İçeriğe geç

Məməlilərin ana vətəni yazısındakı naməlumluğun səbəbi

“Hürriyet Bilim”-in 17 yanvar 2004-cü il tarixli sayında “Məməlilərin ana vətəni təyin olundu: ASİYA” başlıqlı yazı nəşr olundu. Son paleontoloji tapıntılardan qaynaqlanan, təkamülçü fərziyyələrə yer verilən yazıda məməlilərin bəhs olunan təkamül mənşəyinin Asiyada başladığına aid fikirlər çoxluq təşkil edirdi.

Yazıda, daha çox məməlilərin 65-38 milyon il əvvəlki bio-coğrafiyası ilə əlaqədar məlumatlar verilir, ancaq haqqında danışılan təkamülün necə reallaşacağına dair ən kiçik məlumat verilmirdi. Məsələn məməlilərin təkamülü iddialarının, hansı keçid fosillərə əsaslanaraq müdafiə olunduğuna aid, tamami ilə bir susqunluq nəzərə çarpırdı. Bu susqunluq, olduqca normaldır, çünki sürünənlərlə məməliləri, təkamülçülərin iddia etdikləri kimi, bir-birinə bağlayacaq heç bir ara forma fosili də tapılmamışdır.

Təkamülçülər bəhs olunan yazılarında nə qədər dilə gətirmək istəməsələr də, paleontologiya elmi, təkamülçülərin gözlədiklərinə cavab verə bilmir. Təkamül nəzəriyyəsinin iddialarını sübut etmək üçün, ehtiyacı olan ara-keçid formaları məməlilərdə və ya hər hansı başqa canlı qrupunda yoxdur. Belə ki, paleontoloqlar Darvinin nəzərdə tutduğu ara-keçid fosillərini tapmaqdan ümidlərini kəsmişdilər. Məməli növlərinin hamısı fosil qeydlərində, bir anda var olur. Həm də, bu fosil qeydlərinin göstərdiyinə görə, məməlilər bugünkü mükəmməl quruluşlara keçmişdə də sahib idilər. Bu xüsusiyyətləri ilə məməlilərin mənşəyi təkamülçülərə tamamilə qaranlıqdır.

Bundan başqa, birdən ortaya çıxan məməlilər, bir-birlərindən çox fərqlidirlər. Yarasa, at, siçan və balina kimi olduqca müxtəlif canlıların hamısı məməlidir və eyni geoloji dövrdə ortaya çıxmışlar. Bu canlıların aralarında təkamül bağı qurmaq, ən geniş təxəyyüllə belə qeyri-mümkündür.

Bu mövzuya aid bura baxın: http://www.darwinizminsonu.com/doga_tarihi_2_10.html

 

Bütün elmi tapıntılar, məməlilərin mənşəyinin təkamül olmadığını, bu canlıların bir anda yaradıldıqlarını bildirir.

 

Qeyd: Yazıda qısaca adla xatırlanan Eomaia və Eosimias fosilləri haqqında məlumat üçün baxın: http://www.netcevap.org/natgeoch0304_1.html

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz