“National Geographic” jurnalının aprel 2003-cü il sayında “Məməlilərin yüksəlişi” başlıqlı yazı nəşr olundu. Tamami ilə xəyali təkamül ağacları və bəzəkli şəkillərlə təchiz edilən bu uzun yazıda, yazar Rick Gore, təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtələrindən birini əmələ gətirən məməlilərin mənşəyi haqqında təkamül tərəfdarlarının fərziyyələri irəli sürürdü.
Jurnal, nəsli kəsilmiş canlı növlərini müxtəlif xüsusiyyətləri cəhətdən sıraya düzür və bunların dövrümüzdəki məməlilərə gəlib çatan uzun təkamül prosesinin mərhələləri olduğunu iddia edir, ancaq bu təkamülün necə reallaşacağına dair heç bir elmi dəlil də göstərə bilmirdi.
Əslində, məməlilər təkamüllə açıqlanması mümkün olmayan xüsusi və kompleks quruluşlara malikdir. Bunu nəzərə almayan “National Geographic” müxtəlif fosilləri öz ön mühakimələrinə görə şərh edərək, təkamülü dəstəkləmək istəyirlər. Bu yazıda “National Geographic”-in darvinist ön mühakimələrinə aid irəli sürülən yanılmalar göstəriləcək.
Yazıda üzərində fərziyyə edilən canlılara keçmədən əvvəl, təkamül nəzəriyyəsinin məməlilər haqqındakı iddialarına, daha doğrusu, məməlilərin nəzəriyyəni saldığı çətinliyə nəzər salmaq lazımdır.
Təkamülçülər məməlilərin sürünənlərdən təkamülləşdiyini iddia edərlər. Halbuki, bu iki canlı forması arasında fizioloji və fiziki cəhətdən uçurum deyilə biləcək qədər, böyük fərqlər vardır. Məməlilər istiqanlı heyvanlardır (bədən istiliklərini özləri əmələ gətirər və sabit tutarlar), balalarını doğarlar, əmizdirərlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə, soyuqqanlıdır (istilik çıxara bilməzlər və bədən istilikləri çöldəki havaya görə dəyişər), yumurtlayaraq çoxalarlar, balaları əmizdirmə kimi xüsusiyyətləri yoxdur və bədənləri pulcuqlarla (qabarıq dəri ilə) örtülüdür.
Bir-birindən belə böyük fərqlərlə ayrılan iki canlı növü arasında “çevrilmə olduğu” fərziyyəsi üçün bəzi izahların edilməsi şərtdir. Məsələn, soyuqqanlı maddələr mübadiləsiyə sahib bir sürünən müəyyən müddətdən sonra enerjisini öz bədənində əmələ gətirib, sabit tutan bir istiqanlıya necə çevrilə bilər? Yumurtlayaraq çoxalan bir canlı necə plasenta (döllənmə) kimi kompleks “həyat dəstək modulu”na sahib ola bilər və balalarını doğmaq yolu ilə dünyaya gətirməyə başlaya bilər? Bir sürünənin sərt pulcuqlarla örtülü (dərisi) xarici səthi necə tüklərə çevrilə bilər? Və ən əhəmiyyətli sual: “Bu xəyali çevrilişləri pilləli olaraq keçirdiyi fərz edilən “yarım” canlılar həyatda qalmağı və nəsillərini necə davam etdirməyi bacara bilər? Çünki həm istiqanlı həm soyuqqanlı xüsusiyyətləri göstərə bilən, həm yumurtlayan, həm plasentaya sahib, həm pulcuqlu dəriyə, həm tüklərə sahib canlıların həyatlarını davam etdirmə ehtimalı yox deyiləcək qədər azdır. Təkamülçülər belə canlıların keçmişdə yaşadığına yenə də inanır və heç bir elmi əsas göstərə bilmədiklərinə baxmayaraq məməlilərin təkamülü iddiasını kor-koranə müdafiə edirlər. Edə bildikləri yeganə şey nağıl danışmaq, xəyali şəkillərlə göz boyamaq və müxtəlif fosil tapıntılarını bir avtomobil təmirxanasında alətlər kimi sıralayaraq, bu xəyali çevrilişi sübut etməyə çalışır. Bu taktikaların ən təsirli tətbiq edicilərindən biri də, şübhəsiz “National Geographic”-dir.
Fosillər və “National Geographic”-in ön mühakimələri
Yazının ən başında Eomaia scansoria adlı fosilin şəkli vardır və bunun “ilk ana” yəni plasentalı məməlilərin atası olduğu irəli sürülməkdədir.
Keçən il Çində tapılan bu fosil, 125 milyon illik yaşı ilə, plasentalı məməlilərin o günə qədər tanınan ən yaşlı üzvündən 50 milyon il daha yaşlıdır. Siçan bənzəri bir canlıya aid olan fosilin yaxşı qorunduğu görünür və ağaclara asanlıqla dırmaşa bilən, tüklü bir canlıya aid olduğu aydın olur. Ancaq “National Geographic” bu nəticələri daha çox irəli apararaq canlının plasentalı törəməyə gedən təkamül xəttində inkişaf etdiyini, bu cür fosil tapıntılarının, məməlilərin necə ortaya çıxdığına, uyğunlaşdığına və inkişaf etdiyinə dair işarələr verdiyini irəli sürür.
Halbuki bu canlının plasentalı prosesində təkamülləşdiyi iddiası, yalnız xəyal gücündən qaynaqlanır. Fosil haqqındakı elmi məqaləni nəşr edən “Nature” jurnalının xəbər xidmətində, bu canlının plasentalı olmadığı haqqında qətiyyən danışılmır.1 Qısaca, plasenta ilə əlaqədar irəli sürülən iddialar tamamilə spekulyasiyadır (fərziyyədir). Məsələn “CNN”2 və “BBC”3-nin internet saytları, “National Geographic”-in əksinə, bu canlının plasentalı məməlilərə daxil edilməsini nəzərə alaraq bunun plasentalı olduğuna aid xəbərlər vermişlər. Əslində bu fosil, məməlilərin təkamülü iddialarına dəstək olmaqdan da çox, onu çətinliyə salır. Çünki, bu tapıntı ilə tanınan ən qədim plasentalı məməlilərin yaşının bir anda 50 milyon il geriyə atılması, reallaşdığı irəli sürülən plasentalı məməli təkamülünün keçid prosesini də, eyni ölçüdə azaltmışdır. Bu vəziyyətdə təkamülçülər, çox kompleks bir quruluşun daha da az müddətdə necə təkamülləşdiyini izah etmək məcburiyyətində qalırlar.
Həqiqətdə bu canlı, plasentalı məməlilərin təkamül atası qəbul edilməsini təmin edəcək heç bir “primitiv” xüsusiyyətə sahib deyil. “Eomaia scansoria”-nın fosilinə baxdıqda 125 milyon il əvvəl yaşamış, qüsursuz məməli olduğu görünür.
Hadrocodium wui
“National Geographic”-də, sonra “Hadrocodium wui” adlı bir fosil nümunəsinin bərpası göstərilir və 195 milyon il əvvəl yaşamış bu canlının, insanların bugünkü xüsusiyyətlərinə, çənədən ayrılmış orta qulaq sümüklərinə və böyük bir kəllə sümüyünə sahib olduğu bildirilir. Yazar bu fosillə əlaqədar olaraq “elm adamları belə əhəmiyyətli dəyişikliklərin sonradan ortaya çıxdığına inanırdı” şərhini verir və bunun, məməlilərin bəhs olunan təkamülünün bir mərhələsini göstərdiyini bildirir.
Hadrocodium wui, Çində ortaya çıxarılmış fosilləşmiş çox kiçik bir kəllə nümunəsidir. Bunun diqqət çəkici xüsusiyyəti, bədənə nisbətən böyük bir kəlləyə sahib olması və məməlilərdəki orta qulaq sümükləri quruluşuna sahib olmağıdır. Bu canlı da, özündən əvvəlki tanınan ən qədim (bənzər xüsusiyyətlərə sahib) məməli yaşını dəyişdirmiş və tam 40 milyon il geriyə atmışdır. Təkamülçülər bu canlının kəllə və orta qulaq xüsusiyyətlərinə baxaraq bunların, məməlilərin bəhs olunan təkamülündə qazanılmış xüsusiyyətlər olduğunu iddia edirlər.
Beləliklə bu tapıntı da, eyni ilə Eomaia scansoria kimi, xüsusi məməli xarakteristikalarının onsuz da çox qədimdən bəri mövcud olduğunu göstərərək, təkamül ssenarilərinə problem yaradır. Bu tapıntı təkamülçüləri çaşdırmışdır, çünki həm beyin, həm də orta qulaq sümükləri olduqca kompleks quruluşlardır və bu xüsusiyyətləri ilə təkamülçüləri, kor təsadüflərlə kompleks quruluşların bu qədər erkən çıxdığını, yəni “qeyri-mümkün”ü, bir dəfə deyil, iki dəfə izah etmək məcburiyyətində buraxmışdır. Ancaq bu qədər az bir müddət ərzində, iki kompleks məməli xüsusiyyətinin birdən, “kor təsadüflərlə” necə inkişaf etdiyi sualı, təkamülçülər tərəfindən cavabsız qalmışdır.
Əslində kəllə uzunluğu yalnız 12 millimetr olan bu fosil, obyektiv müayinə olunduqda, böyük beyin və orta qulaq quruluşu ilə bir “mikro-mühəndislik” möcüzəsi ortaya çıxdığı görünər. Həyatı dəstəkləyən çox sayda orqan, olduqca kiçik bir həcmdə çox kompleks vəzifələr yerinə yetirən formada yaradılmış və yerləşdirilmişdir. Burada görünən “optimal” dizaynın reallaşdırılması, kompüter mühəndisliyində təməl məqsədlərdən biridir. Kompüter mühəndisləri olduqca funksional hissələri, olduqca kiçik həcmlərə yerləşdirməyə çalışırlar. Bir ovuc içi kompüterin “primitiv” qəbul edilməsi nə qədər mənalıdırsa, “Hadrocodium wui”-nin “primitiv” qəbul edilməsi də ancaq o qədər mənalıdır. Sahib olduğu kompleks dizayn, bu canlının təsadüfi təkamüllə deyil şüurlu dizaynla ortaya çıxdığını açıq-aşkar göstərir.
Jeholodens jenkinsi
Gorenin yazısında, təkamülə əsas göstərilən canlılardan biri də, 125 milyon il əvvəl yaşadığı təxmin edilən Jeholodens jenkinsidir. “National Geographic” 1999-cu ildə, Çində olan bu fosilin, öz ətrafında dönən bir körpücük sümüyünə sahib olduğunu ifadə edərək, bunun dik dayanmağa keçməsidə əhəmiyyətli rol oynadığını iddia edir. Yazıda J. Jenkinsidəki bu xüsusiyyətin təkamüllü bir proses olduğu bildirilir.
Həqiqətdə “National Geographic”-in bu canlını təkamülə əsas göstərmə səyi açıq-aşkar bir təhrifdir. Çünki, J. Jenkinsıda görünən bu xüsusiyyət, təkamülçülər tərəfindən sonra da təkamülləşdiyi qəbul edilən tək dəliklilərdə (məməlilərin indiki vaxtda yaşayan üç qrupundan biri: Plasentalılar, kisəlilər və tək dəliklilər) yoxdur. Bu vəziyyət, 1910-cu il model bir avtomobildə ABS əyləc sistemi olduğu halda, indiki avtomobillərdə olmadığı kimidir. Necə ki, bəzi təkamülçü nəşrlər, bunun nəzəriyyə kimi qəribə olduğunu aydın şəkildə qəbul edirlər. Məsələn, “Australian Broadcasting Corporation” quruluşunun internet saytında J. Jenkinsinin, məməlilərin təkamülü haqqında cavablardan çox suallar ortaya çıxartdığını açıq şəkildə etiraf edilir.4 Darvinizmə bağlılığı ilə tanınan “National Geographic” jurnalı isə, eyni obyektivliyi göstərə bilmir, hər elmi tapıntını təhrif etməli də olsa təkamül lehində dəlil kimi göstərmə fanatikliyini bir daha da sərgiləyir.
Əgər daha məhsuldar hərəkət edən bir sistem haqqında danışılırsa, bunun qaçınılmaz şərtlərindən biri yeni məlumatdır. Məsələn, insan əli kimi hər istiqamətdə hərəkətli bir robot qol düzlətmək mümkün olsa, bu ancaq böyük işlər nəticəsində əldə edilən mühəndislik məlumatı sayəsində mümkündür.
Təkamülçülər üçün kor təsadüflərlə, belə bir məlumatın əlavə olunacağı, yəni DNT-də əmələ gələn təsadüfi mutasiyalarla məhsuldar bir xüsusiyyətin, məlumatının necə ortaya çıxacağı sualı cavabsızdır. Çünki tək bir mutasiya belə, orqanizmə məlumat əlavə edərək, onu faydalı və yeni xüsusiyyətlərlə təchiz etmə xüsusiyyətinə sahib deyil.
Qısaca, “National Geographic”-in burada irəli sürdüyü iddia, elmi cəhətdən heç bir məna ifadə etməyən, aldadıcı yalandan ibarətdir.
Pezosiren portelli
Darvinizmə verilən bu kor-koranə dəstək, bir dəniz məməlisi olan manatların bəhs olunan təkamülünə əsas göstərilən bir fosildə də ortaya çıxmışdır. “National Geographic”, 2001-ci ildə Jamaikada, Daryl Domning adlı paleontoloq tərəfindən tapılan bir fosilin, manatların guya təkamül atasına aid olduğunu irəli sürülür. Pezosiren portelli kimi adlandırılan və yaxşı qorunduğu görünən 50 milyon illik skeletin, hippopotam bənzəri bir canlıya aid olduğu təxmin edilir. “National Geographic”-in isə, Pezosiren portelli üzərində tamamilə xəyal gücünə əsaslanan təkamül tərəfdarlarının iddialar irəli sürdükləri görünür.
Pezosiren portelli, ağırlığını suyun xaricində qaldıran olduqca uyğun bir skeletə və güclü ayaqlara malikdir. Domning, “Nature”-də nəşr olunan məqaləsində, heyvanın bu xüsusiyyətini belə izah edir:
“Bu heyvan, quruda yaşayan məməlilərdə olduğu kimi, ağırlığını suyun xaricində qaldıracaq dörd ədəd inkişaf etmiş ayaq, çox onurğalı sakrum (quyruq sümüyü) və güclü sokroiliak (ombada iki sümüyün birləşdiyi yerə aid) bir oynağa sahib idi və quruda hərəkət etmə qabiliyyəti qüsursuzdur.5
Yəni Pezosiren portelli, anatomiya cəhətdən bir quru məməlisindən demək olar ki, fərqi yoxdur. Domningin bunu, dəniz məməlilərinə təkamülləşən bir canlı kimi qəbul etməsinin görünən səbəbi, burun dəliklərinin nisbətən geridə olması ilə paranazal hava sinuslarından məhrum olmağıdır. Burun dəliklərinin geridə əmələ gəlməsi, Domningi həyəcanlandırmasının səbəbi dəniz məməliləri olan balina və delfinlərdə burun dəliklərinin təpədə olmağıdır. Təkamülçülər qurudan dənizə keçdiyini və müəyyən müddətdən sonra dəniz məməlilərinə çevrildiyini bildirdikləri məməlilərin burunlarının, vaxt keçdikcə ön hissədən təpəyə çəkildiyini fərz edirlər. Halbuki, bu fərziyyə, yalnız xəyalidir və manatlara görə əslində bir məna ifadə etmir. Çünki, yandakı şəkildə də görüldüyü kimi, manatların burun dəlikləri qabaqda yerləşir. Yəni manatların burunlarını təpəyə açılmır və buna görə burun istiqaməti ilə əlaqədar fərziyyə daxilində qiymətləndirilmələri əsassızdır.
Manat burnu ilə əlaqədar təkamül ssenarilərinin əsassızlığını göstərən bir başqa xüsusiyyət, manatların suyun altında yatdıqlarını və bu müddətdə burun dəliklərinin bağlı saxlanılmasıdır. Burunda yuxu əsnasında havanı içəridə, suyu çöldə saxlayan xüsusi qapılar vardır. Burada təkamülçülərin cavablandırması lazım olan sual budur: Belə funksional və (canlının yuxu əsnasında boğulmaması cəhətdən) həyati qapılar, necə kor təsadüflərə əsaslanan təsadüfi mutasiyalarla inkişaf edə bilər? Təkamülçülərin bu suala verə biləcəkləri məntiqli cavabları yoxdur, amma, yenə də, bunun reallaşdığına kor-koranə inanırlar.
Əslində belə bir tədbir sistemi ancaq şüurlu dizaynlarda, məsələn balaca dənizaltında su girişinə nəzarət edən qapaqcıqlarında görünür. Burun dəliklərindəki qapılar həyati cəhətdən tamamilə lazım olan yerdə olması və dəliyi bağlayacaq quruluşdadır. Bunların bəzən su ilə quru arasında mühit dəyişdirən manatda, funksional olaraq yerləşdirildiyi aydındır. Bənzər xüsusiyyətlər, dəniz altındakı qapaqcıqlarda da görünür. Bu qapaqcıqların, planla, mühəndislər tərəfindən yerləşdirildiyi aydındır. Bu qapaqcıqların dəniz altına təsadüflərlə əlavə olunduğunu iddia etmək əlbəttə ağılsızlıqdır. Manatdakı burun dəliyi, qapılarının da kor təsadüflərə əsaslanan mutasiyalarla orada əmələ gəldiyini müdafiə etmək eyni dərəcədə ağılsızlıqdır.
“National Geographic” isə bütün bunları nəzərə almır və Pezosiren portellinin vaxt keçdikcə arxa ayaqlarını itirdiyi, ön ayaqlarının üzgəc forması aldığı, sonunda manata çevrildiyi nağılını danışmaqla kifayətlənir. Əslində Pezosiren portelli, nəsli kəsilmiş bir quru canlısından başqa bir şey deyil. Suda yaşamağa uyğun anatomiyada olması da, manatın təkamül mənşəyi iddialarını dəstəkləməyə kifayət deyil. İndiki vaxtda yaşayan hippopotamlar da, suda uzun vaxtlar keçirən canlılardır, ancaq bu vəziyyət gələcəkdə ayaqlarının üzgəclərə, özlərinin də dənizdə yaşayıb yatan dəniz məməlilərinə çevriləcəklərini göstərməz. Bir velosipedlə avtomobil arasında da bənzərliklər göstərilə bilər, məsələn ikisi də şinlərə malikdir. Ancaq avtomobilin vaxt keçdikcə şinlərini itirərək velosipedlərə çevrildiyini qəbul etmək axmaqlıqdır. Eyni şəkildə, heç bir təkamül mexanizmi (məsələn üzgəcləri əmələ gətirən mutasiyalar) göstərmədən, Pizosiren portellinin manata çevrildiyini qəbul etmək də, bu qədər məntiqsizdir. Onsuz da, mövcud olan canlılar arasında bənzərliklər quraraq, bunların bir-birinə çevrildiyi nağılını danışmağın sonu yoxdur. Əhəmiyyətli olan, bunların bioloji olaraq necə reallaşdığına cavab verə bilmək və ara formalar göstərə bilməkdir. Təkamülçülər heç birini də edə bilmirlər.
Göründüyü kimi, manatın təkamülü haqqında irəli sürülənlər yalnız fərziyyədən ibarət, elmi əsası olmayan ssenarilərdir.
Maraqlı formada bu cür, qeyri-mümkün, məcburi fərziyyələrin təqdimatını ən çox “National Geographic” jurnalının boynuna götürdüyü görünür. “National Geographic”, Archaeoraptor saxtakarlığının da, xatırlatdığı kimi, keçid forması göstərilən fosil tapıntılarına, asanlıqla sahiblənir və bunların təbliğatına təqdim edir. Burada “National Geographic”-in təkamülçülər tərəfindən belə tənqid olunan “tabloid” jurnalistika anlayışının bir daha da, ortaya çıxdığı görünür.
“National Geographic”, manatların təkamüllə ortaya çıxdığını və quruda yaşayan məməlilərindən müəyyən müddət ərzində inkişaf etdiyini bir ehkam kimi mənimsənilir, sonra olan fosilləri öz istəklərinə görə, bu xəyali ssenariyə daxil edir.
Eosimias
“Məməlilərin yüksəlişi” başlıqlı yazıda təkamül nəzəriyyəsinə dəlil göstərilməyə çalışılan son əhəmiyyətli fosil tapıntısı Eosimiasdır. “National Geographic” bu canlıya aid heç bir fosil şəkli vermir, yalnız bərpa modelini nəşr edir. Şəkildə bir insan əli qədər olduğu görülən canlının 45 milyon illik olduğu ifadə edilir və haqqında bəzi təkamülçü iddialar irəli sürülür. Eosimiası tapan elm adamı Chris Beard, bu canlının, insanların yanında quyruqlu və quyruqsuz meymunlar haqqında iddia edilən antropoidlerin atası olduğunu bildirir. Bunların meymunlar kimi ağac təpələrində gəzə bilən canlılar olduğu və vaxt keçdikcə təkamülləşərək sıx meşələrə sahib orta enişlərdə çoxaldıqları irəli sürülür. Yazıda bu canlılara aid başqa təfərrüatlar da verilər. Məsələn, olduqca çox yemək yedikləri, qruplar halında gəzdikləri və doğulduqları ağacdan demək olar heç ayrılmadıqları kimi…
“National Geographic”, insanın atası kimi göstərdiyi bu məməli haqqında, belə ətraflı məlumatlar verməsinə qarşı, bəlkə də, hamısından əhəmiyyətli “Fosil tapıntıları” kimi bir məlumatı verməyə laqeyd yanaşır.
Eoisimias cinsi, çəkilən bu təfərrüatlı portretinin əksinə, olduqca əskik sümük parçalarına əsaslanaraq təyin olunmuş naməlum bir cinsdir. İlk olaraq 1990-cu illərdə, Çində olan fosilləşmiş dişlər və çənə sümüklərinə əsaslanaraq müəyyən olunmuşdur. Ancaq təkamülçülər arasında, bunun xəyali təkamül ağacında hara yerləşdiriləcəyi haqqında əvvəl bir razılaşma təmin edilməmişdir. 2000-ci ildə olan fosillərlə zahirən bir razılaşma təmin edilmişdir. Eosimias, təkamülçülər tərəfindən primitiv primatlar qəbul edilən lemurlarla inkişaf etmiş primat, qəbul edilən antropoidler arasında, bir əlaqə olaraq mənimsənmişdir. Halbuki, son olan fosillər bu canlı haqqında məlumat vermir, çünki bu növə aid fosillər, böyüklüyü düyü dənəsindən böyük olmayan sümüklərdən ibarətdir!
Aşağıdakı şəkillərdən sağdakında, “Time”6 jurnalında nəşr olunan Eosimias şəkli, soldakında da, “National Geographic”-in verdiyi şəklidir. İkisi müqayisə ediləndə “National Geographic”-in xəyalpərəstliyinin ancaq “birəni dəvə etmək” məsəli ilə təsvir ediləcək qədər geniş olduğu üzə çıxır.
İşin maraqlı tərəfi, bu düyü böyüklüyündə tapıntıların Eosimiasa aid olub-olmadığının belə qəti olmamağıdır. Təkamülçülərin bunu Eosimiasa istinad etmələrinin yeganə səbəbi 1990-cu illərdəki fosillərlə eyni təbəqədə və bölgədə çıxarılmalarıdır. 42 milyon illik olduğu bildirilən bu kiçik sümüklərin, başqa bir canlıya aid olmamağı üçün heç bir səbəb yoxdur. Necə ki, bəzi təkamülçülər belə, bunun Eosimiasa aid qəbul edilə bilməyəcəyini müdafiə edirlər.7
Ancaq “National Geographic” bu sümüklərin kiçikliyindən və ardındakı mübahisədən heç danışmır, hətta bunların insanın atasına aid olduğunu iddia edə biləcək qədər həddini aşmışdır. Ancaq fosillər haqqında gizlənənlər ortaya çıxınca, “National Geographic”-in parlaq səhifələrindəki bu gözalıcı şəkillərin cadusu asanlıqla məhv olur və təkamülçülərin çarəsizliyi su üzünə çıxır. Təkamülçülər heç cür tapa bilmədikləri (və əslində həmişə itkin olan) ”itkin halqa”ları, xəyal gücünə əsaslanan nağıllar və şəkillərdə yaşadırlar.
Genetik və anatomik təkamül ağaclarındakı ziddiyyətlər və izah etdikləri
“National Geographic” jurnalındakı yazıda məməlilərin təsnifat işlərindən danışılır, təsnif etmənin genetik bənzərliyə görə edilməli olduğunu müdafiə edən elm adamları ilə, bunun anatomik bənzərliklərə görə edilməli olduğunu müdafiə edənlər arasındakı mübahisəyə yer verilir.
DNT analiz texnikaları inkişaf etməmişdən əvvəl, canlılar arasında mövcud olduğu iddia edilən təkamül qohumluqları təyin etmək üçün əsas götürülən faktor, anatomik bənzərliklər idi.
DNT haqqında bilinənlər artıb, DNT analiz texnikaları inkişaf etdikcə canlıların ortaq bir atadan gəldiyi ehkamı, genetika elminə də uyğunlaşdırıldı. Təkamülçülər, bundan sonra, indiki canlılarından aldıqları DNT nümunələrini müqayisə etməyə və hansı növün hansı ilə əlaqəli olduğunu araşdırmağa başladılar. Ancaq, bu işlər gözlənildiyi kimi təkamül ağacına dəstək olmadı, əksinə bir çox ziddiyyətlər ortaya çıxardı. Çünki DNT bənzərlikləri, anatomik bənzərliklərlə əksinə ziddiyyət təşkil edirdi. Ziddiyyətlər elə böyük idi ki, balina, pişik və yarasa kimi müxtəlif canlılar, sırf DNT-ləri oxşar olduqları üçün eyni kateqoriyaya daxil edildilər. Ən az, dəniz inəyi (manat), fil və çöl siçanı arasındakı qurulan başqa kateqoriyalar qədər qəribədir.
Bu ziddiyyətlər anatomiyasını əsas götürən təkamülçülərin böyük reaksiyasına gətirib çıxartmışdır. Çox sayda təkamülçü paleontoloq DNT məlumatlarını qəzəblə rədd edib, genetiklərin müraciət etdiyi analiz üsullarının səhv ola biləcəyini müdafiə edir. Ancaq reaksiyalar qarşılıqlıdır və təkamül genetikləri də, paleontoloqları, düzgün fosilləri hələ tapa bilmədikləri üçün günahlandırırlar. Edilən hər yeni genetik analiz, bir başqa ənənəvi qohumluq əlaqəsini təkzib edir.
Nəticədə, ortaya çıxan yeni təsnifatlar, xəyali təkamül ağacını gücləndirmək əvəzinə tamamilə əsassız və mübahisəli qohumluqlar üzə çıxardır.
“National Geographic” yazısında yer verilməsə də, bunun son bir nümunəsi “Proceedings of the National Academy of Sciences” jurnalının internet səhifəsində 28 may 2002-ci ildə bir məqalə nəşr olunmuşdur. Beynəlxalq tədqiqatçılardan ibarət olan bir qrup elm adamı, 60 məməli növünün mitoxondri DNT-ni araşdıraraq təkamül soy ağacı əmələ gətirmək istəmişlər. Ancaq elm adamları, bəzi əlaqələrin “olduqca möhkəm” olduğunu ifadə etməklə məməli ailələri arasındakı əlaqələr haqqında çox sayda ziddiyyət ortaya qoymuşlar. Başdan-ayağa ziddiyyət və mübahisə göstərən ifadələrlə dolu bu məqalə, nəzərdə tutulanın əksinə, məməli təkamülü ssenarilərinə zərbə vurmuşdur.
Xülasə, bütün bu “yeni dövr” filogenetik müqayisələr təkamülçülərin iki səhvini göstərir:
- Bu günə qədər saysız dərs kitabında və jurnalda nəşr olunan təkamül ağacları, şəxsən təkamülçülərin özü etibarsız hesab edirlər.
- Canlılar arasındakı molekulyar və genetik bənzərliklərə görə təkamül qohumluqları qurmaq, (insanla şimpanze arasında qurulduğu kimi) tutarlı deyil. Çünki, yaşadığı yer, skelet və böyüklük kimi meyarlar cəhətdən olduqca müxtəlif canlılar, bənzər genetik xüsusiyyətlər üzə çıxardır.
Ən əhəmiyyətlisi bu mübahisə, təkamülçülərin hər cür qohumluq əlaqəsi və hər cür təkamül ağacından imtina edə biləcəkləri halda, bir şeydən əsla imtina etməyəcəklərini göstərir. Canlılığın təsadüflərlə yarandığı doqması.
Həqiqətən də, 150 ildir nəzəriyyəni dəstəkləyən heç bir dəlil olmamağına və bütün mübahisələrə baxmayaraq, təkamül fikrindən imtina edilməmişdir, bir-birinin ardınca irəli sürülən xəyali ssenarilərlə gündəmdə olaraq bu günlərə gəlib çıxmışdılar. Təkamülçülər üçün əslində filin pişiklə, ya da yarasa ilə yaxın olduğunun ortaya çıxarılmasından çox, canlılığın, şüurlu surətdə hazırlandığı həqiqətini rədd etmək əhəmiyyətlidir.
“National Geographic”-in beşbarmaqlı ortaq ata yanılması
Yazıda bildirilən əhəmiyyətli yanılmalardan biri də, müxtəlif məməli növlərindən nümunə verilərək, bunlardakı beşbarmaqlı xüsusiyyətin göstərilməsi və hamısının beşbarmaqlı ortaq bir atadan törədikləri iddiası olmuşdur. Yazıda, yarasa, panda və delfin kimi canlıların əl və ayaq rentgenlərinin fotoşəkilləri nəşr olunaraq, “dövrümüzə aid bütün bu pəncələrin, beşbarmaqlı ortaq bir atadan törəyib öz yoluna gedən quruluşlar olduğu” iddia edilir.
Bu iddia demək olar ki, təkamül nəzəriyyəsinin özü qədər köhnə yanılmadır. Təməlində dördayaqlılardakı (tetrapodlardaki) beşbarmaq oxşarlığı dayanır. Dörtayaqlıların əl və üzgəclərində, ya da, qanadlarında görünən sümüklər beş sırada düzülərlər.
Təkamülçülər isə, bütün bu canlıların tək bir ortaq atadan törədiyini iddia etmişdilər və beşbarmaqlılıq faktını da uzun müddət buna dəlil olaraq mənimsəyiblər. Ancaq tetrapodların (yəni dördayaqlıların) müxtəlif qruplarında aparılan araşdırmalarla yanaşı, molekulyar biologiya və gendəki inkişaflar bu iddianın elmi təməli olmadığını üzə çıxartmışdır. Bu iddianın elmi etibarlılığı olmadığı artıq dəqiqliklə aydın olmuşdur.
Məsələn təkamülçü bioloq M. Coates, 1991 və 96-cı illərdə nəşr etdiyi iki ayrı elmi məqalə ilə, beşbarmaqlılıq (pentadactyl) faktının, bir-birindən müstəqil olaraq, iki dəfə ortaya çıxdığını bildirir. Coatesə görə, beşbarmaqlı quruluş, həm anthracosaurlarda, həm də, amfibiyalarda bir-birindən müstəqil ortaya çıxmışdır. Bu tapıntı, beşbarmaqlılıq faktının “ortaq ata” fərziyyəsinə dəlil gətirə bilməyəcəyinin bir göstəricisidir.
Beşbarmaqlılıq homologiyası haqqındakı təkamülçü iddiaya, əsl zərbə isə, molekulyar biologiyadan gəlmişdir. Təkamül haqqındakı nəşrlərdə, uzun müddətdir ki, müdafiə olunan “beşbarmaqlılıq homologiyası” fərziyyəsi, bu barmaq quruluşuna sahib (pentadactyl) olan müxtəlif canlılarda, barmaq quruluşlarının çox fərqli genlər tərəfindən nəzarət edildiyi aydın olduğunda təkzib olmuşdur. Təkamülçü bioloq William Fix, beşbarmaqlılıq haqqındakı təkamülçü fikrinin məğlubiyyətini belə izah edir:
“Təkamül haqqında homologiya fikirinə tez-tez müraciət edən köhnə dərs kitablarında, müxtəlif heyvanların skeletlərindəki ayaqların quruluşu üzərində xüsusilə dayanılırdı. Bu səbəbdən, bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərində olan pentadactyl (beşbarmaqlı) quruluş, bu canlıların ortaq atadan törədiklərinə dəlil sayılırdı. Əgər bu dəyişik quruluşlar, mutasiyalar və təbii seleksiya tərəfindən vaxt keçdikcə dəyişdirilmiş eyni gen-kompleksi tərəfindən idarə olunsaydılar, bu nəzəriyyənin də, bir mənası olardı. Amma çox təəssüf ki, vəziyyət belə deyil. Homolog orqanların, müxtəlif növlərdə, tamamilə müxtəlif genlər tərəfindən idarə olunduğu artıq məlumdur. Ortaq bir atadan törəyən bənzər genlər üzərinə qurulmuş olan homologiya fikri məğlub olmuş vəziyyətdədir.” 9
“National Geographic” isə bütün bunların beşbarmaqlı ata fikrinə vurduğu zərbələri görməməzlikdən gəlir və elmi tapıntılar qarşısında, ancaq bir xurafatdan ibarət olduğu isbat edilən, bu yanılmanı hələ də davam etdirir.
“National Geographic”-in əmizdirmə haqqındakı təhrifləri
Yazıda gözə dəyən əhəmiyyətli təhrifi də məməlilərdə əmizdirmənin təkamülü ssenariləri ilə əlaqədardır. Təkamülçülər üçün süd kimi zəngin və bəsləyici (qidalandırıcı) bir mayenin və onu balaya verə bilən məmə bezlərinin necə ortaya çıxdığını izah etmək mümkün deyil. Südü kompleksləşdirən ən təəccüb doğuran xüsusiyyətlərdən biri, südün tərkibinin, körpənin yaşına görə dəyişən qida ehtiyaclarını qarşılayacaq şəkildə nizamlanmağıdır. Burada bir-birindən iki fərqli orqanizm və iki müxtəlif DNT olduğu halda, (ana və körpə) hər ikisinin genləri bir-birinə uyğun vaxtlarda, uyğun formada işləyir.
Ananın genlərinin təsadüflər nəticəsində körpədə böyüməyə nəzarət edən, bu səbəbdən qida ehtiyacını ortaya çıxaran genlərlə ortaq hərəkət etməyə necə başlayacağı sualına təkamülçülər cavab verə bilmir. Bir süd ifraz etməyən və balalarını əmizdirməyən bir sürünən, belə mükəmməl bir ifrazata və onu ifraz edən quruluşlara necə sahib olmuşdur? Məməli təkamül ssenarilərinin ən böyük problemlərindən biri budur. “National Geographic” isə bu problemi, bir yalanla ört-basdır etmək istəmişdir. Əvvəl “elm adamlarının məmə bezlərinin tük köklərindəki tər bezlərindən inkişaf etdiyinə inandığı” ifadə edilir, sonra da, indiki vaxtda yaşayan Avstraliyalı ördəkburun (platypus kimi də tanınır) bu primitiv məmə bezlərinin necə işlədiyinə dair işarələr verdiyini iddia edir.
Ördəkburunlardakı döş ucu yoxdur. Bunun yerinə süd kanallarının bir yerə yığılıb tüklərə süd ifraz etdiyi bir yer vardır. Bala, tüklərdəki südü əmər ya da yalayar.
Burada “National Geographic” müdafiə etdiyi əmizdirmə sisteminin təkamülünə dair heç bir şərh gətirmir, tamamilə qaranlıqda buraxdığı bu mövzunu, mənasız bir şəkildə ördəkburunlara aid edir. Ördəkburunlar məmə ucuna sahib olmamaqla yanaşı, südü mükəmməl bir şəkildə çıxardır, ifraz edir və balaya səmərəli formada verə bilirlər. Yəni bu qüsursuz sistem (tamamilə xəyali olan) ”primitiv” əmizdirmə sistemləri ilə müqayisə edilə bilməz. Məsələn tək motorlu, pərvanəli bir təyyarə, bir döyüş təyyarəsindəki reaktiv mühərrikinə və onun üstünlüklərinə sahib deyil. Ancaq vəzifəsini qüsursuz şəkildə yerinə yetirər. Bu vəziyyətdə eyni funksiyanı yerinə yetirən, iki dizayna baxaraq, birini digərinin mənşəyini izah etmək üçün istifadə etmək əsassızdır. Məsələn pərvanəli bir təyyarə mühərrikinin varlığı, reaktiv mühərriki kimi kompleks dizaynın təsadüflərlə ondan təkamülləşə biləcəyinə dəlil ola bilməz. Eyni şəkildə ördəkburunun əmizdirmə sistemi, plasentalı məməlilərdəki əmizdirmə sisteminin təkamüllə ortaya çıxdığına dəlil göstərilə bilməz.
Burada təkamülçülərdən gözlənilən, onsuz da qüsursuz sistemlərə baxaraq xəyali “primitiv” sistemlər haqqında fərziyyə etmələri deyil, tamamilə kor təsadüflərə əsaslanan təsadüfi mutasiyaların, bir canlının nəsli kəsilmədən onu necə sürünənlərin heç sahib olmadığı, kompleks sistemlərlə təchiz olunmasıdır. Aydındır ki, bu sistemin təkamüllə ortaya çıxdığı fərziyyəsi, qaçılmaz olaraq, qidalanma dəyəri heç olmayan, hətta zəhərli südlərin çıxarıldığı, bunların balaya verilməsini qeyri-mümkün edəcək tıxalı kanalların ortaya çıxdığı mərhələlərin varlığını tələb edəcək. Əlbəttə, bu vəziyyətlərdə həm ana ilə balası öləcək, həm də, nəslin davamı kəsilməyə başlayacaq.
Həm də, ördəkburundakı əmizdirmə sisteminin primitivliyə aid edilməsi, təkamül nəzəriyyəsində də əsassızdır. Ördəkburundakı sistemin, plasentalı məməlilərdə milyonlarla il əvvəl təkamülləşdiyi iddia edilən məmə bezlərinin xəyali “primitiv” formaları ilə müqayisə edilməsi, yazarın, ördəkburundakı sistemi təkamül olaraq daha köhnə (fikir kimi) qəbul etdiyini göstərir. Bu vəziyyətdə biri digərinin inkişaf etmişi olan iki sistemin milyonlarla ildir varlıqlarını qoruyaraq, dövrümüzə gəlib çıxması təkamülçülərin daha bir sualı cavablandırmalı olacaqlarını bildirir:
Bəhs olunan ibtidai forma, daha çox inkişaf edəni guya təkamülləşmiş ikən, ələnmədən bu qədər uzun müddətdir necə qoruya bilmişdir?
Bütün bu məhdudiyyətlər, bəzi təkamülçüləri, məməlilərin təkamülü ssenarilərinin içində olduğu zülməti vaxt keçdikcə etiraf etməyə yönəldir. Bunlardan biri, təkamülçü paleontoloq Roger Lewindir. Lewinin “ilk məməliyə necə keçildiyi hələ bir sirdir” şərhi keçərliliyini qoruyur.10
Ancaq “National Geographic” eyni obyektivliyi saxlaya bilmir, kor-koranə mənimsədiyi darvinizmi, tamami ilə yanlış məntiqlərlə də olsa, dəstəkləməyi davam etdirir.
Nəticə
“National Geographic” jurnalı məməlilərin təkamülü ssenarilərini xəyali şəkillər və nağıllarla dəstəkləyərək böyük səhvə yol verirlər.
“National Geographic”-ə, fosil qeydlərinin təkamül nəzəriyyəsinə zərbəsini artıq qəbul etmələrini və kiçik sümük tapıntıları ilə bunu rədd etməkdən əl çəkmələrini tövsiyə edirik. Məməlilər kimi kompleks canlıların bəhs olunan təkamülünə dair nağıllar danışmaq dövrü keçmişdir. Çünki müasir elm və kommunikasiya imkanlarına sahib olan insanlar, canlılığın kompleks quruluşu və təkamül nəzəriyyəsinin bunu izah etməsinin qeyri-kafiliyi haqqında, gedərək daha çox məlumat sahibi olurlar. Hər gün daha da aydın olan və daha geniş şəkildə tanınan həqiqət budur:
Darvinizm məğlubiyyətə uğrayır və heç bir səy 150 ildir davam etdirilən bu yalan, qaçılmaz nəticəyə mane ola bilməyəcək.
- “Tree-climbing with dinosaurs”, John Whitfield, Nature Science Update, 25 aprel 2002: http://www.nature.com/nsu/020422/020422-15.html
2) “Fossilized shrew could be ancient human kin”, 24 aprel 2002: http://www.cnn.com/2002/TECH/science/04/24/early.mammal/
3) “Fossil sheds light on early mammals”, Corinne Podger, 24 aprel 2002: http://news.bbc.co.uk/2/hi/science/nature/1949644.stm
4) “Ancient Chinese Mini-mammal”, 25 mart 1999: http://www.abc.net.au/science/news/stories/s20411.htm
5) “The earliest known fully quadrupedal sirenian” D. P. DOMNING, Nature, 11 oktyabr 2001: http://www.nature.com/cgi-taf/DynaPage.taf?file=/nature/journal/v413/n6856/full/413625a0_fs.html
6) Time, 27 mart 2000, səh. 84
7) “Tiny bones tell evolution story”, 17 mart 2000: http://news.bbc.co.uk/2/hi/science/nature/678458.stm
8) Coates M. 1991. New palaeontological contributions to limb ontogeny and phylogeny. In: J. R. Hinchcliffe (ed.)
Developmental Patterning of the Vertebrate Limb 325-337. New York: Plenum Press; Coates M. I. 1996.
The Devonian tetrapod Acanthostega gunnari Jarvik: postcranial anatomy, basal tetrapod interrelationships and patterns of skeletal evolution. Transactions of the Royal Society of Edinburgh 87: 363-421.
9) Fix, William, The Bone Peddlers: Selling Evolution (New York: Macmillan Publishing Co., 1984), səh. 189
10) Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492.