johnson, paleontologiyanın bildirdiyi bu həqiqətin, darvinizmlə olan ziddiyyətini belə izah etmişdir:
“Darvinist nəzəriyyə, canlılığın bir növ “gedərək genişləyən müxtəlif üçbucağı” daxilində inkişaf etdiyini nəzərdə tutur. Buna görə canlılıq, ilk canlı orqanizmdən, ya da, ilk heyvan növündən başlayaraq, getdikcə fərqliləşmiş və bioloji təsnifatın daha yüksək səviyyələrini əmələ gətirməli idi. Amma heyvan fosilləri, bizlərə, bu üçbucağın əslində başıaşağı dayandığını göstərir: Filumlar (növlər) hələ əvvəldən birlikdə vardır, sonra getdikcə sayları azalır.” (Phillip E. Johnson, “Darwinism”s Rules of Reasoning”, Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, səh. 12)
TRT ekranlarında göstərilən sənədli filmdə isə, bu haqda heç bir söz deyilmir. Canlıların yer üzündə necə ortaya çıxıb yayıldığı haqqında olan bir filimdə, canlı növlərində və filum (növlərin) sayında görülən bu böyük partlayışın olmağının yeganə səbəbi vardır. Kembri dövründəki bu partlayış, yer üzündə həyatın təsadüflərlə deyil, qəfildən və qüsursuz olaraq əmələ gəldiyini, yəni yaradıldığını qəti surətdə bildirir. “TRT”-də yayımlanan sənədli film isə, xüsusi ilə bu haqda bəhs etmir.
“TRT”-nin antena və göz haqqındakı əhəmiyyətli yanılması
TRT-də yayımlanan sənədli filmdə, təkamül nəzəriyyəsinin problemləri bir-bir nəzərdən qaçırılır. Təbiət tarixinin təkamülçü dünyagörüşü ilə şərh olunduğu sənədli filmdə, buğumayaqlıların danışılarkən, bu canlıların bədənlərində olan və mükəmməl hazırlanmış orqanların izah edilməsində tamamilə əfsanəvi darvinist ssenarilər mənimsənilir.
Bu orqanlardan biri buğumayaqlıların antenalarıdır. Bu antenalar, kompleks sinir sistemi ilə yanaşı işləyir. Məsələn, xərçənglərin 15-30 santimetr uzunluqdakı antenaları, su içində xüsusi (skan) hərəkətləri edə bilən, həm də, kimyəviləri tutan həssas tükcüklərlə təchiz edilmiş orqanlardır. Belə kompleks orqanın mənşəyi ilə əlaqədar TRT-də ortaya qoyulan iddia, bu kompleks dizaynı izah etməkdən çox uzaqdır:
“Həyatlarında özlərinə köməkçi olmaları üçün oynaq ayaqlılar, bir sıra antena inkişaf etdirdi.”
Buğumayaqlıların antenalarının, canlıya asanlıq təmin etdiyi doğrudur. Antenadakı dizaynın bir məqsəd daşıdığı da bir həqiqətdir. Ancaq düşünmə qabiliyyətindən məhrum buğumayaqlıların, özü üçün bir məqsəd mənimsəmiş və buna aid bir cüt antena hazırlayıb inkişaf etdirməsi qeyri-mümkündür. Biz insanlar necə özümüzə gözlər “inkişaf etdirməmiş”, onları doğulduğumuz anda hazır tapmışıqsa, buğumayaqlılarda antena inkişaf etdirməmiş, onları doğulduqları anda hazır tapmışlar. Çünki gözlər də, antenalar da, bütün digər orqanlar kimi yaradılmışdır. “TRT 1” kanalı bu həqiqəti dilə gətirməkdənsə, heyvanların öz-özlərinə orqanlar inkişaf etdirdikləri kimi boş sözü qəribə şəkildə seçmişdir.
“TRT”-də təkamülə əsaslanan, ancaq mənşəyinə dair heç bir tutarlı (dəqiq) şərh ortaya qoyulmayan bir orqan da, bəhs etdiyimiz gözdür. Gözdə digər heç bir orqanda olmayan, işığa həssas hüceyrələr olar. Bu hüceyrələr, işığı elektrik enerjisinə çevirib beyinə çatdırmaqla vəzifəlidir. Həm də, gözdə işığı fokuslayan linza sistemi də mövcuddur.
Buğumayaqlılara aid bir canlı olan və Kembri dövründə yaşamış trilobitlərin göz dizaynı, darvinizmə əhəmiyyətli zərbə vurur. Bu canlılarda olan pətək göz sistemi, 530 milyon illikdir və dövrümüzdəki göz sistemləri qədər qüsursuzdur. Arı ya da cırcırama kimi günümüzdəki bəzi böcəklər də, eyni göz quruluşuna malikdir. (R. L. Gregory, Eye and Brain: The Physiology of Seeing, Oxford University Press, 1995, səh. 31) İndiki vaxtda, mükəmməl şəkildə işləyən bir sistemin 530 milyon il əvvəl eynilə var olması, darvinizmin sadədən kompleksə doğru təkamül iddiasını təkzib edir. Həm də, gözdəki kompleks dizayn sadələşdirilə bilməz xüsusiyyətdədir. Linza və işığa həssas hüceyrələrlə yanaşı, başqa bir çox parça orqanın müvəffəqiyyətli şəkildə vəzifəsini yerinə yetirməsi üçün, eyni anda qüsursuz olaraq var olmalıdır. Təkamülün öz məntiqinə görə, bu hissələrdən birinin əskik olsa göz işə yaramayacaq və kor olub yox olacaq. Bir sözlə, darvinizmin iddiaları öz daxilində də, ziddiyyət təşkil edir.
Halbuki gözdəki dizaynın şüurlu olaraq var edildiyi aydın həqiqətdir. TRT-də darvinizmin ən böyük problemlərindən biri olan gözün mənşəyi mövzusu ört-basdır edilməyə çalışılır və bir sözlə “buğumayaqlılar görünüş qavraya bilən iti və kompleks quruluşlu gözlər inkişaf etdirdilər” şəklində yola verir.
Əgər sizə biri gəlsə, “kompüterlər, daha yaxşı işləyə bilsinlər deyə, özlərinə sürətli CPU-lar (prosessorlar) düzəltdilər” desə, bunun çox axmaq və qəribə bir söz olduğunu başa düşərsiz. Çünki kompüterlər öz-özlərini inkişaf etdirməzlər, onları kompüter mühəndisləri inkişaf etdirər. Eyni vəziyyət canlılar üçün də etibarlıdır. Canlılar, öz-özlərinə yeni xüsusiyyətlər əlavə edə bilməzlər, bu ancaq şüurlu dizaynla mümkün olar. Bu şüurlu dizaynın (TRT-dəki proqramda olduğu kimi) əhəmiyyət verilmədən edilməsinin yeganə səbəbi, insanların kor-koranə inandıqları darvinist nəzəriyyə və materialist fəlsəfədir. (Və onların da, infrastrukturunu yaradan ateizmdir.)
Antena və göz kimi orqanlar üçün istifadə edilən ört-bas üsulu, məngənə kimi xüsusi dizayna sahib çıxıntılarla əlaqədar olaraq da ortaya qoyulmaqdadır. TRT-də, kiçik təkamüllü hərəkətlə, ayaqların anlayışa qabiliyyəti olan məngənələrə çevrilə biləcəyi irəli sürülməkdədir. Bu iddia, həqiqətən gülünc iddiadır. Çünki, ayaq və məngənə dizaynları, canlının DNT-sində kodlaşdırılmış olar. Ayaq üçün fərqli, məngənə üçün fərqli DNT düzülməsi lazımlıdır. Üstəlik, ikisi də məlumata əsaslanan sıralamalardır. İddia edilən dəyişikliyin, təkamülün saxlamaq istədiyi mutasiyalarla reallaşması qeyri-mümkündür. Çünki mutasiyalar orqanizm üzərində dağıdıcı təsir əmələ gətirərlər və ya, ən yaxşı ehtimalla təsirsiz olarlar. Təsadüfi bir mutasiyanın ayaq üçün lazımlı DNT-yə uyğun məlumat əlavə edib, onu tənzimləməsi mümkün deyil. Necə ki, belə bir dəyişiklik əsla müşahidə edilməmişdir.
Əslində TRT ekranlarında göstərilən sənədli film başdan-ayağa bu cür təkamül hekayələri ilə doludur. Sənədli filmdə ən böyük yanıldıcı üslubu göstərməsi cəhətindən bu ifadə diqqət çəkicidir:
“Buğumayaqlılar inanılmaz təkamül və inkişaf qabiliyyətinə sahib olduqları görülür.”
Bu, yuxarıda ifadə etdiyimiz kimi, “kompüterlərin inanılmaz təkamül qabiliyyətinə sahib olduqları görünür” demək kimi bir şeydir. Yəni absurddur. Bu axmaqlığın altında yatan yeganə həqiqət isə, bu sənədli filmi hazırlayanların, bütün canlıların yaradılmış olduqları həqiqətinə qarşı ön mühakiməli olmalarıdır.
TRT-nin hörümçək toru yanılması
Sənədli filmdə hörümçək toru ilə əlaqədar, əhəmiyyətli yanılma ortaya qoyulur. Hörümçək torunun təkamüldə sonradan ortaya çıxdığı iddia edilir və bu şəbəkənin mənşəyində, hörümçəyin uçan canlıları tutma istəyinin təsirli olduğu kimi əsassız iddia irəli sürülür.
Əvvəlcə ifadə etmək lazımdır ki, yuxarıda izah etdiyimiz kimi, canlıların “istəkləri” onlara yeni orqanlar, xüsusiyyətlər qazandırmaz. Siz və sizin nəvələriniz nəsillər boyu uçmağı “istəsinlər”, bunun üçün özlərini istədikləri qədər sıxsınlar, qanad yarada bilməzlər. Canlıların fiziki xüsusiyyətləri genlərdə kodludur və heç bir “istək” genlərə təsir edə bilməz. TRT-də yayımlanan sənədli film, ən fundamental həqiqəti belə əhəmiyyətsiz edən, qəribə, elmdən uzaq, xəyalpərəst üslubdadır. Həm də, hörümçək torunu araşdıran insan, onun “təsadüfi təkamül” deyil, “dizayn” məhsulu olduğunu asanlıqla görə bilər. Hörümçək toru, alimlər üçün nümunə təşkil edən bir vəsaitdir. Özü ilə eyni qalınlıqda poladdan beş qat daha dayanıqlıdır. Polad (zirehli) jiletlərin istehsalı, hörümçək toru təqlid edilərək mümkün olmuşdur. Bununla yanaşı, hörümçək toru bədəndə maye halda olar, hava ilə təmas edər-etməz reaksiyaya girər və sərtləşər. Həm də, hörümçək öz torunu yeyərək istədiyi vaxt təkrar istifadə etmək üçün yığa bilər.
Hörümçəyin tor qurma üsulu da, olduqca ağıllı üsula əsaslanır. Ətrafdakı ağac və ya otlar bir sütun kimi istifadə edilər və tor bunlara möhkəmlədilər. Mərkəzə doğru nizamlı halqalar iç-içə hörülərək görünməz bir tələ və hörümçək üçün etibarlı yuva ortaya çıxmış olar.
Şəbəkənin bütün bu möhtəşəm quruluşu və hörümçəyin də, bu şəbəkəni istifadə etmək üçün, olduqca ən ideal qabiliyyətlərlə təchiz edilməsı, darvinizmin heç vaxt izah edə bilmədiyi bir möcüzədir və canlılığın mənşəyinin yaradılış olduğunu bizə bir daha göstərir.
Əqrəbin sudan quruya keçidi ssenarisi
TRT-də yayımlanan əsassız təkamül iddialarından biri də, sudan quruya keçid ssenarisi ilə əlaqədardır. TRT-də göstərilən filmdə də, göründüyü kimi, təkamül nəzəriyyəsi, bu keçidi izah edə bilmir.
Bu haqda verilən yeganə nümunə, əqrəblərin xəyali atalarında olduğu fərz edilən, suda tənəffüs etməyə yarayan və “qanad” adı verilən bir orqanla əlaqədardır. Bu orqanın müəyyən müddət ərzində bədənin içinə basdırıldığı və havadakı oksigeni saxlama qabiliyyəti qazandığı irəli sürülür. Ancaq, bu iddianı dəstəkləyə bilən heç bir fosil dəlil göstərilmir və izahatlar xəyal gücü səviyyəsində qalır.
Nəticə
Kembri dövründə yaşanan partlayış, təbiət tarixində təkamül deyə bir prosesin yaşanmadığını ortaya qoyur. Antena və göz kimi kompleks orqanların təsadüfi mutasiyalarla izah olunmayacaq dərəcədə heyranedici dizayna sahib olduqları görünür. Hörümçək toru, kiçik canlılarda belə, mühəndislərin təqlid edəcəkləri üstün dizaynların olduğuna işarə edir, təbiətdəki dizaynın təsadüflərlə yaranmayacaq qədər üstün olduğunu sübut edir.
Bir sözlə, TRT-də davam etdirilən darvinizm təbliğatı, elmi həqiqətləri əks etdirmir. Buğumayaqlıların və digər milyonlarla canlı növünün şüurlu olaraq hazırlandığı elmi həqiqətdir.
Düşündürücü olan isə, TRT-nin niyə təkidlə və kor-koranə qatı darvinist təbliğatları ekranlarına daşıdığı sualıdır. TRT rəhbərliyinin bundan sonra bu mövzuda daha şüurlu və sağlam fikirli davranmalarını arzu edirik.