“Geo” jurnalının fevral 2006-cı il sayında “Ən yaşlı dovşan” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Berlin Təbiət Elmləri Muzeyi təqdiqatçılarından biri Robert Asher və qrupunun Monqolustanda bir fosil tapdığı bildirilirdi. “Gomphos elkema” kimi adlandırılan fosil, qədim dovşan növünə aid idi və 55 milyon il yaşı olduğu təxmin edilirdi.

Haqqında danışılan dovşan fosili, indiki dövrdəki dovşanlara nisbətən fərqli idi. Məsələn, daha kiçik qulaqlara və sincablardakı kimi iti azı dişlərə sahib idi. Ancaq dövrümüzdəki dovşanların da olduğu kimi, uzun arxa ayaqlara və ön ayaqlara nisbətən daha iri arxa ayaqlara sahib idi.

“Geo” jurnalı, tanınan ən qədim dovşan kimi yazılan fosillə əlaqədar şərhində bunu bildirirdi:

 

“Dovşanların atalarına aid olan bu skelet, bilinəndən 20 milyon il daha qədim və məməli heyvanların inkişafını, dinozavrların nəslinin kəsildiyi dövrə qədər aid olduğu üçün də, elm adamlarını həyəcanlandırdı.”

 

“Geo” jurnalı bilindiyi kimi təkamülçü nəşrdir. Buna görə “məməli heyvanların inkişafı” ifadəsi ilə məmələrin guya təkamül inkişaf prosesində başqa canlı qruplarından yarandığı iddiasına istinad edirdi. Geo, bəhs olunan son fosilin iddia edilən prosesi işıqlandıracağının ümid edildiyini ifadə etməklə, “Gomphos elkemanı” əvvəldən mənimsədiyi xəyali təkamül ssenariyə aid etməyə çalışır.

Ancaq belə bir səy əbəsdir. Çünki təməl alınan ssenari, yəni məməlilərin təkamüllü inkişafı iddiası, paleontologiyanın həqiqətləri qarşısında bir xəyaldan ibarətdir. Məməlilərin bütün qrupları, digər bütün canlı qruplarında olduğu kimi, fosil qeydlərində, xarakteristika xüsusiyyətləri tam əmələ gəlmiş şəkildə, qüsursuz quruluşları ilə və birdən yaranmışlar. Məməlilər və təkamüllü ataları olduğu irəli sürülən sürünənlər arasında, zaman faktoru və anatomik meyarlar cəhətindən davamlı inkişaf edən fosil silsilələri yoxdur. Bu səbəblə məşhur paleontoloq və qabaqcıl təkamülçü Corc Gaylord Simpson, bu etirafı etmək məcburiyyətində qalmışdır:

 

“Bu, məməlilərin 32 ayrı qrupunun hamısı üçün etibarlıdır… Hər qrup tanınan ən qədim və ən sadə üzvü, bu qrupa aid təməl xarakterlərin hamısına onsuz da malikdir və heç bir vəziyyətdə bir qrupdan bir başqasına doğru irəliləyən, həmişə inkişaf edir. Nümunələrin çoxunda müxtəliflik o qədər dəqiq və boşluq o qədər böyükdür ki, bütün qrupların mənşəyi spekulyativ və olduqca mübahisəlidir

Ara formaların bu sistemli yoxluğu, yalnız məməlilərə xas deyil və paleontoloqların uzun müddət aşkar etdiyi kimi demək olar qlobal faktdır. Bu fakt, onurğalı ya da onurğasız demək olar bütün heyvan sinifləri və bütün qruplar üçün də keçərlidir. Aydındır ki, eyni fakt, bitkilərin müxtəlif kateqoriyaları üçün əsasdır. (Corc G., Simpson, “Tempo and Mode in Evolution”, Kolumbiya University Press, New York, 1944, səh. 105, 107)”

 

Göründüyü kimi, “Geo” jurnalının son fosil tapıntısı vasitəsi ilə gündəmə gətirdiyi məməlilərin inkişafı iddiası, heç bir fosil qeydi tapılmayan, yalnız təkamül nəzəriyyəsinə doqmatik bağlılıqdan ötəri müdafiə olunan bir fantastikadan ibarətdir.

Jurnal səlahiyyətlilərinə, məməlilərin təkamülü ssenarisinin tamamilə dəlillərdən məhrum olduğu həqiqətini, sətir aralarına yerləşdirən təkamül hekayələri ilə ört-basdır etməyə son vermələrini tövsiyə edirik. Məməlilər başqa canlı qruplarından təsadüflər və kor təbiət hadisələri ilə təkamülləşməmişdir, Allahın “Ol” əmri ilə yaradılaraq yaranmışlar.