6 aprel 2002-ci il tarixli “Hürriyet Bilim” jurnalında, “Kəpənək qanadında təkamül ilk dəfə müşahidə edildi” və “Həyatın sürətli təkamülü” başlıqlı iki yazı nəşr olundu. Hər iki yazıda da, bənzər yanılmalar sərgilənir, təkamül nəzəriyyəsi, elmi həqiqət kimi təəssüratı yaratmaq üçün yanıldıcı məlumatlar verilirdi. Aşağıda hər iki xəbərdəki yanılmalar izah olunur.
Təkamülçülərin genetik müxtəlifliyi, təkamül kimi göstərmələri yanıldıcı təbliğatdır
“Hürriyet Bilim” jurnalındakı “Kəpənək qanadında təkamül ilk dəfə müşahidə edildi” başlıqlı yazıda bəzi təcrübələr nəticəsində, tropik kəpənək növünün qanadındakı, qara nöqtənin böyüklüyünün necə dəyişdirildiyi izah edilir və bu dəyişiklik “təkamül” kimi xarakterizə edilirdi. Nə var ki, jurnalın təkamül kimi xarakterizə etdiyi hadisə əslində genetik növlərə ayırılmadır.
Genetik növlərə ayrılma, təkamülçülərin tez-tez təkamül nəzəriyyəsi üçün dəlil kimi göstərmək istədikləri genetik hadisədir. Ancaq genetik növlərə ayrılmanın təkamül nəzəriyyəsini sübut edən heç bir xüsusiyyəti yoxdur. Genetik müxtəliflik bir canlı növünün malik olduğu genlərin müxtəlifliyini təsvir edir. Bunu bir misalla açıqlayaq: İnsan növünə aid olan genlər, insan növünün gen hovuzunu əmələ gətirər. Bu hovuzdakı genlərin müxtəlifliyi sayəsində, insan növündəki fərdlər, müxtəlif xüsusiyyətlərə sahib olarlar. Məsələn, ağ bədənli, zənci, mələz, buruq saçlı, kiçik burunlu, uzun boylu, incə sümüklü, qalın səsli və s. … Bu gen hovuzundakı əmələ gətirilən fərqli kombinasiyalar, müxtəlif insan növlərinin əmələ gəlməsinə səbəb olacaq. Ancaq, bu gen hovuzundakı nə qədər kombinasiya və ya növlərə ayrılma olursa-olsun, insan həmişə insan olaraq qalar, yəni növdə bir dəyişiklik olmaz. Yalnız fərdlərin fiziki görünüşlərində və ya, bəzi quruluşlarında dəyişikliklər olar, ancaq bunlar yalnız mövcud olan gen hovuzunun icazə verdiyi ölçüdə reallaşar.
Təkamülçülər, müxtəlif gen kombinasiyaları nəticəsində, bir növdə əmələ gələn növlərə ayrılmaları, təkamül keçirtdiyinin dəlili kimi göstərmək istəyirlər. Ancaq bu bir yalandır. Çünki təkamül nəzəriyyəsinin iddiasına görə, genetik quruluşdakı dəyişikliklər, növlər arasında dəyişikliyə səbəb olmalıdır. Məsələn, bir sürünən quşa çevrilməli, bir it ata çevrilməlidir. Yəni bir növün genetik məlumatına yeni məlumatlar əlavə olunmalıdır, məsələn sürünənlərin genetik məlumatına qanadlarla əlaqədar yeni məlumatlar əlavə olunmalıdır. Ancaq genetik növlərə ayrılma nəticəsində bu əmələ gəlməz, itlər it, sürünənlər sürünən olaraq qalarlar. Genetik növlərə ayrılma, yalnız fərqli növlərdə itlərin əmələ gəlməsinə səbəb olar, növlərə yeni xüsusiyyətlər əlavə etməz.
“Hürriyet Bilim” jurnalında yer verilən təcrübədə də, təkamül deyil, genetik növlərə ayrılma müşahidə edilmişdir. Bəhs olunan təcrübədə, kəpənəklərin genetik məlumatında bəzi dəyişikliklər edilərək, kiçik nöqtəli və böyük nöqtəli kəpənək nəsilləri yaranmışdır. Ancaq kəpənəklər yenə kəpənək olaraq qalmışlar, növləri dəyişməmişdir. Həm də, yazıda da, ifadə edildiyi kimi, kiçik nöqtə və böyük nöqtəyə aid məlumatlar onsuz da, kəpənəyin genetik şifrəsində var. Yazıda belə deyilir:
“Qrup nöqtənin mərkəzini təyin edən “Distal-less” adlı geni araşdırdı. Əvvəl doqquz qurşaq kəpənək yetişdirərək, bir kiçik nöqtəli, bir də böyük nöqtəli kəpənək nəsli əldə edildi. Hər kəpənəkdə eyni “Distal-less” geninin nüsxəsindən iki dənə tapıldığı üçün, eyni genin hər cür kombinasiyasını əldə etmək mümkündür. Son nəsli araşdıranda, nöqtələrin böyük ya da kiçik olmasına, bu genin şifrəsindəki bir neçə kiçik fərqin gətirib çıxardığını gördülər. (“Nature” jurnalı 17 yanvar). Böyük nöqtəli kəpənəklərin “Distal-less” geni daha böyük dəyişiklik göstərirdi.”
Yuxarıdakı şərhdən də göründüyü kimi, kəpənək qanadlarındakı nöqtə naxışının böyüklüyündəki dəyişiklik, mövcud genlərin müxtəlif kombinasiyaları ilə təmin edilir. Bu, əvvəl də ifadə edildiyi kimi, təkamül deyil, bu növün genlərinin icazə verdiyi ölçüdə, içində bu cür təmin edilən genetik müxtəliflikdir. (Genetik növlərinin təkamül olmadığı ilə əlaqədar daha detallı məlumatları saytımızda nəşr olunmuş olan yazılarda tapa bilərsiniz.)
“Həyatın sürətli təkamülü” başlıqlı yazıdakı yanılmalar
Jurnalda nəşr olunan “Həyatın sürətli təkamülü” başlıqlı yazıda da, yuxarıda bəhs olunan yanıldıcı məlumatların bir bənzəri verilmişdi. Bəhs olunan yazıda, Yeni Zelandiyalı elm adamlarının, pinqvin fosillərinin sümüklərindəki varislik molekullarını araşdırdıqları və buradan molekulların dəyişmə sürətini təsbit etdikləri ifadə edilir. Bu dəyişiklik sürəti isə, “təkamülün sürəti” kimi ifadə edilirdi.
Bu xəbərin qaynağı, 22 mart 2002-ci il tarixli “Science” jurnalında nəşr olunan bir tədqiqatın nəticələri idi. Elm adamları, yeni tapdıqları, təxminən 7000 illik pinqvin fosillərindən götürdükləri DNT-ləri, indiki pinqvinlərinin DNT-ləri ilə müqayisə etmişlər və aradakı molekulyar fərqləri təsbit etmişlər. Ancaq ortada bir təkamül olmadığı üçün, təkamülün sürətindən bəhs etmək də qeyri-mümkündür. Çünki müqayisə, eyni növün müxtəlif dövrlərdə yaşayan fərdləri arasında edilir. Əvvəl də, ifadə edildiyi kimi, bir növün sahib olduğu genetik hovuzda bir sıra dəyişikliklər, növlərə ayrılmalar ola bilər. Ancaq, bu, heç vaxt bir təkamülə, yəni bir növün başqa növə çevrilməsinə səbəb olmaz. Bu səbəbdən, bu elm adamlarının tədqiqatlarının nəticəsi təkamülün deyil, genetik növlərə ayrılmanın sürətini göstərir. Necə ki, bu araşdırma haqqında danışan Max Planck İnstitutundan Svante Paabo, belə deyir:
“Köhnə DNT üzərindəki araşdırmalar, bir növ içində min illərlə əmələ gələn genetik növlərə ayrılmağı araşdıra biləcək qədər inkişaf etdi və əldə edilən məlumatlar etibarlıdır.” (Elizabeth Pennisi, “Ancient DNT Untangles Evolutionary Paths.” Science, cild 295, sayı 5563, 22 mart 2002, səh. 2197)
Bu elm adamının sözlərindən də aydın olduğu kimi, haqqında danışılan tədqiqatın nəticələri, bir növ içindəki genetik növlərə ayrılmağı göstərir, bir növün başqa növə təkamülləşməsini göstərmir.
Nəticə
Hər iki xəbərdə də, bioloji hadisə təkamül kimi göstərilməyə çalışılmış və mövzu haqqında ətraflı məlumatı olmayan oxucuya “təkamül nəzəriyyəsi təcrübə və araşdırmalarla sübut edilir” mesajı vermək istənilmişdir. Ancaq, bu dəfə ciddi elmi səhvlər edilmiş və oxucu aldadılmışdır. “Hürriyet Bilim” jurnalının verdiyi xəbərlərdə tərəfsiz olmağı, oxuculara yanıldıcı məlumatlar verməməli olduğunu düşünürük.