“Animal Planet” adlı televiziya kanalında “vəhşi təbiətin çempionları” adlı sənədli film yayımlandı. Proqramda zebrlərin sahib olduqları xüsusiyyətlər və göstərdikləri ağıllı davranışların guya bir təkamülün nəticəsi olduğu iddia edildi. Bu yazımızda bəhs olunan iddiaların, elmi cəhətdən etibarsızlıqlarını gözlər önünə səririk.
Köhnə nağıl: Atın təkamülü
“Animal Planet” TV kanalında verilən “vəhşi təbiətin çempionları” proqramında zebrlərin ictimai həyatları araşdırıldı. Ancaq, proqrama hakim olan köhnə təkamülçü anlayışa görə, zebrlər ilə atlar ortaq atadan təkamülləşmişdilər. Bu haqda hər hansı elmi dəlil göstərilmədi. Xarici görünüşlərinin bir-birlərinə bənzəmələri kafi səbəb kimi göstərilib “ortaq atadan yarandıqları çox aydındır” deyildi. Çünki məqsəd, tamaşaçını hər hansı bir mövzuda məlumatlara əsaslanaraq məlumatlandırmaq deyil, aktual məlumatlar qarşısında, hər cəhətdən tamamilə təkzib olunan atın təkamülü nağılını sorğu-sual etməyə fürsət vermədən şüur altına yeritmək idi.
Təkamülçülərin bir vaxtlar dillərindən düşməyən atın təkamülü iddiası, bu gün çox sayda təkamülçü tərəfindən rədd edilən və unudulan, qalmaqallı xüsusiyyətindədir. Noyabr 1980-ci ildə Chicago Təbiət Tarixi Muzeyində, 150 təkamülçünün iştirakı ilə reallaşdırılan bir yığıncaqda, pilləli təkamül nəzəriyyəsinin problemləri mübahisə edilmişdir. Burada çıxış edən məşhur zooloq Boyce Rensberger, atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir tapıntıya əsaslanmadığını və buna görə atın pilləli təkamülündən də danışa bilməyəcəyini belə ifadə etmişdir:
“Təxminən 50 milyon il əvvəl yaşayan dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan, bu günün daha böyük tək dırnaqlı atına bir sıra pilləli dəyişiklik olduğunu bildirən, məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu uzun müddətdir ki məlumdur. Pilləli dəyişiklik yerinə, hər növün qalıqları tamamilə fərqli olaraq üzə çıxmışdır, dəyişmədən qalır, sonra da, nəsli tükənir. Ara formalar yoxdur. (Boyce Rensberger, Houston Chronicle, 5 noyabr 1980-ci il, bölmə 4, səh. 15)
“The New York Times”-da elm yazarı olan Rensbergerin dediyi kimi, qarşıya qoyulan at ardıcıllığının fərziyyədən başqa heç bir elmi əsası yoxdur. (Daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Həyatın həqiqi kökü – Atın təkamülü əfsanəsi”)
Zebranın zolaqlarının kondisioner vəzifəsi
Proqram maraqlı ziddiyyət nümunəsi də, ehtiva edirdi. Zebranın dərisində olan qara-ağ zolaqların əvvəl faydalı bir funksiyaya sahib olduğu ətraflı şəkildə izah edildi. Qara zolaqlar günəş şüalarını yığıb istini çəkərkən, ağ zolaqlar əks etdirdiyi dilə gətirildi. Bu həssas dizayn sayəsində, dəridə fərqli istilik bölgələri əmələ gəlir və dəri altında həmişə bir istilik dövranı təmin edilir. Bir sözlə, zebranın dərisindəki zolaqlar, Afrikanın dəhşətli istisi altında, heyvanın sərinləməsinə yarayır. Ancaq bu bənzərsiz funksiya izah edildikdən sonra, bəhs olunan zolaqların, zebralara “təkamülün qazandırdığı” xüsusiyyət olduğu iddia edildi. Hər hansı bir bioloji mexanizm, ya da, bir məntiq cərəyanı təqdim edilmədi, bu dizaynın kor təkamül təsadüflərinin nəticəsi olduğunun sorğu-sualsız qəbul edilməsi istənildi.
Belə bir iddianın əsassızlığı ortadadır. Şüursuz təsadüfi dəyişikliklərin bir canlının dərisinin altında kondisioner tərtibatına oxşar bir sistem əmələ gətirməsi qeyri-mümkündür. Bu cür məntiqli sərinləmə həllinin üstün ağıl məhsulu olduğu çox aydındır.
Müdafiə etmə strategiyası təsadüf əsəri ola bilməz
Proqramda, özlərinə hücum edən yırtıcı heyvanlara qarşı, zebraların özlərini ağıllı şəkildə müdafiə etdikləri də, təfərrüatlı şəkildə izah edildi. Amma, bu müdafiə etmə strategiyasının, yenə xəyali təkamül prosesi nəticəsində ortaya çıxdığı bildirilirdi.
Zebra sürüsü bir təhdid qarşısında, çevrə şəklində düzülərlər. Ortada balaların və gücsüz olanların toplandığı bu çevrə sistemində, ətrafda gəzən yırtıcı heyvanlara qarşı hər istiqamətdən müdafiə etmə təmin edilir. Bu ağıllı davranışın milyonlarla illik təkamül prosesində inkişaf etməsi isə əsla düşünülə bilməz. Bir şüura və şüura sahib olmayan heyvanların sərgilədikləri bu cür ağıllı davranışlar, nə onların inkişaf etdirdikləri bir strategiyadır, nə də, təsadüfən ortaya çıxan bir çözümdür. Hətta, təbiətdə “həyat mübarizəsi” verdiyi iddia edilən bir canlının bu cür fədakar davranışlar göstərməsinin bir mənası da, ola bilməz. Eyni formada, təbii seleksiyanın məhsulu olduğu iddia edilən bir heyvandan, bu cür ağıllı və fədakar davranışlar gözləmək də mümkün deyil. Canlının fədakar davranması, darvinizmin ən fundamental fərziyyələrindən biri olan “hər canlı öz həyatı üçün eqoistcəsinə mübarizə aparar” fikrini təkzib edir.
Bu canlıların bütün xüsusiyyətlərinin yeganə şərhi, yaradılışdır. Zebralar ya da, digər heyvan növlərində müşahidə etdiyimiz həmrəylik və ağıllı strategiya nümunələri, Allahın canlılar üzərindəki hakimiyyətini açıq-aşkar gözlər önünə sərir. Bu canlıların sahib olduqları qabiliyyətlər, sərgilədikləri davranışlar, onlara öyrədilir. Bütün bunları bəhs olunan canlılara öyrədən və əməl etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyub saxlayan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allahdır. (Baxın: Harun Yəhya, “Canlılardakı fədakarlıq və ağıllı davranışlar”)
“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud surəsi, 56)