“Cumhuriyet Bilim Teknik” jurnalının 11 may 2002-ci il tarixli sayında, “İlk məməlilər dünyasında nələr oldu?” başlıqlı yazı nəşr olundu. Yazıda, Tim Heyns adlı prodüserin, BBC televiziyası üçün hazırladığı, “Walking With Dinosaurs” (Dinozavrlarla gəzmək) və “Walking With Beasts” (Dörd ayaqlılarla gəzmək) adlı sənədli filmlər haqqında danışılırdı. CBT jurnalında bu sənədli filmlər üçün bu ifadələr edilmişdir:

 

“BBC Televiziyası üçüncü dövrdə ortaya çıxan məməlilərin təkamülünü, paleontoloji tapıldılar köməyi ilə isbat elədi.”

 

Bu ifadələrlə, CBT jurnalı, haqqında danışılan sənədli filmlərin, məməlilərin təkamülünün dəlillərini, vizual olaraq da, irəli sürdüyünü iddia edirdi. Halbuki, məməlilərin təkamülünün heç bir dəlili yoxdur və bəhs olunan sənədli filmlər də, tamamilə prodüserlərin xəyal gücləri ilə reallaşdırılmış bir fantastik filmdən fərqlənmir. Hətta, hər iki sənədli film də, yayımlandıqları gündən etibarən, həm Amerikada, həm də, İngiltərədə həqiqətlərlə fantastikanı bir-birinə qarışdırdığı, fərziyyələri, elmi həqiqətlər kimi göstərdiyi üçün tənqid olunmuşdur.

Məsələn London Təbiət Tarixi Muzeyindən Anjela Milner, “Time” jurnalının 18 oktyabr 2001-ci il tarixli sayında bəhs olunan sənədli filmlər üçün bu şərhi etmişdir:

 

“Qorxuram ki, həqiqət və fantastika bir-birinə qarışacaq… bu davranışların (sənədli filmdə göstərilən nəsli kəsilmiş heyvanların davranışları) bəziləri doğrudurmu, həqiqətən bilmirik.”

 

“USA Today”-in 1 noyabr 2001-ci il tarixli sayında isə, “Cambridge Universiteti”-dən Dr. Devid Normanın bu şərhinə yer verilir: “Proqramın həqiqətlərə əsaslandığı qarşıya qoyulur, halbuki uydurmalardan ibarətdir…. həqiqət ilə fantastikanın qarışığı çox həddi aşmışdır.”

 

Sənədli film haqqındakı tənqidlərdən bir başqası isə belədir:

 

“Tamaşaçılar, göstərilən səhnələrin həqiqəti nə qədər göstərdiyini maraqlana bilərlər. Bununla yanaşı, bəzi paleontoloqlar, “Walking with Dinosaurs”-un fərziyyələri mübahisəsiz həqiqətlər kimi göstərdiyinə görə şikayətlənirlər. Görəsən film prodüserləri bu serialda yanaşmalarını dəyişdirdilər? Geyms (sənədli filmin prodüseri): “Mövqeyimiz əvvəlki ilə tamamilə eynidir”-deyir. Bu fərziyyə, olduqca çox məlumat əhatə edən bir fərziyyədir.” 1

 

“Nature” jurnalının müxbirlərindən Helen Pirson isə, “Digital Beasts Roam Large” başlıqlı məqaləsində, bu şərhləri etmişdir:

 

“Həqiqətlərlə fərziyyələr arasındakı sərhədi ortadan qaldırdığı üçün, çox ciddi tənqidlərə məruz qaldı. Heyvan hərəkətlərinin mexanizmi haqqında məsləhət edən, İngiltərə Leeds Universiteti”-dən, Robert Mak.Neill Aleksandr: “Nəsli kəsilmiş heyvanlarda, həddindən artıq çox fərziyyə var.”-deyir.  

… Bəlkə bundan sonra, həqiqət ilə fantaziya arasındakı ayrı seçkilik daha açıq (aydın) olar. Daha da, elmi dəlil və daha dərin bir araşdırmaya əsaslanan şərhlər əlavə oluna bilər. 2

 

Əslində filmin prodüserləri də, hər iki sənədli filmin də, fərziyyəyə və xəyal gücünə əsaslandığını qəbul edirlər. Məsələn, Tim Haines, BBC televiziyası ilə verdiyi bir reportajında, ona yönəldilən “sizcə bu sənədli film olduqca həqiqidir?” sualına bu cavabı verir:

 

“Əslində bəli. Həqiqətən yaxşı elmi səhnələr var və cütləşmə kimi fərziyyələr də var. Bu heyvanların necə cütləşdiklərini biz haradan bilə bilərik? Biz insanlara həmişə doğru olduğunu bildiyimiz şeyləri göstərmirik, biz onlara ən yaxşı təxminimizi göstəririk.” 3

 

Haineslə aparılan bir başqa reportajda, “Heyvanların, xüsusilə, tüklü heyvanların üzərindəki (dərisindəki) naxışların necə olacağını necə təyin etdiniz?” sualına isə belə cavab verir:

 

“…Biz, yalnız ən yaxşı rənglərin nələr ola biləcəyini təxmin etdik.” 4

 

Heins, yenə eyni müsahibəsində “Bir paleontoloq belə şeyləri fərz etməkdən olduqca böyük zövq alar” deyərək, hazırladığı proqram və paleontologiya haqqındakı fikirlərini də yekunlaşdırır. 5

 

Bu şərhlərin də, açıq-aydın bildirdiyi kimi, Heins tərəfindən hazırlanan hər iki sənədli filmdə çoxlu təxəyyülünə əsaslanan ssenari var və bu xəyali canlıların bir günlərini necə keçirdikləri, ən incə təfərrüatlarına qədər izah edilir. Nə var ki, dinozavrların necə qanadlı, mükəmməl tükləri olan quşlara təkamülləşdikləri və ya məməlilərin süd bezlərini, tüklərini hansı təkamüllü mexanizmlərlə necə əldə etdikləri, bu dəyişiklər üçün lazımlı olan genetik məlumatın bu heyvanlara necə təmin edildiyi kimi sualların heç biri bu sənədli filmlərdə cavablandırılmır.

Olduqca inkişaf etmiş texnikalar istifadə edilərək hazırlanan silikon maketlər, kompüterdə hazırlanan dizaynlarla, olduqca təəccüblü görünüşlər təqdim edən bu proqramlar, elmi məzmuna qətiyyən sahib deyil. Buna görə, bir çox elm adamı və tənqidçi, bunları sənədli film kimi xarakterizə etmək yerinə, “Holyywood” istehsalı “Jurassic Park” tərzində, əyləndirici, təəccübləndirici və maraqlı proqram kimi xarakterizə etməyi seçirlər.

Amma, CBT jurnalı, elm fantaziya filmlərindən fərqi olmayan bir sıra, məməlilərin təkamülünü sənədləşdirən sənədli filmlər kimi tanıtmışdır. CBT jurnalının, təkamül təbliğatı məqsədi ilə oxucuya təqdim etdiyi bu xəbər qətiyyən həqiqətləri əks etdirmir. “The Lord of The Rings” filmindən qaynaqlanaraq, nəhənglərin və ya atəş püskürən canavarların varlığına inanmaq nə qədər elmidirsə, “Walking With Dinosaurs” (Dinozavrlarla gəzmək) və ya “Walking With Beasts” (Dördayaqlılarla gəzmək) kimi filmlərdən qaynaqlanaraq, təkamül nəzəriyyəsinin irəli sürdüyü xəyali keçid formalarına inanmaq da, o qədər elmidir. CBT jurnalı, bu cür nəşrlərlə bir yerə varılamayacağını artıq görməlidir.

 

 

1) Davies, T., 16 million years AD (After dinosaurs), Radio Times, 10-16 November, səh. 39, 2001.

2) http://www.nature.com/nsu/011108/011108-12.html

3) http://www.bbc.co.uk/dinosaurs/tv_series/production.shtml

4) http://www.bbc.co.uk/beasts/communicate/transcript1.shtml

5) http://www.bbc.co.uk/beasts/communicate/transcript1.shtml