“Cumhuriyet Bilim Teknik (CBT)” jurnalının 5 mart 2005-ci il tarixli sayında “Təkamül öz özünü təkrarlaya bilir” başlıqlı yazı nəşr olundu. Yazıda, tapılan son fosil xəbər verilir və bunun üzərində edilən şərhlərdən, məməlilərdə qulağın təkamülü ssenarisindən ibrət almağa çalışılırdı. Həm də, haqqında danışılan təkamül ssenarinin ayrı canlı nəsillərində bir dəfədən çox yaşandığı iddia edilir, təkamüldən özünü təkrarlaya bilən bir proses kimi bəhs edilirdi.

Haqqında danışılan tapıntı, Victoria muzeyindən, Tomas Rich və həmkarları tərəfindən reallaşdırılmışdı. Rich və yoldaşları, 115 milyon il əvvəl yaşayan bir “Teinolophos” fosili ələ keçirtmişdilər. Bir təkamülçü araşdırmaçılar, məməlilərin “monotreme” qrupundan olduğu aydın olan bu canlının çənə sümüyünün, məməli orta qulağındakı üç sümüyü saxlayacaq şəkildə inkişaf etdiyini iddia edir, buna görə, məməli qulağının bir dəfədən çox təkamülləşdiyini bildirirdilər.

Burada qarşımıza çıxan iddia heç bir şəkildə elmi əsası olmayan bir iddiadır və təkamülçülərin öz ön mühakimələrinə əsaslanan təkrar izah etdikləri nağıllardan ibarətdir.

 

Təkamülçülərin məməlilərin qulaq quruluşuyla əlaqədar klassik nağılı

Təkamülçülər, məməlilərin qulaq quruluşunun, bu canlı qrupunun guya atası olaraq qəbul etdikləri sürünənlərin, çənə sümüklərindən inkişaf etdiyini iddia edirlər. Tamamilə xəyal gücünə əsaslanan bu ssenariyə görə, sürünənlərin çənə sümüyü, xəyali prosesdə, məməlilərdə bu gün qulağın olduğu bölgəyə “köçmüş” və bu gün, çəkic, zindan və üzəngi kimi təyin etdiyimiz sümükləri əmələ gətirmişdir. Təkamülçülərin, nəzəriyyələrinə dəstək olmaq üçün bu cür gülünc iddialara müraciət etmələri, öz adlarına çarəsizlikdən başqa bir şeyin göstəricisi deyil. Üstəlik çarəsizcə yapışdıqları bu nağıllar, elmi həqiqətlərə gözlərini tamamilə bağlamış bir dünyagörüşünün məhsuludurlar.

Bu nağılı etibarsız edən elmi həqiqətlər belədir:

 

Məməli və sürünən qulaq quruluşu arasındakı uçurum

Məməlilərdə alt çənədə bir sümük vardır və dişlər bu sümüyün üzərindədir. Sürünənlərdə isə alt çənənin hər iki yanında üç kiçik sümük var. Bir başqa təməl fərq, bütün məməlilərin orta qulaqlarında üç sümük (zindan, üzəngi və çəkic sümükləri) olmasıdır. Buna qarşılıq bütün sürünənlərdə orta qulaqda bir sümük vardır. Təkamülçülər, sürünən çənəsinin və sürünən qulağının mərhələli şəkildə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu dəyişikliyin hansı mərhələlərlə reallaşdığı sualı isə cavabsızdır. Xüsusi ilə tək sümükdən ibarət olan bir qulağın üç sümüklü hala necə çevrildiyi və eşitmə qabiliyyətin bu əsnada necə davam etdiyi, əsla cavablanmayan bir sualdır.

 

Məməli qulağındakı sadələşdirilməz kompleks quruluş

Məməli qulağında “sadələşdirilməz kompleks” dizayn vardır. Eşitmənin reallaşa bilməyi üçün, qulağı əmələ gətirən, bir-birindən müstəqil çox sayda parçanın nöqsansız və qüsursuz kimi mövcud olması lazımdır.

Məsələn bir insan, orta qulağındakı “zindan” sümüyü çıxarılsa, ya da bu sümüyün quruluşu pozulsa artıq heç bir şey eşidə bilməz. Qulağın eşitməsi üçün; xarici qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, ilbiz, ilbiz mayesi, qəbul edici hüceyrələr, bu hüceyrələrin titrəyişi qəbul etmələrini təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi və beyindəki eşitmə mərkəzi kimi fərqli işçilərin hər birinin qüsursuz şəkildə, eyni anda var olması lazımdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri hər hansı bir işə yaramayacaq.

Darvinizm, canlılardakı quruluşların mərhələli olaraq qazanıldığını irəli sürən bir nəzəriyyədir. Ancaq yuxarıda bildirildiyi kimi, məməli qulağı mərhələyə qəti olaraq əl verməyən quruluşdadır. Bu vəziyyət, bir tərəfdən “Cumhuriyet Bilim Teknik” jurnalında, məməli qulağı haqqında ortaya atılan ssenarini təkzib edir, digər tərəfdən də, sadələşdirilməz kompleks quruluşla əlaqədar olaraq, təkamül nağılı danışan təkamülçülərin, nəzəriyyələrinə nə cür doqmatik inancla bağlı olduqlarının açıq göstəricisini göstərir.

(Daha çox məlumat üçün baxın: http://www.darwinizminsonu.com/indirgenemez_komplekslik_07.html

 

Bütün məməli qrupları fosil qeydlərində birdən ortaya çıxırlar

George Gaylord Simpson uzun illər əvvəl bu faktı qəbul etmişdir:

 

Bu, məməlilərin 32 ayrı qrupunun hamısı üçün etibarlıdır… Hər qrup tanınan ən qədim və ən sadə üzvü, bu qrupa aid təməl xarakterlərin hamısına onsuz da malikdir və heç bir vəziyyətdə bir qrupdan bir başqasına doğru irəliləyən, həmişə inkişaf edir. Nümunələrin çoxunda müxtəliflik o qədər dəqiq və boşluq o qədər böyükdür ki, bütün qrupların mənşəyi spekulyativ və olduqca mübahisəlidir…

Ara formaların bu sistemli yoxluğu, yalnız məməlilərə xas deyil və paleontoloqların uzun müddət aşkar etdiyi kimi demək olar qlobal faktdır. Bu fakt, onurğalı ya da onurğasız bütün heyvan sinifləri və bütün qruplar üçün də keçərlidir. Aydındır ki, eyni fakt, bitkilərin müxtəlif kateqoriyaları üçün əsasdır. (Corc G., Simpson, “Tempo and Mode in Evolution”, Kolumbiya University Press, New York, 1944, səh. 105, 107)

 

Məməlilərin anidən ortaya çıxışı, çənə sümüklərindən inkişaf edən məməli qulağı ssenarisinin əsaslandığı pilləli müddət qəti surətdə yalandır.

 

Nəticə

Göründüyü kimi, “CBT”-də xəbər verilən təkamülçü iddia, elmi tapıntılarla tamami ilə ziddir. Məməli qulağındakı quruluşlar aydın şəkildə bir dizaynı ortaya qoyur. Bu quruluşlar, eşitmə funksiyasını əmələ gətirən kollektiv çalışma reallaşdırar, hər bir hissə digərləri ilə uyğun şəkildə vəzifəsini yerinə yetirir. Bir hissənin belə, qüsursuz və ya qüsurlu olmağı, heç bir funksiyası qalmayacaq bu quruluşun mərhələli olaraq inkişaf etməsi sözün tam mənası ilə qeyri-mümkündür. Açıqca məlum olan həqiqətin digər bir ifadəsi budur: “Bütün bu sistem bir anda var olmuşdur, yəni üstün ağıl sahibi bir Yaradıcı tərəfindən yaradılmışdır. Simpsonun sözlərinin də, bildirdiyi kimi, qalıq qeydləri yaradılışı dəstəkləyir. Məməli qulağındakı üstün dizayn, təsadüfi prosesdə təkamülləşərək deyil, bütün canlıların Yaradıcısı olan Allahın yaratmağıyla var olmuşdur.

“CBT”-ə materialist prizması üçün davam etdirdiyi təkamül nağıllarını tərk etməsini tövsiyə edir, kor-koranə darvinizm təbliğatına son verməsinə çağırırıq.