“BBC”-nin türkcə saytında, 1 dekabr 2004-cü il tarixli bir genom çalışması (genetikaya aid görülən iş) xəbəri nəşr olundu. “Təkamül tarixinə “DNT mərcəyi” başlığı atılaraq təkamül təlqini ilə başlayan xəbərdə, Amerikalı elm adamlarının, bəzi günümüzdəki məməlilərinin genetik quruluşlarını araşdırdıqları izah edilirdi. Bu araşdırmalarda, əldə edilən məlumatlardan qaynaqlanaraq, məməlilərin xəyali təkamül atasının bir canlıya necə bənzəyəcəyinə dair iddialara yer verilirdi. Kaliforniya Universitetinin Santa Cruz tələbə şəhərciyi, genetik alimlər tərəfindən aparılan çalışmada, bu canlı növlərinin genetik quruluşları araşdırılmışdı: Donuz, at, pişik, it, yarasa, siçan, dovşan, qorilla, şimpanze və insan.
David Haussler rəhbərlik etdiyi tədqiqatçılar, bu canlıların genetik quruluşlarının bir ortalamasını almışdırlar və sonra da, əldə etdikləri “ortaq məxrəc”in, məhz araşdırdıqları genetik quruluşlarından hansına ən çox bənzədiyini araşdırmışdılar. Ortaq məxrəcin ən çox siçanın genetik quruluşuna bənzədiyini təyin edən elm adamları, bundan qaynaqlanaraq ilk məməlinin çöl siçanına bənzər canlı ola biləcəyini iddia edirdilər.
Tədqiqatçılar, “ilk məməli” fikri ilə, təkamüllə ortaya çıxdığını fərz etdikləri və dövrümüzdəki bütün məməlilərin atası olduğunu düşündükləri xəyali canlını nəzərdə tuturlar. Ancaq bu düşüncə tərzinin yalnız ön mühakiməyə əsaslandığı və əldə edilən məlumatların təkamül nəzəriyyəsini heç dəstəkləmədiyi aydındır. Tədqiqatçılar, araşdırdıqları məməlilərin təkamüllə ortaya çıxdığını əvvəldən bir ehkam kimi qəbul etdikləri üçün, bunların ortaq məxrəcini, xəyali məməli atasının geninə bənzər bir gen olduğunu şərh edirlər.
Həmçinin, Hausslerin yazıda yer verilən sözləri, bu ön mühakimələri aydın şəkildə göstərir:
“İnsanın gen xəritəsində müəyyən bir DNT hissəsinin, məsələn siçanda olmadığını gördük… İnsandakı bəhs olunan DNT zənciri, görəsən ilk məməlidən qalıb, yoxsa yox? Siçan, bu DNT hissəsini öz təkamülü əsnasında itirdi? Bu kimi suallara cavab tapmaq üçün, ilk məməlilərin necə varlıqlar olduğunu düşünməyimiz lazımdır.”
İnsanla siçan arasında DNT hissəsi cəhətdən müxtəlif olması, bu canlıların ayrı-ayrı yaradılışı ilə də açıqlana biləcəyi halda, Haussler, bu hissəni ya siçan təkamül prosesində itirmişdir, ya da insanın DNT-ində, təkamüllü atasından bəri qorunmuşdur, şəklində ehkamlı dünyagörüşü göstərir.
Bu cür müqayisəli genetik çalışmaları, canlıların təkamüllə yarandığı iddiasını dəstəkləmir. Edilən şey, canlılar arasındakı bənzərliklərin əvvəldən təkamüllə yarandığına dair ehkamı qəbul edib, bənzərlikləri bu qəbula görə şərh etməkdən ibarətdir. Amma, bu cür çalışma, həqiqətdə bu canlıların necə yarandığına dair heç bir şey demir.
Məsələn eyni formalı çalışma, dəniz nəqliyyat vasitələri, kompüterlər, papaqlar, elektrik işıqlandırmaları kimi müxtəlif qurğular üçün də aparıla bilər. Bunların öz içlərində ortaya qoyduğu müxtəlifliyin bir ortaq məxrəci alına bilər. Sonra hər bir qrupun ortaq məxrəcinin sırası ilə hansı dəniz nəqliyyat vasitəsi, kompüter, papaq, elektrik işıqlandırması modelinə bənzədiyinə baxılar. Ancaq bu iş, bəhs olunan qurğuların maddənin təkamülləşməsi ilə və təsadüflərlə əmələ gəldiyini sübut etməyəcək. Eyni şəkildə, məməlilərin genetik quruluşlarındakı bənzərliklərin ortaq məxrəcindən qaynaqlanan təkamülçü fərziyyələr də, darvinizmə bir dəlil gətirmir.
Digər tərəfdən, paleontologiya elminin məməlilərin mənşəyi haqqındakı tapıntılarına nəzər salsaq, bəhs olunan çalışmanı reallaşdıran genetiklərin, təkamülçü ön mühakimələrinin necə kor-koranə bir inanca əsaslandığını dərhal göstərər. Məməlilərin mənşəyi, digər canlı qruplarında olduğu kimi, təkamül nəzəriyyəsinin iddiaları ilə heç cür uyğunlaşmır. Corc Gaylord Simpson, bu həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:
Bu, məməlilərin 32 ayrı qrupunun hamısı üçün etibarlıdır… Hər qrup tanınan ən qədim və ən sadə üzvü, bu qrupa aid təməl xarakterlərin hamısına onsuz da malikdir və heç bir vəziyyətdə bir qrupdan bir başqasına doğru irəliləyən, həmişə inkişaf edir. Nümunələrin çoxunda müxtəliflik o qədər dəqiq və boşluq o qədər böyükdür ki, bütün qrupların mənşəyi spekulyativ və olduqca mübahisəlidir…
Ara formaların bu sistemli yoxluğu, yalnız məməlilərə xas deyil və paleontoloqların uzun müddət aşkar etdiyi kimi az qala universal bir faktdır. Bu fakt, onurğalı ya da onurğasız demək olar bütün heyvan sinifləri və bütün qruplar üçün keçərlidir. Aydındır ki, eyni fakt, bitkilərin müxtəlif kateqoriyaları üçün əsasdır.1
Qısacası, haqqında danışılan genetiklər əldə etdikləri məlumatları, fosil təbəqələrində heç bir qeydi olmayan, yalnız öz xəyallarında yaşayan təkamül nəzəriyyəsinə görə şərh edirlər.
“BBC” xəbərinə başlıq olaraq seçilən “təkamül tarixi” ifadəsi, heç bir elmi əsası olmayan, tamamilə yanıldıcı başlıqdır. “BBC”, bu xəbərlə bəhs olunan çalışmanın darvinizmə elmi dəlil gətirdiyi təəssüratını vermək istəmişdirsə də, bunun həvəskarca bir cəhd olduğu açıqdır. “BBC”-i darvinizmə olan kor-koranə inancından imtina etməyə və bu köhnə nəzəriyyə üçün davam etdirdiyi yanıldıcı təbliğata son qoymağa dəvət edirik.
1) Corc G., Simpson, “Temp and Mode en Evolution”, Kolumbiya University Press, New York, 1944, səh. 105, 107
A9 TV, 10 iyun 2017 (Qatarı təcrid edən ölkələrdən biri olan Bəhreynin Xarici İşlər… ardı >>>
A9 TV, 11 iyun 2017 (PKK-lı terroristlər tərəfindən təsadüfi açılan atəş nəticəsində şəhid edilən… ardı >>>
A9 TV, 12 iyun 2017 Gənc qızlara, “özünə iş tap, ər tap” təzyiq göstərilməsi… ardı >>>
A9 TV, 13 iyun 2017 (Dünən Bingölün gənc mahalı Yeniyazı kəndinin çöl ərazisində terrorçuların… ardı >>>
ALLAH BÜTÜN DİQQƏTİN ONDA OLMASINI İSTƏYİR. EVLƏRİ, TELEVİZORLARI, KOMPYUTERLƏRİ, BÜTÜN DOSTLARIMIZI YARADAN ALLAHDIR. ƏSL SEVGİ… ardı >>>
Münafiq müsəlman üçün iz sürmədə istifadə etdiyi mükəmməl itdir. İngilis Dərin Dövlətinin izini tapmaq üçün… ardı >>>